Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1558/2024 02.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Cavabdeh3 X2, Binəqədi rayon Cavabdeh1nə və Qaradağ rayon 13 saylı şəhər poliklinikasına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “171 saylı əmrin təmin edilməsi, buraxılan əmək haqqının və digər ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Cavabdeh3 X2, Binəqədi rayon Cavabdeh1nə və Qaradağ rayon 13 saylı şəhər poliklinikasına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “171 saylı əmrin təmin edilməsi, buraxılan əmək haqqının və digər ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulmuş qaydaya riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə qeyd edir ki, daxil olmuş iddia ərizəsi ilə müəyyən edilmişdir ki, iddiaçı bir neçə qurumu cavabdeh qismində cəlb etməklə, tələbinin təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh qismində cəlb etdiyi hər bir quruma qarşı iddia tələbinin nədən ibarət olduğunu aydın şəkildə qeyd etməmişdir. İddia ərizəsinin “xahiş etdi” adlı hissələrinə (iddia ərizəsi 5 ayrı-ayrı “xahiş etdi” adlı hissələrdən ibarətdir) gəldikdə isə həmin hissələrdə iddiaçı hər bir cavabdehə qarşı konkret tələb irəli sürmək əvəzinə işin təfsilatı barədə məlumatlar qeyd etmiş və bununla da, iddiaçının iddia tələbinin konkret olaraq nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Halbuki, Mülki Prosessual Qanunvericiliyin mənasına görə iddiaçının tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Bir qayda olaraq, tələb iddia ərizəsində konkret formada ifadə olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Cavabdeh3 X2, Binəqədi rayon Cavabdeh1nə və Qaradağ rayon 13 saylı şəhər poliklinikasına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “171 saylı əmrin təmin edilməsi, buraxılan əmək haqqının və digər ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya, qərardadda qeyd olunmuş nöqsanları aradan qaldırmaqla, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Cavabdeh3 X2, Binəqədi rayon Cavabdeh1nə və Qaradağ rayon 13 saylı şəhər poliklinikasına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “171 saylı əmrin təmin edilməsi, buraxılan əmək haqqının və digər ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya, qərardadda qeyd olunmuş nöqsanları aradan qaldırmaqla, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1558/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1558/2024
02.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver