Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1520/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı oğlunun cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “borcun olmamasının müəyyən olunması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 06 iyun 2008-ci il tarixli F2-1935 saylı Kredit Müqaviləsi üzrə LPO Cavabdeh ASC-də olan əsas və faiz borcu üzrə öhdəliklərinə xitam verilməsi, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsindəki 106 saylı evin 19 saylı mənzilin ipotekasına xitam verilərək ipoteka qeydiyyatının ləğv edilməsi, onun ləğv prosesində olan Cavabdeh ASC-də olan 06 iyun 2008-ci il tarixli F2-1935 saylı Kredit Müqaviləsi üzrə əsas və faiz borcunun Bankın əməliyyat sistemindən silinməsi və borcunun olmaması barədə Azərbaycan Respublikası Mərkəzi Bankının “Mərkəzləşdirilmiş Kredit Reyestri”nə və "xxxx"na məlumat verilməsi öhdəliyinin cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Nikoylbank” İKB-nın X4 İş İdarəsinin rəisi işləmiş X2 26 oktyabr 2007-ci il tarixli 523 saylı kredit və ipoteka müqaviləsinə əsasən o, özünə məxsus olan "xxxx" MMC-nin adına ayrılmış kreditin qaytarılması və Cavabdeh ASC-yə müştəri kimi cəlb etməsini təşkil etmək üçün onunla Cavabdeh ASC-nin Yasamal filialı arasında kredit və girov müqaviləsi bağlanılmadan kreditlərin təhlili şöbəsinin rəisi işləmiş X9 85.000 manat pulu X2 və X3 tapşırığı və iştirakı ilə filialın xəzinədarı qanunsuz olaraq ona vermiş, o, həmin pulu Elçin Qədirova aldığı kimi tam şəkildə ona qaytarmışdır. Bundan sonra əvvəlki tarixə İddiaçı adına Yasamal filialından 92 000 manat kredit ayrılmasına dair 06 iyun 2008-ci il tarixli F2-1935 saylı kredit və ipoteka müqaviləsi tərtib edilmiş, 06 iyun 2008-ci il tarxli 03 saylı məxaric orderində “vəsaiti aldım” qrafasında onun imzasını istintaqa məlum olmayan şəxsə icra etdirməklə saxtalaşdırmışdır (cinayət işinin 2-ci cildinin 134-cü vərəqəsi). Bununla əlaqədar onun şikayəti əsasında Bağlı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2012-ci il tarixli 1(101)-845/2012 saylı hökmünə əsasən yuxarda göstərlən şəxslər müxtəlif müddətlərə azadlıqdan məhruetmə cəzasına məhkum olunmuşlar. Məhz həmin səbəbdən də LPO “Royalbank" ASC tərəfindən 13 ildən artıq müddətinə keçməsinə baxmayaraq 06 iyun 2008-ci il tarixli F2-1935 saylı kredit üzrə borcun tələb edilməsi ilə bağlı heç bir addımlar atılmamışdır, baxmayaraq ki, sənədlərə əsasən kredit 18 ay müddətinə verilmiş, kredtin müddəti 06 dekabr 2009-cu il tarixində bitmişdir, deməli müddətin keçməsinə görə həmin öhdəliyə xitam verilməli, buna görə də ipoteka ilə yüklü edilmiş əmlak ipotekadan azad olunmalıdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun LPO Cavabdeh ASC ilə bağlanmış 06.06.2008-ci il tarixli, F2- 1935 saylı kredit müqaviləsi üzrə borcun bank əməliyyat sistemindən silinməsi, borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xocalı prospektindəki 19 saylı evi 106 saylı mənzilinin ipoteka yüklülüyündən azad edilməsi vəzifələrinin ləğv prosesində olan Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi X5 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 02.06.2021-ci il və 17.09.2021-ci il tarixli borc öhdəliyinin olub-olmaması barədə arayışlarından görünür ki, 06.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə Minbaşıyev Adel Adil oğlunun müvafiq olaraq 23.06.2021-ci il və 24.09.2021-ci il tarixə ləğv prosessində olan Cavabdeh ASC qarşısında 155.008,95 (bir yüz əlli beş min səkkiz manat, doxsan beş qəpik) manat məbləğində borc öhdəliyi mövcuddur. 17.09.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, 24.09.2021-ci il tarixə Minbaşıyev Adel Adil oğlunun 06.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosessində olan Cavabdeh ASC qarşısında 155 008.95 (bir yüz əlli beş min səkkiz manat, doxsan beş qəpik) manat məbləğində borc öhdəliyi mövcuddur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-845/12 saylı, 15.11.2012-ci il tarixli hökmünün surətindən görünür ki, X9, X6 və X2 müxtəlif maddələr üzrə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-845/12 saylı, 15.11.2012-ci il tarixli hökmünün 27-ci səhifəsindən görünür ki, “...Ekspertizaya təqdim olunmuş, cinayət işinin 2ci cildinin 134-cü vərəqəsində olan Cavabdeh ASC Yasamal filialından Minbaşıyev Adel Adil oğluna 91490 manat kredit pulunun ödənişinə dair 06 iyun 2008-ci il tarixli 03 saylı məxaric orderində «Vəsaiti aldım» qrafasındakı imza Minbaşıyev Adel Adil oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.” "xxxx" MMC-dən 13.04.2022-ci il tarixli Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO «RoyalBank” ASC-yə 06.06.2008-ci il tarixli kredit müqaviləsinə əsasən kreditin qalıq məbləği üzrə 79.334,41 manat, faiz məbləği üzrə 75.674,54 manat məbləğində borcu vardır. LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 18.04.2022-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh ASC ilə Minbaşıyev Adel Adil oğlu arasında bağlanmış 06.06.2008-ci il tarixli, F2-1935 saylı ipoteka müqaviləsinin əsli arxiv və kredit şöbəsində aşkar edilməmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin 04.03.2022-ci il tarixli sorğuya cavabından görünür ki, Minbaşıyev Adel Adil oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsindəki 106 saylı evin 19 saylı mənzili Cavabdeh ASC-nin 07.01.2009-cu il tarixli müraciətinə əsasən ipoteka ilə yüklü edilmişdir. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, Cavabdeh ASC-nin Yasamal filialı ilə İddiaçı arasında 92.000 manat kredit məbləğinin verilməsinə dair 06.06.2008-ci il tarixli, F2-1935 saylı kredit müqaviləsi bağlanmış, bank xərcləri çıxıldıqdan sonra 06 iyun 2008 tarixli 03 saylı xəzinə orderi ilə 91.490 manat kredit pulunun İddiaçıyə ödənilməsi sənədləşdirilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsindəki 106 saylı evin 19 saylı mənzili Cavabdeh ASC-nin 07.01.2009-cu il tarixli müraciətinə əsasən ipoteka ilə yüklü edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olmuşdur ki, müqavilə üzrə iddiaçıya verilməli olan kredit məbləği Cavabdeh ASC-nin işçiləri tərəfindən mənimsənilmiş, bu cür əməllərə görə barələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-845/12 saylı, 15.11.2012-ci il tarixli ittiham hökmü çıxarılmışdır. Belə ki, qeyd edilən hökmdən göründüyü kimi İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmiş, hökmdə “... məhkəmə iclasında ifadə verən zərər çəkmiş şəxs İddiaçıyevin ifadəsindən və cinayət işinə əlavə olunmuş məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, sənədləşmə aparılmadan ona «Yasamal» filialında filialın qeyri-rəsmi sahibi Elçin Qədirov və filialın müdiri Həsən Əlixanovun tapşırığı və iştirakı ilə Anar Əliyev tərəfindən 85.000 manat pul verilmiş, o, həmin pulu «Nikoyl İKB»-na olan kredit borcuna ödəmiş, bundan sonra əvvəlki tarixə, yəni 06 iyun 2008-ci il tarixə «Yasamal» filialında adına 92.000 manat kredit sənədləşdirilmiş, adına 91.490 manatın ödənişinə dair 06 iyun 2008-ci il tarixli xəzinə məxaric orderində «vəsaiti aldım» qrafasındakı imza onun tərəfindən deyil, başqası tərəfindən icra olunaraq saxtalaşdırılmış, 85.000 manatdan əlavə olaraq kredit üzrə almalı olduğu 6.490 manat pul ona verilməmiş, ssuda və faiz borcu kimi 02 sentyabr 2009-cu il tarixli mədaxil orderi ilə ödədiyi 20.000 manat pul mədaxildən gizlədilərək mənimsənilmişdir” göstərilmiş, zərərçəkmiş şəxs İddiaçı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə məhkəmə Mülki-Prosessual Məcəllənin yuxarıda göstərilən maddəsinə istinad edərək hesab edir ki, mübahisəli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən pulun götürülmədiyi, kredit məbləğinin əslində Cavabdeh ASC-nin işçiləri olan şəxslər tərəfindən mənimsənildiyi faktları Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-845/12 saylı, 15.11.2012-ci il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Hazırda bu faktların preyudisiallığı hazırki mülki işin tərəfləri üçün məcburidir və məhkəmə tərəfindən yenidən araşdırıla və sübut edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri sayır ki, borc müqaviləsi real müqavilədir, əşya bir şəxsdən digərinə verildiyi halda bağlanmış hesab olunur, tərəflərin hüquq və vəzifələri əşyaların verilməsi anına qədər yarana bilməz. Yəni real müqavilənin əsasını real hərəkət - əşyanın verilməsi təşkil edir. Beləliklə cavabdeh təşkilat tərəfindən iddiaçılara kredit müqavilələri üzrə pul verildiyi məhkəmə baxışı nəticəsində öz təsdiqini tapmadığından məhkəmə tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmadığı və bununla da iddiaçının mübahisəli müqavilə üzrə cavabdeh qarşısında öhdəliklərin olmasını təsdiq edən "xxxx" MMC-dəki borcunun olması barədə qeydin əsassız olduğu nəticəsinə gəlməklə məhkəmə hesab edir ki, həmin məlumatlar silinməlidir. Belə ki, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, LPO Cavabdeh ASC kredit məlumatlarının təchizatçısı kimi İddiaçı 06.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatı "xxxx" MMC-yə verməli, həqiqətə uyğun olmayan məlumatların LPO Cavabdeh ASC-nin bank əməliyyat sistemindən silinməsini təmin etməlidir. Məhkəmə iddianın “Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xocalı prospekti ünvanında yerləşən 19 saylı evin 106 saylı mənzilinin ipoteka yüklülüyündən azad edilməsi vəzifəsinin ləğv prosesində olan Cavabdeh ASC-yə həvalə edilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İş materiallarından müəyyən edildiyi kimi tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmamış, buna baxmayaraq Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xocalı prospekti ünvanında yerləşən 19 saylı evin 106 saylı mənzili mövcud olmayan öhdəliklərin təminatı olaraq LPO Cavabdeh ASC-nin xeyrinə bankın 07.01.2009-cu il tarixli müraciətinə əsasən ipoteka ilə yüklü edilmişdir. Məhkəmənin təklif etməsinə baxmayaraq cavabdeh tərəfindən mübahisəli ipoteka müqaviləsinin bağlandığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 06.06.2008-ci il tarixli, F2-1935 saylı ipoteka müqaviləsinin əslinin arxiv və kredit şöbəsində aşkar edilmədiyi bildirilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəllənin 270.1-ci maddəsinin tələblərinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Bu Məcəllənin 294.1.1-ci maddəsinə əsasən girova girovla təmin edilmiş öhdəliyə xitam verildikdə xitam verilir. Həmin Məcəllənin 307.1 və 307.7-ci maddələrinə əsasən, “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. İş materiallarından göründüyü kimi, İddiaçı Bank qarşısında xitam verilməmiş öhdəliyi, ipoteka müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan və mülki qanunvericiliyə uyğun şəkildə bağlanmış ipoteka müqaviləsi mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xocalı prospekti ünvanında yerləşən 19 saylı evin 106 saylı mənzilinin üzərinə LPO Cavabdeh ASC-nin 07.01.2009-cu il tarixli müraciətinə əsasən qoyulmuş yüklülüyün qalması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 06.06.2008-ci il tarixli, F2- 1935 saylı kredit müqaviləsi üzrə borcun LPO "xxxx" ASC-nin bank əməliyyat sistemindən silinməsi, həmin müqavilə üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xocalı prospekti ünvanında yerləşən 19 saylı evin 106 saylı mənzilinin LPO "xxxx" ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyündən azad edilməsi vəzifəsi ləğv prosesində olan LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Minbaşı (Minbaşıyev) Adel Adil oğlu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 06.06.2008-ci il tarixli, F2-1935 saylı kredit müqaviləsi üzrə borcun LPO "xxxx" ASC-nin bank əməliyyat sistemindən silinməsi, həmin müqavilə üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xocalı prospekti ünvanında yerləşən 19 saylı evin 106 saylı mənzilinin LPO "xxxx" ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyündən azad edilməsi vəzifəsi LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1520/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1520/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver