Məhkəmə qərarları › İş №2(006)-1419/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1419/2021

29.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1419/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «müqaviləyə xitam verilməsi və avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilələrə xitam verilməsi və avtomobillərin cavabdehdən alınaraq iddiaçıya verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Chevrolet Aveo» markalı ** UR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin və «Chevrolet Trax» markalı ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Cavabdeh alınaraq ona verilməsi, tərəflər arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli K-318A-PCC-19 nömrəli və K-317A-PCC-19 nömrəli müqavilələrə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, «Chevrolet Aveo» markalı ** UR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Cavabdeh alınaraq ona verilməsi, aralarında bağlanmış 19 noyabr 2019-cu il tarixli K-318A-PCC-19 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 19 noyabr 2019-cu il tarixli K-318A-PCC- 19 saylı və 19 noyabr 2019-cu il tarixli K-317A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqavilələrə əsasən cavabdeh İddiaçı «Chevrolet Aveo» markalı ** UR *** dövlət qeydiyyat nişanlı, KL1TA69F9KB108255 şassi nömrəli minik avtomobili və «Chevrolet Trax» markalı ** UZ *** dövlət qeydiyyat nişanlı, KL1BD7659KB818539 şassi nömrəli minik avtomobili satın almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitələrinin «Chevrolet Aveo»-ya görə satış dəyəri 30.146 manat 73 qəpik məbləğində müəyyən edilmişdir. Cavabdeh 30.146 manat 73 qəpik məbləğində pulun hissə-hissə olmaqla 24 ay müddətinə ayda 964 manat ödənilməsi haqqında və «Chevrolet Trax»-a görə satış dəyəri 42.631 manat 84 qəpik məbləğində müəyyən edilmişdir. Cavabdeh 42.631 manat 84 qəpik məbləğində pulun hissə-hissə olmaqla 24 ay müddətinə ayda 1.364 manat ödənilməsi haqqında tərəflər arasında razılıq əldə edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də, 2020-ci ilin sentyabr ayında birinə görə fevral ayından sonra digər avtomobilə görə ödənişlərin icrasını tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehlə əlaqə yaradılaraq ya müqavilə üzrə öhdəliklərini icra etməsi, yəni gəlib ödəniş etməsi, ya da avtomobili qaytarması tələb edilsə də, cavabdeh nə öhdəliklərini icra etməmiş, nə də avtomobilləri geri qaytarmamışdır. İcra etməli olduğu ödənişləri icra etməməsi azmış kimi cavabdeh həm də qeyri-qanuni olaraq onun mülkiyyətində olan nəqliyyat vasitələrinə sahiblənərək onu özündə saxlayır, istifadə edir və ona geri qaytarmaqdan imtina edir. Bununla da, cavabdeh onun hüquqlarını kobud surətdə pozur və o, məcbur qalaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli K-318A-PCC-19 saylı və 19 noyabr 2019-cu il tarixli K-317A-PCC-19 saylı avtomobillərin müddətli satışı üzrə müqavilələrin 3.2.4-cü bəndinə əsasən alıcı müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə «X3» MMC müqavilənin icrasından birtərəfli qaydada imtina edə, nəqliyyat vasitəsini geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İddiaçının nümayəndəsinin mülki işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli 2(006)-1419/2021 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 19 noyabr 2019-cu il tarixdə avtomobilin müddətli satışı üzrə K-318A-PCC-19 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, hazırkı müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş texniki spesifikasiyaya uyğun olaraq «Chevrolet Aveo» markalı ** UR *** dövlət qeydiyyat nişanlı, KL1TA69F9KB108255 şassi nömrəli minik avtomobilini texniki cəhətdən saz halda alıcıya satmağı, alıcı isə həmin nəqliyyat vasitəsini qəbul edib hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavə ilə müəyyən edilmiş şərtlərlə və qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin tam sığortası üçün ödənilməli olan sığorta haqqının məbləği nəqliyyat vasitəsinin satış qiymətinə daxildir. Təhvil-təslim aktından göründüyü kimi, satıcı olan iddiaçı tərəf müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, avtomobili alıcı olan cavabdehə təhvil vermişdir. Təhvil-təslim aktı cavabdeh tərəfindən imzalanmışdır. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilənin 2.2-ci bəndində qeyd olunan sığorta haqqının məbləğini iddiaçıya ödəməmişdir. İddiaçı mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün cavabdehə bildiriş ünvanlamış, lakin cavabdeh yenə də öhdəliklərini tam və vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Aidiyyəti maddi hüquq normalarının tələblərindən göründüyü kimi, iddiaçının iddia tələbi haqlıdır, əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «Chevrolet Aveo» markalı ** UR *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh alınaraq İddiaçı verilməli, tərəflər arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli K-318A-PCC-19 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Chevrolet Aveo» markalı ** UR *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh alınaraq İddiaçı verilsin. Tərəflər arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli K-318A-PCC-19 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar