Məhkəmə qərarları › İş №2(006)-1481/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1481/2020

30.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1481/2020 30.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Cavabdeh1 Nərı̇man oğlunun nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Nərı̇man oğlu və Ağababayeva Ramı̇nə Oktay qızına qarşı "alimentin təyin edilməsi" tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Nərı̇man oğlu və Ağababayeva Ramı̇nə Oktay qızına qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə xx xxxx 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan iki övladıları - xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 anadan olmuşlar. Cavabdeh ilk dövrlər uşaqlarını və iddiaçını maddi cəhətdən tam təmin etsə də, sonralar xüsusilə son dövrdə Cavabdeh1 iddiaçını və uşaqlarını maddi cəhətdən tam təmin etmir. Uşaqlar azyaşlı olduqları üçün onun əmək fəaliyyəti ilə məşğul olmağı mümkün deyildir. Bu məsələ ilə, yəni alimentlə bağlı Cavabdeh1la razılıq yoxdur, mübahisə yaranmışdır. Eyni zamanda, Cavabdeh1 əvvəlki nikahdan doğulmuş bir övladı da vardır, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(006)-2725/14 saylı qətnaməsi ilə həmin uşağa da aliment tutulmuşdur. Ona görə də iş üzrə Cavabdeh1 əvvəlki nikahdan olan uşağının anası da ikinci cavabdeh kimi bu işə cəlb edilmişdir. Beləliklə, Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün aliment tutulması və həmçinin iddiaçı işləyə bilmədiyindən onun üçün də aliment tutulması uşaqların mənafeyi baxımından zəruridir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Buna görə də, Cavabdeh1 əvvəlki nikahdan olan bir uşaq üçün məhkəmə qətnaməsi ilə aliment tutulması nəzərə alınaraq, həmin alimentin azaldılması və üç uşaq üçün Cavabdeh1 qazancının (başqa gəlirlərinin) yarısı tutulmaq şərtilə, iddiaçı ilə birgə nikahdan dünyaya gəlmiş iki uşağı – xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin yarısının 2/3 hissəsi miqdarında alimentin və xx.xx.2017- ci il təvəllüdlü X3 doğulduğu gündən üç il müddətinə hər ay sabit pul məbləğində 500 (beş yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, azyaşlı uşağa baxması səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iddianı tam müdafiə etdiyini və iddianın tam təmin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Nərı̇man oğlunun nümayəndəsi və vəkili X10 iddianı hər ay sabit pul məbləğində 500 (beş yüz) manat alimentin tutulması hissəsində qəbul etmədiklərini, Cavabdeh1 Nərı̇man oğlunun daim uşaqların maddi ehtiyaclarını qarşıladığını bildirmişdir. Eyni zamanda, mülki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh Ağababayeva Ramı̇nə Oktay qızı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə iddiaçının və cavabdeh Ağababayeva Ramı̇nə Oktay qızının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 Nərı̇man oğlunun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2014-cü il tarixdə verilmiş AZ-İ № 932649 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Nərı̇man oğlu ilə X5 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxx 2014-cü il tarixdə 271 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Ələkbərova soyadı verilmişdir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş AZ-İİİ № 903333 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9xx xxxx 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh1 Nərı̇man oğlu, anası İddiaçıdır. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş AZ-İİİ № 491455 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh1 Nərı̇man oğlu, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2725/2014 saylı, xx xxx 2014-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx xxxx 2012ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxx 2014-cü il tarixdən başlayaraq, hər ay Cavabdeh1 103 (yüz üç) manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi, əlavə çəkilən xərclərə görə 4000 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və 328,64 manat pul, həmçinin dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh1 tutularaq X2 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 Nərı̇man oğlu ilə İddiaçı xx xxxx 2014-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan iki övladları olmuşdur, Cavabdeh1 Nərı̇man oğlunun X6 ilə əvvəlki nikahından isə bir övladı var. Hazırda iddiaçı digər nikahdan olan uşaq üçün tutulan alimentin azaldılması və üç uşaq üçün Cavabdeh1 qazancının (başqa gəlirlərinin) yarısı tutulmaq şərtilə, iddiaçı ilə birgə nikahdan dünyaya gəlmiş iki uşağı – xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin yarısının 2/3 hissəsi miqdarında alimentin və xx.xx.2017- ci il təvəllüdlü X3 doğulduğu gündən üç il müddətinə hər ay sabit pul məbləğində 500 (beş yüz) manat pulun tutularaq özünə ödənilməsini tələb edir. Məhkəmə iddia tələbinin Raminə Ələkbərovanın xeyrinə tutulan alimentin azaldılması və üç uşaq üçün Cavabdeh1 qazancının (başqa gəlirlərinin) yarısının tutulması hissəsi ilə bağlı onu qeyd edir ki, İddiaçı cavabdehlərin öz aralarındakı nikahdan olan uşağa görə alimentin azaldılması və yaxud həmin uşağın saxlanılması üçün özünün Cavabdeh1la nikahdan olan 2 uşaqla birlikdə aliment tutulmasını tələb etməsi üçün subyektiv hüququ yoxdur. Qeyd olunan tələblə bağlı cavabdehlər alimentin azaldılması (artırılması) ilə bağlı müstəqil qaydada məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, İddiaçı bu cür iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Qeyd olunan məsələ ilə bağlı yalnız mənafeyinə toxunulan şəxslər, yəni Cavabdeh1 və ya Cavabdeh2 iddia qaldırmaq hüququna sahibdirlər. Belə olan halda iddia bu hissədə təmin edilə bilməz. Eyni zamanda iddiaçı, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin yarısının 2/3 hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qeyd olunan Məcəllənin 76.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilərək, öz nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh1 qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın xx.xx.2017-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək hər ay iddiaçının saxlanılması üçün cavabdehdən 500 manat alimentin alınması hissəsinə qiymət verərək hesab edir ki, aşağıdakı səbəblərə görə həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, Ailə Məcəlləsinin 84.1 və 84.2.2-ci maddələrinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi, iddiaçı cavabdehin əlavə zəruri vəsaitə malik olması barədə hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə ərizəni xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh1 qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissələrdə və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar