Məhkəmə qərarları › İş №2(006)-1524/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1524/2023

05.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1524/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X33 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdehlər X20, X10 və X14 qarşı “əqdlərin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mülkiyyətində olmuş H014070 dövlət qeydiyyat nişanlı «Subaru Outback» markalı minik avtomobilinin cavabdeh X4 barədə xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş AC 452895 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, **-XF-*** dövlət qeydiyyat nişanlı «Subaru Outback» markalı minik avtomobilinin cavabdeh X1 barədə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş AD 791391 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, **-XF-*** dövlət qeydiyyat nişanlı «Subaru Outback» markalı minik avtomobilinin cavabdeh X20 istifadəyə verilməsi barədə xx.xx.2020-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, **-XF-*** dövlət qeydiyyat nişanlı «Subaru Outback» markalı minik avtomobilinin cavabdehlərdən alınaraq "Franke Kaukasus” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə işlək vəziyyətdə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mülkiyyətində H014070 dövlət qeydiyyat nişanlı «Subaru Outback» markalı minik avtomobili olmuşdur. AR DİN Baş X35 İdarəsinin 90262-1221 saylı xx.xx.2021-ci il tarixli məktubuna əsasən məlum olmuşdur ki, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xəbəri olmadan mülkiyyətində olan H014070 dövlət qeydiyyat nişanlı “Subaru Outback” markalı minik avtomobili alqı-satqı müqavilələri əsasında xx.xx.2015-ci ildə cavabdeh X13 mülkiyyətinə keçirilmiş, xx.xx.2020-ci ildə cavabdeh X9 mülkiyyətinə keçirilmiş, xx.xx.2020-ci ildə isə etibarnamə əsasında cavabdeh X15 istifadəsinə verilmişdir. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi H014070 dövlət qeydiyyat nişanlı “Subaru Outback” markalı minik avtomobilinin satılmasına razılıq verməmiş, bununla bağlı heç kimlə alqı-satqı müqaviləsi, o cümlədən cavabdehlər X23, X16, X24 ilə heç bir müqavilə bağlamamış və ya bunun üçün onlara etibarnamə də verməmişdir. Həmin müqavilələrdə olan imza və möhürlər İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən icra edilməmişdir. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mülkiyyətində olmuş H014070 dövlət qeydiyyat nişanlı “Subaru Outback” markalı minik avtomobilinin X5 barədə xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi, X1 barədə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi, X15 istifadəsinə verilməsi barədə xx.xx.2020-ci il tarixli etibarnamə etibarsız hesab edilməli, avtomobil qanuni sahibə - İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qaytarılmalıdır. Cavabdeh X13 vəkili-nümayəndəsi X26 etiraz təqdim edərək, iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız və mülki qanunvericiliyin tələblərinə ziddir. İddiaçı tərəfin təqdim etdiyi xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, avtomobil İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə X23 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdə cavabdehə satılmışdır. Alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan 6 ildən artıq vaxt keçmişdir. X23 ilə X16 arasında bağlanmış alqısatqı müqaviləsi əsasında isə avtomobil sonuncuya satılmışdır. X6 avtomobili etibarnamə əsasında X15 istifadəsinə vermişdir. Göründüyü kimi, mübahisə edilən avtomobillə bağlı sərəncam hüququ qanuni əsaslarla (alqı-satqı müqaviləsi və etibarnamə) həyata keçirilmişdir, həmin sənədlərin etibarsızlığı üçün əsaslar mövcud deyil. Mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də həmin müqavilələr etibarsız hesab edilə bilməz. İddia ərizəsinin dəlilləri tam əsassızdır. Mübahisə predmeti olan müqavilələr tərəflərin iradə ifadəsinə uyğun, könüllü şəkildə bağlanmışdır, bu zaman mülki qanunvericiliyin tələblərinin pozulması halı baş verməmişdir. Cavabdeh X13 vəkili-nümayəndəsi X26 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia tələbinə iddia müddətinin tətbiq edilərək iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsassızlığı və qanunsuzluğu ilə yanaşı, mübahisə predmeti olan avtomobilə dair Həsənov Eynulla ilə digər cavabdeh arasında bağlanmış müqavilənin bağlandığı vaxtdan 6 ildən artıq vaxt keçdiyini nəzərə alaraq, tələb üzrə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti keçmişdir. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mülkiyyətində olmuş H014070 dövlət qeydiyyat nişanlı «Subaru Outback» markalı minik avtomobilinin qanunsuz satılmasından əldə olunmuş 12000 (on iki min) ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehlər X23, X16, X24 və Cavabdeh müştərək qaydada İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ərizə təqdim edərək, Cavabdeh hərəkətlərində AR Cinayət Məcəlləsinin 178.3, 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri olduğu üçün bu barədə xüsusi qərardad çıxarmaqla müvafiq prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mülkiyyətində olmuş H014070 dövlət qeydiyyat nişanlı “Subaru Outback” markalı minik avtomobilinin qanunsuz satılmasından əldə olunmuş 12.000 (on iki min) ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia predmeti olan avtomobili xx.xx.2015-ci il tarixdə cavabdeh X23 əvvəllər (təxminən 2000-ci illərin sonlarında) iddiaçının işçisi olmuş Cavabdeh almış, alqı-satqı prosesində özünü iddiaçının nümayəndəsi kimi təqdim etmiş Cavabdeh iştirak etmişdir. Halbuki Cavabdeh xx.xx.2015-ci il tarixində artıq iddiaçının işçisi olmamış və ona iddiaçı tərəfindən bu alqı-satqını həyata keçirmək üçün heç bir səlahiyyət, etibarnamə verilməmişdir. Bundan başqa, cavabdeh X23 və onun nümayəndəsinin bildirdiklərinə, məhkəməyə təqdim etdikləri səs yazısına əsasən, avtomobilin alınması üçün cavabdeh X8 Denis Aleksandroviçə 12.000 (on iki min) ABŞ dolları ödəmişdir. Lakin Cavabdeh həmin pul vəsaitini iddiaçıya təhvil verməmiş və bank hesabına da mədaxil etməmişdir. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ərizə təqdim edərək, iddianın qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-474/2022 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin keçmiş işçisi Cavabdeh xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasında əməllərinin araşdırılması və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-474/2022 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, 12.000 ABŞ dolları məbləğində pulun (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) Cavabdeh tutularaq İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ödənilməsi qət edilmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil ərizə təqdim edərək, qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1524/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-474/2022 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin vəkili-nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, Cavabdeh heç bir səlahiyyəti olmadan İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin vergi onlayn kargüzarlıq internet kabinetinə qanunsuz daxil olması, müdaxiləsi, oradakı məlumatları çap etməsi əməllərində AR Cinayət Məcəlləsinin 271-272-ci maddələrində nəzərdə tutulmuş cinayət əlamətləri olduğu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil tərəfindən İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vergi onlayn kargüzarlığından çıxarış təqdim edilmişdir. Cavabdehin nümayəndəsi həmin çıxarışın Cavabdeh tərəfindən ona göndərildiyini bildirmişdir. Bu bir daha təsdiq edir ki, Cavabdeh özünün də nümayəndəsi vasitəsilə bildirdiyinə görə artıq rəsmən şirkətdə 10 ildən çoxdur ki, işləmədiyinə baxmayaraq, şirkətə məxsus kod və şifrə ilə şirkətin vergi internet kabinetindəki sənədlərinə, hesabatlarına, kommersiya və vergi sirri təşkil edən məlumatlarına baxmaq, müdaxilə etmək, çap etmək imkanları vardır. Bu isə həm də onun 2015-ci ildə mübahisəli avtomobilin satışı zamanı da şirkətin adından çıxış etmək, etibarnamə hazırlamaq, ondan istifadə etmək imkanının olduğunu sübut edir. Digər tərəfdən, Cavabdeh hazırda işçisi olmadığı və beləliklə də, buna heç bir səlahiyyəti olmadığı halda İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vergi onlayn kargüzarlığına daxil olması, orada hər hansı məlumatlara baxması, məlumatları çap etməsi, digər şəxslərə verməsi cinayət tərkibi yaradır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin vəkili-nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, iddianı müdafiə etdiyini bildirmiş, işə onların iştirakı olmadan baxıb mahiyyəti üzrə qətnamə qəbul edilməsini; Cavabdeh vəkili-nümayəndəsi Vəkil isə ərizə təqdim edərək, məhkəmə baxışının iştirakı olmadan baxılaraq yekun qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin ərizəsini nəzərdən keçirib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan: Cavabdeh məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.2007-ci ildə İddiaçı MMC-nin AR Nümayəndəliyinə baş menecer vəzifəsinə qəbul olunmuş, xx.xx.2010-cu ildə AR Əmək Məcəlləsinin 68-ci maddəsinə (öz xahişinə) əsasən işdən azad edilmişdir. Nəqliyyat vasitəsinin AA seriyalı 924700 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, H014070 qeydiyyat nişanlı “Subaru Outback” minik markalı nəqliyyat vasitəsinin sahibi xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə (BDYPİ) əsasən İddiaçı MMC Nümayəndəliyidir. Nəqliyyat vasitəsinin AC seriyalı 452895 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, **- XF-*** qeydiyyat nişanlı “Subaru Outback” minik markalı nəqliyyat vasitəsinin sahibi xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə (BDYP) əsasən X21r. Nəqliyyat vasitəsinin AD seriyalı 791391 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, **- XF-*** qeydiyyat nişanlı “Subaru Outback” minik markalı nəqliyyat vasitəsinin sahibi xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə (BDYPİ) əsasən X11r. “e-gov.az”dan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2014-xx.xx.2019-cu illər ərzində "xxxx" MMC-də baş menecer işləmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X35 İdarəsinin xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli cavab məktublarına əlavə edilmiş “Subaru Outback” markalı H014070 dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, həmin nəqliyyat vasitəsi: - xx.xx.2007-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən H014070 dövlət qeydiyyat nişanı ilə İddiaçı MMC Nümayəndəliyinin; - xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 99XF895 dövlət qeydiyyat nişanı ilə X13; - xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 99XF895 dövlət qeydiyyat nişanı ilə X9 mülkiyyətində olmuşdur. xx.xx.2020-ci ildən xx.xx.2030-cu ilədək X20 etibarnamə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X35 İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X23 99XF895 dövlət qeydiyyat nişanlı “Subaru Outback” minik markalı nəqliyyat vasitəsini 9000 manata X2. "xxxx" ASC tərəfindən İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı MMC-yə məxsus olan cari hesablar xx.xx.2013-cü il tarixdə bağlanmışdır, hesablarda heç bir əməliyyat aparılmamışdı və bu hesablarda pul qalığı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X35 İdarəsinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli cavab məktublarından görünür ki, **-XF-*** (H014070) dövlət qeydiyyat nişanlı, “Subaru Outback” markalı minik avtomobilinin X13 adına rəsmiləşdirilməsinə əsas olmuş xx.xx.2015ci il tarixli alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edildiyindən alqı-satqı məbləği və digər məlumatların təqdim edilməsi mümkün olmamışdır. xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən iddia ərizəsinin verilməsinə görə cəmi 252 manat məbləğində rüsum ödənilmişdir. Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Binəqədi rayon Prokurorluğundan İddiaçı MMC-nin keçmiş işçisi Cavabdeh şirkətə məxsus avtomobili qanunsuz yolla ələ keçirməsi barədə Nəsimi Rayon Məhkəməsinin qərardadı ilə bağlı vətəndaş Nümayəndə izahatı alınmış, araşdırma zamanı məlum olmuşdur ki, göstərilən xüsusatlar mülki xarakterli əhəmiyyət daşıyır, ona görə məsələnin həlli üçün mülki qaydada məhkəməyə müraciət edilməlidir. Nümayəndə izahatı məktuba əlavə edilmişdir. “e-taxes.gov.az”dan çıxarışdan görünür ki, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyəti xx.xx.2010-xx.xx.2015, xx.xx.2015-xx.xx.2020, xx.xx.2020-xx.xx.2025-ci illər ərzində dayandırılmışdır. Bakı şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, X23 99XF895 dövlət qeydiyyat nişanlı “Subaru Outback” minik markalı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini X18 vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X35 İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, DİN-in xx.xx.2015-ci il tarixli Q36- 001-15 saylı qərarına müvafiq olaraq nəqliyyat vasitələrinin qeydiyyat, təkrar qeydiyyat, uçotdan çıxma və digər qeydiyyat hərəkətlərinin əsasları 2015-ci ilin iyun ayının 1-dən 30-dək dövr ərzində 5 illik saxlama müddəti keçdiyinə görə yandırma üsulu ilə ləğv olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Subaru Outback” minik markalı nəqliyyat vasitəsi Baş X35 İdarəsində bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən H014070 qeydiyyat nişanı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mülkiyyətində olmuşdur. Həmin avtomobil Baş X35 İdarəsində bağlanmış xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsinə əsasən **-XF-*** qeydiyyat nişanı ilə X19, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə X9 mülkiyyətinə keçmiş, xx.xx.2020-ci ildən xx.xx.2030-cu ilədək X20 etibarnamə verilmişdir. Cavabdeh isə xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində “baş menecer” vəzifəsində olmuşdur. Hazırda İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X13 bildirdiklərinə istinad edərək, 2007-2010-cu illər ərzində baş menecer olmuş Cavabdeh heç bir səlahiyyəti olmadığı halda 2015-ci ildə şirkətə məxsus avtomobili 12000 ABŞ dollarına X7, pulunu isə iddiaçıya təqdim etmədiyini iddia edib, həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, cavabdeh tərəf isə iddianın dəlillərinin əsassız olduğunu bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məkhəmə araşdırmaları zamanı məlum olmuşdur ki, mübahisə predmeti olan avtomobilin X3 dair xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi və ona əlavə olunmuş sənədlər 5 illik saxlama müddəti keçdiyinə görə xx.xx.2020-ci il tarixdə aktlaşdırılmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X35 İdarəsinin işçiləri tərəfindən yandırma üsulu ilə ləğv olunmuşdur. Məhkəmə iddia tələbini araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisə predmeti olan avtomobilin əvvəllər işçisi olmuş Cavabdeh tərəfindən satıldığını iddia etsə də, bu dəlili təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddiaçı tərəfin verdiyi çoxsaylı vəsatətlər məhkəmə tərəfindən təmin olunaraq, zəruri sübutların təqdim edilməsi aidiyyəti orqanlardan tələb edilmiş, lakin yenə də iddiaçının dəlillərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, yalnız Həsənov Eynullanın (əvvəllər cavabdeh, hazırda isə üçüncü şəxs qismində cəlb edilmiş) sözlərinə istinadən iddianın təmin edilməsi ədalətli deyildir. Nəzərə alınmalıdır ki, Həsənov Eynulla özü əvvəldən hazırki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Sonradan iddiaçının vəsatəti ilə cavabdehlər siyahısından çıxarılmış və digər bir vəsatətlə iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. Məkhəmə hesab edir ki, mülkiyyətində olan əmlakla bağlı sərəncam vermək hüququnu ötürdüyü, etibarnamə (notarial qaydada və ya şirkət möhürü ilə təsdiq olunmuş) və yaxud yol vərəqəsini verdiyi şəxslərin qeydiyyatını aparmaq iddiaçı tərəfin yerinə yetirməli olduğu iş idi, lakin iddiaçı tərəf həmin məlumatları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının digər şəxslərə qarşı iddia qaldırıb, sonradan məhz Həsənov Eynullanın dediklərinə əsasən cavabdeh qismində Cavabdeh cəlb etməsi, heç bir sübutu olmadığı halda, ehtimallara və məhz Həsənov Eynulladan eşitdiklərinə əsaslanaraq ona qarşı irəli sürülmüş iddiasını əsaslandırmağa çalışması da onu deməyə əsas verir ki, iddiaçı tərəf avtomobilin Cavabdeh tərəfindən satılmasına əmin olmamış, sadəcə bunu ehtimal etmişdir. İş materialları əsasında müəyyən edilir ki, Cavabdeh 2010-cu ildə Nümayəndəlikdən işdən çıxmış, 2015-ci ildə isə avtomobil BDYPİ-də bağlanmış alqısatqı müqaviləsi əsasında Həsənov Eynullanın mülkiyyətinə keçmişdir. Müqavilənin BDYPİ-də bağlanması onu deməyə əsas verir ki, avtomobilin satılması Nümayəndəliyin səlahiyyətli şəxsi (ya direktorun özü, ya da onun etibarnamə verdiyi və etibarnaməsinin müddəti bitməyən şəxs) tərəfindən həyata keçirilmişdir. BDYPİ-də sənədlərin ləğv edilməsi səbəbindən avtomobili satan şəxsin kimliyi barədə məlumat almaq mümkün olmamış, Nümayəndəlik tərəfindən maşına dair notarial qaydada təsdiq edilmiş etibarnamənin verilmədiyi müəyyən olunmuş, 2013-2015-ci illərdə avtomobilin kim tərəfindən idarə olunmasına dair məlumatları da əldə etmək mümkün olmamış, şirkət möhürü ilə kimə, hansı müddətdə və hansı səlahiyyətlərə dair etibarnamə verilməsi barədə məlumatlar iddiaçı tərəfindən təqdim edilə bilməmiş, bir sözlə, Cavabdeh əsassız varlanması halı öz təsdiqini tapmamışdır. İddiaçı tərəf 2010-cu ildə Nümayəndəliyin fəaliyyətinin dayandırılmasından məhkəməyə müraciət edilən xx.xx.2021-ci il tarixədək ötən 11 il ərzində mülkiyyətində olan maşının aqibəti ilə maraqlanmamış, həmin müddət ərzində hər hansı səlahiyyəti olmayan şəxsin istifadəsində olması ilə bağlı aidiyyəti orqana müraciət etməmişdir. Bu hal da bir daha təsdiq edir ki, maşın iddiaçının səlahiyyətli şəxsi tərəfindən Həsənov Eynullaya satılmışdır. Maşının satışından əldə edilmiş pulun şirkətin hesablarına daxil olmaması hələ onu deməyə əsas vermir ki, pul məhz Cavabdeh tərəfindən əldə edilib mənimsənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan maşını səlahiyyəti olmadan sataraq əsassız varlanması halı öz təsdiqini tapmadığından, hazırki iddianın təmin edilməsi ədalətli və ağlabatan deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə iddiaçının “Cavabdeh heç bir səlahiyyəti olmadan İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin vergi onlayn kargüzarlıq internet kabinetinə qanunsuz daxil olması, müdaxiləsi, oradakı məlumatları çap etməsi əməllərində AR Cinayət Məcəlləsinin 271-272-ci maddələrində nəzərdə tutulmuş cinayət əlamətləri olduğu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi” barədə vəsatətinə münasibətdə qeyd edir ki, xüsusi qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin hazırki iş üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikas Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı qeyd edilir ki, iddia təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikas Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar