Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1630/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borc öhdəliyinə xitam verilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh xxxxı ASC qarşısında borc öhdəliyinə xitam verilməsi, vəzifələrindən sui-istifdə edərək ona saxta sənədə imza etdirmiş bank əməkdaşlarının aşkarlanaraq, barələrində xüsusi qərar çıxarmaqla prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Lakin Məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, maddi imkanı ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmir. Odur ki, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Şəmkir filialı ilə onun arasında bağlanmış kredit müqaviləsinin şərtləri məlum devalvasiya səbəbi ilə pozulmuşdur. Bu səbəbdən də "xxxx" ASC məhkəmədə ona qarşı pul tələbinə dair iddia qaldırdı. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-1155/2018 saylı qətnaməsi ilə ondan cəmi 1709.45 ABŞ dolları məbləğində pulun alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Təbii ki, qət edilmiş məbləğlə razı qalmadığı üçün qətnamədən apelyasiya şikayəti vermişdir. Belə ki, o, müqavilə üzrə ödəməli olduğu məbləğdən artıq məbləğdə pulu "xxxx" ASC-yə ödəmiş və bu barədə müvafiq qəbzləri də vardır. X5 Məhkəməsində baxılarkən, iddiaçı "xxxx" ASC-nin İdarə Heyətinin sədri E.Ə.Həsənov məhkəməyə xx.xx.2019-cu il tarixli məktub ünvanlayaraq göstərmişdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq, onun Bank qarşısında olan öhdəliyinə tam güzəşt edildiyindən iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-255/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Loğman Süleymanov) iddiaçının iddiadan imtinası qəbul edilərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-1155/2018 saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Sonradan bir qrup bank əməkdaşı onun evinə gələrək bildirdilər ki, Prezident onun borcunu bağışlayıb, bu səbəbdən də ona hansısa bir sənədə imza etdirdilər. O, yaşlı və xəstə olsa da oxumadan hər hansı bir sənədə imza etməzdi, lakin bank əməkdaşları ona Prezidentin adı ilə müraciət etdikləri üçün imzaladı. Qeyd etdiyi qərarın qanuni qüvvədə olmasına baxmayaraq, onun təqaüdündən tutulmalar hələ də davam edir. O, bunun səbəbini araşdırmaq üçün aidiyyatı üzrə müraciətlər etdikdə ona bildirdilər ki, onun pensiyamdan tutmanı cavabdeh xxxxı ASC həyata keçirir. O, cavabdeh xxxxı ASC-yə müraciət etsə də burada ona xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ödəniş qrafiki verdilər ki, guya onun banka 1706.36 manat məbləğində borcu vardır. Əslində isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, onun bank qarşısında olan öhdəliyinə tam güzəşt edilmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-1155/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı xx.xx.2015-ci il tarixli, 201.11 ABŞ dolları faiz borcunun, cəmi 1709.45 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi borcun və 15 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi, iş üzrə 50 manat ekspertiza xərcinin cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(104)-355/2020 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin iddiadan imtinası qəbul edilərək Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-1155/2018 saylı qətnaməsi ləğv edilmiş və işin icraatına xitam verilmişdir. Belə ki, hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla xx xxxx 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə xx xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə X2 tərəfindən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə X1 (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Banklar müəyyən etmirlər. Buna görə də məhkəmə hesab edir ki, iddia “xxxx” ASC -yə münasibətdə təmin edilməməlidir. Bundan başqa iddiaçı öz iddiasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbu ki, həmin halları sübutetmə vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borc öhdəliyinə xitam verilməsi tələbi barədə” iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1630/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1630/2021
10.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver