Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1263/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı Musayeva Samı̇ rə Ələddı̇ n qızının cavabdehlər Musayeva Sevı̇ l Əyyub qızı və Cavabdeh2 Sabı̇ r qızına qarşı "cehiz əşyalarının təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Musayeva Samı̇ rə Ələddı̇ n qızı cavabdehlər Musayeva Sevı̇ l Əyyub qızı və Cavabdeh2 Sabı̇ r qızına qarşı "cehiz əşyalarının təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X13 ilə 17 iyul 2009-cu il tarixdə Kürdəmir rayonu Talphəsənli kənd icra nümayəndiliyində 14 nömrəli akt qeydi ilə qeyd etdirməklə evlənmişlər. ünvan 1 ünvana gəlin köçmüşdür. Valideynlərinin ona hədiyyə etdiyi cehiz əşyaları da Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr Cavadxan küç 7 məh 53 bu ünvandadır. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X14 dünyaya gəlmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4878/2022-saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. İddiaçı mənzildən gedərkən ona hədiyyə olunan cehiz əşyaları və şəxsi geyim əşyaları eyni zamanda nikah dövründə əldə olunan əmlakları həmin mənzildə qalmışdır. X13 xx.xx.2023-cü ildə vəfat edib. Cavabdehlər Cavabdeh1, X15 həmin əmlakları ondan xəbərsiz satıblar. X13 ilə nikahları pozulduqdan sonra dəfələrlə Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr Cavadxan küç 7ç məh 53 ünvana getməyinə baxmayaraq cehiz əşyalarını ona geri qaytarmıdılar, hər dəfəsində mənəvipsixoloji təzyiqlər gösdəriblər. Yaşadıqları evdə valideynləri tərəfindən ona hədiyyə verilən aşağıda göstərilən cehiz əmlakı qalmışdır: 1.Yataq otağı mebel dəsti-1000 manat, 2.Divan-750 manat, 3.Stol-200 manat, 4.Ətçəkən-50 manat, 5.Kondisioner-790 manat, 6.Soyuducu-450 manat, 7.Duxovka-100 manat, 8.Paltaryuyan LC-750 manat, 9.Pərdələr-400 manat, 10.Tozsovuran Samsung-350 manat, 11.Sokçəkən-35 manat, 12.Stul-790 manat, 13.Xalça-150 manat, 14.Televizor-550 manat, 15.Qızıl sep-400 manat, 16.Lustr-155 manat. Hesab edilir ki, ona hədiyyə edilən cehiz əmlakları və nikah dövründə verilən şəxsi geyim əşyaları qaytarılmalı, eyni zamanda nikah dövründə əldə olunan əmlaklar aralarında bölünməlidir. Odur ki, qeyd edilənlərə əsasən İddiaçı məxsus olan cehiz əşyaları cavabdehlər Cavabdeh1 və X2 alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 3.Daha sonra Cavabdeh1 nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, mülki işdən göründüyü kimi İddiaçı hüquqlarını təmsil etdiyi Cavabdeh1 qarşı cehiz əmlakları tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu 1-ci mkr Cavaxdan küçəsi 7 məhəllə 53-də olan evdə yerləşən iddia ərizəsində qeyd etdiyi cehiz əşyalarının naturada cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələb etdiyi yataq otağı mebeli dəsti, stol və soyuducudan başqa qalan əşyalar tərəflərin birgə nigah dövründə əldə etdikləri əşyalardır, cavabdeh bu əşyaların iddiaçıya məxsus olmasını etiraf etməsəydi, tələbinin sübutetmə yükü üzərinə düşən iddiaçı bu əşyaların onun cehiz əşyaları olmasını sübut edə bilməyəcəkdi. (AR MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir). İddiaçıya məxsus əşyalara münasibətdə cavabdehin etirafına görə sübutetmə yükündən azaddır, buna görə də cavabdehə minnətdar olmalıdır. Eyni zamanda cavabdeh bu əşyaların qaytarılmasına heç vaxt etiraz eməyib və bugün də etiraz etmir. Tələb olunan digər əşyalar isə birgə nigah dövründə əldə edilmiş avadanlıqlardı ki, bu barədə sübutlar etiraza əlavə edilmişdir. Həmin əşyalar kreditlə alınmışdır. Qanunvericiliyin tələbinə görə isə bu əşyalar ər-arvad arasında bölünməlidir. İddiaçının tələb etdiyi qızıl sep isə ümumiyyətlə mövcud deyil və iddiaçının da bu barədə hər hansı sübutu yoxdur. Onu da qeyd etmək lazımdır ki, iddiaçı evi tərk edən zaman ona məxsus qızıl və 1600 manat məbləğində pulunu da oğurlamışdır. Bu fakt onlara məlum olandan sonra o, dəfələrlə həmin əşyaların qaytarılmasını iddiaçıdan tələb etdi. İddiaçı isə həmin öz əşyalarına qarışdığını etriaf edib yaxın zamanda geri qaytaracağını tələb etsə də, bugünə kimi geri qaytarmır. Bu barədə polisə müraciət etmişdir. Hesab edir ki, məhkəmə qeyd olunanları nəzərə alıb sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Əlavə olaraq onu da bildirir ki, iddiaçı tələbi ilə bağlı heç bir sübut təqdim etməyib və bundan sonra də bilməz. Çünki reallıqda onun tələb etdiyi əşyların cavabdehin etiraf etdiyi həcmdə olanı cehiz, qalanı isə birgə nigah dövründə əldə olunmuş əşyalardı. İddiaçının istinad etdiyi icra məmurunun tərtib etdiyi aktı isə tələbin sübutu kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPMnin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu barədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin məcəllənin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, kommersiya mübahisələri üzrə isə mülahizənin digər tərəfə Mferilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə etməyə haqlıdır. "Məhkəmə qətnaməsi haqqında" Ali Məhkəmənin Plenumunun xx.xx.2005-ci tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda qeyd olunanlara nəzərə alaraq, iddianın yataq otağı, mebel dəsti, stol və soyuducuya aid hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, keçən məhkəmədən sonra cavabdehlərdən iddia ərizəsində tələb etdiyi əşyaların bir qismini götürmüşdür. Həmin əşyalar yataq otağı mebel dəsti, divan, stol, ət çəkən, kondisioner, soyuducu, paltaryuyan, pərdələr, sok çəkən, xalça, televizor, listur almışdır. Götürmədiyi əşyalar duxovka, tozsoran, stullar və qızıl sepdir. Keçən məhkəmə iclasında qızıl sepə münasibətdə iddiasından imtina etdiyini bildirsə də, hazırda qızıl sepi də tələb edir. Duxovka mərhum həyat yoldaşı ilə birgə nikahları dövründə kreditlə əldə edilib. Kredit onun adına rəsmiləşmiş olsa da, onun ödənişlərinin bir qismini özü ödəmişdir. Onun adına ödəmə qəbzləri yoxdur, qəbzlər həyat yoldaşının adına olub. Tozsoran mərhum həyat yoldaşı ilə birgə nikahları dövründə övladının doğum günündə yığılan pulla əldə edilib. Stullar isə mərhum həyat yoldaşı ilə birgə nikahları dövründə kreditlə alınıb. Belə ki, o, cehizlik stullarını sataraq əldə etdiyi 200 manatla onun ilkin ödənişini etmişdi. Yerdə qalan ödənişləri isə həyat yoldaşı ilə bir yerdə etmişdilər. Qızıl sep ona hədiyyə kimi verilmişdi. Həmin sepin qızıl olması ilə bağlı sübutu yoxdur. Tələb etdiyi duxovka, tozsoran, stullar və qızıl sep cavabdeh İddiaçı evində olub. Lakin o, cavabdehlərin ikisindən də tələb edir, çünki həmin əşyaları onların ikisi bir yerdə satıb. Həmin əşyaların Cavabdeh2 tərəfindən mənzildən çıxarılaraq aparılmasının şahidi olmamışdır. 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, məhkəməyə təqdim etdikləri təhvil-təslim aktından da göründüyü kimi mübahisəli əşyaların böyük bir qismi tərəflərindən iddiaçıya təqdim edilmişdir. Hətta nəinki iddia ərizəsində göstərilən, hətta orada göstərilməyən bir neçə əşya da tərəflərindən ona təqdim edilmişdir. Mübahisəli yerdə qalan 3 əşyaya gəlincə isə bildirir ki, həmin əşyalar iddiaçı ilə onun mərhum həyat yoldaşı tərəfindən birgə nikah dövründə əldə edilib və iddiaçının cehiz əşyaları siyahısına daxil deyildir. Həmçinin, iddiaçı həmin əşyalarla bağlı 2023-cü ildə polis idarəsinə müraciət etmişdir. Hazırda şahid qismində məhkəməyə dəvət etdikləri şəxs polis idarəsində vermiş olduğu izahatda bildirmişdir ki, o, həmin əşyaları iddiaçının mərhum həyat yoldaşından satın almışdır. Hazırda da həmin əşyalardan ikisi onun istifadəsindədir. Biri isə xarab olduğundan atılmışdır. Qızıl sepə gəlincə isə bildirir ki, keçən məhkəmə iclasında iddiaçı ifadə verərək həmin seplə bağlı tələbindən imtina etdiyini bildirmişdir. Belə olmasa belə, həmin sepin həqiqətən qızıl olması sübuta yetirilməmişdir və onun nikah pozulduqdan sonra İddiaçı evində qalması inandırıcı səslənmir. Odur ki, bu qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 7.Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli əşyaların böyük bir qismi tərəflərindən iddiaçıya təqdim edilmişdir. Mübahisəli yerdə qalan 3 əşyaya gəlincə isə bildirir ki, həmin əşyalar iddiaçı ilə qardaşının birgə nikah dövründə əldə edilib və iddiaçının cehiz əşyaları siyahısına daxil deyildir. Həmin əşyalar məhz qardaşının adına və onun vəsaiti hesabına əldə edilib və daha sonra qardaşı tərəfindən satılıb. Odur ki, iddia tələbinin rədd edilməsini tələb etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, polis bölməsində ifadə verən zaman əşyaları aldığını bildirən A.Babayeva bildirmişdir ki, həmin əşyaların alınması ilə bağlı təklifi onun ona verməsi barədə ifadəsi düzgün deyildir. Belə ki, onun qardaşı usta olub və həmin xanımın evində təmir işləri apararkən əşyalarını satığını bildirmiş və A.Babayeva isə onu almaq niyyətini ifadə etmişdir. Onun bundan məlumatı olmayıb. A.Babayeva əşyaların pulunu qardaşına vermişdir. 8.Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində bildirmişdir ki, o, iddiaçı və cavabdehləri tanımır və onlarla heç bir əlaqəsi yoxdur. O, mərhum Ağamehti Musayevi tanıyırdı. Həmin şəxs onların evində təmir işləri aparırdı. Bu zaman o ona bildirdi ki, onun satılıq əşyaları var. Onlara müştəri tapa bilərmi. O da ona bildirdi ki, özü almaq istəyər. Əlavə olaraq, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, həmin əşyaları, yəni stulları 300 manat, tozsoranı 100 manat və duxovkanı isə 50 manata almış, ümumilikdə 450 manat pul vermişdir. Polisə verdiyi ifadədə əşyaları uzun müddət tanıdığı Cavabdeh2 təklifi ilə əldə etmmişdir kimi yazmağına səbəb o olmuşdur ki, o, əşyaları götürmək üçün getdikdə Ağamehdinin bacısı Mehbarə və anası Sevil xanım da orada idi. Həmin əşyaları təxminən 2022-ci ilin oktyabr-noyabr ayında əldə etmişdir. O, pulu Ağamehdinin evində ona vermiş, bu zaman evdə bacısı Mehbarə və anası Sevil xanım da olmuşdur. İddiaçı tanımır və görməmişdir. Əlavə olaraq, iddiaçının nümayəndəsi və vəkilinin onun polisə verdiyi və hazırda verdiyi ifadələrin bir-biri ilə ziddiyyət təşkil etməsinin səbəbinin nə olması sualına cavab olaraq isə bildirmişdir ki, ola bilsin ki, polisdə ifadə verərkən fikir qarışıqlığı olub. 9.Daha sonra məhkəmə iclasında Cavabdeh2 sədrlik edənin əlavə suallarına cavab olaraq bildirmişdir ki, Aysel xanımı tanımır. Qardaşı xəstə idi. Ona zəng vurdu ki, əşyaları satır. Bununla bağlı alıcı gələcək. Verə bilməsə, o evdə olsun. O da gəldi ki, Aysel xanım əşyaları götürmək üçün gəlib. Bu zaman ondan başqa evdə qardaşı və anası var idi. Aysel xanım pulu qardaşına verdi. Polisə verdiyi ifadədə həmin əşyaların anası Cavabdeh1 tərəfindən satılmasını bildirməsinə səbəb o olmuşdur ki, polisə ifadə verən zaman onlara müstəntiq nə deyirdisə, onlar da onu yazırdılar. Həmin qərarı mübahisələndirmir. 10.Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Musayeva X12 Ağamehdi Sabir oğlu ilə 17 iyul 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından bir övladları olmuşdur. Nikaha daxil olduqdan sonra iddiaçı ünvan 4 ünvanına gəlin köçmüşdür. Daha sonra iddiaçı ilə X16 arasında bağlanmış nikaha xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi əsasında xitam verilmiş, daha sonra iddiaçının keçmiş həyat yoldaşı X16 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı nikah pozulduqdan sonra gəlin köçdüyü evi tərk etmiş, lakin ona cehiz kimi verilən əşyaları və şəxsi əşyaları yuxarıda qeyd edilən evdə qalmışdır. İddiaçı daha sonra məhkəməyə müraciət edərək, iddia ərizəsində sadalanan əşyaların cavabdehlər Cavabdeh1 və X2 alınaraq ona geri qaytarılmasını tələb edir. b) Mülki işin materialları: 12.Mülki işin materiallarında olan Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01769 nömrəli X9 iştirak edilməməsi barədə arayışdan görünür ki, həmin tarixdə keçirilən X9 iddiaçı M.Samirə iştirak etmiş, lakin Cavabdeh1 iştirak etməmişdir (Mediator: Y.Bulud). 13.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mediasiya xərci olaraq 60 manat məbləğində rüsum ödəmişdir. 14.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 19 oktyabr 2023-cü il tarixli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və İddiaçı arasında bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. 15.Mülki işin materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X29 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 120 nömrəli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Birliyin Nəsimi rayon şöbəsinin meyitxanasına gətirilmiş 1971-ci il təvəllüdlü X3 meyiti xx.xx.2023-cü il tarixdə məhkəmətibbi müayinədən keçirilmiş və dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. 16.Mülki işin materiallarında olan Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən 29 aprel 2011-ci il tarixdə verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və İddiaçı birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X17 dünyaya gəlmişdir. 17.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 18.Mülki işin materiallarında olan AR Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən ÖM seriyalı, 202147 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Pişəvari küçəsi, 7 saylı evin 16.7 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 53 saylı mənzili Cavabdeh1 adına xx.xx.2004-cü il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. 19.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı Elçin Bədəlzadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və maraqlı tərəfə mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah olunmuşdur. 20.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(006)-127/2023 saylı qərardadına əsasən ərizənin təmin olunması, məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı cehiz kimi verilmiş yataq otağı mebel dəsti, divan, stol, stul, kondisioner, soyuducu, duxovka, paltaryuyan “LG”, pərdələr, tozsoran “Samsung”, sokçəkən, ətçəkən, xalça, televizor, çilçıraq olmaqla əşyaların üzərinə həbs qoyulmuş, o cümlədən, özgəninkiləşdirilməsi və istifadə edilməsi cavabdehə və qeyrilərinə qadağan edilməsi qərara alınmışdır. 21.Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, X11 tərəfindən 100 manat məbləğində "xxxx" MMC-yə pul vəsaiti ödənilmişdir. 22.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən 38 saylı vəkil bürosunun vəkili Nümayəndə1 ünvanlanmış LİŞ-68 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 aşağıda qeyd edilən məhsulları müvafiq tarixlərdə “Kontakt Home” mağazalar şəbəkəsindən hissə-hissə ödəmə şərti ilə əldə etdiyi müəyyən olunmuşdur: 13.09.2018 – SAMSUNG J2 2018 DS (J250) – GOLD – 380 AZN 06.09.2019 – MİKSER PHİLİPS HR3745/00 -156 AZN, ÜTÜ BRAUN 715 TS - 147 AZN, TOZSORAN SAMSUNG VC24KVNJGRL/EV – 294 AZN 10.06.2020 – SOYUDUCU TOSHİBA – 1503.8 AZN 10.06.2020 – PLİTƏ HOFFMAN – 399.6 AZN 30.08.2020 – LG LED – 515.1 AZN 30.08.2020 – PİZA FS – 756 AZN 18.12.2021- MİNİ SOBA HOFFMAN – 99.99 18.12.2021 - MİNİ SOBA HOFFMAN – 99.99 23.06.2022 – SAMSUNG GALAXY TAB A7 LİTE – 370.79 23.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən 38 saylı vəkil bürosunun vəkili Nümayəndə1 ünvanlanmış 1446-(2) nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X11 "xxxx" MMC ilə ********* saylı, xx.xx.2018-ci il tarixli müddətli alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 669.0 manat dəyərində olan “Electrolux markalı kondisioner aylıq ödənişi 48.00 manat olaraq ödəməyi öhdəsinə götürüb. Nisyə alınmış məhsulun dəyəri X11 tərəfindən tam olaraq ödənilmişdir. 24.Mülki işin materiallarında olan “Kontakt Home” tərəfindən verilən ödəniş qəbzlərindən görünür ki, X16 tərəfindən müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilmişdir. 25.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli SF-9450 nömrəli çıxarışdan görülür ki, X11 xx.xx.2014-cü il tarixində 2,200.00 manat və xx.xx.2013-cü il tarixində 1,806.00 manat məbləğində kredit götürmüşdür və hər iki kredit tam olaraq ödənmişdir. 26.Mülki işin materiallarında olan xx.xx.2024 –cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X3 hüquqi varisi ünvan 5 ünvanında qeydiyyatda olan oğlu – X7r və o mirasdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: AR MN X26 xx.xx.2023-cü il tarixli 1092 saylı məktubunda göstərilən, mərhumun orta aylıq əmək haqqının 3 misli ilə 1912.02 manat alınmamış vəsaitdən ibarətdir. 27.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Aydın Hümbətov, icra sənədi üzrə tələbkar İddiaçı və icra sənədi üzrə borclu X11 aktı ondan ötrü tərtib ediblər ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(006)-127/2023-cü il saylı qərarında göstərilən əmlaklardan yataq otağı mebel dəsti, divan, stol, kondisioner, soyuducu, paltaryuyan, pərdələr, sok çəkən, ət çəkən, xalça, televizor və çilçıraq aşkar olundu. Digər əmlak stul, duxovka və tozsoran ünvanda yox idi. 28.Mülki işin materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/4734 nömrəli ekspert rəyindən görülür ki, 4 adda malların iş materiallarına əsasən istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 560,00 manat müəyyın edilir. 1 ədəd qızıl boyunbağının (qızıl sep) əyarı, kütləsi, modeli, istehsal yeri və s. barədə məlumat olmadığından həmin mallar üzərində qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50(əlli manat) təşkil etmişdir. 29.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, iddia tələbində qeyd olunan və icra məmuru tərəfindən aktlaşdırılan əşyalar iddiaçıya təhvil verilmişdir. 30.Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı müraciəti ilə bağlı verilmiş cinayət işinin rədd olunması barədə 1372 nömrəli işin materiallarında olan X19 tərəfindən verilən izahatdan görünür ki, o, İddiaçı tanımadığını, onunla heç vaxt rastlaşmadığını bildirmiş və qeyd etmişdir ki, 2022-ci ilin oktyabrın sonlarına yaxın uzun müddətdir tanıdığı X5 işlənmiş ev əşyalarını satdığını bilmiş, həmin zaman həmin əşyalara ehtiyacı olduğundan Mehbarə xanımdan necə əldə edəcəyini soruşmuş, Mehbarə xanım anası Sevil Əyyub qızının nömrəsini vermişdir. O, həmin xanımla əlaqə saxlamış, həmin xanım 6 ədəd stul, 1 soba, 1 ədəd palisos satdığını demiş, onunla razılaşaraq bu əşyaları 450 manat qiymətə almışdır. Həmin gündə əşyalara baxaraq onları yaşadığı ünvana aparmışdır. İddiaçı iddia etdiyi kimi cari ilin may ayında almamışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 31.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər (maddə 135.4). Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. (maddə 135.5) 32.Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 33.Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 34.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31-ci maddəsinin tələblərinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur. 35.Həmin Məcəllənin 32-ci maddəsinin tələblərinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.). ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər-birinin əmlakıdır). 37.Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olunmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də ər-ərvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 38.Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hərbirinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir. 39.Hazırki iş üzrə işin müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı ilə X16 arasında bağlanmış nikah pozulduqdan sonra iddiaçı birgə yaşadıqları mənzildən getmiş, lakin iddiaçının da iddia etdiyi kimi bir sıra daşınar əşyalar həmin evdə qalmışdır. Hansı ki, həmin əşyaların bir qismi iddiaçının özünün cehiz əmlakı, bir qismi isə iddiaçı ilə onun keçmiş həyat yoldaşı X6 birlikdə birgə nikah dövründə əldə etdikləri əşyalar olmuşdur. Hazırki məhkəmə prosesinin getdiyi dövrdə iddiaçının tələb etdiyi əşyaların bir qismi (yataq otağı mebel dəsti, divan, stol, ətçəkən, kondisioner, soyuducu, paltaryuyan, pərdələr, sokçəkən, xalça, televizor və listur) müvafiq akt üzrə iddiaçıya təhvil verilmişdir. Bunu məhkəmə iclasında tərəflərin məhkəməyə verdiyi izahatlar (hər iki tərəfin etiraf etməsi), həmçinin iş materiallarında olan tərəflərin iştirakı ilə tərtib edilən 26 oktyabr 2024cü il tarixli akt da təsdiq edir. Odur ki, hazırda iddia tələbi yuxarıda adı çəkilən əşyalara münasibətdə etiraf edildiyindən və həmin əşyalar iddiaçıya müvafiq akt üzrə təhvil verildiyindən, nəticədə tərəflər arasında sözügedən əşyalarla bağlı heç bir mübahisə qalmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. 40.Hazırda tərəflər arasında iddia tələbində qeyd edilən duxovka, tozsoran, stullar və qızıl sepə münasibətdə mübahisə mövcuddur. Məhkəmə həmin hissəyə münasibətdə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən əşyalardan duxovka, tozsoran və stullar Cavabdeh1 məxsus evdə qalmışdır. Buna görə də həmin əşyaların iddiaçıya qaytarılmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur. Belə ki, iş materiallarından və məhkəmə iclasında tərəflərin məhkəməyə verdiyi izahatlardan da aydın olur ki, sözügedən əşyalar tərəflərin birgə nikahda olduqları dövrdə, kreditlə əldə edilmişdir. Mülki işin materiallarından görünür ki, kreditlə götürülən əşyalar iddiaçının mərhum həyat yoldaşı X6 adına rəsmiləşdirilmiş və bütün ödənişlər tam şəkildə ödənilmişdir. Cavabdeh tərəf tələb edilən əşyaların birgə nikah dövründə əldə edildiyini qəbul etsələr də, həmin əşyaların elə birgə nikah dövründə mərhum X16 tərəfindən də X1, buna görə də həmin əşyaların hazırda onlarda olmadığını, nəticədə iddiaçının hazırki iddiasının əsassız olduğunu bildirərək, iddianın rədd edilməsini tələb edirlər. Bununla bağlı, eyni zamanda əşyaların satıldığı şəxs, yəni X10 şahid ifadəsinə də istinad etmişlər. Lakin məhkəmə hazırki vəziyyətdə sonuncu məhkəmə iclasında X10 şahid qismində verdiyi ifadəni mötəbər sübut kimi qəbul etmir. Belə ki, sonuncu məhkəmə iclasında şahid qismində ifadə verən X19 eyni zamanda bundan əvvəl Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində izahat vermişdir. Məhkəməyə təqdim edilən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən təqdim edilən işin materiallarından görünür ki, X19 polisə verdiyi izahatında qeyd etmişdir ki, “O, İddiaçı tanımır, onunla heç vaxt rastlaşmamış, 2022-ci ilin oktyabrın sonlarına yaxın uzun müddətdir tanıdığı X5 işlənmiş ev əşyalarını satdığını bilmiş, həmin zaman həmin əşyalara ehtiyacı olduğundan Mehbarə xanımdan necə əldə edəcəyini soruşmuş, Mehbarə xanım anası Sevil Əyyub qızının nömrəsini vermişdir. O, həmin xanımla əlaqə saxlamış, həmin xanım 6 ədəd stul, 1 soba, 1 ədəd palisos satdığını demiş, onunla razılaşaraq bu əşyaları 450 manat qiymətə almışdır. Həmin gündə əşyalara baxaraq onları yaşadığı ünvana aparmışdır. İddiaçı iddia etdiyi kimi cari ilin may ayında almamışdır”. Halbuki, sonuncu məhkəmə iclasında şahid qismində verdiyi izahatında isə qeyd etmişdir ki, “O, iddiaçı və cavabdehləri tanımır və onlarla heç bir əlaqəsi yoxdur. O, mərhum Ağamehti Musayevi tanıyırdı. Həmin şəxs onların evində təmir işləri aparırdı. Bu zaman o, ona bildirdi ki, onun satılıq əşyaları var. Onlara müştəri tapa bilərmi. O da ona bildirdi ki, özü almaq istəyər. Əlavə olaraq, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, həmin əşyaları, yəni stulları 300 manat, tozsoranı 100 manat və duxovkanı isə 50 manata almış, ümumilikdə 450 manat pul vermişdir”. Göründüyü kimi şahidin məhkəmə iclasında verdiyi ifadə ilə bundan qabaq polis şöbəsində verdiyi ifadələr arasında kəskin ziddiyyət mövcuddur. Həmin xüsusatlar məhkəməyə qeyd edilənlərə tənqidi yanaşmağa əsas vermişdir. Odur ki, şahid ifadəsi qərəzli və ziddiyyətli olduğundan məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırda tələb olunan əşyalardan duxovka, tozsoran və stullar iddiaçı ilə onun mərhum həyat yoldaşının birgə nikahı dövründə əldə edildiyindən, lakin həmin əşyalar Cavabdeh1 məxsus evdə qalmış və daha sonra Cavabdeh1 tərəfindən üçüncü şəxsə satıldığından həmin əşyalar iddiaçıya məxsus hesab edilməklə onların dəyəri cavabdeh tərəfindən ona geri qaytarılmalıdır. Belə ki, hazırda həmin əşyalar hal-hazırda mövcud olmadığından onların hazırki bazar dəyəridə iddiaçıya ödənilməlidir. 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakı natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 42.Bundan başqa, tələb edilən əşyalar satıldığı üçün məhkəmə tərəfindən həmin əşyaların hazırki bazar dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli, 9/4734 nömrəli ekspert rəyi əsasında müəyyən edilmişdir ki, 1 ədəd “Hoffmann” markalı, “M3540” model mini soba (fotoşəkilə və c.i.v səh.64-də qeyd edilən məlumatlara əsasən) qiyməti 80 manat, “Samsung” markalı, “Vc24kvnjgrl/ev” model tozsoran (fotoşəkilə və c.i.v səh.64də qeyd edilən məlumatlara əsasən) qiyməti 130 manat və stullar (fotoşəkilə əsasən) 6 ədəd qiyməti 300 manat müəyyən edilmişdir. Odur ki, hazırki vəziyyətdə ekspert rəyi mötəbər sübut kimi qəbul edilərək, əşyaların ümumilikdə dəyəri olan 510 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. 43.Bundan başqa, məhkəmə iddia tələbinin qızıl sepin cavabdehlərdən alınması hissəsinə münasibətdə qeyd edir ki, bununla bağlı iddiaçı tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin hissədə tələb əsassız hesab edilməklə rədd edilməlidir. Belə ki, iddiaçı həmin qızıl sepin mövcudluğu, onun cavabdehə məxsus evdə qalması və s. barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən təyin edilən məhkəmə ekspertizası tərəfindən verilən rəy əsasında da müəyyən edilmişdir ki, qərardadda dəyərinin müəyyən edilməsi məqsədilə qeyd edilən 1 ədəd qızıl boyunbağının (qızıl sep) əyarı, kütləsi, modeli, istehsal yeri və s. barədə məlumat olmadığından həmin mal üzrə qiymətləndirilmənin aparılması mümkün olmamışdır. 44.Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 45.Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 46.İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 49.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qızıl sepin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. 50.Bundan başqa, məhkəmə iddia tələbinin digə cavabdeh X8 aid olan hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə də tələb əsassız hesab edilməklə rədd edilməlidir. Belə ki, hal-hazırda cavabdeh X15 hazırki iddia üzrə subyektiv cavabdehlik daşımır. Belə ki, iddiaçı ailə qurduqdan sonra Cavabdeh1 məxsus evə gəlin köçmüş, orada yaşamış və hazırda tələb etdiyi əşyalar da həmin evdə olmuş və daha sonra satılmışdır. 51.Hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi digər cavabdeh X15 isə hazırki iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. 52.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». 54.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. 55.Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 56.Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 57.İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 58.Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. 59.Qeyd olunanlara əsasən aydın olur ki, hazırki iş üzrə cavabdeh X15 İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır. 60.Beləliklə də, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı iddiası əsaslı hesab edilməklə qismən təmin edilməli, Cavabdeh1 iddiaçıya məxsus hesab edilən əşyaların (soba-80 manat, tozsoran-130 manat və 6 ədəd stul- hərəsi 50 manat olmaqla ümumilikdə 300 manat) ümumilikdə dəyəri olan 510 AZN (beş yüz on manat) məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə və digər cavabdeh X8 aid hissədə rədd edilməlidir. 61.Bundan başqa, aparılmış ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 62.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 63.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 64.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 65.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 66.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 67.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 iddiaçıya məxsus hesab edilən əşyaların (soba-80 manat, tozsoran-130 manat və 6 ədəd stul- hərəsi 50 manat olmaqla ümumilikdə 300 manat) ümumilikdə dəyəri olan 510 AZN (beş yüz on manat) məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə və digər cavabdeh X8 aid hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1263/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1263/2024
07.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver