Məhkəmə qərarları › İş №2(006)-1622/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1622/2024

13.06.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1622/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh X3 vəkili-nümayəndəsi Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Guseinov Julianın və Morgan Olganın, X1 iştirakları ilə İddiaçı Guseinov Julia, Morgan Olga və Bakı şəhəri 54 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh X5 qarşı “bağışlama müqaviləsindən imtina və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Hüseynov X4 Julia, Morgan Olga və Bakı şəhəri 54 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı “bağışlama müqaviləsindən imtina və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəsinin bağışlanılmasından imtina edilməsi, Cavabdeh adına olan rəsmiləşdirilmiş çıxarışın ləğv olunması və həmin torpaq sahəsinin ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 ərizə təqdim edərək, tərəflər arasında barışıq sazişi bağlandığı üçün mülki işin icraatına xitam verilməsini və barışıq sazişinin təsdiq olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 vəkili-nümayəndəsi Vəkil2 ərizə təqdim edərək, tərəflər arasında barışıq sazişi bağlandığı üçün barışıq sazişinin təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Guseinov Julia ərizə təqdim edərək, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Morgan Olga ərizə təqdim edərək, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri 54 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, onlar tərəfindən təqdim edilən ərizələri, iş materiallarını və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizələr təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki iş üzrə tərəflər (İddiaçı və X7) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir: «Bir tərəfdən, bundan sonra İddiaçı adlandırılacaq İddiaçı şəxsində, digər tərəfdən Cavabdeh adlandırılacaq X7 şəxsində məhkəmə mübahisəsinin barışıq yolu ilə həll edilməsi və Tərəflər arasında aşağıdakı məzmunda Barışıq sazişinin başlanması barədə razılığa gəldilər. 1.1. Barışıq sazişinin predmetini Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə mübahisənin həll edilməsi təşkil edir. 2.1. 2(012)-205/2024 saylı, xx.xx.2024-cü il tarixli Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 9 saylı evin 12 saylı mənzilinin üzərində olan 1/2 hissəsindən imtina edir. 2.2. İddiaçı “X10” Limited 4x4 markalı **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş vəsaitin yarısı, yəni 16 500 manat puldan imtina edir. 2.3. Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində qalır. İddiaçı Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin X3 mülkiyyətində qalmasına etiraz etmir və gələcəkdə bununla bağlı şikayəti olmayacaqdır. 2.4. Bu barışıq müqaviləsi imzalandığı andan 1 (bir) il müddətində Hüseynov X4 Julia’ya 60 000 manat və ya 130 000 İsrail Şekeli ödəməyi öz öhdəsinə götürür. 2.5. Guseinov Julia 2(012)-205/2024 saylı, xx.xx.2024-cü il tarixli Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı xx.xx.2008-ci il tarixdə doğulmuş Guseinov (Hüseynov) Oren Anar oğlunun saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində olan alimentdən imtina edir. 2.6. X7 hazırda bağışlama predmeti olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəsini və onun üzərində olan tikilini İddiaçı adına rəsmiləşdirilməsini öhdəsinə götürür. 3.1. Bu barışıq sazişi tərəflər imzaladığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədədir. 3.2. Bu barışıq sazişi ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaq. 3.3. Bu barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqlu qüvvəyə malik 2 (iki) nüsxədə imzalanmışdır. Tərəflərin hər birində bir nüsxədə saxlanılır». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-52.5-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0 və 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4 və 262.5-ci maddələrinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə barışıq sazişini tədqiq edərək belə qəanətə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, ona görə də tərəflərin ərizələri təmin edilməli, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin, tərəflərə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizələr təmin edilsin. İddiaçı cavabdeh X5 qarşı “bağışlama müqaviləsindən imtina və s.” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: «Bir tərəfdən, bundan sonra İddiaçı adlandırılacaq İddiaçı şəxsində, digər tərəfdən Cavabdeh adlandırılacaq X7 şəxsində məhkəmə mübahisəsinin barışıq yolu ilə həll edilməsi və Tərəflər arasında aşağıdakı məzmunda Barışıq sazişinin başlanması barədə razılığa gəldilər. 1.1. Barışıq sazişinin predmetini Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə mübahisənin həll edilməsi təşkil edir. 2.1. 2(012)-205/2024 saylı, xx.xx.2024-cü il tarixli Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 9 saylı evin 12 saylı mənzilinin üzərində olan 1/2 hissəsindən imtina edir. 2.2. İddiaçı “X10” Limited 4x4 markalı **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş vəsaitin yarısı, yəni 16 500 manat puldan imtina edir. 2.3. Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində qalır. İddiaçı Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin X3 mülkiyyətində qalmasına etiraz etmir və gələcəkdə bununla bağlı şikayəti olmayacaqdır. 2.4. Bu barışıq müqaviləsi imzalandığı andan 1 (bir) il müddətində Hüseynov X4 Julia’ya 60 000 manat və ya 130 000 İsrail Şekeli ödəməyi öz öhdəsinə götürür. 2.5. Guseinov Julia 2(012)-205/2024 saylı, xx.xx.2024-cü il tarixli Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı xx.xx.2008-ci il tarixdə doğulmuş Guseinov (Hüseynov) Oren Anar oğlunun saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində olan alimentdən imtina edir. 2.6. X7 hazırda bağışlama predmeti olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəsini və onun üzərində olan tikilini İddiaçı adına rəsmiləşdirilməsini öhdəsinə götürür. 3.1. Bu barışıq sazişi tərəflər imzaladığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədədir. 3.2. Bu barışıq sazişi ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaq. 3.3. Bu barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqlu qüvvəyə malik 2 (iki) nüsxədə imzalanmışdır. Tərəflərin hər birində bir nüsxədə saxlanılır». İddiaçı cavabdeh X5 qarşı “bağışlama müqaviləsindən imtina və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar