Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1703/2024 23.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh gördüyü real iş üzrə aparılmış hesablamalar nəticəsində borclu olduğu 138.000 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı və vəkili Vəkil1 tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə bağlı Biləsuvar Rayon Məhkəməsində də mülki işin olduğunu bildirərək, işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədilər. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, vəkili Vəkil2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, cavabdehin vəkilinin ərizəsini nəzərdən keçirib hesab edir ki, hazırki mülki işin Biləsuvar Rayon Məhkəməsinin icraatında olan mülki işə birləşdirilərək bir icraatda baxılması məqsədə müvafiqdir. Belə ki, proses iştirakçılarının izahatlarından və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 3M-459 reyestr nömrəli kredit müqaviləsi əsasında 160.000 manat əsas, 10.666,67 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz, əsassız varlanmaya görə 44.666,66 manat, əldən çıxmış faydaya görə 44.666,66 manat olmaqla, ümumilikdə 259.999,99 (iki yüz əlli doqquz min doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat pul vəsaitinin onun xeyrinə cavabdeh İddiaçı tutulmasını xahiş etmişdir (mülki iş № 2(022)-305/2024, daxil olma tarixi: xx.xx.2024). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Göstərilənlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(006)- 1703/2024 nömrəli mülki iş, Biləsuvar Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(022)-305/2024 nömrəli mülki işə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalı və mülki işə 2(022)-305/2024 nömrəsi verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 43, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-1703/2024 nömrəli mülki iş, Biləsuvar Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(022)-305/2024 nömrəli mülki işə birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə 2(022)-305/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1703/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1703/2024
23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver