Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1576/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı (X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı sığorta ödənişinin verilməstələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərinə son qoyulması və Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Şəhid ailəsi üçün nəzərdə tutulmuş 11.000 (on bir min) manat sığorta məbləğinin ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmasınına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddiada qeyd edilən halları: xx.xx.1952-ci il təvəllüdlü İddiaçı, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və konsitutusiya qurluşu uğrunda şəhid olmuş X4 atasıdır. Oğlu 1998-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb, əvvəl N saylı hərbi hissədə, sora isə N saylı hərbi hissəyə göndərilib. Kəşfiyat bölüyünün əsgəri olub. xx.xx.2000-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mənfur düşmənin basdırdığı minaya düşərək qəhrəmancasına Şəhid olmuşdur. Bu N saylı hərbi hissənin N saylı xx.xx.2000-ci il tarixli bildirişində (arayışda) göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə şəhidlik statusu verilmişdir. X15 üçün nəzərdə tutulmuş Şəhid ailəsinə ödəniləcək 11000 ( on bir min) manat sığorta məbləği bu günə qədər ödənilməmişdir. Onun hərbi qulluqçuların dövlət icbari sığorta üzrə ödənişin verilməsi barədə LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı ərizəsinə cavab olaraq bildirmişlər ki, şirkətin elektron informasiya bazasının məlumatına əsasən mərhum hərbi qulluqçu X5 varisinə xx.xx.2000-ci il tarixdə şirkət tərəfindən 5 500 000 (beş milyon beş yüz min) manat yəni cari ilin ekvivalentinə uyğun olaraq 1100 (min yüz) manat sığorta ödənişi edilmişdir. Bu səbəbdən X4 həlak olması ilə əlaqədar mərhumun varislərinə əlavə sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Övladı şəhid olduqdan sora evdə İddiaçı və həyat yoldaşı X3 olmuşdur, yəni ondan başqa heç kim yaşamır. (2 övladı olub, bir övladı vətən uğrunda Şəhid olub, digər övladı qəfil ürəktutmasından dünyasını dəyişib). Onlar da Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin qeyd etdiyi kimi, heç bir sığorta və ya pul kompensasiyası almamışlar. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Nümayəndə iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. Nümayəndə əlavə olaraq bildridi ki, iddiaçının oğlu 2000-ci ildə minaya düşmüşdür. Oğluna şəhid statusu verilmişdir. İki övladları olur, ikisi də vəfat edir. Prezidentin Fərmanı var ki, şəhid ailələrinə 11 min manat pul ödənilməlidir. Bu da bunu bilib, Dövlət Sığorta Şirkətinə müraciət edib. Ona deyiblər ki, guya elektron sistemdə göstərilir ki, onlara ödəniş olunub. Lakin özü bunu araşdırdıqda elektron sistemdə adının olmadığı müəyyən etmişdir. İddia müddətini ötüməmişlər, hazırkı tələb iddia müddətinin tətbiq olunmadığı hallara aiddir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsi iddia müddəti pozulmaqla verilmişdir. Belə ki, AR Dövlət Sığorta Kommersiya Şirkətinin hazırki mübahisə predmeti üzrə öhdəlikləri müvafiq sığorta müqaviləsi ilə yaranmışdır. Sığorta hadisəsi 2000-ci il tarixində baş vermişdir. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hadisənin baş verməsindən 25 ildən çox vaxt keçməsini nəzərə alınsa Mülki Məcəllənin 373-cü maddəsində qeyd olunan iddia müddətləri ötürülmüşdür. Həmçinin, xx.xx.2000-ci il tarixdə iddiaçı tərəfə sığorta məbləği ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddiaçı tərəfin izahatına uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 011315 saylı vəsiqəsinə əsasən İddiaçı şəhid ailəsi üzvüdür. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən Şirkətin elektron informasiya bazasının məlumatına əsasən mərhum hərbi qulluqçu X4 varisinə xx.xx.2000-ci il tarixində Şirkət tərəfindən 5 500 000 (beş milyon beş yüz min) manat yəni cari ilin ekvivalentinə uyğun olaraq 1100 (min yüz) manat sığorta ödənişi edilmişdir. Bu səbəbdən X4 həlak olması ilə əlaqədar mərhumun varislərinə əlavə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X6 arasında nikah xx.xx.1977-ci ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada «Əhmədova» soyadı verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Hərbi Komisarlığının xx.xx.2000-ci il tarixli 166 saylı arayışına əsasən X8 N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.2000-ci il tarixdə mina partlayışı nəticəsində şəhid olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon «Leyli» nikah evi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X8 xx.xx.2000-ci il tarixdə mina partlaması travması. Bədənini çoxsaylı daş və qarın boşluğuna keçən odlu silah qəlpə yarasından vəfat etmişdir. N saylı Hərbi Hissənin arayışına əsasən X8 N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.2000-ci il tarixdə mina partlayışı nəticəsində şəhid olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon «Leyli» nikah evi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X8 xx.xx.1978-ci ildə anadan olmuş. Atası İddiaçı və anası X1r. Hərbi qulluqçuların dövlət icbari sığortası üzrə xx.xx.2000-ci il tarixli ********* nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2000-ci il tarixdə X2 ölümü ilə əlaqədar 5 500 000 (beş milyon beş yüz min) manat köçürülmə həyata keçirilmişdir. Bakı şəhəri 26 saylı Notariat Ofisində verilmiş xx.xx.2025-ci il tarixli AR-İİİ650351 nömrəli etibarnamədən görünür ki, X3 hərbi qulluqçuların vərəsələrinə AR Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli fərmanına əsasən 11000 manat məbləğində birdəfəlik ödənilməli olan pul vəsaitinin, sığorta pulunun alınması ilə əlaqədar səlahiyyətləri İddiaçı etibar etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. 4-cü maddəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının oğlu X8 xx.xx.2000-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən minaya düşərək şəhid olmuşdur. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2000-ci il tarixdə X2 ölümü ilə əlaqədar 5 500 000 (beş milyon beş yüz min) manat köçürülmə həyata keçirilmişdir. Hazırda iddiaçı şəhid ailəsi üçün nəzərdə tutulmuş 11000 (on bir min) manat sığorta məbləğinin ödənilmədiyini bildirərək, həmin vəsaitin ödənilməsini tələb edir. Cavabdehin nümayəndəsi isə iddia ərizəsinin iddia müddəti pozulmaqla verildiyinə, habelə xx.xx.2000-ci il tarixdə iddiaçı tərəfə sığorta məbləğinin ödənildiyinə istinad edərək, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, qanunverciliyin tələblərinə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında üçüncü şəxsin, yəni sığorta olunanın (faydalan şəxsin) xeyrinə bağlanır və həmin müqavilədə sığorta olunan (faydalanan şəxslər) barədə məlumatlar, sığortalının və sığortaçının vəzifələri və məsuliyyəti, sığorta olunan şəxsə sığorta ödənişinin verilməsi qaydası, habelə sığortalı tərəfindən sığorta haqlarının ödənilməsi qaydası və s.öz əksini tapır. Hərbi qulluqçuların və onlara bərabər tutulmuş şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası həyata keçirilərkən müqavilənin bağlanmaması nəticə etibarı ilə dövlətlə hərbi xidmətdə olduğu zaman həyatına və yaxud sağlamlığına zərər dəymiş şəxs arasında mövcud olan hüquqların və vəzifələrin mahiyyətini (təbiətini) dəyişdirə bilməz. «Hərbi qulluqçuların və digər dövlət qulluqçularının dövlət tərəfindən mütləq şəxsi sığortalanmasına dair» Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanı ilə sığortalanmanın qaydasının, şərtlərinin və məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş xx.xx.1992-ci il tarixli, 99-6 saylı qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanına əsasən, sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir. İş materiallarında olan elektron informasiya bazasının məlumatına əsasən mərhum hərbi qulluqçu X4 ölümü ilə bağlı xx.xx.2000-ci il tarixində Şirkət tərəfindən 5 500 000 (beş milyon beş yüz min) manat sığorta ödənişi edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. Baxılan iş üzrə sığorta hadisəsinin baş verməsindən hazırkı iddia ərizəsinin məhkəməyə daxil olmasınadək 25 ilə yaxın müddət keçmişdir. Ötən dövr ərzində iddiaçı sığorta şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi barədə heç bir tələb irəli sürməmiş, habelə məhkəmə müdafiəsi hüququndan istifadə etməmişdir. Bu da öz növbəsində mübahisənin həlli üçün tərəflərin təqdim etdikləri sübutların yetərliliyi və mötəbərliliyi baxımından qiymətləndirilməsində çətinlik yaratmışdır. Halbuki, mülki hüquq subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidirlər. Eyni zamanda mülki prosesdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bu qaydalar digər məsələlərlə yanaşı, həm də məhkəmədə işlərə baxılması zamanı qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət edir. Bu baxımdan mülki və mülki prosessual hüquqlarından ağlabatan müddətlər ərzində istifadə etməyən subyektlər öz tələblərinin və ya qarşı tərəfin etirazlarının təsdiq olunması üçün təqdim edilən sübutların mötəbərliyi və yetərliliyi ilə bağlı yaranmış qeyri-müəyyənliklərdən irəli gələn riskləri daşıyırlar. Qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə görə sığorta müqaviləsinə müqavilənin müddətinin başa çatması ilə, yaxud da sığorta hadisəsinin baş verməsi və buna müvafiq sığorta ödənişinin sığortaçı tərəfindən sığortalıya ödənilməsi ilə xitam verilir. Sığorta ödənişi həmin vaxt qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir. Bu baxımdan, birdəfəlik sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələblərinə zidd olardı. (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı) Eyni zamanda da qeyd edilməlidir ki, cavabdeh tərəfindən ödəniş edilməsəydi belə, iddiaçı sözügedən tələblə müraciət edilməsi üçün müddəti ötürmüşdür. Belə ki, Dövlət Sığorta Kommersiya Şirkətinin hazırki mübahisə predmeti üzrə öhdəlikləri müvafiq sığorta müqaviləsi ilə yaranmışdır. Sığorta hadisəsi 2000-cü il tarixində baş vermişdir. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hadisənin baş verməsindən 25 ildən çox vaxt keçməsini nəzərə aldıqda Mülki Məcəllənin 373-cü maddəsində qeyd olunan iddia müddətləri ötürülmüşdür. İddiaçı tərəfin, şəhidin ailə üzvlərinə sığorta ödənişinin həyata keçirilməsi barədə məlumatlarının olmaması barədə dəlilləri isə ağlabatan və inandırıcı deyildir. Bu səbəbdən, iddia tələbi həmçinin bu əsasla da təmin edilməməlidir Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı (X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) sığorta ödənişinin verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkil tərəfindən təqdim olunmuş hesabatda göstərilən saatları nəzərdən keçirərək, işin xarakterini və işə sərf oluna bilən real vaxtları nəzərə almaqla hesab edir ki, İddiaçı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosu tərəfindən vəkil Nümayəndə 90 manat əmək haqqının hesablanaraq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ağlabatandır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı (X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) sığorta ödənişinin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Vəkil Nümayəndə tərəfindən İddiaçı göstərilmiş hüquqi yardıma görə cəmi 90 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-1576/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1576/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver