Məhkəmə qərarları › İş №2(006)-1340/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1340/2021

16.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1340/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(005)-1199/2015 saylı qətnaməsi ilə tutulan aliment məbləği dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq 18 yaşına çatanadək İddiaçı əmək haqqından 1/6 hissəsində aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X11 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx xxxxxxx 2013-cü il tarixdə Cavabdeh (nikahdan sonra Mirsalamova) ilə rəsmi nikah qeyd etdirərək evlənmiş və birgə yaşayış dövründə xx xxxxxxx 2014-cü il tarixdə bir uşaqları doğulmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olmuş, sonra yaranan anlaşılmamazlıqlar nəticəsində münasibətləri tam pozulmuşdur. Bu səbəbdən nikahları ləğv edilmiş və xx xxx 2016-cı il tarixdə nikahın ləğv edilməsi haqqında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində qeydiyyat aparılmışdır. X8 ondan aliment tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxx 2015-ci il tarixli 2(005)-1199/2015 saylı qətnaməsilə iddia təmin edilərək xx xxxxxxx 2014-cü il tarixdə doğulmuş Cəmilin saxlanılması üçün hər ay onun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq X4 verilməsi qət edilmişdir. xx xxxxxx 2015-ci il tarixdən hər ay onun bütün növ qazancının dörddə bir hissəsi miqdarında aliment tutulur. Lakin hazırda xx xxxx 2017-ci il tarixdə X9 ilə rəsmi nikah qeyd etdirərək evlənmiş və birgə nikahdan onların xx xxxx 2020-ci il tarixdə doğulmuş bir uşaqları vardır. Bundan başqa işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx xxxxxx 2020-ci il tarixli ********* saylı məktubunda göstərilir ki, onun cəmi aylıq əmək haqqının 2936 (iki min doqquz yüz otuz altı) manat təşkil edir. Göstərilən məbləğ əvvəl aldığı əmək haqqından təxminən 500 (beş yüz) manat azdır. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 saylı Bakı Asan Xidmət X12 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020ci il təvəllüdlü X3 atası İddiaçı, anası X5r. İş materiallarında olan 03 saylı Bakı Asan Xidmət X12 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X13 arasında nikah olmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 524 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mirsalamov soyadı, arvada Mirsalamova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Neft Şirkətinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı böyük mühəndis vəzifəsində çalışır. Aylıq maaşı 2.430,00 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015ci il tarixli qətnaməsindən görünür ki, xx xxxxxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh İddiaçı xx xxxxxx 2015-ci il tarixdən başlayaraq hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Neft Şirkətinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, SOCAR Baş ofis Neft emalı şöbəsinin mühəndisi İddiaçı 2020-ci il ərzində Mirsalamova Fidanın hesablaşma hesabına cəmi 2020-ci il üzrə 8388.66 manat təşkil etmışdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2021-ci il üçün yaşayış minumumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə birgə nikahda olmuşlar və onların birgə nikahdan bir övladı vardır. Uşaq hazırda Cavabdeh himayəsindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(005)-1199/2015 saylı qətnaməsinə əsasən İddiaçı xx xxxxxx 2015-ci il tarixdən başlayaraq hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. xx xxxx 2017-ci il tarixdə Mirsalamov X1 ilə rəsmi nikah qeyd etdirərək evlənmiş və birgə nikahdan onların xx xxxx 2020-ci il tarixdə doğulmuş bir uşaqları vardır. Bundan başqa işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətində onun cəmi aylıq əmək haqqı 2936 manat təşkil edir. Göstərilən məbləğ əvvəl aldığı əmək haqqından təxminən 500 manat azdır. Hazırda iddiaçı yeni nikaha daxil olduğunu, əvvəlki aylıq əmək haqqının azaldılmasını əsas gətirərək ödənilməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(005)-1199/2015 saylı qətnaməsi il müəyyən edilən gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment məbləği dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq 18 yaşına çatanadək İddiaçı əmək haqqından 1/6 hissəsində aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə müəyyən edilmişdir ki, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmuş və o, bununla bağlı alimentin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, valideynlərin uşaqları saxlamaq vəzifəsi təkcə onlara edilən maddi yardımla məhdudlaşmır. Uşaqların saxlanılması, onlara qulluq edilməsi, təlim-tərbiyələri ilə məşğul olmaq və sair valideynlərin uşaqları saxlamaq vəzifələrinə daxildir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırda 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir, iddiaçı tərəfindən təqdim edilmiş arayışdan görünür 2020-ci il üzrə ödənilən alimentin məbləği isə hər ay 600-740 manat olmuşdur. Göründüyü kimi, həmin məbləğ uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan da çoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsassız və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(005)-1199/2015 saylı qətnaməsi ilə tutulan aliment məbləği dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq 18 yaşına çatanadək İddiaçı əmək haqqından 1/6 hissəsində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(005)- 1199/2015 saylı qətnaməsi ilə tutulan aliment məbləği dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq 18 yaşına çatanadək İddiaçı əmək haqqından 1/6 hissəsində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar