Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1581/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı – İddiaçı, Cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi X2 nümayəndəsi – X5 iştirakları ilə, İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi X1rşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ləğvetmə prosesində olan "xxxx" KBB QSC ilə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan – xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək hazırkı iş üzrə cavabdeh X2 əsl cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi X4 ilə əvəz edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi – X6 iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, tərəflərin izahatını dinləyib hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi geri qaytarıldığına görə İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində (xx.xx.2023-ci il tarixli, ********************95801070 saylı qəbz üzrə) dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi X1rşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi qaytarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində (xx.xx.2023-ci il tarixli, ********************95801070 saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1581/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1581/2023
28.04.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver