Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1302/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 05 iyul 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 05 avqust 2019-cu il təvəllüdlü X6 və 15 noyabr 2021-ci il təvəllüdlü X5 anadan olmuşlar. Cavabdeh iddiaçıya yardım göstərmir, uşaqların qayğısına qalmır, qazancını özünə sərf edir. Əlacsız qalaraq aliment tələbi ilə məhkəməyə müraciət edir. Uşaqların azyaşlı olması ilə əlaqədar iddiaçı işləmir və uşaqların maddi tələbatlarını onun valideynləri ödəyir. Göstərilənlərə əsasən cavabdehlə rəsmi nikahlarından anadan olmuş 05 avqust 2019-cu il təvəllüdlü X4 və 15 noyabr 2021ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin, hər iki uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat, habelə 15.11.2021-ci il təvəllüdlü X5 anadan olarkən tibbi məqsəd üçün sərf edilən 1750 (bir min yeddi yüz əlli) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək, göstərmişdir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək hər iki valideynin həm hüququ, həm də borcudur. Bununla da hazırki iddia üzrə ədalətli qərar qəbul olunması üçün valideyn olaraq təkcə cavabdehin deyil, eyni zamanda digər valideyin olan iddiaçının da birgə nikahdan olan uşaqların saxlanılmasına borclu olduğu nəzərə alınmalıdır. Odur ki, iddianın “rəsmi nikahdan anadan olmuş 05 avqust 2019-cu il təvəllüdlü X4 və 15 noyabr 2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin ödənilməsi” hissəsinə münasibətdə cavabdehin əmək haqqı nəzərə alınaraq hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin ödənilməsi hissəsində iddianı qəbul edirlər, qalan hissədə isə iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarındakı 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 05.07.2018-ci il tarixdə verilmiş AZ-ll № 282454 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2163 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Fərzalıyeva soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 05.09.2019-cu il tarixdə verilmiş AZ-lV № 336911 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 05 avqust 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 29.11.2021-ci il tarixdə verilmiş AZ-lV № 678321 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 15 noyabr 2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. Həmçinin işin materiallarında olan Respublika Diaqnostika Mərkəzi tərəfindən verilmiş çek fakturalardan görünür ki, yenidoğulmuş X3 tibbi xidmət göstərilməsi üçün iddiaçı tərəfindən cəmi 1750 manat məbləğində pul sərf olunmuşdur. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 05.07.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından iki övladları anadan olmuş, tərəflərin münasibətləri pisləşmiş, artıq bir yerdə yaşamırlar, uşaqlar iddiaçının yanında qalırlar, iddiaçı cavabdehdən aliment, uşaqlar 3 yaşına çatana kimi aliment, həmçinin X5 anadan olarkən tibbi məqsəd üçün sərf edilən 1750 manat məbləğində pulu tələb edir, cavabdeh iddia tələbləri ilə qismən razıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafeyini, iddiaçının tələb etdiyi alimentin miqdarını, cavabdehin nümayəndəsi və vəkilinin ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia bu hissədə təmin edilməli və Cavabdeh azyaşlı uşaqları X6 və X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər bir uşaq üçün sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarına əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Bundan əlavə, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə 07.01.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Həmçinin iddianın uşaların 3 yaşına çatana qədər cavabdehdən hər ay hər uşağa sabit pul məbləğində 150 manat, cəmi 300 manat iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, aşağıdakı səbəblərə görə həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Yuxarıda qeyd olunan qanunun normasından görünür ki, arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. İşdən isə göründüyü kimi iddiaçı cavabdehin zəruri vəsaitə malik olması barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Bundan əlavə, iddianın 15.11.2021-ci il təvəllüdlü X5 anadan olarkən tibbi məqsəd üçün sərf edilən 1750 (bir min yeddi yüz əlli) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Həmçinin, Ailə Məcəlləsinin 29-cu maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Yuxarıda göstərilən hüquq normalarına uyğun olaraq məhkəmə hesab edir ki, valideynlər uşaqlarına münasibətdə bərabər hüquqa malik olmalarına görə, bərabər vəzifələr də daşımalıdırlar. Buna görə də tələb bu hissədə qismən təmin olunaraq, uşaq anadan olarkən tibbi məqsəd üçün sərf edilən 1750 (bir min yeddi yüz əlli) manat pulun yarısı, yəni 875 (səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 07 yanvar 2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş X4 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər bir uşaq üçün sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində aliment tutularaq İddiaçı verilməli, X5 anadan olarkən tibbi məqsəd üçün sərf edilən 1750 (bir min yeddi yüz əlli) manat pulun yarısı, yəni 875 (səkkiz yüz yetmiş beş) manat Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 07 yanvar 2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş 05 avqust 2019-cu il təvəllüdlü X4 və 15 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. 15.11.2021-ci il təvəllüdlü X5 anadan olarkən tibbi məqsəd üçün sərf edilən 1750 (bir min yeddi yüz əlli) manat pulun yarısı, yəni 875 (səkkiz yüz yetmiş beş) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1302/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1302/2022
28.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver