Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1399/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaxxxxı İddiaxxxxı iştirakı ilə, iddiaxxxxı İddiaxxxxı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında axxxxıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaxxxxı İddiaxxxxı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6600 manat məbləğində sığorta ödənişinin cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci ilədək N saylı hərbi hissədə hərbi xidmət kexxxxmişdir. 1992-ci ilin may ayında döyüş vaxtı yaralanmışdır. Hərbi xidmət dövrü aldığı yaralanma (travma) ilə əlaqədar 2019-cu il tarixdə ona 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə göstərilmişdir. Lakin bu günə qədər o, 2-ci qrup əlillər üxxxxün nəzərdə tutulan sığorta ödənişini ala bilməmişdir. “Hərbi qulluqxxxxuların icbari şəxsi sığortası haqqında” AR Qanununda 2-ci qrup əlillər üxxxxün nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta ödənişinin ona ödənilməsi xahişi ilə o, xx.xx.2020-ci il tarixdə AR Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2020-ci il tarixli, 07-07-603 saylı məktubla formal imtina cavabı verilmişdir. Cavabdeh imtina məktubunda xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək bildirmişdir ki, “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997- ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş xəsarət almış, lakin hal- hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqxxxxulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi məsələsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir və bu məsələyə Milli Məclis tərəfindən müvafiq normativ hüquqi akt qəbul ediləndən sonra baxılacaqdır. Lakin o, cavabdehin imtina üxxxxün gətirdiyi dəlillə razılaşmır. Məhkəmə iclasında iştirak edən iddiaxxxxı İddiaxxxxı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə xxxxıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, hexxxx bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Şuşa Rayon İcra Hakimiyyəti Başxxxxısının xx.xx.2001-ci il tarixli, 02 saylı protokolundan xxxxıxarışdan görünür ki, İddiaxxxxı xx.xx.1988-ci ildən xx.xx.1992-ci il tarixə qədər yerli özünümüdafiə könüllülər batalyonunun tərkibində olmuş, Şuşa və atraf kəndlərin müdafiəsində fəal iştirak etmişdir. xx.xx.1992-ci il tarixdə Şuşa şəhərinin müdafiəsi zamanı mərmi partlayışından qapalı kəllə-beyin travması almış və həmin gün Şuşa MRX-də ona ilkin tibbi yardım göstərilmişdir. Şuşa RHK tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş 041691 saylı vəsiqədən görünür ki, İddiaxxxxı müharibə veteranıdır. Azərbaycan Respublikası SHXxxxxDX-nin Şuşa rayon Bölməsinin 146 saylı, xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, 1974-cü il təvəllüdlü, hərbi mükəlləfiyyəti X1 rayon hərbi komissarlığında “Hərbi uxxxxotdan xxxxıxarılmaqla hərbi xidmətə yararsız” hesab edilmişdir. Şuşa rayon İcra Hakimiyyətinin təqdim etdiyi Adlı siyahıya əsasən F.Y. Əhmədov xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi Şuşa özünümüdafiə könüllülər batalyonunun tərkibində hərbi xidmət kexxxxmişdir. Şuşa rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib və Şuşanın işğalı zamanı yaxınlığında mərmi partlaması nəticəsində ağır kəllə-beyin travması almışdır. Tibbi-Sosial Eksper Komissiyasının xx.xx.2017-ci il tarixli məlumatından görünür ki, İddiaxxxxı AR-nın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlildir. Azərbaycan Respublikası MN SQ-nin Məhkəmə-Tibbi Ekspertiza və X2 K/532 saylı, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, İddiaxxxxı məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2018) başın sağ təpə nahiyəsində bir ədəd, başın ənsə nahiyəsində bir ədəd, sağ almacıq sümüyü proeksiyasında bir ədəd, burun belində bir ədəd, sağ əlin tenor nahiyəsində bir ədəd, sol budun yuxarı 1/3-nin ön-ixxxxəri səthində isə bir ədəd köhnə xxxxapıq toxumalar aşkar edilmişdir. İddiaxxxxı xəsarət alması barədə hexxxx bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət kexxxxdiyinə görə, qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin xxxxapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin xxxxapıqlar 1,5-2 ildən yuxan olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izidir, onların odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, o cümlədən müayinə olunanın göstərdiyi şəraitdə, 1992-ci ilin may ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələri də mümkündür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Şuşa RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə xxxxağırılmış, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2018-ci il tarixil 16/2168 nömrəli məktubuna əsasən barəsində hexxxx bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaxxxxı döyüş zonasında hərbi xidmət kexxxxərkən 1992-ci ilin may ayında aldığı və 29.08,2018-ci İldə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmətibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odiu silah qəlpə yaralanmalarından sonra başın sağ təpə nahiyəsində bir ədəd, başın ənsə nahiyəsində bir ədəd, sağ almacıq sümüyü proyeksiyasında bir ədəd, burun belində bır ədəd, sağ əlin tenar nahiyəsində bir ədəd, sol budun yuxarı 1/3-nin ön-ixxxxəri səthində bir ədəd köhnə xxxxapıq toxumalar" (Azərbaycan Respublikası SHXxxxxDX-nin Şuşa rayon bölməsinin xx.xx.2018-ci il tarixli 9 nömrəli göndərişi, xx.xx.2018-ci ii tarixli 165 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin 29,08.2018-ci il tarixli 532 nömrəli aktı, iki nəfər kexxxxmiş hərbi qulluqxxxxunun şahid ifadəsi, MN MHHK-nm həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". DSMF-nin Şuşa rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 003206 saylı vəsiqədən görünür ki, İddiaxxxxı İİ qrup müharibə əlilidir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaxxxxı xx.xx.2020-ci il tarixli cavabından görünür ki, “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “xxxx” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlərdən göründüyü kimi, o, 1992-ci ildə hərbi xidmət zamanı xəsarət almış və bu hadisədən 26 ildən artıq müddət kexxxxdikdən sonra, yəni 2018-ci ildə əlillik dərəcəsi almışdır. Ona görə də ona Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyrimümkündür. Belə ki, “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən hansı hallarda imtina edilməsi qeyd olunub və Şirkətin istinad etdiyi əsas həmin maddənin məzmununda öz əksini tapmır. “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üxxxxün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaxxxxı “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. “Hərbi qulluqxxxxuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqxxxxu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət kexxxxməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqxxxxular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqxxxxulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqxxxxu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin «xxxx» bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmxxxxinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üxxxx il müddətində sığorta olunana İİ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkexxxxmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqxxxxuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqxxxxu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət kexxxxərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata kexxxxirmək həmin Şirkətə həvalə edilmişdir. Hazırkı iş üzrə iddiaxxxxı İddiaxxxxı hərbi qulluqxxxxu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldıqları xəsarətlər nəticəsində əlil olmuş şəxslərə sığorta ödənişlərinin verilməsindən formal səbəblərə görə imtina edilməsi, onlara, müharibə əlilləri statusuna malik olan şəxslər kimi, dövlət tərəfindən faktiki olaraq verilmiş hüquqların əsassız olaraq müəyyən xxxxərxxxxivələrə salınmasına gətirib xxxxıxarır. Bu status isə tək hər hansı maddi nemətlərin alınmasına qarant kimi xxxxıxış etmir, həmxxxxinin Azərbaycan Respublikasının bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin Azərbaycan Respublikası qarşısında olan xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının təcəssümüdür. Müharibə əlilləri ölkədə sosial qayğıya ehtiyacı olan əsas təbəqələrdən biridir və hər zaman diqqət mərkəzində olublar. Onların sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üxxxxün dövlət səviyyəsində mütəmadi addımlar atılır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir və yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunvericiliyin tələblərində də öz əksini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “xxxx” bəndinə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaxxxxı 6.600 manat sığorta ödənişi ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaxxxxı İddiaxxxxı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat məbləğində pul tutularaq İddiaxxxxı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay kexxxxdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1399/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1399/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver