Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1663/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Gəncə şəhəri 1 saylı notariat kontoruna qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka əmlakı üzərində yüklülüyün ləğv edilməsi" tələbinə dair iddia ərizəsi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı kredit borcunun qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Gəncə şəhəri 1 saylı notariat kontoruna qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka əmlakı üzərində yüklülüyün ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə hazırlıq iclası *9 aprel 2*25-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.*.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə hakim ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2*11-ci il tarixli Qərarının 1.1-ci bəndinə əsasən ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.*.1 - 259.*.1*, 259.*.12 və 259.*.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.2-ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2**2-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.2-ci bəndinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ("xxxx" ASC, 28.*9.2*24-cü il tarixli 15823*7*24 nömrəli qəbz, saat 14:*4) ödənilmiş 1** manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda LPO "xxxx" ASC tərəfindən (“Asan ödəniş” sistemi vasitəsilə, 24.*1.2*25, 16:59:56, qəbz nömrəsi 218248*52413) ödənilmiş 315,26 manat büdcəsindən qarşılıqlı iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı və qarşılıqlı iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə gəlmədiklərindən, habelə işə onların iştirakı olmadan baxılması mümkün olmadığından iddia və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.*.6, 26*, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Gəncə şəhəri 1 saylı notariat kontoruna qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka əmlakı üzərində yüklülüyün ləğv edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 1** (yüz) manat məbləğində dövlət rüsumu («Hökumət ödəniş Portalı» vasitəsilə 28.*9.2*24-cü il tarixli 15823*7*24 nömrəli qəbz, saat 14:*4) dövlət büdcəsindən İddiaçı qaytarılsın. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı kredit borcunun qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 315,26 (üç yüz on beş manat, iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu (“Asan ödəniş” sistemi vasitəsilə, 24.*1.2*25, 16:59:56, qəbz nömrəsi 218248*52413) dövlət büdcəsindən qarşılıqlı iddiaçı LPO "xxxx" ASC-yə (Azərbaycan Respublikası Mərkəzi Bnkı; Bankın kodu;5*1**4; Bankın Vöeni 99***71**1;Müxbir hesabı: AZ74NABZ*14517**********1944; SWİFT:NABZAZ2C, AZ74NABZ*14517**********1944; SWİFT:NABZAZ2C) qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-1663/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1663/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver