Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-142/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı X20 və onun vəkili X11, Cavabdeh və onun vəkili X12 iştirakı ilə X19 Yadollahın və X4 Cavabdeh qarşı «avadanlıqların, əşyaların qaytarılması və vurulmuş zərərin ödənilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh X21 və X2rşı «vurulmuş zərərin ödənilməsi, müqavilə öhdəliyinin yerinə yetirilməsi və pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X19 Yadollah və X7 Cavabdeh qarşı «avadanlıqların, əşyaların qaytarılması və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat dəyərində manqal; 850 manat dəyərində soyuducu vitrin; 770 manat dəyərində 22 ədəd stul; 480 manat dəyərində masalar; 500 manat dəyərində 5 ədəd divan; 150 manat dəyərində havalandırma mühərriki; 500 manat dəyərində dönər aparatı; 200 manat dəyərində səs sistemi; 70 manat dəyərində ətçəkən; 150 manat dəyərində çay samovarı; 80 manat dəyərində qaz plitəsi; 150 manat dəyərində işıq lampaları və 800 manat dəyərində qab-qacaqların alınaraq onlara qaytarılması; obyektin təmiri üçün xərclənmiş 9.600 manat pulun Cavabdeh tutularaq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, iddiaçılar Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat dəyərində manqal; 850 manat dəyərində soyuducu vitrin; 770 manat dəyərində 22 ədəd stul; 480 manat dəyərində 8 ədəd masa; 500 manat dəyərində 5 ədəd divan; 150 manat dəyərində havalandırma mühərriki; 500 manat dəyərində dönər aparatı; 200 manat dəyərində səs sistemi; 70 manat dəyərində ətçəkən; 150 manat dəyərində çay samovarı; 80 manat dəyərində qaz plitəsi; 150 manat dəyərində işıq lampaları və 800 manat dəyərində qabqacaqların, sadalanan əşyalar olmadığı təqdirdə onların dəyəri olan 5.100 manatın alınaraq onlara qaytarılması; obyektin təmiri üçün xərclənmiş 9.600 manat pulun Cavabdeh tutularaq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh X21 və X2rşı «vurulmuş zərərin ödənilməsi, müqavilə öhdəliyinin yerinə yetirilməsi və pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, ödəmədikləri icarə haqqı olaraq 6.300 manatın, anasının işləməsi müqabilində ödənilməmiş zəhmət haqqı kimi 2.700 manat, evlərində yaşayıb ödəmədikləri 3.600 manat və alınmış əşyaların dəyərinin yarısı olaraq 1.550 manat olmaqla, cəmi 14.150 manatın X16 və X3 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 2017-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 79 m2, yaşayış sahəsi 32,5 m2 olan 2 otaqlı 16 nömrəli mənzili kafe işlətmək məqsədi ilə Cavabdeh xx xxxx 2022-ci il tarixədək icarəyə götürmüşlər. Razılaşmaya əsasən, həmin mənzili təmir etdirmək öhdəliyini öz üzərlərinə götürmüşlər. xx xxxx 2017-ci il tarixli icarə müqaviləsində icarə haqqının hər birindən 150 manat olmaqla, cəmi 300 manat təşkil edir. Mənzili icarəyə götürərkən 1.250 manat məbləğində kirayə pulunu Cavabdeh iştirakı ilə onun anası Məstan xanıma ödəmişlər. Sözügedən mənzili 3 ay müddətində təmir etdirmişlər. Mənzilin təmirinə 9.600 manat məbləğində pul xərcləmişlər. Belə ki: 1) Ustaların əmək haqqı – 3.000 manat; 2) 1-ci mərtəbə üçün işlənmiş tikinti materialı – 2.000 manat; 3) 2-ci mərtəbə üçün alınmış tikinti materialı – 500 manat; 4) Elektrik materialları – 1.500 manat; 5) Çöl üçün tikinti materialı və ustaya ödənilmiş məbləğ – 400 manat; 6) Havalandırma sistemi – 500 manat; 7) Çölün pilləkəni üçün kafel – 300 manat; 8) Manqal ətrafı şüşə – 450 manat; 9) Divarlar üçün tikinti materialı «MDF» – 500 manat; 10) Reklam şiti – 450 manat olmaqla, cəmi 9.600 manat məbləğində pulu obyekt üçün xərcləmişlər. Mənzilin təmiri başa çatdıqdan sonra 5.100 manat məbləğində avadanlıqlar, qab-qacaq, masamizlər alaraq həmin mənzilə yerləşdirmişlər və 2 ay müddətində həmin mənzildə dönər evi və kafe kimi fəaliyyət göstərmişlər. Dönər evi və kafe kimi fəaliyyət göstərdikləri müddət ərzində həmin obyektə Vergilər Nazirliyinin əməkdaşları yaxınlaşıb vergidən qeydiyyatdan keçməyi və kassa aparatı qoymağı təklif və tələb etmişlər. Bununla əlaqədar Cavabdeh və onun anası Məstan xanıma müraciət edərək, vergidən qeydiyyatdan keçmək üçün onların razılığının və iştirakının lazım olduğunu bildirmişlər. Lakin Cavabdeh və anası Məstan xanım müxtəlif bəhanələr gətirərək, fəaliyyət göstərdikləri 2 ay müddətində onları süründürmüşlər və sonda Vergilər Nazirliyindən qeydiyyatdan keçməyə razılıq verməyəcəklərini bildirmişlər. Həmin vaxt onların Azərbaycanda qalmaları üçün «viza» müddətinin bitməsi ilə əlaqədar olaraq İİR-ə qayıtmaq məcburiyyətində qalmışlar. Həmin vaxt onlar mənzilin açarlarını Cavabdeh anası Məstan xanıma vermişlər və bildirmişlər ki, viza müddətləri bitdiyi üçün İİR-ə gedib qayıdacaqlar. İİR-ə gəldikdən sonra maddi vəziyyətlərinin pis olması səbəbindən onlar dərhal Bakıya qayıda bilməmişlər. Təqribən 2 aya yaxın müddət İİR-də qaldıqdan sonra Bakıya qayıdarkən Cavabdeh və anası Məstan xanım onları həmin obyektə buraxmamışlar. Belə olan halda, sonunculardan həmin obyekt üçün aldıqları və həmin obyektdə yerləşdirdikləri avadanlıqların, qab-qacaqların və masastulların qaytarılmasını tələb etmişlər. Lakin Cavabdeh və anası Məstan xanım onlara məxsus olan əşyaların qaytarılmasından imtina etmişlər. Göründüyü kimi, cavabdehin niyyəti mənzili təmir etdirdikdən sonra onları oradan uzaqlaşdırmaq olub və bu səbəbdən, Vergilər Nazirliyində qeydiyyatdan keçməkdən yayınmışlar. Avadanlıqlar və əşyaların siyahısı aşağıdakılardan ibarətdir: 1) Manqal – 400 manat; 2) Soyuducu vitrin – 850 manat; 3) Stul 22 ədəd – 770 manat; 4) Divan 5 ədəd – 500 manat; 5) Masa 8 ədəd – 480 manat; 6) Havalandırma mühərriki – 150 manat; 7) Dönər aparatı – 500 manat; 8) Səs sistemi – 200 manat; 9) Ət çəkən maşın – 70 manat; 10) Çay samovarı – 150 manat; 11) Qaz plitəsi – 80 manat; 12) İşıq lampaları 30 ədəd – 150 manat; 13) Qab-qaşıq – 800 manat; cəmi 5.100 manat. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, icarəyə verilən sahə normal təmirli olmuşdur. Orada təmir aparılmasına ehtiyac olmamışdır. Buna görə də, bağlanmış müqavilənin 8-ci bəndində təmir-tikinti işlərinin aparılması onun razılığı olmadan qadağan edilmişdir. Bundan əlavə, iddia ərizəsində onlar bir sıra əşyaları tələb edirlər ki, həmin siyahıda göstərilən əşyaların 7-13-cü sıra sayları ilə işarələnmiş əşyalar ümumiyyətlə olmamışdır, 3-cü sıra sayı ilə göstərilən stulların isə sayı yarıbayarı artırılmış, eyni zamanda qiymətlərini onlar istədikləri kimi yazmışlar. Bununla bağlı bildirir ki, hələ onlar icarə müqaviləsi bağlayıb icarəyə götürdükləri sahədə kafe xidmətləri göstərmək istədikləri zaman maliyyə imkanlarının zəif olduğuna görə aralarındakı şifahi razılığa əsasən kafedə işlədiləcək əşyaların alınmasına bərabər məbləğdə maya qoymağı şərtləşdirmişlər, yəni alınan hər bir əşyanın qiymətinin yarısını özləri ödəmişlər. Beləliklə, iddia ərizəsində göstərilən əşyaların bir qismi ümumiyyətlə olmamışdır. Mövcud olanların isə dəyərini şərikli ödəmişlər. Təmir-tikinti işlərinə isə müqaviləyə uyğun olaraq onun razılığı və xəbəri olmadan başladıqlarına görə, ilk iddia üzrə iddiaçılar bu barədə müqavilədən irəli gələn öhdəliklərinə əməl etməmişlər. İlk iddia üzrə iddiaçılar hələ xx xxxx 2017-ci il tarixdə ailə üzvləri X13 ilə onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 79 m2, yaşayış sahəsi 32,5 m2 olan iki otaqlı 16 nömrəli mənzilini icarəyə götürmüşlər. Müqaviləyə əsasən onların hər birindən 150 manat olmaqla, cəmi 300 manat icarə haqqının ödənilməsi barədə razılıq qeyd olunsa da, əslində hər ay onların ikisi birlikdə 1.250 manat məbləğində icarə haqqı ödəməyə razılaşmışlar. Hazırkı iddia üzrə hər iki cavabdehin xahişinə görə vergi orqanlarına çox pul ödəməmək üçün və onların ilk vaxtlar maliyyə imkanlarının zəif olması ilə əlaqədar rəsmi müqavilədə yuxarıda göstərildiyi kimi 1.250 manat deyil, icarə haqqının 300 manat ödənilməsi nəzərdə tutulmuşdur. Amma, cavabdehlər birinci ayı, yəni 2017-ci ilin iyul ayını ona 1.250 manat ödəyərək hər ayın 25də icarə haqqı olaraq 1.250 manatın ödənilməsi şərtləndirilmişdir. Bundan başqa, həmin icarə müqaviləsinin 8-ci bəndinə əsasən icarəyə verənin, yəni onun razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri aparmayacaqlarını da öhdəsinə götürmüşlər. Rəsmi müqavilənin şərtlərinə uyğun olaraq cavabdehlər xx xxxx 2017-ci il tarixdən xx xxxx 2022-ci il tarixədək qüvvədə olacaq müqaviləyə əsasən icarəyə götürdükləri sahədə heç bir təmir-tikinti işləri aparmamağı, həmin sahədə kafe (iaişə) xidməti göstərəcəklərini, hər ay icarə haqqı olaraq 1.250 manat ödəyəcəklərini öhdələrinə götürmüşlər. İcarəyə götürülən obyekti cavabdehlər təxminən 7 ayadək müddətdə işlətmişlər və bu müddət ərzində müqavilə bağladıqları birinci aydan başqa, ona icarə haqqı olaraq 1 manat da ödəməmişlər. Həm də müqavilə şərtlərini pozaraq icarəyə götürdükləri sahədə onun icarəyə verilən sahəni normal təmirli vəziyyətdə cavabdehlərə təhvil verməsinə baxmayaraq, döşəmənin metlaxını, divarların divar kağızlarını qoparmışlar və icarəyə götürülən obyektin yerləşdiyi yaşayış binasının ümumi durumuna zərər yetirə biləcək söküntü işləri aparmışlar ki, bununla da aralarında bağlanmış icarə müqaviləsinin şərtləri pozulmuşdur. Cavabdehlər eyni zamanda onun anası X8 orada qab yuyan kimi işə qəbul edib, hər gün 15 manat ödəyəcəyini öhdəsinə götürsə də, obyekti işlədib anasının xidmətindən istifadə etməsinə baxmayaraq, 6 ay ərzində ona hər gün 15 manat ödəmək şərtilə götürdüyü öhdəliyə əməl etməmişdir. Bundan əlavə, cavabdehlər anasının mülkiyyətində olan yaşayış sahəsindən hər ay 600 manat kirayə haqqı vermək şərti ilə 6 ayadək müddətə həmin mənzildə (Süleyman Rəhimov küçəsi 197 mənzil 48) yaşamalarına baxmayaraq, 1-ci ay 600 manat ödədiklərindən başqa qalan müddət ərzində 1 manat da kirayə haqqı ödəməmişlər. Beləliklə, cavabdehlər icarə haqqı olaraq 6.300 manat, kafedə işçi kimi xidmət göstərdiyinə görə 2.700 manat, evlərində kirayə qaldıqları zaman ödəmədikləri 3.600 manat, özlərinin iddia ərizəsində göstərdikləri bir ədəd manqal üçün ödənilmiş 400 manatdan 200 manat, bir ədəd soyuducu vitrin üçün 850 manatdan 425 manat, stullar üçün verilmiş 770 manatdan 365 manat, 5 ədəd divan üçün ödənilmiş 500 manatdan 250 manat, 8 ədəd masa üçün ödənilmiş 480 manatdan 240 manat, havalandırma mühərriki üçün ödənilmiş 150 manatdan 75 manat olmaqla, 1.555 manatın da cavabdehlərdən alınıb ona verilməsi pozulmuş hüququnun bərpası olardı. Məhkəmə baxışı zamanı Cavabdeh qarşılıqlı iddiaya əlavə ilə müraciət edərək ilk iddianın rədd edilməsi, ödəmədikləri icarə haqqı olaraq 6.300 manatın, anasının işləməsi müqabilində ödənilməmiş zəhmət haqqı kimi 2.700 manat, evlərində yaşayıb ödəmədikləri 3.600 manat və alınmış əşyaların dəyərinin yarısı olaraq 1.550 manat olmaqla, cəmi 14.150 manatın, həmçinin 13750 manat, cəmi 32900 manatın X16 və X3 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, artıq 2018-ci ilin yanvar ayından hazırki vaxtadək cavabdehlərin bizim obyektimizi yararsız hala salmaları nəticəsində onlar əmlaklarından istifadə edə, ondan təyinatı üzrə istifadə olunması müqabilində gəlir götürə bilmirlər. Beləliklə, elə onların özlərinin onlarla razılaşdıqları qiymətlə hesablasalar, artıq 11 ayın icarə haqqını əldən çıxmış fayda (gəlir) kimi onlar onlara ödəməmişlər, yəni 13750 manat əldən çıxmış fayda kimi və yuxarıda göstərilən ödəmədikləri digər məbləğlərlə birlikdə +14150 manat=27900 manatın cavabdehlərdən tələb olunması üçün əsasları vardır. Onların obyektlərini onların razılığı olmadan və bağlanmış müqavilənin şərtlərinin ziddinə olaraq söküb, dağıdıb, yararsız hala salıb, bu gün də yarımçıq qoyduqlarına görə həmin obyektin əvvəlki vəziyyətinə qaytarmaq üçün 5000 manata yaxın xərc tələb olunur ki, cavabdehlər həmin xərci də ödəməlidirlər. X26 Yadollah məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili X14 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili X17 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, cavabdehin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən – əşyaların qaytarılması hissəsində təmin edilməli, ilk iddia qalan hissədə və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx xxxx 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, X10 mülkiyyətində olan, etibarnamə əsasında onun əvəzinə Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzilin 1/2 hissəsini X21 və 1/2 hissəsini X5 icarəyə verilmişdir. İcarə müqaviləsinin şərtlərinə görə hər bir icarəyə götürən icarə verənə hər ay 150 manat olmaqla, 300 manat icarə haqqı ödəməli idi. - Nəsimi rayon Pİ-nin 22-ci PŞ-nin X21 ünvanladığı xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, onun ərizəsi araşdırılaraq onunla X9 arasında yaranmış münasibətlərin mülki xarakterli olması müəyyən olunmuşdur. Ona görə də ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - məhkəmə ekspertiza mərkəzinin xx xxx 2019-cu il tarixli 4337 saylı rəyinin nəticə hissəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzildə aparılmalı tikinti-təmir işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2747,0 manat məbləğində müəyyən olunur. Eyni zamanda iddiaçının sözlərinə görə birinci mərtəbənin elektrik xətti dəyişdirilmiş, lakin cavabdeh sözlərinə görə, birinci mərtəbədə iddiaçı tərəfindən yalnız şpaklyovka və boya işləri aparılmışdır. Bu səbəbdən də, birinci mərtəbədə elektrik xəttinin çəkilməsi üçün sərf olunmuş 300 manat əmək haqqının (material ilə birlikdə) dəyərinin nəzərə alınması son nəticədə məhkəmə tərəfindən qiymətləndirilə bilər.Tədqiq olunan ünvanda aparılmış tikinti təmir işləri nədən ibarət olması, istifadə olunmalı materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyin tədqiqat hissəsində və rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. - məhkəmə ekspertiza mərkəzinin xx xxxx 2020-ci il tarixli 19709 saylı rəyinin nəticə hissəsindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 197 saylı evin 16 saylı mənzili (qeyriyaşayış sahəsi) üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri 3515,0 manat məbləğində müəyyən olunmuşdur. İşin faktiki hallarından göründüyü kimi, ilk iddiaçılar qeyd olunan mənzili icarəyə götürdükdən sonra, mənzilə bir sıra əşyalar alaraq yerləşdirmiş və İran İslam Respublikasına qayıdana qədər istifadə etmişlər, lakin qayıtdıqdan sonra tərəflər arasında yaranan narzılıqlarla bağlı icarəyə götürdükləri sahəni istifadə edə bilməmiş və ilk iddiaçı tərəf hazırda həm alınmış əşyaların, həm də obyektin təmiri üçün xərclənmiş pullarını tələb edirlər. Məhkəmə araşdırması zamanı əşyaların alınması ilə bağlı ilk iddia ərizəsində qeyd olunanları cavabdeh tərəf qarşılıqlı iddia ərizəsində göstərilən əmlakların adı və qiymətini göstərməklə qismən etiraf etmişdir. Həmçinin ilk iddia üzrə cavabdeh tərəf bildirir ki, həmin əşyaların bir hissəsi ümumiyyətlə mövcud olmayıb, digər bir hissəsi isə ortaq alınıb. Lakin əşyaların ortaq şəkildə alınmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə hesab edir ki, mənzili (obyekti) icarəyə götürən ilk iddia üzrə iddiaçıların həmin obyektdə istifadə etmək üçün aldıqları, ilk iddiada qeyd edilən və cavabdehin qarşılıqlı iddiada sadaladığı əşyalar ilk iddiaçılar tərəfindən alındığından onlara məxsusdur, hazırda onlar cavabdeh tərəfin qanunsuz sahiliyində qalmaqdadır. Buna görə də həmin əmlaklar, onlar mövcud olmadıqda isə dəyəri ilk iddia üzrə cavabdehdən alınaraq iddiaçılara verilməlidir. Lakin məhkəmə iddia olunan əmlaklardan dönər aparatının 500 manat, qaz plitəsinin isə 80 manat dəyərində olmamasına dair ilk iddia üzrə cavabdeh tərəfin dəlilləri ilə razılaşır. Belə ki, bu dəlillər iş üzrə dindirilmiş şahid ifadəsinin məzmunu ilə təsdiq edilir. Məhkəmə iclası zamanı şahid qismində ifadə vermiş X18 ifadəsində göstərmişdir ki, o mübahisəli kafedə 12 gün aşbaz işləmiş, həmin obyekt üçün avadanlıqları iddiaçılar almışlar, bildiyinə görə dönər aparatının 140 manat, qaz plitəsini isə 35 manata almışlar. Azərbaycan Respublikası MPM-nin: - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə şahid ifadəsini inandırıcı sayaraq sübut növü kimi qiymətləndirir və hesab edir ki, iddia olunan əmlaklardan dönər aparatının dəyəri 140 manat, qaz plitəsinin isə dəyəri 35 manat dəyərində qiymətləndirilməlidir. İlk iddianın qalan hissəsi olan obyektin təmiri üçün xərclənmiş 9.600 manat pulun tutulması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndində təmir-tikinti işlərinin aparılması üçün icarəyə verənin razılığının olması tələb edilir. Lakin iş materiallarında olan ilk iddiaçıların həmin obyektdə təmir işlərinin aparılması üçün müqavilə şərtlərinə uyğun olaraq icarəyə verən şəxsdən icazə almasına dair sübut yoxdur. Həmçinin də məhkəmə qeyd edir ki, obyektin təmiri üçün xərclənmiş vəsaitlə bağlı iddiaçıların ilk iddia ərizəsində tələb edilən məbləğ də aparılmış ekspertiza ilə təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli 4337 saylı rəyindən göründüyü kimi, həmin vəsait 2.747 manat məbləğində müəyyən olunur. Məhkəmə baxışı zamanı ilk iddiaçı tərəf təmir ilə bağlı ekspertizanın müəyyən etdiyi məbləğlə razılaşmamış, lakin özləri tərəfindən də bu işlərin görülməsi üçün məhz 9.600 manat məbləğində pulu xərcləmələrinə dair heç bir mötəbər sübut növləri təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların obyektin təmiri üçün xərclənmiş 9.600 manat pulun tutulması ilə bağlı tələbi əsasladırılmadığından təmin edilməsi mümkün deyildir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə hesab edir ki, həmin iddia da əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, təqdim edilən icarə müqaviləsindən görünür ki, hər iki tərəf müstəqil şəkildə iradə ifadələrini müqavilədə təsbit edərək, icarə haqqını hər icarəyə götürən üçün hər ay 150 manat həddində təyin etmişlər. Bu səbəbdən, qarşılıqlı iddia üzrə iddiaçı tərəf cavabdehlərdən icarə müqaviləsində təsbit olunan məbləğdən artıq məbləğin ödənilməsini tələb edə bilməz. Lakin qarşılıqlı iddiaçı cavabdehlərlə hər ay ikisinin birlikdə 1.250 manat məbləğində icarə haqqı ödəməyə razılaşmalarını göstərsə də, bu halı təsdiq edən subutları təqdim etmədiyinə və cavabdehlərin bu halı inkar etdiklərinə görə məhkəmə iddianı bu hissədə əsasız sayır. Məhkəmə araşdırması zamanı həmçinin işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehlər icarə müqaviləsində qeyd olunan icarə haqqını tam şəkildə ödəmişlər. Qarşılıqlı iddiaçı icarəyə götürülən obyekti cavabdehlərin təxminən 7 ayadək müddətdə işlətmələrini və bu müddət ərzində müqavilə bağladıqları birinci aydan başqa digər aylar üçün icarə haqqını ödəmədiklərini göstərsələr də, işin materiallarından görünür ki, onlar icarəyə götürülən obyekti təxminən 1-2 ayadək müddətdə işlətmişlər və bu müddət ərzində icarə haqqını ödəmişlər. Onların Azərbaycanda qalmaları üçün «viza» müddətinin bitməsi ilə əlaqədar olaraq İİR-ə qayıtmış, Təqribən 2 aya yaxın müddət İİR-də qaldıqdan sonra Bakıya qayıdarkən obyektə buraxılmadıqlarından aralarında mübahisə yaranmışdır. Beləliklə də, cavabdehlərin təxminən 7 ayadək müddətdə işlətmələri və icarə haqqını ödəməmələrinə dair qarşılıqlı iddia tələbini də məhkəmə əsassız sayır. Qarşılıqlı iddia üzrə iddiaçının cavabdehlərdən onun anası Məstan xanımın işləməsi müqabilində ödənilməmiş zəhmət haqqı kimi 2.700 manat, evlərində yaşayıb ödəmədikləri 3.600 manatın tutulması tələbləri ilə bağlı məhkəmə hesab edir ki qarşılıqlı iddiaçının bu tələbləri irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, işin materiallarında qarşılıqlı iddiaçının anasının ona belə bir iddia tələbləri ilə məhkəməyə müraciət etməsinə səlahiyyət verməsini təsdiq edən sübutlar mövcud deyildir. Həmçinin də məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 ifadəsində göstərmişdir ki, o özü Salatın Əsgərova küç. 159 m.5-də yaşayır, qarşılıqlı iddia üzrə cavabdehlərə isə həmin ünvandakı 3 saylı mənzili kirayə vermişdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının subyektiv hüquqa malik olmadan qaldırdığı iddia tələblərini yalnız mötəbər və tutarlı sübutlar əsasında anası X1rmaq hüququ vardır. Məhkəmə daha sonra qarşılıqlı iddiaçının cavabdehlərin obyekti onların razılığı olmadan və bağlanmış müqavilənin şərtlərinin ziddinə olaraq söküb, dağıdıb, yararsız hala salmalarına dair dəlillərinə də qiymət verərək əsassız sayır. Belə ki, qarşılıqlı iddiaçı digər tələbləri üzrə irəli sürdüyü dəlillər kimi, bu dəlilinin də əsaslı olmasına dair məhkəməyə tutarlı sübutlar təqdim etməmişdir. Halbuki, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. X25 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə bu nəticəyə gəlmişdir ki, qarşılıqlı iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və subyektiv hüquqa malik olmadan qaldırdığı iddia tələblərindən əlavə digər tələbləri üzrə hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X19 Yadollahın və X4 Cavabdeh qarşı «avadanlıqların, əşyaların qaytarılması və vurulmuş zərərin ödənilməsi» tələbinə dair ilk iddiası qismən təmin edilməli, 400 manat dəyərində manqal; 850 manat dəyərində soyuducu vitrin; 770 manat dəyərində 22 ədəd stul; 480 manat dəyərində 8 ədəd stol; 500 manat dəyərində 5 ədəd divan; 150 manat dəyərində havalandırma mühərriki; 140 manat dəyərində dönər aparatı; 200 manat dəyərində səs sistemi; 70 manat dəyərində ətçəkən; 150 manat dəyərində çay samovarı; 35 manat dəyərində qaz plitəsi; 150 manat dəyərində işıq lampaları və 800 manat dəyərində qab-qacaqlar, onlar mövcud olmadıqda isə onların dəyəri və ilk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq X19 Yadollaha və X5 verilməli, ilk iddia qalan hissələrdə və Cavabdeh X21 və X2rşı «vurulmuş zərərin ödənilməsi, müqavilə öhdəliyinin yerinə yetirilməsi və pul» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X19 Yadollahın və X4 Cavabdeh qarşı «avadanlıqların, əşyaların qaytarılması və vurulmuş zərərin ödənilməsi» tələbinə dair ilk iddiası qismən təmin edilsin. 400 manat dəyərində manqal; 850 manat dəyərində soyuducu vitrin; 770 manat dəyərində 22 ədəd stul; 480 manat dəyərində 8 ədəd stol; 500 manat dəyərində 5 ədəd divan; 150 manat dəyərində havalandırma mühərriki; 140 manat dəyərində dönər aparatı; 200 manat dəyərində səs sistemi; 70 manat dəyərində ətçəkən maşın; 150 manat dəyərində çay samovarı; 35 manat dəyərində qaz plitəsi; 150 manat dəyərində işıq lampaları və 800 manat dəyərində qab-qacaqlar, onlar mövcud olmadıqda isə onların dəyəri olan 4695 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq X19 Yadollaha və X5 verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh X21 və X2rşı «vurulmuş zərərin ödənilməsi, müqavilə öhdəliyinin yerinə yetirilməsi və pul» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-142/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-142/2020
21.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver