Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-152/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər "xxxx" ASC-nin nümayəndəsi X1 və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə (Cavabdeh1 ASC), Cavabdeh2, Azərbaycan Respublikası Mərkəzi Banka və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində 25.10.2013-cü il tarixdə Cavabdeh1 ASC-nin xeyrinə edilmiş ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və Cavabdeh1 ASC-nin (hazırkı Premium Bank) 24.10.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, 15.01.2010-cu il tarixdə “Aqana Servis" MMC ilə bağladığım alqı- satqı müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən 5 nömrəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini 4.500.000 manat müqabilində həmin şirkətdən satın almışdır. Müqavilənin dəyərini hissə-hissə olmaqla 31.03.2011-ci il tarixədək ödəmiş və bundan sonra həmin əmlaka görə şirkətə hər hansı borcunun olmaması barədə "xxxx" MMC tərəfindən iddiaçıya 02/04 nömrəli maliyyə arayışı verilmişdir. Sözügedən qeyriyaşayış sahəsinin alqı-satqısı ilə əlaqədar bütün danışıqlar “Aqana Servis" MMC-nin direktoru olan Cavabdeh2 ilə aparılmış, sənədləşmə işləri onun tərəfindən həyata keçirilmiş, müqaviləni və maliyyə arayışını Cavabdeh2 imzalayaraq ödənişləri o qəbul etmişdir. Həmin vaxtdan bu günə kimi qeyri-yaşayış sahəsi iddiaçının sahibliyində olmuşdur. İddiaçı qeyri-yaşayış sahəsini tam təmirsiz vəziyyətdə almışdır. 2016-cı ilin yay aylarından həmin qeyri-yaşayış sahəsində təmir işləri aparmağa başlamışdır. Təmir işləri 2017-ci ilin dekabr ayında başa çatmış və iddiaçı obyektin təmirinə külli miqdarda vəsait xərcləmişdir. Obyekt istifadəyə verildiyi gündən bu günə kimi restoran kimi fəaliyyət göstərir. Şirkətlə aralarında olan razılaşmalara əsasən qeyri-yaşayış sahəsinin sənədləşmə işləri "xxxx" MMC tərəfindən həyata keçirilməli, bina istismara qəbul edildikdən sonra bu barədə iddiaçıya müvafiq sənədlər təqdim edilməli və bundan sonra iddiaçı DƏDRX-ə müraciət edib çıxarış almalı idi. Bununla əlaqədar olaraq Cavabdeh2lə dəfələrlə əlaqə saxlasa da, o, kifayət qədər pul olmadığına görə binanın istismara qəbul edilməsinin hələki mümkün olmadığını bildirmiş, lakin tezliklə bu məsələni həll edəcəyinə dair vədlər versə də, sənədləşmə işi hələ də həll edilməmişdir. 2018-ci ilin aprel ayında "Premium Bank’' ASC-nin (əvvəlki adı "X8" ASC) əməkdaşları sözügedən qeyri-yaşayış sahəsinə gələrək obyektə baxış keçirmək istədiklərini bildirdi. İddiaçı isə əmlakın ona məxsus olduğunu onlara bildirərək obyektə baxış keçirilməsinə etiraz etdi. Həmin şəxslər isə iddiaçıya bildirdi ki, onların əlində olan sənədlərə əsasən bu əmlak iddiaçıya yox, Cavabdeh2 adında şəxsə məxsusdur və Cavabdeh2 tərəfindən bu əmlak "xxxx" ASC-də ipoteka ilə yüklü edilmişdir. Bundan sonra isə dərhal bu məsələyə aydınlıq gətirmək üçün "xxxx" MMC-nin direktoru Valehlə əlaqə saxlayaraq onunla görüşdü. Həmin vaxt Cavabdeh2 hər şeyi iddiaçıya etiraf edərək bildirdi ki, onun yüksək məbləğdə pula ehtiyacı olub. Təminatsız heç bir bank ona pul vermədiyinə görə məcbur qalıb "xxxx" MMC ilə sözügedən qeyri-yaşayış sahəsinə dair formal olaraq müqavilə bağlamış və sonra məhkəmə qərarı əsasında həmin əmlaka çıxarış almışdır. Bundan sonra isə o, yenidən “Premium Bank" ASC-yə müraciət edərək və həmin obyekti adıçəkilən bankda ipoteka ilə yüklü edərək bankdan yüksək məbləğdə kredit götürməyə nail olmuşdur. Bankın əməkdaşları da bu məqsədlə girovda olan əmlaka baxış keçirməyə gəlmişdir. Bu danışıqların sonunda isə Valeh iddiaçıya söz verdi ki, “ ... qısa müddət ərzində krediti ödəyib bütün borcu bağlayacaq, obyekti girovdan çıxarıb iddiaçının adına keçirəcəkdir. Sadəcə iddiaçı ona möhlət versin və hər hansı orqana və ya məhkəməyə şikayət etməsin ...”. Həmin vaxt Cavabdeh2 bu sözlərinə inanaraq ondan qısa müddətdə problemin aradan qaldırılmasını tələb etdi və bildirdi ki, əgər bu məsələ öz həllini tapmazsa, hüquq mühafizə orqanlarına müraciət edəcəkdir. Lakin, daha sonra Cavabdeh2 verdiyi vədinə əməl edərək qanunsuz əməllərinin nəticələrini aradan qaldırmadığına görə şikayətlə Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməli oldu. Həmin şikayət əsasında Cavabdeh2 barəsində cinayət işi başlanılmış və Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törətməsinə görə ona qarşı ittiham irəli sürülərək iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə verilmişdir. Qeyd olunanlarla bərabər, iddiaçı 2018-ci ilin may ayının 7-də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək, mübahisəli əmlakla bağlı Cavabdeh2 adına çıxarış alınmasına əsas olan məhkəmə aktını, yəni həmin məhkəmənin 15.08.2013-cü il tarixli, 2(82)-2370/2013 nömrəli qərarını məhkəmədən əldə etdi. 10.05.2018-ci il tarixdə isə 15.08.2013-cü il tarixli, 2(82)- 2370/2013 nömrəli qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə vəsatətlə yenidən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdi. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.05.2018-ci il tarixli qərardadı ilə bu vəsatəti təmin edilmiş, məhkəmənin 15.08.2013-cü il tarixli 2(82)-2370/2013 saylı qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Məhkəmənin bu qərardadı ilə iddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Lakin 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 31.05.2018-ci il tarixli qərardadından ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apelyasiya şikayəti verildiyinə görə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1829/2018 saylı, 19.07.2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.05.2018-ci il tarixli qərardadı ləğv edilərək iş həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2688/2018 saylı, 07.11.2018- ci il tarixli qərardadı ilə inzibati iş üzrə iddiaçı üçüncü şəxs qismində inzibati işə cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-2370/2013 saylı, 15.08.2013-cü il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərardad qəbul edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə geri qaytarılmışdır. Bundan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81 )-1335/2019 saylı, 27.02.2019-cu il tarixli qərardadı ilə isə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və həmin məhkəmədə işə baxılarkən iddiaçı Cavabdeh2 qanunsuz əməlini etiraf etmiş və sözügedən qeyri-yaşayış sahəsinin həqiqi mülkiyyətçisinin İddiaçı olmasını təsdiqləmiş və iddiadan imtina etməsi haqqında məhkəməyə ərizə vermişdir. Məhkəmə isə qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olmasını və iddiaçının ərizəsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Daha sonra iş üzrə üçüncü şəxs İddiaçı ərizəsinə əsasən icra dönüşünün edilməsi barədə 01.07.2019-cu il tarixli 2-1(81 )-2011/2019 saylı qərardad qəbul edərək ünvan 3 ünvanında yerləşən 5 nömrəli binanın 1-ci mərtəbəsindəki sahəsi 864 kv.m olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğv edilməsi qərara alınmış və icra olunması üçün DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Adıçəkilən qərardad DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilərək daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına olan mülkiyyət hüququna 17.07.2019-cu il tarixdə xitam verilmişdir. Həmçinin, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən məlumata görə, əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququna xitam verilsə də. 25.10.2013-cü il tarixdə "X8” ASC-nin xeyrinə ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində saxlanılmışdır. Hesab edir ki, ipoteka yüklülüyünə də xitam verilməlidir. Belə ki, yuxarıda qeyd etdiyi kimi, qeyri-yaşayış sahəsi ilk dəfə iddiaçıya satılmış və iddiaçı əmlakın dəyərini tam ödəməklə əmlak üzərində mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh2 qanunsuz əməlləri nəticəsində xəbəri olmadan əmlak onun mülkiyyətinə keçsə də, məlumatı olduqdan sonra verdiyi şikayətlər nəticəsində məhkəmələrdə araşdırmalar aparılmış və iddiaçının əmlakın həqiqi mülkiyyətçisi olmağı müəyyən edilmiş və bu səbəbdən icra dönüşü edilərək Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. Belə olan halda, ipotekaya da xitam verilməlidir. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, 07.10.2013-cü il tarixli, KBO13-1545 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən "X8" ASC-yə (hazırda "xxxx" ASC) 718 gün müddətinə, illik 5.25% ödəməklə 2 500 000 (iki milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrində kredit üzrə əsas borcun 25.09.2015-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. 24.09.2015-ci il tarixdə kredit müqaviləsinə əlavə tərtib edilərək əsas borcun ödənilmə tarixi 19.09.2016-cı iı tarixədək uzadılmış, kreditdən istifadəyə görə illik faiz 3.7% müəyyən edilmiş, kredit üzrə əsas borcun 2016-cı ilin aprel ayının sonundan başlayaraq hər ay bərabər hissələrlə ödənilməsi razılaşdırılmışdır. Həmin kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 mülkiyyət hüququ ilə məssus Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X5 küçəsi 5 ünvanında yerləşən, ümumi sahəsi 835.7 kv.m olan qeyri-yaşayış sahəsi barəsində 10.10.2013-cü il tarixli, İBO13- 1545/2 nömrəli ipoteka müqavilələri bağlanmışdır. İpoteka müqavilələri qanunvericiliyə müvafiq qaydada notarius tərəfindən təsdiq edilmiş və ipoteka yüklülüyü dövlət qeydiyyatına alınmışdır (İpoteka yüklülüyünə dair Çıxarış: Seriya RX, № 0268630). Həmin əmlak üzrə iddiaçı "xxxx" ASC də ipoteka saxlayan olduğundan cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin qaytarılması, tutmanın sonrakı ipoteka predmetlərinə yönəldilməsi və qeyri-yaşayış sahələrinin boşaldılmaşı” tələbinə dair Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, Mərkəzi Bank isə ipoteka predmetləri barədə ilkin ipoteka saxlayan olduğundan müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə qoşulmuşdur. İş hazırda həmin məhkəmənin icraatındadır. Odur ki, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X4 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə istirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı Ağazər oğlu arasında 15 yanvar 2010-cu ildə MMC tərəfindən tikilən yaşayış binasındakı qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən 31 mart 2011-ci ildə verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr. 558.566-cı məhəllə L.İmanov 5 ünvanda inşa edilən yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Həmin binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 864 kv.m olan qeyri-yaşayış sahəsinə görə İddiaçı Ağazər oğlunun "xxxx" MMC-yə maliyyə borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli 2in(82)-2370/2013 saylı qərarın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, L.İmanov küçəsi 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində sahəsi 864 kv.m olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınaraq reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2018-ci il tarixli 2-1(103)-2688/2018 saylı qərardadı ilə İddiaçı Ağazər oğlunun ərizəsi təmin edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə İddiaçı Ağazər oğlu 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, 3-cü şəxs İddiaçı Ağazər oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli 2in(82)-2370/2013 saylı qərarı ləğv edilmiş, iş üzrə qərardad qəbul edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 mat 2019-cu il tarixli 2-1(81)-2011/2019 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə (3-cü şəxs İddiaçı) ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində sahəsi 864 kv.m olan qeyri-yaşayış sahəsinə iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair 2-1(81)-2011/2019 saylı işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 18 iyul 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Sözügedən əmlak 25 oktyabr 2-13-cü il tarixində Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yükla edilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2370/2013 saylı 15 avqust 2013-cü il tarixli qərarına əsasən daşınmaz əmlak dövlət reyestrində Cavabdeh2 adına olan mülkiyyət hüququna 17 iyul 2019-cu ildə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş 19 sentyabr 2019-cu il tarixli məktubundan görünür ki, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində arxiv materiallarına əsasən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 5 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və Cavabdeh1 ASC-nin (hazırkı Premium Bank) 24 oktyabr 20136-cü il tarixli müraciətlərinə əsasən ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh1 ASC arasında 07 oktyabr 2013-cü ildə kredit müqaviləsi bağlanmışdır. 10 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüquqi ilə məxsus, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X5 küçəsi, 5 ünvanında yerləşən 835.7 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi ipotekaya qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş 25 noyabr 2019-cu il tarixli məktubundan görünür ki, reyestr kitabına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2- 1(81)2011/2019 saylı qərardadı ilə ərizə qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2370/20136 saylı 15 avqust 2013-cü il tarixli qərarın icrasına geriyə dönüş edilmişdir. Sözügedən ünvanın üzərində Cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatı (çıxarış) ləğv olunmuşdur. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(006)-1950/2019 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 02 dekabr 2011-ci il tarixli mənzil tikintisi və alqı-satqısına dair müqavilə etibarsız hesab edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 150/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(006)-1950/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2-1(81)-2011/2019 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli 2in(82)-2370/2013 saylı qərarının icrasına geriyə dönüş edilməsi və Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, L.İmanov küçəsi 5 ünvanında yerləşən, çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki sahəsi 864 kv.m olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququnun dövlət qeydiyyatı (çıxarış) ləğv edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı ilə «Aqana Servis” arasında bağlanmış 15 yanvar 2010-cu il tarixli müqaviləyəəsasən«Aqana Servis” İddiaçı müqaviləyə əsasən ünvan 9 ünvanında inşa edilən, çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 864 m2 qeyri -yaşayış sahəsi “Sifarişçi”-yə verməyi, “Sifarişçi” isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür.Eyni zamanda 31.03.2011-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 558.566-cı məhəllə L.İmanov 5 ünvanında inşa edilən yaşayış binası binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 864 m2 olan qeyri-yaşayış sahəsinə görə İddiaçı "xxxx" MMC-yə maliyyə borcu yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC-nin direktoru ƏliyevValeh Mövsüm oğlu qeyd olunan qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçı ilə 15.01.2010-cu il tarixdə müqavilə bağladıqdan və şərtləşdirilmiş məbləği tam aldıqdan sonra, həmin qeyri-yaşayış sahəsinin satılması ilə bağlı 02 dekabr 2011-ci il tarixdə yeni müqavilə bağlamışdır. Eyni zamanda müqavilə formal olaraq hər iki tərəfdən eyni şəxs (Cavabdeh2) tərəfindən imzalanmışdır. Bu səbəbdən Nəsimi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(006)-1950/2019 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 02 dekabr 2011-ci il tarixli mənzil tikintisi və alqısatqısına dair müqavilə etibarsız hesab edilmişdir. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsi etibarsız hesab olunan 02.12.2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında bağlanmışdır. Alğı-satqı müqaviləsi etibarsız hesab edildiyi təqdirdə sonrakı əqdlərin hamısı etibarsız sayılır. Belə ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllə; maddə 337.4.). Həmin ipoteka müqavilələri 02.12.2011-ci il tarixli alğı-satqı müqaviləsinin nəticəsi kimi çıxış edir. Alğı-satqı müqaviləsi etibarsız olduğuna görə onun heç bir qanuni nəticələri ola bilməz. Bundan başqa iş materiallarında qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur ki, iddiaçının tələbi tam aydın, əsaslı və qanuna müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Belə ki, Azərbaycan Respublikası MM-nın 331.1-ci maddəsi tələb edir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nın 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Nəhayət, MM-nın 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur: «Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir». MM-nin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir MM-nin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır MM-nin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir MM-nin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur: «Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir». “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında göstərilir ki, «Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab etməklə tərəflərin hüquqi statusunu ilkin vəziyyətə qaytarılması təkcə onun əqd üzrə xərclərin ödənilməsi ilə məhdudlaşmamalıdır.” Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və Cavabdeh1 ASC-nin (hazırkı Premium Bank) 24.10.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və Cavabdeh1 ASC-nin (hazırkı Premium Bank) 24.10.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-152/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-152/2021
03.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver