Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1473/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X22 oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi X1, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil3, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndələri X3 və (eyni zamanda vəkili) Vəkil2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s. tələbi”nə dair ilkin, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1nə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair qarşılıqlı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər Cavabdeh1nə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s. tələbi”nə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən inşa olunmuş və Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən A girişi, Xİİİ mərtəbəsindəki binanın ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzili və ümumi sahəsi 17,2 kv.m-dan ibarət qaraj sahəsi satıldığından onunla razılaşmış və 27 may 2019-cu il tarixli maliyyə arayışı və alqı-satqı müqaviləsi əsasında keçmiş payçı Cavabdeh2 adından çıxarılaraq alıcı və yeni payçı qismində İddiaçı adına rəsmiləşdirilmişdir. Bu rəsmiləşmə zamanı keçmiş payçı Cavabdeh2 razılığı alınmış və adına müqavilə rəsmiləşdirilmişdir. Cavabdeh2 öz paylarından iddiaçının xeyrinə imtina etməsini rəsmən bəyan etmişdir. Tərəf həmin müqavilənin rəsmiləşdirilməsindən bir il keçdikdən sonra hansısa özünə bəlli olan uydurma əsaslarla mənzilə dair müqaviləni əldə etmişdir. Tikinti şirkətinə edilmiş müraciətdə isə bildirilmişdir ki, “Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasında 16 fevral 2006-cı il tarixində A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, ümumi dəyəri 49.480 ABŞ dolları, 59 saylı mənzil və 2 ədəd yeraltı qaraj, yəni, 28 fevral 2006-cı il tarixində ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 9.000 ABŞ dolları və 30 iyun 2011-ci il tarixdə ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 10.000 manat Cavabdeh2 tərəflərindən satılmışdır. O, pay dəyərini tam ödədiyi üçün göstərilən mənzili və yeraltı qarajın birini 27.05.2019-cu il tarixində İddiaçı satmışdır. Tərəflərindən Cavabdeh2 59 saylı mənzilə qeydiyyata alınması üçün heç bir hüquqi sənəd verilməmişdir. Ona məxsus olan 1 ədəd qarajın rəsmiləşdirilməsi üçün müvafiq sənəd təqdim olunmuşdur.” Lakin bu şəxs yaramaz davranaraq aradan keçən müddətdən istifadə edib iddiaçıya sataraq adına rəsmiləşdirdiyi mənzili özgəninkiləşdirmək fikrinə düşmüşdür. Şəxsin bu əməli sırf dələduzluq cinayətinin tərkib əlamətlərini özündə daşıyır və Cavabdeh2 iddiaçının əmlakına gizlincə yiyələnməyə çalışaraq qanunsuzluq etmişdir. Faktiki olaraq mənzilin iddiaçıya satılmasını aşkar bilən həmin şəxs qanunsuz, saxta yollarla mənzilin əvvəlki müqaviləsini əldə etməyə nail olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tibilisi prospekti, 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilin keçmiş payçı Cavabdeh2 adına alqı-satqı edilmiş 16 fevral 2006cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması və 28.05.2020-ci il tarixli maliyyə arayışı və protokoldan çıxarışın etibarsız hesab olunması, cavabdehin yaratdığı maneənin aradan qaldırılmaqla mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tibilisi prospekti, 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi barədə "Cavabdeh1" MTK üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokol və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tibilisi prospekti, 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçı Cavabdeh2 adına alqı-satqı edilmiş 16 fevral 2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tibilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə “xxxx” MTK üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli 85 saylı protokol və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz növbəsində, Cavabdeh2 Cavabdeh1nə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MTK ilə aralarında bağlanmış "Kooperativ binada mənzil tikintisi haqqında" 16.02.2006-cı il tarixli müqaviləyə əsasən Cavabdeh2 kooperativ tərəfindən tikilməkdə olan Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi pr. 44C ünvanında yerləşən binanın 3-otaqlı, ümumi sahəsi 131,43 kv. m-dən ibarət 59 nömrəli mənzilinə 49480 ABŞ dolları məbləğində pay haqqı dəyərini tam ödəmiş, bu barədə ona maliyyə arayışı təqdim olunmuş və qeyd olunan mənzil onun istifadə və sahibliyinə verilmişdir. Eləcə də, 28.02.2006-cı ildə və 30.06.2011-ci il tarixli müqavilələrə uyğun olaraq binanın zirzəmi hissəsində yerləşən 17,2 kv. m-dən ibarət 2 ədəd yeraltı qarajların da pay dəyərini ödəyərək, onları MTK-dən almışdır. Qeyd edilən mənzili təmir edərək anası, birinci nikahdan olan uşaqları və 2018- ci ildən faktiki ailə münasibətlərində olduğu X7 adlı şəxslə bir müddət bu mənzildə yaşamışlar. Ramil Musazadə qısa müddət ərzində düşünülmüş hərəkətləri ilə Cavabdeh2 və ailə üzvlərininin etimad və etibarını qazanmış, ailənin və onlara məxsus əmlakların idarə olunmasında bir ailə başçısı kimi ona inanmış, bu əmlakların satılması və sənədləşdirilməsi ilə bağlı bütün danışıqların və razılaşmaların aparılmasını ailə üzvü kimi ona həvalə etmişlər. Daha şəraitli mənzil almaq üçün yuxarıda qeyd edilən mənzili onunla məsləhətləşərək satmaq qərarına gəlmiş və bu məqsədlə müştəri tapılması və müəyyən razılaşmaların aparılması yaxın adam kimi ona tapşırılmışdır. 2019-cu ilin may ayında R.Musazadə sözügedən mənzili satacağına köməklik göstərəcəyini bildirmiş alıcı tapıldığını və hətta onunla behləşdiyi barədə barədə Cavabdeh2 məlumat vermiş, lakin bir müddət keçdikdən sonra alıcının pulu ödəmək imkanı olmadığından, alqı-satqının baş tutmadığını bildirmişdir. Bundan sonra, V.X12 köməkliyi və iştirakı ilə mənzilə dair adına olan hüquqi sənədlər əsasında bu mənzili özəlləşdirmiş və 18.05.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış almış və 19.05.2020-ci il tarixli notarial alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzili Ramil Musazadənin vasitəsi ilə Maraqlı şəxs satmışdır. Mübahisəli mənzilə dair müqavilə və maliyyə arayışın guya Cavabdeh2 ilə razılaşdırılmış alqı-satqı qaydasında İddiaçı adlı şəxsin adına dəyişdirilməsi İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciətindən sonra Cavabdeh2 bəlli olmuşdur. Cavabdeh2 İddiaçı adlı şəxsi tanımır və mənzilə olan pay haqqından onun xeyrinə imtina məzmunlu hər hansı razılıq verməmiş və belə məzmunlu sənədi imzalamamışdır. Digər tərəfdən, bu mənzilin müqaviləsi Cavabdeh2 razılığı əsasında İddiaçı adına 27.05.2019-cu il tarixdə dəyişdirildiyini hesab etsələr, bu mənzili üçüncü şəxs Maraqlı şəxs satanadək, dəfələrlə onunla bu mənzildə ailə üzvləri ilə birlikdə görüşmüşdür. Belə olan halda əgər İddiaçı mənzili qanuni şəkildə almışsa, ötən bir il müddət ərzində nə üçün mənzilə sahiblik etməmiş və ya Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılmağına dair məhkəməyə və ya digər orqanlara müraciət etməmişdir. Eləcə də, əgər Cavabdeh2 İddiaçı xeyrinə pay haqqından imtina etmişsə, onda Cavabdeh2 kooperativ üzvlüyünə xitam verilməli və onun pay dəyəri kooperativ tərəfindən ona rəsmi məxaric sənədi əsasında ödənilməli idi. Üzvlüyünə xitam verilməsi MTK-nın ümumi yığıncağın qərarı, pay haqqının ona ödənilməsi barədə kassa məxaric sənədi, eləcə də İddiaçı adlı şəxs tərəfindən Cavabdeh2 hər hansı məbləğdə pul ödənilməsini təsdiq edən bu və ya digər yazılı sübutlar iş materiallarında mövcud deyildir. İddiaçı mübahisəli mənzilin alqı-satqı müqaviləsi əsasında onun adından çıxarılaraq öz adına keçirdiyini iddia edir. Əvvəla daşınmaz əmlakın alqısatqı müqaviləsi notarial qaydada təsdiqləndikdə etibarlı hesab edilə bilər, digər tərəfdən bu müqavilənin məzmununa görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyə öhdəsinə götürür. Yuxarıda şərh edilənlərdən göründüyü kimi iddiaçı nə mənzili Cavabdeh2 qəbul etmiş, nə də ki müəyyənləşdirilmiş pul məbləğini ona ödəmişdir. Göründüyü kimi, mənzilin o dövrdəki satış qiyməti 130 000 manat məbləğində müəyyənləşdirilmişdir. Bu məbləğdə pulun Cavabdeh2 qəbz və ya digər hər hansı sənədlə verilməsini təsdiq edən işdə hər hansı sübut yoxdur, eləcə də, bu məbləğdə pulun sənədsiz qaydada kiməsə verilməsi ağlabatan olmamaqla, mənzil alqı-satqısı bazarında da formalaşmış işgüzar adətlərində də rast gəlinməyən bir haldır. Cavabdeh2 mülkiyyətində olan mənzilə dair X8 və X11 adlı şəxslər arasında bağlanmış 25.05.2019- cu il tarixli beh müqaviləsindən də heç bir xəbəri olmamış, bu müqavilədə beh alan qismində iştirak etmiş Vaqif Səmidova isə bu mənzilin alqı-satqı ilə bağlı ona tərəfindən hər hansı səlahiyyət verilməmişdir. Saxta beh müqaviləsi üzrə tərəflər X8 və X11 ailə üzvü kimi inandıqları X7 və "xxxx" MTK ilə əlbir olaraq Cavabdeh2 məxsus mənzili İddiaçı adına keçirmələri istisna deyildir. Faktiki ailə münasibətlərində olduğu X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqdirləndirilməsinə dair cinayət işi Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinin icraatındadır. Hazırda istintaq orqanında bir neçə epizod üzrə, həmçinin Cavabdeh2 mülkiyyətində olan mənzilin alqı-satqısına dair epizod üzrə dələduzluq cinayət tərkibinin olub-olmamasına dair müvafiq araşdırmalar aparılır. Göstərilənlərə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi ilə vətəndaş İddiaçı arasında bağlanmış "Kooperativ binada mənzil tikintisi haqqında" 27.05.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər Cavabdeh1nə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzili (yeni qaydalarla: AZ1102; Bakı şəhəri, Tbilisi prospekti, 100 M14, mənzil 4) 19 may 2020-ci il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsi əsasında və əvəzi ödənilməklə, mənzilin mülkiyyətçisi Cavabdeh2 Azərbaycan Respublikası qanunvericiliyinin bütün tələblərinə riayət etməklə satın almışdır. Bundan sonra mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzilin mülkiyyətçisi olmağına baxmayaraq, hazırda mənzilindən istifadə edə bilmir. Çünki cavabdehlər tərəfindən mənzildən istifadə hüququna süni maneələr yaradılmaqdadır. Belə ki, 2020-ci ilin noyabr ayında iddiaçının mənzilinə qanunsuz müdaxilə olunmuş və mənzilin qapısı sındırılmağa cəhd edilmişdir. Bundan sonra, iddiaçıya məlum olmuşdur ki, İddiaçı onun mülkiyyətində olan mənzillə bağlı məhkəməyə müraciət etmişdir. Hazırda məcbur qalıb ailə üzvləri ilə birlikdə mənzildən çıxıb digər bir ünvanda kirayə yaşamağa məcbur qalmış və cavabdehlərin ucbatından kirayə haqqı ödəyir. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzildən (yeni qaydalarla: AZİ 102; Bakı şəhəri, Tbilisi prospekti, 100 M14, mənzil 4) istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, o cümlədən iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzi ödənilməlidir. Göstərilənlərə əsasən cavabdehlər - Cavabdeh1 MTK, İddiaçı və Cavabdeh2 tərəfindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzildən (yeni qaydalarla: AZİ 102; Bakı şəhəri, Tbilisi prospekti, 100 M14, mənzil 4) istifadə etməyinə yaradılan maneələrin aradan qaldırılması və maddi zərərin əvəzi kimi 5.000 manat, mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində kompensasiyanın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini, qarşılıqlı iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi X2 ilkin iddia tələblərinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasında 16 fevral 2006-cı il tarixində A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, ümumi dəyəri 49.480 ABŞ dolları, 59 saylı mənzil və 2 ədəd yeraltı qaraj, yəni, 28 fevral 2006-cı il tarixində ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 9.000 ABŞ dolları və 30 iyun 2011-ci il tarixdə ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 10.000 manat Cavabdeh2 tərəflərindən satılmışdır. O, pay dəyərini tam ödədiyi üçün göstərilən mənzili və yeraltı qarajın birini 27.05.2019-cu il tarixində İddiaçı satmışdır. Tərəflərindən Cavabdeh2 59 saylı mənzilə qeydiyyata alınması üçün heç bir hüquqi sənəd verilməmişdir. MTK üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolundan çıxarışa və eyni tarixli maliyyə arayışına gəldikdə isə, həmin sənədlərə diqqətlə baxdıqda görünür ki, MTK üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolda MTK-nın sədri Ş.R.Hüseynov göstərildiyi halda, Cavabdeh2 adına verilmiş eyni tarixli maliyyə arayışında MTK-nın sədri R.Ş.Abdullayev göstərilmişdir. R.Ş.Abdullayev MTK-nın əvvəlki sədri (2016-cı ilə kimi) olmuş, 28.04.2020-ci il tarixdə və hal-hazırda MTK-nın sədri A.P.Musayevdir. Həmin sənədlər əsl həqiqətdə MTK tərəfindən verilməmiş və MTK-ya aidiyyəti olmayan şəxslər tərəfindən saxtalaşdırılmışdır. Həmin hal müvafiq cinayət işinin istintaqı zamanı da araşdırmanın predmeti olmuşdur. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil3 qarşılıqlı iddia tələbini müdafiə edərək, təmin edilməsini, ilkin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndələri X9 və (eyni zamanda vəkili) Vəkil2 öz iddialarını müdafiə edərək, təmin edilməsini, ilkin iddianın təmin edilməməsini məhkəmədən xahiş etdilər, Cavabdeh2 qarşılıqlı iddia tələbinin həllini isə məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin olunmalı, qarşılıqlı iddia tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbi təmin olunmamalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, İddiaçı qohumudur. Gülnarənin əri ev almaq istədiklərini bildirmişlər. Bununla əlaqədar evə baxmağa gedəndə onları Rasim adlı şəxs qarşılamışdır. Evi bəyəndikdən sonra, 500 manat beh verilmişdir. Sonradan şirkətə gedib evi sənədləşdirdilər. İddiaçı Cavabdeh2 135.000 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, MTK-da katib vəzifəsində çalışır. 2019-cu ildə Vüsalənin əri Ramil evi satmaq istədiklərini bildirmişlər. Həmin şəxs qısqanc olduğundan mənzildən imtina barəsində ərizənin onun tərəfindən yazılmasını xahiş etmişdir. Bu zaman Rasim xahiş etmişdir ki, evin alqı-satqısı ilə bağlı ərizə yazsınlar. Cavabdeh2 özü ərizəni oxumuş və imzalamışdır. İş materiallarında olan AR-İ seriyalı 778154 №-li, 25 may 2019-cu il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 X4 50 il müddətinə onun adından onun bütün əmlakına sərəncam verilməsini və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 27 may 2019-cu il tarixli “kooperativ binada mənzil tikintisi haqqında” müqavilədən görünür ki, kooperativ Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti. 44 C ünvanında yerləşmiş MTK “xxxx”ın tikilməkdə olan binasında 59 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş 27 may 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-sına məxsusdur. Bu binanın blok A, mərtəbə XİV, ümumi sahəsi 131,43 kv.m olan 3 otaqlı, 59 saylı mənzilin ümumi pay dəyəri 49.480 ABŞ dolları payçı İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh2 Cavabdeh1 MTK-ya ünvanladığı 27.05.2019-cu il tarixli təsdiq olunmuş ərizəsindən görünür ki, o, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında inşa edilmş yüksəkmərtəbəli yaşayış binasında ona məxsus A bloku, Xİİİ mərtəbə. 131,43 kv.m., 3 otaqlı, 59 saylı mənzilə ödənilmiş 49.480 ABŞ dolları, yəni bütövlükdə onun pay haqqını İddiaçı adına keçirilməsini və onun pay haqqından könüllü olaraq azad edilməsini xahiş edir. Bununla əlaqədar gələcəkdə yeni qəbul olunmuş payçıya və MTK-nın rəhbərliyinə qarşı heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan X14 Cavabdeh1 MTK-ya ünvanladığı 11.06.2019-cu il tarixli təsdiq olunmuş ərizəsindən görünür ki, o, keçmiş həyat yoldaşı Cavabdeh2 məxsus A bloku, Xİİİ mərtəbə, 131,43 kv.m., 59 saylı mənzilin və bütövlükdə əmlakın satılmasına, bağışlanmasına və pay haqqından imtina etməsinə etiraz etmir. İş materiallarında olan Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının 85 №-li protokolundan çıxarışdan görünür ki, vətəndaş Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında A girişi, Xİİİ mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, 59 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-sına məxsusdur. Bu binanın blok A, mərtəbə Xİİİ, ümumi sahəsi 131,43 kv.m olan 3 otaqlı, 59 saylı mənzilin ümumi pay dəyəri 49.480 ABŞ dolları payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 18.05.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4) Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Cavabdeh1 11.11.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasında 16 fevral 2006-cı il tarixində A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, ümumi dəyəri 49.480 ABŞ dolları, 59 saylı mənzil və 2 ədəd yeraltı qaraj, yəni, 28 fevral 2006-cı il tarixində ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 9.000 ABŞ dolları və 30 iyun 2011-ci il tarixdə ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 10.000 manat Cavabdeh2 tərəflərindən satılmışdır. O, pay dəyərini tam ödədiyi üçün göstərilən mənzili və yeraltı qarajın birini 27.05.2019-cu il tarixində İddiaçı satmışdır. Tərəflərindən Cavabdeh2 59 saylı mənzilə qeydiyyata alınması üçün heç bir hüquqi sənəd verilməmişdir. Ona məxsus olan 1 ədəd qarajın rəsmiləşdirilməsi üçün müvafiq sənəd təqdim olunmuşdur. İş materiallarındakı notariat qaydasında 19 may 2020-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4) Cavabdeh2 tərəfindən Maraqlı şəxs satılmışdır. İş materiallarındakı notariat qaydasında 15 iyul 2020-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən, sahəsi 17,2 kv.m. olan qeyri-yaşayış sahəsi (qaraj) Cavabdeh2 tərəfindən Maraqlı şəxs satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 07.08.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 9, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4) Maraqlı şəxs adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin baş müstəntiqi, polis mayoru X13 tərəfindən tərtib edilmiş 02.06.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Vüsaləyə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 3007-ci məhəllə, 59 nömrəli mənzili Elxan adlı makler İbrahimxəlil adlı şəxsə almaq istəmişdir. İbrahimxəlil İddiaçı əridir. Elxan isə etibarnamə əsasında İddiaçı adından çıxış etmişdir. Elxan və İbrahimxəlil hətta gəlib həmin mənzilə baxaraq bəyənmişlər. Vüsalə və anası mənzilə görə xeyir-dua da vermişlər. Vüsalə mənzilin və mənzilə aid olan bir qarajın ümumilikdə 135000 manata satılmasına razılıq vermişdir. Vüsalə ona təmsil etmək üçün baş etibarnamə vermişdir. Mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olmadığı üçün Vüsalə həmin mənzili Cavabdeh1 MTK vasitəsilə satmaq istəmişdir. Bu məqsədlə o, Cavabdeh1 MTK-nın Nərimanov rayonu ərazisində yerləşən ofisinə getmiş və orada MTK-nın hüquqşünası olan Bəhlul İskəndərov adlı şəxslə görüşdü. O, Bəhlula mənzili Vüsalənin adından satmaq istədiyini bildirmişdir, lakin Bəhlul Vüsalənin özünün MTK-ya gəlməli olduğunu bildirmişdir. Bu işdə ona Vüsal adlı dostu da köməklik etmişdir. Vüsalın qayınatası Vilayət müəllim bildiyinə görə Cavabdeh1 MTK-nın rəhbəridir. Vüsal hazırda Türkiyədədir. Bəhlul mənzilin digər şəxsin adına sənədləşdirilməsi üçün zəruri olan sənədlər haqda Vüsala demiş, Vüsal da bu haqda ona demişdir. Vüsalənin keçmiş həyat yoldaşı olan X14 da razılığı lazım olmuşdur. Vüsalə Anarla bu haqda danışandan sonra, o, Anarın yanına gedib ərizəni almışdır. Onlar lazım olan sənədləri toplamışlar. Hətta Vüsal imzalamaq üçün MTK-dan bir ərizə almışdir. Ərizənin məzmununda Vüsalənin mənzilin satılmasına etirazının olmaması göstərilmişdir. Vüsalə ərizə ilə tanış olub üzərində müvafiq qeydlər etmişdir. Həmin ərəfədə Elxan ona və Vüsaləyə cəmi 15000 manat pul düzəltdiyini, qalan 120000 manat pulu isə 10 gün müddətində verəcəyini bildirmişdir. 2019-cu ilin may ayının sonlarında o, Cavabdeh1 MTK-nın ofisinə getmişdir. Orada beh müqaviləsi əsasında İbrahimxəlil ona 15000 manat pul vermiş, qalan pulu da 10 gün müddətində verəcəyini demişdir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin qərarda qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır. Göründüyü kimi mülkiyyət hüququ (o cümlədən mülkiyyət hüququnun xüsusi növü olan paylı mülkiyyət hüququ) üç səlahiyyəti (sahiblik, istifadə, sərəncam) özündə birləşdirir və həmin səlahiyyətlərdən birinin məhdudlaşdırılması mülkiyyət hüququnun pozulmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilin dəyərini Cavabdeh2 ödəyərək həmin əmlakı mülkiyyətinə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 Cavabdeh1 MTK-ya ünvanladığı 27.05.2019-cu il tarixli təsdiq olunmuş ərizəsinə əsasən o, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında inşa edilmş yüksəkmərtəbəli yaşayış binasında ona məxsus A bloku, Xİİİ mərtəbə. 131,43 kv.m., 3 otaqlı, 59 saylı mənzilə ödənilmiş 49.480 ABŞ dolları, yəni bütövlükdə onun pay haqqını İddiaçı adına keçirilməsini və onun pay haqqından könüllü olaraq azad edilməsini xahiş etmiş və bununla əlaqədar gələcəkdə yeni qəbul olunmuş payçıya və MTK-nın rəhbərliyinə qarşı heç bir iddia və tələbi olmayacağını bildirmişdir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, Cavabdeh2 X4 50 il müddətinə onun adından onun bütün əmlakına sərəncam verilməsini və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qeyd olunan qanunun normasına əsasən təmsilçinin fəaliyyətinin əsası təmsil edilən tərəfindən ona verilmiş səlahiyyətdir. Həmin səlahiyyətə görə isə təmsilçi təmsil edilən adından və onun maraqları naminə əqdlər bağlaya və beləliklə də onun üçün hüquqi nəticələr yarada bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, işin materiallarında olan "xxxx" MTK-nın məktubundan və həmin MTK-nın nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasında 16 fevral 2006-cı il tarixində A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, ümumi dəyəri 49.480 ABŞ dolları, 59 saylı mənzil və 2 ədəd yeraltı qaraj, yəni, 28 fevral 2006-cı il tarixində ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 9.000 ABŞ dolları və 30 iyun 2011-ci il tarixdə ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 10.000 manat Cavabdeh2 tərəflərindən satılmışdır. O, pay dəyərini tam ödədiyi üçün göstərilən mənzili və yeraltı qarajın birini 27.05.2019-cu il tarixində İddiaçı satmışdır. Tərəflərindən Cavabdeh2 59 saylı mənzilə qeydiyyata alınması üçün heç bir hüquqi sənəd verilməmişdir. İşin materiallarında olan məhkəmənin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş sənədlərin surətindən görünür ki, Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolundan çıxarışa görə Cavabdeh2 həmin tarixdə mübahisəli mənzilin payçısı olması təsdiq edilmiş və onun adına eyni tarixli maliyyə arayışı verilmişdir. Həmin sənədlər əsasında Cavabdeh2 mübahisəli mənzilə dair öz adına mülkiyyət hüququ haqqında çıxarış almış və qısa müddət ərzində həmin mənzili Maraqlı şəxs satmışdır. Göstərilən sənədlərə nəzər yetirdikdə görünür ki, Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolunda MTK-nın sədri Ş.R.Hüseynov göstərildiyi halda, Cavabdeh2 adına verilmiş eyni tarixli maliyyə arayışında MTK-nın sədri R.Ş.Abdullayev göstərilmişdir. Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür ki, R.Ş.Abdullayev MTK-nın əvvəlki sədri (2016-cı ilə kimi) olmuş, 28.04.2020-ci il tarixdə və hal-hazırda isə sədr A.P.Musayevdir. Qeyd olunan halları MTK-nın nümayəndəsi B.İskəndərov da məhkəmə iclasında bildirərək, göstərmişdir ki, həmin sənədlər ("Cavabdeh1" MTK-nin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolundan çıxarış və Cavabdeh2 adına verilmiş eyni tarixli maliyyə arayışı) əsl həqiqətdə MTK tərəfindən verilməmiş və MTK-ya aidiyyəti olmayan şəxslər tərəfindən saxtalaşdırılmışdır. Həmin hal müvafiq cinayət işinin istintaqı zamanı da araşdırmanın predmeti olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilkin iddia tələbi əsaslı olmaqla təmin olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativi ilə vətəndaş İddiaçı arasında bağlanmış "Kooperativ binada mənzil tikintisi haqqında" 27.05.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, həmin tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh2 qarşılıqlı iddia ərizəsində yuxarıda göstərilən müqavilənin etibarsız hesab olunmasını tələb etməsinə baxmayaraq, etibarsızlığın heç bir tutarlı əsasını göstərməmişdir. Onun qarşılıqlı iddia tələbi həm də yuxarıda qeyd olunan hallara görə əsassız hesab olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokol və ondan çıxarış və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışı etibarsız hesab edildiyindən müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs iddia tələbi təmin edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs öz iddia tələbində cavabdehlər kimi göstərdiyi şəxslər tərəfindən onun mübahisəli mənzildən istifadəsinə nə kimi maneçilik yaratmaları, bu maneçiliyin nədən ibarət olduğunu göstərməmiş, həmçinin, ona hər-hansı maddi ziyanın vurulduğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 iş üzrə xüsusi qərardad çıxarılması barədə vəsatətinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, o, həmin vəsatəti lazımı qaydada sübuta yetirə bilmədiyinə görə vəsatət əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s. tələbi”nə dair ilkin iddia tələbi təmin edilməli, Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş 16.02.2006-cı il tarixli müqavilə ləğv edilmiş hesab olunmalı, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokol və ondan çıxarış və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1nə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair qarşılıqlı iddia tələbi təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər Cavabdeh1nə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s. tələbi”nə dair iddia tələbi təmin edilməməli, məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s. tələbi”nə dair ilkin iddia tələbi təmin edilsin. Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş 16.02.2006-cı il tarixli müqavilə ləğv edilmiş hesab olunsun. Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokol və ondan çıxarış və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1nə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər Cavabdeh1nə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s. tələbi”nə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1473/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1473/2021
29.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver