Məhkəmə qərarları › İş №2(006)-1369/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1369/2021

18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1369/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «uşağın 3 yaşına kimi anaya müavinətin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «uşağın 3 yaşına kimi anaya müavinətin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü Yunus Şiralizadənin 3 yaşına çatana kimi, əlavə olaraq 100 ABŞ dolları (170 manat) məbləğində xərclərin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx xxxxx 2015-ci il tarixdə 1 saylı Bakı ASAN xidmət mərkəzində nikah bağlamışlar. Nikahdan xx xxxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X3 ABŞ-da doğulmuş və ABŞ vətəndaşıdır. Xəyanət səbəbi ilə ailələrində olan narazılıqdan sonra xx xxxxxx 2019cu ildə ABŞ-dan övladları ilə birlikdə geri qayıtmışdır. Cavabdeh ABŞ-da siyasi qaçqın olduğundan dolayı və yüksək gəlirli şirkətləri olduğundan dolayı onlarla birgə Azərbaycana dönə bilməmişdir. Hal-hazırda da ABŞ-da siyasi qaçqın olaraq yaşamaqda davam edir. Azərbaycana geri döndükdən sonra Cavabdeh maddi cəhətdən övladlarına baxmadığından dolayı xx.xx.2019-cu il tarixdə Nəsimi rayon Məhkəməsinə müraciət etmiş və Cavabdeh 53.000 ABŞ dolları illik gəlirinin olduğu sənədlər əsasında xx.xx.2020-ci il tarixli 2(006)-1422/2020 saylı qətnaməsi ilə 1.275 manat hər bir uşağı aliment kəsilmişdir. Lakin qarşı tərəf apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, alimentin hər bir uşağa 170 manat kəsilməsi tələbini iddia etsə də, vəkili tərəfindən məhkəməyə təqdim olunmuş Covid-19-a görə ABŞ sakinlərinə verilən 203 ABŞ dolları həftəlik gəlir (ayda 900 ABŞ dolları) əsasında 280 manat aliment kəsilmişdir hər bir uşağa (cəmi 460 manat). Onun təqdim etdiyi sənədlər notariussuz olduğu səbəbindən yüksək məbləği sübuta yetirə bilməmiş, lakin hal-hazırda bununla bağlı ABŞ-a sorğu göndərmişdir. Hal-hazırda qayınanasının adına olan evdə övladları ilə yaşayır, lakin qayınanası onu məhkəməyə verib və yaşama hüququna xitam verilib. Tez bir zamanda evi də tərk etməlidir. Maddi vəziyyəti hədsiz dərəcədə pisdir, heç bir yerdə işləmir, üstəlik yaşamağa da yerləri yoxdur. Lakin onun və balalarının yaşayış şəraitinin tam əksi olaraq, uşaqların atasının maddi vəziyyəti çox yüksəkdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-7677/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-1422/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, xx xxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 230 manat olmaqla, cəmi 460 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2145/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx xxxxx 2015-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 785 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx xxxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxxxxx 2018-ci il təvəllüdlü X3 3 yaşına çatmamışdır. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsassən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxxx 2018-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin kifayət qədər yüksək gəlir əldə etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxxx 2018-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar