Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1332/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması Fonduna, maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDƏRX-nə qarşı “ipotekaya xitam verilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC ilə “xxxx” kəndli fermer MMC arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış xx xxxxxx 2005-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X6 iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, Cavabdeh1 ASC ilə “xxxx” kəndli fermer MMC arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinə əsasən, “xxxx! Kəndli fermer MMC-yə 5 il müddətinə illik 7 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmiş, kreditin qaytarılmasının təminatı kimi iddiaçıya məxsus ünvan 1 ünvanda yeləşən 14 nömrəli mənzil xx xxxxxx 2005-ci il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 ASC-yə girov qoyulmuşdur. “xxxx” kəndli fermer MMC tərəfindən götürülən kredit üzrə müəyyən müddət ödəniş edilməsinə baxmayaraq, sonradan öhdəliklər vaxtında və lazımınca icra edilmədiyindən Cavabdeh1 ASC kredit müqaviləsinin ləğvi və tələbin ipotekaya yönəldilməsi iddiası ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(004)-1073/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, “xxxx” kəndli fermer MMC-dən ümumilikdə 31882,32 manat tutulması və tutmanın mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ev 2 ünvanda yerləşən 14 nömrəli mənzilə yönəldilərək açıq hərracdan satılması yolu ilə Cavabdeh1 ASC-yə olan borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən “xxxx” kəndli fermer MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində xx xxxx 2015-ci il tarixdə baxılaraq qətnamə qismən dəyişdirilsə də ümumi tələb mahiyyəti üzrə dəyişdirilmədən saxlanılmış və iddiaçıya məxsus mənzilə tələb yönəldilmişdir. “xxxx” kəndli fermer MMC-nin Ali Məhkəməyə verdiyi kassasiya şikayəti xx xxxxxxxx 2015-ci il tarixdə təmin edilməmişdir. İddiaçının “xxxx” kəndli fermer MMC-yə verilmiş kreditlə bağlı hər hansı marağı olmamış, mülkiyyətində olan mənzili ipoteka ilə yüklü etməyinə səbəb sadəcə tanışlığa söykənən etibar meyarı olmuşdur. Xətai rayon İcra Şöbəsinin xx/xx- 6400/7 nömrəli xx xxxx 2017-ci il tarixli sifarişinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzilinin açıq hərracda satılmasına dair Bakı Apelyasiya Məhkəməsinin 2(103)-959 saylı xx xxxx 2015-ci il tarixli icra vərəqəsi “X4” MMC-yə göndərilmişdir. Həmin mənzil xx xxx 2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 85000 manat, xx xxxx 2017-ci il tarixdə təkrar hərracda 15 faiz endirimlə 72250 manata açıq hərraca çıxarılsa da sifarişçi olmadığından hərrac baş tutmamışdır. “X4” MMC Cavabdeh1 ASC-yə xx xxxx 2017-ci il tarixli 214 nömrəli məktub göndərərək hərracın tutmamasına dair “Kaspi” qəzetində müvafiq elanın dərc edildiyi qeyd edilmiş və Cavabdeh1 ASC-dən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinin tələbini rəhbər tutaraq ipoteka saxlayan kimi 30 təqvim günü ərzində ipoteka predmeti ilə əlaqədar münasibət bildirilməsi xahiş olunmuşdur. Lakin həmin məktubun üzərindən 30 gündən çox zaman keçməsinə baxmayaraq hal-hazıradək ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzil Cavabdeh1 ASC tərəfindən əldə edilməmişdir. Məlum olduğu kimi X11 Heyətinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh1 ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası ləğv edilmiş və Bakı Apelyasiya Məhkəməsininxx xxxxx 2020-ci il tarixli qərarı ilə Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 ASC-nin ləğvedicisi təyin edilmişdi. Bu səbəbdən iddiaçının nümayəndəsi (vəkili) X6 məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək və iddia ərizəsinə etiraz ərizəsini təqdim edərək bildirmişdir ki, iddiaçının qənaətinə görə iddia etdiyi faktları, yəni hərracın keçirilməsini, alıcı olmadığından mənzilin ipoteka saxlayana təklif edilməsinivə ipoteka saxlayanın həmin mənzili əldə etməməsini, iş materiallarına qoşma edilmiş hərrac şirkətinin məktubu və açıq hərracın keçirilməsinə dair bildiriş ilə təsdiq edildiyi bildirilmişdir. Lakin iddia ərizəsinə qoşma olunan və iddiaçının qənaətinə görə iddia etdiyi faktları təsdiqləyən sənədlər arasında, yəni həm hərrac şirkətinin məktubunun, həm də açıq hərracın keçirilməsinə dair bildirişin ipoteka saxyalan Cavabdeh1 ASC-yə çatmasında dair mötəbər sübut aşkar edilməmişdir, yəni yoxdur. Qoşma olunan və iddiaçının dili ilə desək faktları təsdiqləyən sənədlərə nəzər yetirdi də., görmək olar ki, ipoteka saxyalan Cavabdeh1 ASC-nin ünvanı kimi “ünvan 3 2017-ci təqvim ilində Cavabdeh1 ASC-nin hüquqi və faktiki ünvanı “Az1022, ünvan 4ırda da hüquqi ünvanı odur. Göründüyü kimi iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qüsurlu sənədləri qoşam edərək, hərracın keeçirilməsini, hərracda alıcı olmadığından mənzilin satılmamasını, həmin mənzilin ipoteka saxlayan Banka təklif edildiyini və Bankın mənzili əldə etməkdən imtina etdiyini sübuta yetirməyə çalışır, lakin bütün bunlar əsassız iddia tələbidir, hər hansı mötəbər subuta əsaslanmamışdır, yəni nə bildirişlərin, nə təklifin Cavabdeh1 ASC-yə çatmasına, onun tərəfindən alınmasına dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Hətta bu qənaətə gəlmək olar ki, nə ipoteka saxlayanın, nə ipoteka qoyanın belə xəbəri olmamışdır. Sonda cavabdehin nümayəndəsi X5 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDƏRX-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDƏRX-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X4” MMC-nin xx xxxxxx 2017-ci il tarixli, 01/15-2 saylı açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, sifarişçiyə (Xətai Rayon İcra Şöbəsinə), tələbkara (Cavabdeh1 ASC-yə) və borclu (İddiaçı) xx xxxxxx 2017-ci il tarixdə saat 11:00-da baş tutacaq hərracın yeri və vaxtı barədə məlumat verilməsinə dair bildiriş verilmişdir. Məhkəmə bildirir ki, işin araşdırılmış hallarından göründüyü kimi Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə xx xxxxxx 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 29317,62 manat, faiz borcu üzrə 2114,70 manat, cərimə üzrə 450 manat məbləğində pul vəsaitinin “xxxx” kəndli fermer MMC-dən tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetləri olan Əlİddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin, 14 saylı və X3 mülkiyyətində olan Bakı şəhəri, Zərdabi küçəsi, 63 saylı evin 10 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cavabdeh “xxxx” kəndli fermer MMC-nin Cavabdeh1 ASC-yə olan borcunun ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 12 faizi, yəni 2,45 manat iddiaçıya aid edilməsi, qalan 88 faizi, yəni 17,55 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” kəndli fermer MMC-dən tutularaq iddiaçının Cavabdeh1 ASCyə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərcinin 25 manatının iddiaçıdan, qalan 25 manatının isə cavabdeh “xxxx” kəndli fermer MMC-dən tutularaq dövlət nəfinə ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qtənaməsi ilə Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi qismən yəni faiz borcu üzrə 2114,70 manat məbləğində pul vəsaitinin “xxxx” kəndli fermer MMC-dən tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə yəni xx xxxxxx 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 29317,62 manat, cərimə üzrə 450 manat məbləğində pul vəsaitinin “xxxx” kəndli fermer MMC-dən tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetləri olan Əlİddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin 14 nömrəli və X3 mülkiyyətində olan Bakı şəhəri, Zərdabi küçəsi, 63 saylı evin 10 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cavabdeh “xxxx” kəndli fermer MMC-nin Cavabdeh1 ASC-yə olan borcunun ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli icra vərəqəsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin, 14 nömrəli mənzilini xx xxx 2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 85000 manat, xx xxxx 2017-ci il tarixdə təkrar hərracda 15 faiz endirimlə 72250 manata açıq hərraca çıxarılsa da sifarişçi olmadığlndan hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı “Kaspi” qəzetində elan dərc olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən “X4” MMC 14iyul 2017-ci il tarixli, 214 saylı məktubla ipoteka saxlayan Cavabdeh1 ASC-yə ipoteka predmetini almağı təklif etmiş, lakin cavabdeh tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə 5 əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinin tələbinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinin tələbinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə görə əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə görə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinə görə ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdən sonra ipoteka predmeti bu Qanunla müəyyən edilmiş qaydada satıla bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, iddia təmin edilməli, Cavabdeh1 ASC ilə “xxxx” kəndli fermer MMC arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış xx xxxxxx 2005-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməli və bu barədə Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 ASC ilə “xxxx” kəndli fermer MMC arasında bağlanmış xx xxxxxx 2005ci il tarixli 11 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış xx xxxxxx 2005-ci il tarixli ipoteka müqaviləsinə xitam verilsin, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilsin və bu barədə Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1332/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1332/2021
15.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver