Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1495/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olub və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Hazırda 1-ci qrup müharibə əlilidir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması göstərilmişdir. Lakin bu günə qədər 1-ci qrup əlillər üçün nəzərdə tutulan 8800 manat məbləğində sığorta ödənişini ala bilməmişdir. Cavabdeh tərəfindən yazılı müraciətə verilən cavabda göstərilmişdir ki, bu barədə Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə tövsiyə olunmuşdur ki, həmin kateqoriyadan olan hərbi qulluqçulara sığorta pulunun ödənilməsinin qaydası və şərtlərini müəyyən etsin, həmin şərtlər müəyyən edildikdən sonra pul ödəniləcəkdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda əlil olan hərbi qulluqçu İddiaçı 8.800 (səkkiz min səkkiz yüz) manat məbləğində sığorta pulunun ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, üzrlü səbəbdən növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyindən iddia tələbinə onun iştirakı olmadan baxılması və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi iclasa gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 19 saylı Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2004-cü il tarixli, 34/584 nömrəli arayışının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə dair məlumatın verilməsinə dair xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci qrup əlildir. Diaqnoz: hər iki ətrafların badırın yuxarı 1/3-dən və hər iki yuxarı ətrafların bilək nahiyəsindən amputasiya güdülləri və güdül nahiyyələrinin sağalmayan trofiki yaraları. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 228 nömrəli qərarının notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, Ağsu RHK tərəfindən 1992-ci ildə könüllü hərbi xidmətə daxıl olmuş, 1994-cü üdə həqiqi hərbi xidmətə çağırılmış, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli Qətnaməsi ilə may 1992-ci ildən aprel 1993-cü ilə kimi hərbi xidmət keçməsi faktı müəyyən edilmiş, Azərbaycan Respublikası hərbi prokurorluğunun xx.xx.2018-cı il tarixli, HP 01/510 nömrəli məktubunda barəsində cinayət işi və araşdırma materialı olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.1992-cı ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Kəskin respirator xəstəlik, rinotraxeobronxit tip" və xx.xx.1993-cü ildə döyüşdə yaralanaraq aldığı və xx.xx.1993-cu ildən xx.xx.1993-cü ilə kimi Gəncə şəhəri, Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz “Sol sağrı nahiyyəsınin kor qəlpə yarası və xx.xx.1993-cu itdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyas» tərəfindən şəhədətləndirilən zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz “Sol sağrı nahiyyəsınin odlu kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” (Azərbaycan Respublikası SHXÇDX-nın Ağsu rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 2 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli, 14 nömrəli arayışı, N nomrəli hərbi hissədən verilmiş xx.xx.1993-cu il tarixli və Gəncə şəhəri, Abbas Səhhət adına 1 nomrəli şəhər xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizləri, xəstəlik tarixindən çıxarışlar, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci ıl tarixli, iş № 2(0161-1475/2018 nömrəli Qətnaməsi, MN Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli, 11/994 nomrəli məktubu, Azərbaycan Respublikası hərbi prokurorluğunun xx.xx.2018-ci il tarixli, HP 01/150 məktubu, MN Mərkəzi hərbi poliklinikasının xx.xx.1993-cü il tarixli, 1988 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), «Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə birinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 80 faizi, yəni 8800 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 8800 (səkkiz min səkkiz yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı 8800 (səkkiz min səkkiz yüz) manat şəxsi icbari sığorta ödənişinin verilməsinə öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1495/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1495/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver