Məhkəmə qərarları › İş №2(006)-1544/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1544/2021

03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1544/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X6 iştirakı ilə, şddiaçı İddiaçı Cavabdeh qarşı “əvvəlki dövr üçün alimentin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əvvəlki dövr üçün alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.09.1999-cu il təvəllüdlü X1 üçün 5700 manat məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X7 izahatında bildirmişdir ki, Cavabdeh ilə 12.07.1985-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşam. Ailə həyatımız ilkin vaxtlarda yaxşı olsa da, sonradan münasibətlərimiz pozulmuş, aramızda olan nikah formal xarakter daşımış, biz nikahımızı pozmaq qərarına gəlmiş və cavabdehin iddiası əsasında Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-485/2018 saylı iş üzrə 13.03.2018-ci il tarixli Qətnaməsi ilə aramızda olan nikahın pozulması qət edilmişdir. Birgə nikahdan 29.09.1999-cu il təvəllüdlü X4 adlı övladları var. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-485/2018 saylı iş üzrə 13.03.2018-ci il tarixli Qətnaməsi ilə 1999-cu il təvəllüdlü X2 maddi cahətdən saxlanılması üçün hər ay 100(yüz) AZN məbləğində aliment tutularaq mənə ödənilməsi qət edilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 06.06.2018-ci il tarixli 2(103)-6839/2018 saylı Qərardadı ilə (hakim: Xəyal Sarıyev) Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-485/2018 saylı iş üzrə 13.03.2018-ci il tarixli Qətnaməsini aliment hissəsini qanunsuz hesab edərək ləğv etmişdir və mənə izah edilmişdir ki, aliment növü səhv seçilmiş, X2 üzərində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qəyyum təyin edildiyindən, alimentlə bağlı AR Ailə Məcəlləsinin 80-ci maddəsinə əsasən(əmək qabiliyyəti olmayan yetkinlik yaşma çatmış övladların aliment almaq hüququ) məhkəməyə müraciət oluna bilər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3735/2019 saylı iş üzrə 29.08.2019-cu il tarixli qətnaməsi ilə 1999-cu il təvəllüdlü X2 maddi cahətdən saxlanılması üçün hər ay 300 (yüz) AZN məbləğində 13.05.2019-cu il tarixdən başlayaraq aliment tutularaq mənə ödənilməsini qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14790/2019 saylı 10.12.2019-cu il tarixli qətnaməsi və AR Ali Məhkəməsinin 30.07.2020-ci il tarixli 2(102)-2960/2020 saylı Qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3735/2019 saylı iş üzrə 29.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, ilk dəfə aliment tələbi ilə məhkəməyə müraciət edərkən aliment növünü düz seçilmədiyindən Bakı Apellyasiya Məhkəməsi yuxarıda qeyd olunan qərardadı ilə seçilmiş aliment növü hissəsində tələbi təmin olunmamışdır. İddiaçı məhkəməyə müraciət edərkən, bunu bilməmiş, hətta nümayəndəsi belə bu barədə onu xəbərdar etməmişdir. Buna baxmayaraq, onun məhkəməyə müraciət etməkdə niyyəti övladını saxlanılması və ona qulluq göstərilməsi ilə bağlı aliment təyin edilməsi olmuşdur. Eləcə də məhkəmə də öz qətnaməsində yanlışdığa yol verməklə, aliment növü hissəsində səhv nəticəyə gəlmişdir. X4 anadangəlmə sağlamlıq imkanları məhdud olmuş, yəni onun fiziki inkişafına və bədən üzvlərinin fəaliyyətində, həm mürəkkəb, həm də ağır çatışmazlığı il yanaşı dayaq hərəkət fəaliyyəti də daimi pozulmuş vəziyyətdə doğulmuşdur. Nikahları pozulduqdan sonra, anadangəlmə sağlamlıq imkanları məhdud olan övladları onun himayəsində qalmış, onun bütün maddi, mənəvi və daimi müalicə tələb edən ehtiyaclarını qohumlarının maddi yardımı hesabına hal-hazıradək ödəyirdi. Cavabdeh, bir ata kimi ağır xəstə olan əlil övladının necə yaşaması və hansı maddi çətinliklər çəkməsi barədə nə düşünür, nə də ki maraqlanır. Anadangəlmə sağlamlıq imkanları məhdud olan övladıların mövcud olan və günbəgün də ağırlaşaraq iflic qüsurluğa çevrilən vəziyyəti, daimi diqqət, qayğı, nəvaziş, qulluq, nəzarət, mütamadi müayinə və müalicə, o cümlədən, müalicə dərmanlarının alınmasını tələb edir. Təkbaşına üzvləşdiyi belə vəziyyətin (səbəblərin) ucbatından işləyə bilmir. Həmçinin, övladları ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı vardır. Belə vəziyyətdə lazım olan xərclərin ödənilməsinin təkbaşına edə bilmir. Hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3735/2019 saylı iş üzrə 29.08.2019-cu il tarixli qətnaməsi ilə 1999-cu il təvəllüdlü X2 maddi cahətdən saxlanılması üçün hər ay 300 (yüz) AZN məbləğində aliment tutularaq iddiaçıya ödənilməsini 2019-cu ilin avqust ayından deyil, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə ilk dəfə müraciət etdiyi vaxtdan, yəni 2018-ci ilin yanvar ayında başlamalı və bu fərq, yəni 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına kimi, 1 il 7 ay müddətə (19 ay x 300=5700) olan fərq, yəni 5700 (beş min yeddi yüz) AZN pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbi təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 12 iyul 1985-ci il tarixdə Şamaxı rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 118№ ilə qeyd alınmış nikah pozulmuş, 29.09.1999-cu il tarixində anadan olmuş X4 anası İddiaçı himayəsində saxlanılması, Qarşılıqlı iddia tələbi qismən təmin edilməsi, Cavabdeh 25.10.2017-ci il tarixdən başlayaraq 29 sentyabr 1999-cu il təvəllüdlü X2 maddi cəhətdən saxlanılması üçün hər ay 100 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə İddiaçı payı ½ hissə, Cavabdeh payı ½ hissə, Cavabdeh payı ½ hissə müəyyən edilməsi, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti apelyasiya baxışının predmetində qalan hissədə təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(006)-485/2018 saylı qətnaməsi apelyasiya baxışının predmetində qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilməsi, Cavabdeh ağır xəstə olan əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladı 29.09.1999-cu il təvəllüdlü X3 münasibətdə əlavə xərclərin ödənilməsi cəlb olunsun və Cavabdeh bu məqsədlə İddiaçı xeyrinə 13.05.2019-cu il tarixdən başlayaraq hər ay 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.08.2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30.07.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14790/2019 nömrəli iş üzrə 10 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirlmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3 maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilk dəfə Nəsimi rayon məhkəməsinə 12 sentyabr 2017-ci il tarixdə müraciət edərək X2 maddi cahətdən saxlanılması üçün hər ay 100 (yüz) AZN məbləğində aliment tutulmasını məhkəmədən xahiş etmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 06.06.2018-ci il tarixli 2(103)-6839/2018 saylı Qərardadı ilə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-485/2018 saylı iş üzrə 13.03.2018-ci il tarixli Qətnaməsini aliment hissəsini qanunsuz hesab edərək ləğv etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3735/2019 saylı iş üzrə 29.08.2019-cu il tarixli qətnaməsi ilə 1999-cu il təvəllüdlü X2 maddi cahətdən saxlanılması üçün hər ay 300 (yüz) AZN məbləğində 13.05.2019-cu il tarixdən başlayaraq aliment tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14790/2019 saylı 10.12.2019-cu il tarixli qətnaməsi və Ali Məhkəməsinin 30.07.2020-ci il tarixli 2(102)-2960/2020 saylı Qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3735/2019 saylı iş üzrə 29.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində alimentin tutulmasını 12 sentyabr 2017-ci il tarixdən 13.05.2019-cu il tarixədək hesablanmalıdır. Həmin müddət 18 ay təşkil edir. Odür ki, iddiaçının tələbi qismən (18 ay x 100 manat) 1800 manat məbləğində müəyyən olunmalıdır. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifələridir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 29.09.1999-cu il təvəllüdlü X1 üçün 1800 (min səkkiz yüz) manat məbləğində aliment tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29.09.1999-cu il təvəllüdlü X1 üçün 1800 (min səkkiz yüz) manat məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar