Məhkəmə qərarları › İş №2(006)-139/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-139/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-139/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4, Cavabdeh3 1 saylı Rabitə xidmətləri mərkəzinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, Cavabdeh2 və Cavabdeh3 1 saylı Rabitə xidmətləri mərkəzinə qarşı “sığorta ödənişinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (Cavabdeh2 və Cavabdeh3 1 saylı Rabitə xidmətləri mərkəzi (Yasamal rayon Telefon Qovşağı) üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 avqust 2004-cü ilin manat dövriyyəsinin 8.000 manatı indeksləşdirilərək, qüvvədə olan manatla sığorta pulunun Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən tam tutularaq X5 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı oglu, oğlu 12 yanvar 1987-ci ildə anadan olan, X3 adına, ”övlad sığortası” etmişdir. Sığorta müqaviləsi, seriya A 330429 nömrəli, sentyabır 1991-ci ildən 30 avqust 2004-cü ilə kimi hər ay 50 manat 40 qəpik sığorta üçün ödəmişdir. Sıgorta məbləği 8000 manat sıgorta pulu sığorta şirkətinə tam ödənilmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu, 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi və Azərbaycan Müstəqil Respublikası yaradıldı. SSRİ Dövlət Sığorta İdarəsi də dağıldı və Azərbaycan Dövlət Sığorta Şirkəti yaradıldı. 1992-ci ildə Azərbaycan Dövlət Sığorta Şirkəti olaraq adlandırıldı və “Azərsıgorta” kimi fəaliyyətini davam etdirdi. Sığorta müqaviləsinin bitmə tarixi artıq müstəqil Azərbaycanın qanunları tam işlək vəziyyətdə olmasına istinad edərək sigorta müqaviləsi Azərbaycan müstəqilliyin tam 14 il ərzində ödənişlərin aparılmasına baxmayaraq 30 avqust 2004 ci ildə tam ödəniş olunaraq 8.000 manat qüvvəyə minmişdir. 25 ildən artıqdır ki, Qarabağ Qaziləri çətinliklə də olsa ,öz pullarını 6.600 manat 1991-ci il və 1994-cü illərdə gedən Qarabağ uğrunda döyüşlərdə aldıqları xəsarətə və əlilliyə görə az —az miqdarda olsa da tam bu günki, manata uyğun olaraq, indeksləşməsinə istinad edərək 6.600 manat alınır. Qanun hamı üçün qanundur, vətəndaş öz halal pulunu hər ay 14 il ərzində ödəməsinə baxmayaraq ala bilmir. Pulunu 14 il almaq qanundur, qaytarmağa gələndə indeksasiya planı ortaya çıxır. Pulu qaldıqca faizlərdən sıgıorta şirkətinə xeyir gəlməyi realdır. O dövr üçün müqavilənin birinci ayında sığorta poza bilərdi ki sizin sənədlərdə pulların indeksasiyası müqaviləsi göstərilməyib. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, 14 il əvvəl, onunla ”SSR-nin Dövlət Sığorta Baş İdarəsi” bağlanan müqaviləni pozmadan, bağlanan müqavilə əsasında sıgıorta şirkəti kimi xidmət göstərərək, özünü Dövlət Sığorta Kommersiya Şirkəti kimi 30 avqust 2004-cü ilə kimi onun əmək haqqından tutularaq köçürmə yolu ilə hər ay üçün müqavilə əsasında 50 manat 40 qəpik büdcəsinə Azərbayacan Respublikası Rabitə Nazirliyinin Yasamal Telefon Qovşagından Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin hessabına 14 il ərzində köçürmüşdür. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti,etirazı əsassızdır və qanuna ziddir, vətəndaşın pulunu alır 14 illər ərzində sonra da ərizəsinə SSR-nin Dövlət Sığorta Baş idarəsi - dövründə bağlanmışdır müqaviləniz və indeksləşdirilmədiyi nəzərdə tutulmamışdır. Daha sonra iddiaçının nümayəndəsi X9 ərizə ilə məhkəməyə müraciət edərək, müstəqil tələb irəli sürə bilməyən 3-cü şəxslər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Cavabdeh3 1 saylı Rabitə xidmətləri Mərkəzinin cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, məhkəmə araşdırması nəticəsində aşkarlanan cavabdehdən ve ya cavabdehlərdən 30 avqust 2004-cü ilin manat dövriyyəsinin 8.000 manatı indeksləşdirilərək, qüvvədə olan manatla X14 oglunun adına olan sıgorta pulunun tam ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı oglu, 12 yanvar 1987-ci ildə anadan olan, X3 adına, ”övlad sığortası” etmişdir. Sığorta müqaviləsi, seriya A 330429 nömrəli, sentyabr 1991-ci ildən 30 avqust 2004-cü ilə kimi hər ay 50 manat 40 qəpik sığorta üçün ödənilmişdir. Sıgorta məbləği 8000 manat sıgorta pulu sığorta şirkətinə tam ödənilmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu, 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi və Azərbaycan Müstəqil Respublikası yaradıldı. SSRİ Dövlət Sığorta İdarəsi də dağıldı və Azərbaycan Dövlət Sığorta Şirkəti yaradıldı. 1992-ci ildə Azərbaycan Dövlət Sığorta Şirkəti olaraq adlandırıldı və “Azərsıgorta” kimi fəaliyyətini davam etdirdi. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Sığorta Şirkətı olaraq adlandırıldı və “Azərsığorta” kimi fəalliyətiini davam etdirdi. Sıgorta müqaviləsin bitmə tarixi artıq, Müstəqil Azərbaycanın qanunları tam işlək vəziyyətdə olmasına istinad edərək, sigorta müqaviləsi azərbaycan müstəqilliyin tam 14 il ərzində ödənişlərin aparılmasına baxmayaraq 30 avqust 2004-cü ildə tam ödəniş olunaraq 8.000 manat qüvvəyə minmişdir. Sığorta müqaviləsinin bitmə tarixi artıq, müstəqil Azərbaycanın qanunları tam işlək vəziyyətdə olmasına istinad edərək, sığorta müqaviləsi Azərbaycan müstəqilliyin tam 14 il ərzində ödənişlərin aparılmasına baxmayaraq 30 avqust 2004 ci ildə tam ödəniş olunaraq 8.000 manat qüvvəyə minmişdir. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, 14 il əvvəl, onunla ”SSR-nin Dövlət Sıgorta Baş İdarəsi” baglanan müqaviləni pozmadan, bağlanan müqavilə əsasında sığorta şirkəti kimi xidmət göstərərək, özünü Dövlət Sığorta Kommersiya Şirkəti kimi 30 avqust 2004-cü ilə kimi onun əmək haqqından tutularaq köçürmə yolu ilə hər ay üçün müqavilə əsasında 50 manat ( əlli manat) 40 qəpik (qırx qəpik) büdcəsinə AR Rabitə Nazirliyinin Yasamal Telefon Qovşagından Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına 14 il ərzində köçürmüşdür. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin etirazı əsassızdır və qanuna ziddir, vətəndaşın pulunu alır, 14 il ərzində sonra da ərizəsinə “SSR-nin Dövlət Sıgorta Baş İdarəsi - dövründə baglanmışdır müqaviləniz və indeksləşdirilmədiyi nəzərdə tutulmamışdır”. Pulların ödənilməsi üçün oğlu dəfələrlə onun tərəfindən (nümayəndə tərəfindən) məhkəmə gedişatında Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinə və hakimə bildirmişdir ki, hüquqi varis sayılırsız Azərbaycan SSR Dövlət Sıgorta Baş İdarəsinin və Sıgortanın 90 illiyi bayramını Respublika üzrə keçirirsiz. Bu əsas deyil ki, siz müqavilənin bir ay ləğv sonunda baglanmasını iddia etməyiniz. O məhkəmədən xahiş etmişdir ki, məhkəmə sorgusu Azərbaycan Respubkasının Mərkəzi Bankına, X8 Şirkətinə, İqtisad Nazirliyinə Azərbaycan Respublikası SSR Dövlət Sığorta baş idarəsi əvəzinə, Azərsıgorta və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya yarananda baglanmış müqavilələr sentyabr 1991-ci il də qüvvəsini itirib-itirməməsi haqqında sorğunun verməsini təmin etməklə, Azərbaycan Resublikası Dövlət Sığorta Kommersiya şirkətinə arxiv sorğusunun atası, İddiaçı tərəfindən X14 oglunun adına baglanmış müqavilənin olması haqqında sorğu verməsini xahiş edir. Aparılan məhkəmə iclaslarında cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya heç bir sübutlar təqdim etməmişdir, axiv müqavilələri olub-olmamasına izah verməmişdir. O, yuxarıda qeyd olunanları nəzərə alaraq və iddia ərizəsində 3-cü şəxs Rabitə və Texnalogiya Nazrliyini və tərkibində olan X7 cavabdeh kimi əlavə edilsin. Buna da səbəb iddiaçı cavabdehlərin yetərincə öz vəzifələrini baglanmış sığorta müqaviləsində düzgün mövgeyi iddiaçıy ilə aparmamışdır. İddiçıya 8.000 min AZM son müqaviləyə istinad olunaraq (2004-cü ilin manatına uyğun) hər ay tutaraq hüquqi varisi olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə köçürməsinə əsas “Sığorta Şəhadətnaməsidir”. Cavabdeh tərəflər “Sıgorta Şəadətnaməsinin” güvvədən düşməsini və Dövlət sənədi kimi güvvəsini itirməsini sübuta yetirə bilməmişlər. Hər bir Dövlət qurumunun Dövlət sənədlərinin, təhviltəslimi müddəti vardır ki, qüvvəyə minmiş qərarlarda sənədləşmələrdə izahlı hesabatla, bir birinə verilir, buna da nəzarət edən dövlət qurumlarından Mərkəzi Bankla, İqtisadiyyət Nazirliyidir ki, bir başa nəzarət edir. Sentyabr 1991-ci ildə müqavilə baglanmasına baxmayaraq oktyabr 1991-ci ildə artıq Müstəqil Azrbaycan Sığortası adlanırdı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 yuxarda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X10 iddianın rədd edilməsini xahiş etmiş və eyni zamanda bildirmişdir ki, keçmiş SSRİ ərazisində dövlət sığortalanmasının bütün növləri SSRİ Dövlət Sığortası Baş İdarəsi tərəfindən həyata keçirilmişdir. 1991-ci ildə SSRİ dağıldıqdan sonra həmin qurum da dağılmış və bu vaxtdan etibarən Azərbaycan Respublikasında dövlət sığortalanmasının həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1991-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (bundan sonra Şirkət) yaradılmışdır və dövlət sığortasının həyata keçirilməsi Şirkətə həvalə edilmişdir. Lakin Şirkət SSRİ Dövlət Sığortası Baş İdarəsinin hüquqi varisi deyildir və həmin qurum tərəfindən bağlanmış sığorta müqavilələri və ya təqdim etdiyi sığorta şəhadətnamələri ilə əlaqədar hansısa öhdəlik daşımır. Bu səbəbdən iş üzrə X3 barəsində həmin qurumla sığorta olunanın atası ilə bağlanmış sığorta müqaviləsindən irəli gələn öhdəliklər üzrə Şirkət hər hansı məsuliyyət daşımır. Buna görə də iş üzrə sığorta müqaviləsinin bağlanmasına dair Şirkətdə hansısa sənəd mövcud deyildir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 1 saylı Rabitə xidmətləri mərkəzinin nümayəndəsi X6 nümayəndəsi olduğu dövlət təşkilatına münasibətdə iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. SSRİ Dövlət Sığortası Baş İdarəsi tərəfindən tərtib edilmiş 29.10.1991-ci il tarixli, 330429 saylı sığorta şəhadətnaməsindən görünür ki, SSRİ Dövlət Sığortası Baş İdarəsi ilə İddiaçı arasında X3 xeyrinə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən İddiaçı Musa oğlu 1991-ci il tarixdən başlayaraq 2004-cü ilin avqust ayının 30-a kimi hər ay 50 manat 40 qəpik məbləğində sığorta haqqları verməyə borcludur, onun 30.08.2004-cü il tarixdən sonra 8.000 manat almağa ixtiyarı vardır. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin 07.10.2020 ci il tarixli, 06- 05/1814 nömrəli məktunun surətindən görünür ki, sabiq SSRİ Dövlət Sığorta Baş İdarəsinin təlimat və qaydalarının şərtləri əsasında bağlanılmış “Həyat sığortası“, o cümlədən “Uşaqların sığortası”, “Nigahadək (Toy) sığortası" müqavilələri üzrə daxil olmuş sığorta haqlarının infilyasiyası nəticəsində qiymətdən düşməsi, pulun alıcılıq qabiliyyətində əmələ gəlmiş dəyişikliklərə görə indeksləşdirilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X11 Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.04.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12.04.2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının” 211-ci bəndinin tələblərinə uyğun olaraq İddiaçı əmək haqqından tutulmalara dair sənədlərin saxlama müddəti (5 il) ötdüyünə görə arxivə təhvil verilmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 22.06.2021-ci il tarixli arxiv arayışından görünür ki, 1993-cü il tarixdən 2004-cü il tarixədək X3 əmək haqqısından Dövlət Sosial Müdafiə Fonduna tutulmalar aparılırdı. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X11 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 07.07.2021-ci il və 25.12.2021-ci il tarixli arxiv arayışlarından görünür ki, 1993-cü il tarixdən 2004-cü il tarixədək X3 əmək haqqısından Dövlət Sosial Müdafiə Fonduna tutulmalar aparılırdı. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçı ilə SSRİ Dövlət Sığortası Baş İdarəsi arasında 29.10.1991-ci il tarixli sığorta müqaviləsi bağlanılmış, bununla da tərəflər arasında sığorta müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, bu müqaviləyə görə İddiaçı Musa oğlu 1991-ci il tarixdən başlayaraq 2004-cü ilin avqust ayının 30-a kimi hər ay 50 manat 40 qəpik (AZM) məbləğində sığorta haqqları verməyi, SSRİ Dövlət Sığortası Baş İdarəsi isə sığorta haqqları bütün müddət üçün edildiyi təqdirdə 30.08.2004-cü il tarixdən sonra 8.000 manat (AZM) məbləğində sığorta ödənişini faydalanan şəxs olan X5 verməyi öhdəsinə götürmüşdür. 18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”na əsasən Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etmiş və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmişdir. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanmışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, mübahisəli sığorta müqaviləsi üzrə tərəf deyildir. Belə ki, müstəqil Azərbaycan Respublikası SSRİ-nin hüquqi varisi olmadığı kimi, Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikası öz müstəqilliyinə nail olmamışdan əvvəl Azərbaycan SSR-nin ərazisində fəaliyyət göstərən Dövlət Sığorta İdarələrinin hüququ varisi deyildir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyətinin bazasında yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikası Dövlət Sığortası İdarə heyətinin hüquqi varisi olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-23-cü fəsillərində öz əksini tapan maddələrin mənasından isə görünür ki, müqavilə üzrə yaranmış öhdəliyin icra olunmasını yalnız müqavilə ilə üzərinə öhdəlik götürmüş şəxsdən tələb edilməli, öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyan şəxs – müqavilə üzrə mükəlləfiyyətli tərəfdir. Mülki Məcəllənin 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə digər cavabdehlərə münasibətdə də iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X11 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş arxiv arayışlarına əsasən İddiaçı aldığı əmək haqqından 1993-cü il tarixdən 2004-cü il tarixədək tutulmaların yalnız Dövlət Sosial Müdafiə Fonduna aparıldığı müəyyən edilmiş, yuxarıda adı çəkilən dövlət qurumlarının və ya Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə mübahisəli sığorta müqaviləsi üzrə hər hansı tutulmaların aparılması öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, Cavabdeh2 və Cavabdeh3 1 saylı Rabitə xidmətləri mərkəzinə qarşı “sığorta ödənişinin ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, Cavabdeh2 və Cavabdeh3 1 saylı Rabitə xidmətləri mərkəzinə qarşı “sığorta ödənişinin ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar