Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1626/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdeh və eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi ev 195, mənzil 9 ünvanında yaşayan Cavabdeh1 və Cavabdeh2 ümumi dəyəri 20425 manat olan cehiz əşyaları - 2500 manat dəyərində şifoner, taxt, termo, termo stolu və 2 ədəd tumbuçkadan ibarət Malayziya mebel dəsti, 1200 manat dəyərində servant, 500 manat dəyərində 6 ədəd stul, 300 manat dəyərində stol, 1000 manat dəyərində 2 ədəd kreslo və divan, 100 manat dəyərində çexollar, 800 manat dəyərində Samsung markalı televizor, 150 manat dəyərində 15 ədəd döşəkçə, 100 manat dəyərində 1 ədəd taxt üzlüyü, 110 manat dəyərində 1 ədəd dividi, 800 manat dəyərində paltaryuyan maşın, 250 manat dəyərində qaz peçi, 200 manat dəyərində elektrik soba, 80 manat dəyərində ütü, 250 manat dəyərində tozsoran, 230 manat dəyərində ətçəkən maşın, 150 manat dəyərində şirəçəkən, 60 manat dəyərində blender, 40 manat dəyərində mikser, 80 manat dəyərində tefal termos, 200 manat dəyərində telefon, 150 manat dəyərində ütü stolu, 300 manat dəyərində televizor altlığı, 100 manat dəyərində 2 ədəd gecə lampası, 80 manat dəyərində suvenir güldan (gülləri ilə), 1200 manat dəyərində 4 dəst yorğan-döşək, 8 ədəd paduşka, döşəkçələr, 150 manat dəyərində uşaq yataq dəsti, 500 manat dəyərində taxtüstü pokrıval dəsti (sindipon paduşkaları ilə), 180 manat dəyərində ədyal, 60 manat dəyərində 2 ədəd nazik yay ədyalı, 450 manat dəyərində 8 dəst pastel üzləri (pambıq), 150 manat dəyərində 6 ədəd hamam dəsmalı, 150 manat dəyərində 12 ədəd əl-üz dəsmalı, 80 manat dəyərində 12 ədəd çay dəsmalı, 120 manat dəyərində 2 ədəd kitab dəsti pastel, 80 manat dəyərində 2 ədəd qab dəsmalı nabor, 250 manat dəyərində 6 ədəd kətan süfrə (fərqli-fərqli), 80 manat dəyərində 6 ədəd klok süfrə, 800 manat dəyərində 2 otaq üçün bahalı pərdələr, 270 manat dəyərində 2 ədəd çılçıraq (2 otaq üçün), 500 manat dəyərində servizlər – 2 qutu (150 predmet) obedni büllur qablar, 200 manat dəyərində 2 ədəd güldan, 90 manat dəyərində 12 ədəd bakal, 90 manat dəyərində düz stəkanlar, 90 manat dəyərində armudu stəkanlar, 50 manat dəyərində qədəhlər, 30 manat dəyərində külqabılar, 30 manat dəyərində qəndqabıları və mürəbbə qabları, 60 manat dəyərində büllur konfet qabları, 120 manat dəyərində 3 cür ayrı-ayrı bəzəkli qədəhlər, 130 manat dəyərindəb 3 ədəd bəzəkli meyvə qabları, 150 manat dəyərində qaşıq-çəngəl-bıçaq naboru (çemodan), 200 manat dəyərində 12 ədəd bıçaqçəngəl-qaşıq-disert, çəngəl-qaşıq hər birindən 12 ədəd, 60 manat dəyərində büllur güldan (gülləri ilə), 220 manat dəyərində tefal-tava-çaydan dəsti (5 predmet), 400 manat dəyərində 3 cür qazan qazan dəsti (5 ədəd predmet),40 manat dəyərində nikel, 80 manat dəyərində tefal, 120 manat dəyərində alminium qazanlar, 50 manat dəyərində 2 ədəd çaydan, 50 manat dəyərində 6 ədəd çaynik, 100 manat dəyərində 2 ədəd dəmir, 2 ədəd çuğun, 2 ədəd alminium, 2 ədəd kauçuk vedrə, 300 manat dəyərində 1 ədəd böyük ölçülü xalça, 250 manat dəyərində 1 ədəd orta ölçülü xalça, 60 manat dəyərində 2 ədəd balaca ayaqaltı xalça, 60 manat dəyərində 2 ədəd dəmir vanna, 3 ədəd kauçuk vanna, 80 manat dəyərində 2 ədəd böyük ləyən, 3 ədəd balaca ləyən, 150 manat dəyərində 6 ədəd fərqlifərqli çuğun ləyən, 25 manat dəyərində 6 ədəd çörək qabı, meyvə qabı (kauçuk), 150 manat dəyərində 48 ədəd boşqab və nəlbəki, 80 manat dəyərində 6 ədəd kasalar və 8 ədəd kauçuk ləyən (fərqli-fərqli), 80 manat dəyərində podnos dəstləri (nikel və kauçuk), 150 manat dəyərində 7 ədəd aşsüzən (2 ədəd alminium, 2 ədəd qulplu çuğun aşsüzən, 2 ədəd kauçuk və 1 ədəd nikel aşsüzən), 120 manat dəyərində qara güllü qazan dəsti (5 predmet), 30 manat dəyərində 2 ədəd çuğun qazan (ayrı-ayrı), 60 manat dəyərində 2 ədəd 3 mərtəbəli ləpə qabı, 60 manat dəyərində qulplu peçenye qabları və ayrı-ayrı ləpə qabları, 150 manat dəyərində gündəlik istifadə etmək üçün nəlbəki, stəkan və boşqablar, 250 manat dəyərində gündəlik istifadə etmək üçün qədəhlər, duz qabıları, xörək qaşıqları, çəngəllər, bıçaqlar, taxta qaşıq dəsti (mətbəx dəsti), 20 manat dəyərində 3 dəst salat taxtaları, 50 manat dəyərində tyorka, kəfkir, 6 ədəd şiş, qazan tutqacları, 60 manat dəyərində kompot qabı (nabor 2 ədəd dəst), 150 manat dəyərində elektrik samovar, 80 manat dəyərində oyuncaq mişkalar (1 ədəd it, 1 ədəd pələng, 1 ədəd maral), 160 manat dəyərində oxlov dəsti, paltar setkası, şpilka vedrəsi, pol ağacı, zibilgötütən, 2 ədəd su qızdırıcı, 440 manat dəyərində uşaq beşiyi, 300 manat dəyərində 2 ədəd kaleskanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş və toy mərasimindən sonra ünvan 1 ünvanına gəlin köçmüş və bütün cehiz əşyalarını həmin mənzilə yerləşdirmişdir. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. İddiaçı ünvan 1 ünvanına qeydiyyata düşmüşdür. Lakin Cavabdeh1 ilə ailə münasibətləri pozulduğundan, qaynanası Cavabdeh2 işgəncələr verməsi səbəbindən İddiaçı valideynlərinin yaşadığı ünvana köçmüşdür. ünvan 2 olduğundan sökülmüş, Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi ev 195, mənzil 9 ünvanına köçmüşdür. İddiaçı Cavabdeh1 hansı ünvana köçməsi barədə məlumatı polis bölməsindən əldə etmişdir. İddiaçı 2019-cu ildə məlum olmuşdur ki, Cavabdeh1 ilə bağlanmış nikahı ona heç bir məlumat verilmədən xx.xx.2014-cü il tarixdə pozulmuş, təzə alınan mənzilə qeydiyyata düşməmişdir. İddiaçı kompensasiya tələbi ilə bağlı məhkəməyə müraciət etsə də onun iddiası təmin edilməmiş, məhkəmə tərəfindən Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi ev 195, mənzil 9 ünvanına istifadə hüququnun tanınması və həmin ünvana köçürülməsi qət edilmişdir. İddiaçı ona alınan qızıl-zinət əşyalarını özü ilə aparsa da, digər cehiz əşyaları Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi ev 195, mənzil 9 ünvanında qalmış və hazırda da həmin ünvandadır. Odur ki, tələb edilən Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi ev 195, mənzil 9 ünvanında yerləşən cehiz əşyaları İddiaçı verilməlidir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh və eyni zamanda digər Cavabdeh1 nümayəndəsi (anası) Cavabdeh2 iddianı qismən qəbul edib, izahatında bildirdi ki, İddiaçı iddia etdiyi cehiz əşyalarından 1 ədəd şifoner, 1 ədəd taxt, 1 ədəd termo, 2 ədəd tumbuçka, 1 ədəd servant, 6 ədəd stul və 1 ədəd stol, 2 ədəd kreslo və 1 ədəd divan, 1 ədəd kreslo divan çexolu, 1 ədəd Samsung markalı televizor, 3 ədəd döşəkçə, 1 ədəd taxt üzlüyü, 1 ədəd dividi, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz peçi (4 göz), 1 ədəd tozsoran, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən, 1 ədəd blender mikser dəsti, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd televizor altlığı, 1 ədəd gecə lampası, 1 ədəd suvenir güldan (gülləri ilə), 4 ədəd yorğan, 4 ədəd döşək, 6 ədəd paduşka (yastıq), 1 ədəd pokrıval (sindikon paduşka ilə), 2 ədəd qalın ədyal, 5 dəst pastel üzləri (pambıq), 6 ədəd hamam dəsmalı, 12 ədəd əl-üz dəsmalı, 6 ədəd çay dəsmalı, 2 ədəd kitab dəsti pastel, 2 ədəd qab dəsmalı, 6 ədəd kətan süfrə (fərqli), 2 ədəd klok süfrə, 2 ədəd pərdə, 1 ədəd çılçıraq, 1 qutu serviz, 1 ədəd büllur qab, 1 ədəd güldan, 12 ədəd bakal, 6 ədəd düz stəkan, büllur güldan (gülləri ilə), 6 ədəd qədəh, 2 ədəd külqabı, 2 ədəd qəndqabı, 2 ədəd konfetqabı, 5 ədəd mürəbbə qabı, 2 cür bəzəkli bakal, 3 ədəd bəzəkli meyvə qabı, 1 ədəd qaşıq-çəngəl naboru, 12 ədəd bıçaq-çəngəl-qaşıq-disert, 1 ədəd balaca bəzəkli güldan, 1 ədəd qapaqlı tava, 4 ədəd alminium qazan, 2 ədəd çaydan, 2 ədəd çaynik, 2 ədəd çuğun vedrə, 1 ədəd kauçuk vedrə, 2 ədəd xalça (böyük, orta), 1 ədəd balaca ayaqaltı xalça, 2 ədəd dəmir vanna, 2 ədəd böyük ləyən, 6 ədəd balaca-orta çuğun ləyən, 2 ədəd kauçuk ləyən, 2 ədəd çörək qabı (kauçuk), 33 ədəd boşqab (dayaz tarelka), 4 ədəd nəlbəki, 3 ədəd dəmir nikel podnos, 1 ədəd kauçuk podnos, 2 ədəd alminium aşsüzən, 2 ədəd kauçuk aşsüzən (qulplu), 1 ədəd çuğun aşsüzən, 1 dəst qara güllü qazan (5 predmet), 1 ədəd çuğun qazan, 2 ədəd mərtəbəli ləpə qabı, 2 ədəd qulplu peçenye qabı, 2 ədəd (dəst) duz-istiot qabı, 6 ədəd balaca duz qabı, 12 ədəd gündəlik istifadə üçün qaşıq, 8 ədəd çəngəl, 2 ədəd taxta qaşıq,2 ədəd taxta çəngəl, 2 ədəd salat taxtası, 1 ədəd tyorka, 1 ədəd kəfkir, 6 ədəd şiş, 2 ədəd qazan tutacağı, 2 dəst kompot qabı, 1 ədəd elektrik çaynik çaydan ilə (Geepas), 1 ədəd it mişka, 1 ədəd pələng mişka, 1 ədəd maral mişka, 1 ədəd zibil götürən, 2 ədəd su qızdırıcı ten, 1 ədəd kalyaska yaşadıqları Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi ev 195, mənzil 9 ünvanındadır. Həmin əşyalar İddiaçı verilə bilər. Cavabdeh2 İddiaçı iddia etdiyi digər əşyaların həmin mənzildə mövcud olmadığını bildirərək iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, digər şahidin yazılı izahatını nəzərdən keçirib, iş materiallarını araşdırıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, İddiaçı qonşusudur. O, əvvəllər iddiaçının gəlin köçdüyü evə qonaq gedərək orada 3 serviz, soba və 3 xalça görmüşdür və ehtimal edir ki, onlar iddaçının özü ilə gətirdiyi cehiz əmlakıdır. Mülki işin materiallarında olan X4 yazılı ifadəsində, o, İddiaçı qonşusu olduğunu bildirmişdir. O, iddia ərizəsində göstərilən cehiz əmlakının mövcud olduğunu və 2011-ci ildə ünvan 1 ünvanına daşınıb yerləşdirilməsində şəxsən iştirak etdiyini qeyd edib. Mülki işin materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş AZ-İ seriyalı 317924 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş və həmin nikah xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli 2(006)-1517/2014 saylı qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi ev 195, mənzil 9 ünvanına istifadə hüququnun tanınması və həmin ünvana köçürülməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(006)-5783/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 25000 manat məbləğində kompensasiyanın tutularaq ona ödənilməsi barədə iddia ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3222/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5516/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-5783/2018 saylı qətnaməsi ilə dəyişdiriləmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbdir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin saiblik hüququ olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəməiddiaçı tərəfindən təqdim edilmiş şahidin ifadəsinə və digər şahidin yazılı izahatına qiymət verərək hesab edir ki, şahidlər iddia edilən cehiz əşyalarının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olması barədə dəqiq, dolğun məlumatlar vermədiklərindən, habelə verdikləri məlumatlar hər hansı digər sübut vasitələri ilə təsdiq edilmədiyindən, bu məlumatların məhkəmə üçün sübutetmə qüvvəsi yoxdur. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2011-ci il tarixində Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ünvan 1 ünvanına gəlin köçərək cehizlərini həmin ünvana gətirmiş, bir müddət sonra Cavabdeh1 ilə ailə münasibətləri pozulduğundan iddiaçı valideynlərinin yaşadığı ünvana köçmüşdür. İddiaçının gəlin köçdüyü mənzil sökülməli olduğundan cavabdehlər başqa ünvana - Bakı şəhəri Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 195, mənzil 19-a köçərək İddiaçı da cehizlərini həmin mənzilə yerləşdirmişlər. Sonradan İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış nigah xx.xx.2014-cü ildə pozulsa da Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)-1517/2014 saylı qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu S.Əsgərova küçəsi ev 195, mənzil 9 ünvanına istifadə hüququnun tanınması və həmin ünvana köçürülməsi qət edilmişdir. Buna baxmayaraq, iddiaçı yuxarıda qeyd edilən ünvanda olan cehizlərini geri tələb edir. Lakin məhkəmə baxışı zamanı tələb etdiyi termo stolu, 12 ədəd döşəkçə, elektrik soba, tefal termos, 1 gecə lampası, 2 ədəd paduşka döşəkçə, uşaq yataq dəsti, 2 ədəd nazik yay ədyalı, 3 dəst pastel üzləri (pambıq), 6 ədəd çay dəsmalı, 4 ədəd klok süfrə, 1 ədəd çılçıraq, servizlər - 1 qutu, 1 ədəd büllur qab, 1 ədəd güldan, armudu stəkanlar, tefal çaydan dəsti, nikel qazan dəsti, 4 ədəd çayniklər, 1 ədəd kauçuk vedrə, 1 ədəd böyük xalça, 1 ədəd ayaqaltı xalça, 3 ədəd kauçuk vanna, 4 ədəd çörək qabı, 11 ədəd boşqab və nəlbəkilər, 6 ədəd kasa, 8 ədəd kauçuk ləyən, 1 ədəd çuğun aşsüzən, 1 ədəd çuğun qazan, boşqablar gündəlik bokallar, xörək qabları, salat taxtası, 1 ədəd elektrik samovar, oxlov dəsti, paltar setkası, şpilka vedrəsi, döşəmə taxtası, uşaq beşiyi, 1 ədəd kaleskanın hazırda cavabdehdə olduğunu bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf həmin əmlakların mövcud olmadığını bildirmiş, digər əşyaların isə Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi ev 195, mənzil 9 ünvanında saxlanıldığını etiraf etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində göstərilən əmlakların dəyərini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək iddianın qismən təmin olunmasını, iddiaçı tərəfindən cavabdehlərdə mövcud olması sübut edilməyən yuxarıda göstərilən əmlaklar istisna olmaqla, 1 ədəd şifoner, 1 ədəd taxt, 1 ədəd termo, 2 ədəd tumbuçka, 1 ədəd servant, 6 ədəd stul və 1 ədəd stol, 2 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd kreslo divan çexolu, 1 ədəd Samsung markalı televizor, 3 ədəd döşəkçə, 1 ədəd taxt üzlüyü, 1 ədəd DVD, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz peçi (4 göz), 1 ədəd tozsoran, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən, 1 ədəd blender mikser dəsti, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd televizor altlığı, 1 ədəd gecə lampası, 1 ədəd suvenir güldan (gülləri ilə), 4 ədəd yorğan, 4 ədəd döşək, 6 ədəd paduşka (yastıq), 1 ədəd komplekt taxt üstü pokrıval (sindipon paduşka ilə), 2 ədəd qalın ədyal, 5 dəst pastel üzləri (pambıq), 6 ədəd hamam dəsmalı, 12 ədəd əl-üz dəsmalı, 6 ədəd çay dəsmalı, 2 ədəd kitab dəsti pastel, 2 ədəd qab dəsmalı, 6 ədəd kətan süfrə (fərqli), 2 ədəd klok süfrə, 2 ədəd pərdə, 1 ədəd çılçıraq, 1 qutu serviz, 1 ədəd büllur qab, 1 ədəd güldan, 12 ədəd bakal, 6 ədəd düz stəkan, büllur güldan (gülləri ilə), 6 ədəd qədəh, 2 ədəd külqabı, 2 ədəd qəndqabı, 2 ədəd konfetqabı, 5 ədəd mürəbbə qabı, 2 cür bəzəkli bakal, 3 ədəd bəzəkli meyvə qabı, 1 ədəd qaşıq-çəngəl naboru, 12 ədəd bıçaq-çəngəl-qaşıq-disert, 1 ədəd balaca bəzəkli güldan, 1 ədəd qapaqlı tava, 4 ədəd alminium qazan, 2 ədəd çaydan, 2 ədəd çaynik, 2 ədəd çuğun vedrə, 1 ədəd kauçuk vedrə, 2 ədəd xalça (böyük, orta), 1 ədəd balaca ayaqaltı xalça, 2 ədəd dəmir vanna, 2 ədəd böyük ləyən, 6 ədəd balaca-orta çuğun ləyən, 2 ədəd kauçuk ləyən, 2 ədəd çörək qabı (kauçuk), 33 ədəd boşqab (dayaz tarelka), 4 ədəd nəlbəki, 3 ədəd dəmir nikel podnos, 1 ədəd kauçuk podnos, 2 ədəd alminium aşsüzən, 2 ədəd kauçuk aşsüzən (qulplu), 1 ədəd çuğun aşsüzən, 1 dəst qara güllü qazan (5 predmet), 1 ədəd çuğun qazan, 2 ədəd mərtəbəli ləpə qabı, 2 ədəd qulplu peçenye qabı, 2 ədəd (dəst) duz-istiot qabı, 6 ədəd balaca duz qabı, 12 ədəd gündəlik istifadə üçün qaşıq, 8 ədəd çəngəl, 2 ədəd taxta qaşıq,2 ədəd taxta çəngəl, 2 ədəd salat taxtası, 1 ədəd tyorka, 1 ədəd kəfkir, 6 ədəd şiş, 2 ədəd qazan tutacağı, 2 dəst kompot qabı, 1 ədəd elektrik çaynik çaydan ilə (Geepas), 1 ədəd it mişka, 1 ədəd pələng mişka, 1 ədəd maral mişka, 1 ədəd zibil götürən, 2 ədəd su qızdırıcı ten, 1 ədəd kalyaskanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsini ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququnda sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cehiz əşyaları - 1 ədəd şifoner, 1 ədəd taxt, 1 ədəd termo, 2 ədəd tumbuçka, 1 ədəd servant, 6 ədəd stul, 1 ədəd stol, 2 ədəd kreslo və 1 ədəd divan, 1 ədəd kreslo divan çexolu, 1 ədəd Samsung markalı televizor, 3 ədəd döşəkçə, 1 ədəd taxt üzlüyü, 1 ədəd DVD, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz peçi (4 göz), 1 ədəd tozsoran, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən, 1 ədəd blendr mikser dəsti, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd televizor altlığı, 1 ədəd gecə lampası, 1 ədəd suvenir güldan (gülləri ilə), 4 ədəd yorğan, 4 ədəd döşək, 6 ədəd paduşka (yastıq), 1 ədəd komplekt taxt üstü pokrıval (sindipon paduşka ilə), 2 ədəd qalın ədyal, 5 dəst pastel üzləri (pambıq), 6 ədəd hamam dəsmalı, 12 ədəd əl-üz dəsmalı, 6 ədəd çay dəsmalı, 2 ədəd kitab dəsti pastel, 2 ədəd qab dəsmalı, 6 ədəd kətan süfrə (fərqli), 2 ədəd klok süfrə, 2 ədəd pərdə, 1 ədəd çılçıraq, 1 qutu serviz, 1 ədəd büllur qab, 1 ədəd güldan, 12 ədəd bakal, 6 ədəd düz stəkan, büllur güldan (gülləri ilə), 6 ədəd qədəh, 2 ədəd külqabı, 2 ədəd qəndqabı, 2 ədəd konfetqabı, 5 ədəd mürəbbə qabı, 2 cür bəzəkli bakal, 3 ədəd bəzəkli meyvə qabı, 1 ədəd qaşıq-çəngəl naboru, 12 ədəd bıçaq-çəngəl-qaşıq-disert, 1 ədəd balaca bəzəkli güldan, 1 ədəd qapaqlı tava, 4 ədəd alminium qazan, 2 ədəd çaydan, 2 ədəd çaynik, 2 ədəd çuğun vedrə, 1 ədəd kauçuk vedrə, 2 ədəd xalça (böyük, orta), 1 ədəd balaca ayaqaltı xalça, 2 ədəd dəmir vanna, 2 ədəd böyük ləyən, 6 ədəd balaca-orta çuğun ləyən, 2 ədəd kauçuk ləyən, 2 ədəd çörək qabı (kauçuk), 1 ədəd meyvə qabı (kauçuk), 33 ədəd boşqab (dayaz tarelka), 4 ədəd nəlbəki, 3 ədəd dəmir nikel podnos, 1 ədəd kauçuk podnos, 2 ədəd alminium aşsüzən, 2 ədəd kauçuk aşsüzən (qulplu), 1 ədəd çuğun aşsüzən, 1 dəst qara güllü qazan (5 predmet), 1 ədəd çuğun qazan, 2 ədəd mərtəbəli ləpə qabı, 2 ədəd qulplu peçenye qabı, 2 ədəd (dəst) duz-istiot qabı, 6 ədəd balaca duz qabı, 12 ədəd gündəlik istifadə üçün qaşıq, 8 ədəd çəngəl, 2 ədəd taxta qaşıq,2 ədəd taxta çəngəl, 2 ədəd salat taxtası, 1 ədəd tyorka, 1 ədəd kəfkir, 6 ədəd şiş, 2 ədəd qazan tutacağı, 2 dəst kompot qabı, 1 ədəd elektrik çaynik çaydan ilə (Geepas), 1 ədəd it mişka, 1 ədəd pələng mişka, 1 ədəd maral mişka, 1 ədəd zibil götürən, 2 ədəd su qızdırıcı ten, 1 ədəd kalyaska və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq mülki iş üzrə İddiaçı verilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1626/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1626/2021
09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver