Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1621/2020 25.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona sığorta ödənişi verilməsi üçün qanuni tədbirlərin görülməsi, Qaydalarla müəyyən olunmuş müddətdə ödənilməyən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-ci ildə xəstəliyi ilə əlaqədar DSX Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə hərbi xidmətə yararsız kimi Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ona hərbi qulluqçuların dövlət şəxsi sığortası üzrə sığota ödənişinin verilməsi barədə Dövlət Sığorta şirkətinin Ağdaş rayon filialına həmin ildə müvafiq sənədlər tərəfimdən təqdim olunmaqla müraciət edilmişdir. Lakin Sığorta şirkətinin Ağdaş rayon filialının xx.xx.2017-ci il tarixli 98 №-li məktubla cavabında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında ” Qanuna dəyişikliklər ediiməsi barədə xx xxxxxx 2013-cü il tarixli qanunun 5-ci maddəsinin “d” bəndini əsas göstərərək sığorta ödənişi verilməsindən imtina edilmişdir. 2019-cu il iyul ayında yenidən tərəfimdən Dövlət Sığorta Kommersiya Şirkətininə ərizə ilə etdiyim müraciətə sığorta ödənişi verilməsindən imtina edilməsi barədə xx xxxx 2019 -cu il tarixli 07-07-660 №-li məktubla eyni cavab verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 201 -cü il tarixli 269 №-li "Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı"nın təsdiq edilməsi barədə qərarına əsasən mənim DSX MHHK tərəfindən təsdiq edilən xəstəliyim xəsarət alma növünə daxildir və bu halda sığorta hadisəsi sayılır. Həmin qərara əsasən ona sığorta ödənişi verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək yuxarıdakı məzmunda izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.1.-ci maddəsinə görə icbari sığortanın həyata keçirilməsi qanunvericiliklə tələb olunur. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 3.2,-ci maddəsinin tələbinə görə icbari sığortanın növləri, aparılması qaydaları və şərtləri sığorta qanunvericiliyi ilə müəyyən edilir. Hərbi qulluqçuların icbari sığorta qaydaları “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.Hərbi qulluqçuların icbari sığorta şərtlərini müəyyən edən və tənzimləyən “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “D” bəndinə görə sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin A, B və Ç bəndlərində nəzərdə tutulmamış hallarda nəticələnməyən: Ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 25%; Yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 5% məbləğində sığorta ödənişi verilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxx 2017-ci il tarixli, 996 saylı xəstəlik şəhadətnaməsinə əsasən İddiaçı varikoz xəstəliyi diaqnozu qoyulmuşdur. Xəstəlikdir və xidmət dövrü alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1 və 922.2-ci maddələrinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8.-ci maddəsinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxx 2017-ci il tarixli, 996 saylı qərarın surətindən görünür ki, İddiaçı Varikoz xəstəliyi. Funksiyaların mülayim dərəcədə pozulması ilə üçüncü dərəcəli xroniki vena çatışmazlığı əlamətləri olan sağ aşağı ətrafın səthi venalarının varikoz genişlənməsi. Funksiyaların pozulması olmayan sağ dirsək oynağının cüzi artrozu. Sağ bazu sümüyünün epikondiliti. Birinci dərəcəli alimentar piylənmə. Qaraciyərin piy distrofiyası diaqnozu qoyulmuşdur. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, 07-07-660 saylı məktubun surətindən görünür ki, iddiaçının səhhəti ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə ünvanladığı ərizəniyə baxılmışdır. Bildirilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanununa dəyişikliklər edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli Qanununun 5-ci maddəsinin “d” bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kantuziya) aldıqda sığorta ödənişi verilir. Sənədlərdən göründüyü kimi, Siz xəstəlik ilə əlaqədar hərbi xidmətdən tərxis olunmuşsunuz ki, bu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında “Qanununa əsasən sığorta hadisəsi sayılmır. Buna görə də Sizə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri mümkündür. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 2017-ci il tarixdə xəstəliyi (varikoz) ilə əlaqədar DSX Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə hərbi xidmətə yararsız kimi Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və ona əlillik dərəcəsi təyin olunmamışdır. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövründə xəstələnməsi, ona əlillik təyin edilmədiyindən, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən sığorta hadisəsi sayılmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-1621/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1621/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver