Məhkəmə qərarları › İş №2(006)-1426/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1426/2022

31.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1426/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Cavabdeh Bakı Şəhər Təcili və X3 Stansiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər Təcili və X1rşı “əmək haqqının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər Təcili və X1rşı “əmək haqqının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1990-cı ildən bu günə kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz idarəsində həkim vəzifəsində çalışır. 2019-cu ilin 4 ayında İİ qrup əlillik almışam. Xəstəliyimi bu idarədə işləyərkən qazanmışam. 2020-ci ilin altıncı ayında Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İİ qrup əlil olduğuna görə Nazirlər Kabinetinin 1994-cü il 185 №-li qərarı ilə İİ qrup əlillərə aldığı maaşın 25% kompensasiyasının verilməsi haqqında qərarının ona tətbiq olunmasını xahiş etmişdir. Ondan qabaq işlədiyi idarəyə yazılı surətdə 16.03.2020-ci ildə müraciət etmiş və onlardan heç bir cavab almamışdır. Nəsimi Rayon Məhkəməsində 2(006)-4009/2020 №-li iş hakim İlham Cəfərov cənablarının qərardadı ilə Bakı İnzibati Məhkəməyə göndərilib. Apellyasiya Məhkəməsi baxandan sonra sonda Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 838/2021 №-li qərarı ilə qərar çıxarılıb. Həmin qərara görə bu işə inzibati yox, mülki qaydada Nəsimi Rayon Məhkəməsi baxmalıdır. İddiaçı 32 ildir ki, bu idarədə müxtəlif vəzifələrdə çalışmış və xəstəliyini də bu idarədə işləyərkən qazanmışdır. Göstərilənlərə görə Nazirlər Kabinetinin 10.05.1994-cü il tarixli 185 saylı qərarına əsasən iddiaçıya 25% maaş artımının tətbiq edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Əvvəlki məhkəmə iclasında (hazırlıq iclasında) iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh Bakı Şəhər Təcili və X3 Stansiyasının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı Şəhər Təcili və X3 Stansiyasının nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədi ilə Təcili və X3 stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin X5 ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarında 2 dəfə artım əmsalının tətbiq edilməsi qərara alınmışdır. Həmçinin, 1994-cü ildən bu günədək mütəmadi olaraq tibib işçilərinin tarif (vəzifə) maaşlarına edilən artımlar nəzərə alınmış, iddiaçının da tarif (vəzifə) maaşına 2 dəfə artım əmsalı tətbiq edilmişdir. Bakı şəhəri Təcili və X3 Stansiyasında işçilərlə bağlanmış fərdi əmək müqaviləsində, eləcə də Həmkarlar İttifaqı Komitəsi ilə bağlanmış fərdi əmək müqaviləsində, eləcə də Həmkarlar İttifaqı Komitəsi ilə bağlanmış kollektiv əmək müqaviləsində əlillərin əmək haqqına 25% əlavə nəzərdə tutuİmamışdır. Buna görə də iddia əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan DSMF-nun Yasamal şöbəsi tərəfindən 01.05.2019-cu il tarixdə verilmiş 027779 №-li əlillik vəsiqəsinin surətindən görünür ki, İddiaçı 2-ci qrup əlildir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bazar iqtisadiyyatına keçid dövründə respublikanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklər şəraitində əhalinin daha həssas təbəqəsi olan əlillərə qayğının artırılmasını və onların sosial-iqtisadi mənafelərinin müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə Azərbaycan Respublikasında əlillərin və sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram təsdiq edilmişdir. Həmin Proqramda qeyd edilir ki, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi sisteminin məqsəd və vəzifələri Respublika səviyyəsində dövlət orqanları tərəfindən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiə sisteminin formalaşmasının ümumi prinsipləri müəyyənləşdirilməli, respublika üzrə hesablanmış yaşayış minimumu əsasında sosial təminatların: əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin minimumu təyin olunmalıdır. Bu təminatlar respublikanın bütün ərazisində məcburi həyata keçirilməli, yerli hakimiyyət orqanları, müəssisə və təşkilatların əmək kollektivləri yerli şəraitləri və xüsusiyyətləri nəzərə almaqla əlillərin yaşayış səviyyəsini yüksəltmək üçün əlavə sosial yardım fondları yaratmaq istiqamətində məqsədyönlü iş aparmalıdırlar. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə yönəldilmiş tədbirlər sırasında 1994-cü ildən başlayaraq müəssisə və təşkilatlarda əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, l və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi qeyd edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli Qərarı Proqram çərçivəsində bazar iqtisadiyyatına keçid dövründə əhalinin həssas olan təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qəbul edilmişdir. İddiaçı da məhz qeyd edilənlərə əsaslanaraq İİ qrup əlil olduğundan əmək haqqının 25% artırılmasını tələb edir. İşin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədi ilə Təcili və X3 stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin X5 ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarında 2 dəfə artım əmsalının tətbiq edilməsi qərara alınmışdır. Həmçinin, 1994-cü ildən bu günədək mütəmadi olaraq tibib işçilərinin tarif (vəzifə) maaşlarına edilən artımlar nəzərə alınmış, iddiaçının da tarif (vəzifə) maaşına 2 dəfə artım əmsalı tətbiq edilmişdir. Bakı şəhəri Təcili və X3 Stansiyasında işçilərlə bağlanmış fərdi əmək müqaviləsində, eləcə də Həmkarlar İttifaqı Komitəsi ilə bağlanmış fərdi əmək müqaviləsində, eləcə də Həmkarlar İttifaqı Komitəsi ilə bağlanmış kollektiv əmək müqaviləsində əlillərin əmək haqqına 25% əlavə nəzərdə tutuİmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının əsaslandığı proqramla məhz bazar iqtisadiyyatına keçid dövründə əhalinin daha həssas təbəqəsi olan əlillərə qayğının artırılmasını və onların sosial-iqtisadi mənafelərinin müdafiəsini gücləndirmək məqsədilə müəssisə və təşkilatlarda əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİ qrup əlillərin əmək haqqının 20-25 faiz artırılmasının təmin edilməsi tədbirləri nəzərdə tutulmuşdur. Göründüyü kimi, 20-25 faiz artım əmək haqqına əlavə kimi deyil artırma kimi nəzərdə tutulmuşdur. İşin araşdırılması zamanı da müəyyən olunduğu kimi, iddiaçının vəzifə maaşı 2.0 dəfə artırılmışdır. Bundan əlavə, sözügedən proqramda qeyd edildiyi kimi nə iddiaçı ilə bağlanmış fərdi əmək müqaviləsində, nə də Həmkarlar ittifaqı Komitəsi ilə bağlanmış kollektiv əmək müqavilələri ilə kollektivdə işləyən əlillərin əmək haqqının əlavə 20-25 faiz artırılması nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər Təcili və X1rşı “əmək haqqının artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar