Məhkəmə qərarları › İş №2(006)-1668/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1668/2024

04.03.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1668/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı1, İddiaçı2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh “X1” ASC-yə qarşı “əlavə kredit müqaviləsinin ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh “X1” ASC-yə qarşı “əlavə kredit müqaviləsinin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 435mic SQS/15 əlavə kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırımışdır ki, cavabdeh "xxxx" KB ASC borclular İddiaçı1, İddiaçı2, İddiaçı3 müştərək qaydada 10468.64 ABŞ dolları əsas borcun, 324.86 ABŞ dolları faiz borcunun, 20.17 ABŞ dolları cərimənin, cəmi 10813.67 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(060)-1563/2016 saylı məhkəmə əmri ilə cavabdehin ərizəsi təmin edilmişdir. Həmin məhkəmə əmri icraya yönəlmiş və xx.xx.2016-cı ildə "İcraata başlamaq haqqında" qərar qəbul olunmuşdur. İddiaçılar məhkəmə əmrini almamışdılar. Bu səbəbdən məhkəmə əmrini aldıqdan sonra ona qarşı etiraz vermişlər. Etiraz əsasında məhkəmə əmri ləğv edilmiş və iddia tələbinə mahiyyəti üzrə baxılması təyin olunmuşdur (İş № 2(060)-1293/2023 saylı). "xxxx" KB ASC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2015-ci il tarixli, 29mic SQS 15-EM saylı Əsas kredit və Bank hesabı müqaviləsi və xx.xx.2015-ci il tarixli 435mic SQS/15 saylı Əlavə kredit müqaviləsi ilə tanış olarkən Əsas Kredit müqaviləsi ilə Əlavə Kredit müqaviləsinin valyutası arasında fərq olduğunu müəyyən etmişlər. Bildirir ki, həmin müqavilələr bağlanarkən onlara təqdim edilməmişdir. xx.xx.2015ci il tarixli, 29mic SQS 15-EM saylı Əsas kredit və Bank hesabı müqaviləsi və xx.xx.2015ci il tarixli 435mic SQS/15 saylı Əlavə kredit müqaviləsi bir tərəfdən "Borcverən" ("xxxx" KB ASC), digər tərəfdən "Borcalan" (İddiaçı2) və zaminlər-İddiaçı3 ilə İddiaçı1 arasında bağlanmışdır. xx.xx.2015-ci il tarixli Əsas Kredit müqaviləsinin 1.1-ci bəndinə görə Borcalana (İddiaçı2) Boreverən tərəfindən 30000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 1.3-cü bəndinə görə Əsas kredit müqaviləsi çərçivəsində Borcalana verilən kreditlər əlavə kredit müqaviləsinin bağlanması ilə rəsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər əlavə kredit müqaviləsi ilə tənzimlənir. xx.xx.2015-ci il tarixli 435mic SQS/15 saylı Əlavə kredit müqaviləsinin 5.3-cü bəndinə görə Bu müqavilə 29mic SQS/İ5-EM saylı, xx.xx.2015-ci il tarixində bağlanan əsas müqavilənin tərkib hissəsidir, lakin cavabdeh əsas müqavilənin 1.1-ci maddəsinin tələbini pozmuş, borcluya 11350 ABŞ dolları kredit vermişdir. Halbuki Əsas kredit və Bank hesabı müqaviləsinin 1.1-ci maddəsində verilən kredit Azərbaycan manatı ilə 30000 (otuz min) manat nəzərdə tutulmuşdur. Bu da əsas müqavilənin şərtinin pozulması deməkdir. Hal-hazırda iddiaçı 10813.67 ABŞ dollarının əsas borcludan və zaminlərdən tutulmasını tələb edir. Hesab edir ki, cavabdeh müqavilə şərtini pozduğuna görə “Unibank" KB ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 435mic SQS/15 saylı Əlavə Kredit müqaviləsi ləğv olunmalıdır. Onu da bildirir ki, müqavilənin valyutası ABŞ dolları kimi göstərilsə də, kredit İddiaçı2 Azərbaycan manatı ilə verilmişdir (həmin dövrdə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə). Məhkəmə iclasında iştriak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4293/2023 saylı qətnaməsi ilə məsələyə hüquqi qiymət verilmiş, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı2, İddiaçı3 və İddiaçı1 qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər İddiaçı2, İddiaçı3 və İddiaçı1 birgə qaydada 9501 (doqquz min beş yüz bir) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğdə pulun alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir (qətnamə mülki işin materiallarına əlavə edilir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə diqqətə çatdırır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4293/2023 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı2, İddiaçı3 və İddiaçı1 birgə qaydada tutulması qət edilmiş 9501 (doqquz min beş yüz bir) ABŞ dolları məbləğində pul "xxxx" KB ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 435mic SQS/15 əlavə kredit müqaviləsindən irəli gələn tələbdir. Belə ki, artıq həmin müqavilə üzrə pulun tutulması qət edilmiş və qüvvədə olan məhkəmə qətnaməsi olduğu üçün məhkəmə həmin əqdə münasibətdə yeni qərar qəbul edə bilməz. Məhkəmə xatırladır ki, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli 02/2022 nömrəli qərardadına əsasən məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh “X1” ASC-yə qarşı “əlavə kredit müqaviləsinin ləğv olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iddiaçıların nəzərinə çatdırır ki, hazırki iddia tələbində qeyd edilən müqavilənin həmin əqdə əsaslanan tələbin irəli sürüldüyü icraat çərçivəsində mübahisələndirilməsi mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh “X1” ASC-yə qarşı “əlavə kredit müqaviləsinin ləğv olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (ödəniş qəbul edən təşkilat: Azərpoçt MMC, Sumqayıt PF, Sumqayıt PF, Sumqayıt-1, VÖEN: **********, qəbz nömrəsi: **********, büdcə səviyyə kodu: 1, büdcə təsnifat kodu: 14221301, tarix: xx.xx.2023, saat: 12:28:19, xəzinə hesabı: AZ17CTRE********************) dövlət büdcəsindən İddiaçı3 qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar