Məhkəmə qərarları › İş №2(006)-1351/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1351/2021

16.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1351/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı “alimentin təyin edilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 onun xeyrinə xx.xx.2013-cü il tarixdə anadan olmuş oğlu Cavabdeh saxlanması üçün hər ayda 170 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Lakin xx xxxxxx 2020-ci il tarixdə Məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, pandemiya ilə əlaqədar yaşadığı rayonda sərt karantin rejimi təyin olunduğundan və oğlu Cavabdeh səhhətində problemlər yarandığı üçün o, övladını qoyub Bakı şəhərinə gələ bilmir. Odur ki, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2010-cu ilin iyul ayında cavabdeh X4 dini nikahla ərə getmişdir. Cavabdehlə birgə nikahda olduğu müddətdə xx.xx.2013-cü il tarixdə oğlu Cavabdeh anadan olmuş və uşaq hal-hazırda onun himayəsində yaşayır. Cavabdehlə ər-arvad kimi üç il müddətində birgə yaşadıqda onların arasında heç bir narazılıq olmamışdır. Övladı dünyaya gələndən sonra cavabdeh 2013-cü ilin yanvar ayının axırlarında onu valideynlərinin evinə göndərdi. Dedi ki, qışdı, soyuqdu, yanacaq pulunu ödəmək çətindir, orda getsin qalsın, bir iki aya onu gəlib aparacaqdır. Lakin sonradan onu öz yanına aparmadı, övladı ilə də heç maraqlanmadı. Artıq övladının 7 yaşı var. İndiyə qədər cavabdeh onlara aliment ödəməyib və uşağın baxmasına heç bir köməklik göstərməyib. Evləndikdən sonra cavabdehə dəfələrlə arasında olan nikahın rəsmiləşdirilməsini tələb etsə də, cavabdeh bundan müxtəlif bəhanələrlə boyun qaçırmış və nikahın rəsmiləşdirilməsi mümkün olmamışdır. Lakin buna baxmayaraq oğlu doğulduqdan sonra cavabdeh atasının olmasını bildirmiş və uşağın doğum haqqında şəhadətnaməsində cavabdeh X3 atası olması göstərilmişdir. Bu səbəbdən də o, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh X5 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Cavabdehin olduğu yer məhkəməyə məlum olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 218940 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2013-cü il təvəllüdlü Cavabdeh valideynləridirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı cavabdehdən hər ay cəmi 170 manat aliment tutulmasını tələb etsə də, cavabdehin qazancı və başqa gəlirləri barədə Məhkəməyə sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, həmin halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd olulanları nəzərə alaraq, məhkəmə alimentin məbləğinin hər ay uşağa görə 175 manat miqdarında müəyyən edir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: İddia təmin edilsin. xx xxxxxx 2013-cü il təvəllüdlü Cavabdeh yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2020-ci il tarixindən başlayaraq cavabdeh X1 hər hər uşağa görə 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınsın və İddiaçı verilsin. Aliment tələbi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)n ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar