Məhkəmə qərarları › İş №2(006)-1320/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1320/2022

11.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1320/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının özünü və ya dəyərinin qaytarılması tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona məxsus qızıl-zinət əşyalarının özünü və ya 8.845 manat dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 2013-cü ildə ailə qurmuş, həmin nikahdan onların 23 may 2014-cü il tarixdə Duyğu və 30 oktyabr 2018-ci il tarixdə Cihan adlı 2 nəfər övladları anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 15 mart 2020-ci il tarixli qətnaməsi ilə uşaqlarının saxlanması üçün aliment ödənilməsi qeyd edilmişdir. Cavabdehlə ailə qurduğu, yəni toyu zamanı ona qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Həmin qızıl-zinət əşyalarını dəfələrlə cavabdehdən tələb etməyinə baxmayaraq, heç bir nəticə əldə edə bilmir. Ona məxsus olan qızıl-zinət əşyaları: 1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü, qiyməti 1.280 manat; 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük qiyməti 2.550 manat; 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı dəsti qiyməti 4.000 manat; 1 ədəd 585 əyyarlı, çəkisi qram olan üzük qiyməti 360 manat; 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük qiyməti 315; 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük qiyməti 340 manat, cəmi 8.845 manat dəyərində olan qızılzinət əşyaları. Cavabdehlə yaşadığı evdən gələrkən özü ilə uşaqlarından başqa heç bir qızıl-zinət əşyası götürməmişdir. Gəlin olduğu vaxtdan ona alınmış qızıllar cavabdeh tərəfindən əlindən alınmışdır. Hazırda isə iki uşağı ilə birlikdə atası evinə sığınmış, özü heç bir yerdə işləmir. Ona məxsus qızıl-zinət əşyalarının cavabdehdən alınması ən azından onun uşaqlarının bir müddət diqqətə layiq ehtiyaclarının ödənilməsinə köməklik edərdi. Cavabdeh ona təyin olunmuş aliment öhdəliklərinidə pozur. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X7 iddianı qəbul etməyərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 212770 nömrəli və AZ-İİİ seriyalı 363153 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, tərəflər 30.10.2018-ci il təvəllüdlü X1 və 23.05.2014-cü il təvəllüdlü X2 valideynləridirlər. İş materiallarında olan “Tural” adına qiymətli daş-qaşların və qızıl-zinət əşyalarının alqısatqısı mağazası tərəfindən verilmiş rəydə qeyd edilir: “1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü, qiyməti 1.280 manatdır. 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük qiyməti 2.550 manatdır. 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı dəsti qiyməti 4.000 manatdır. 1 ədəd 585 əyyarlı, çəkisi qram olan üzük qiyməti 360 manatdır. 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük qiyməti 315 manatdır. 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük qiyməti 340 manatdır. Qızıl-zinət əşyalarının təxmini olaraq, ümumi qiyməti 8.845 manatdır.” İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(015)- 71/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 ilə İddiaçı arasında 25 fevral 2014-cü il tarixində Ağstafa RİHB-nın Aşağı Kəsəmən kənd İƏD üzrə nümayəndəliyində bağlanmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 23 may 2014-cü il təvəllüdlü X4 30 oktyabr 2018-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(104)- 502/2021 saylı qətnaməsinin surətindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(015)-71/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər 25 fevral 2014-cü il tarixində rəsmi nikaha girmiş və el adəti ilə toy məclisi keçirib ər-arvad münasibətlərinə daxil olmuşlar. İddiaçı tələb etdiyi qızıl-ziynət əşyalarının cavabdehdə saxlanılmasını iddia edir. Lakin, cavabdeh məhkəməyə gəlməmiş, qızıl ziynət əşyalarının iddiaçı tərəfindən aparıldığına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası MPMnin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı toy ərəfəsində 1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü; 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük, 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı; 1 ədəd 585 əyyarlı, çəkisi qram olan üzük qiyməti; 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük; 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia ərizəsinin Qızıl-zinət əşyalarının dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı qızıl-zinət əşyalarının dəyərinin 8845 manat olması bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü; 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük; 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı dəsti; 1 ədəd 585 əyyarlı, çəkisi qram olan üzük; 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük; 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük olan qızıl-zinət əşyaları alınıb İddiaçı qaytarılsın. Cavabdeh 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Həbib qızının xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar