Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1722/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın rəhbərinin haqsızlığı nəticəsində ona verilməli olan əmək haqqının və son haqq-hesabın və o cümlədən də məhkəmə xərcinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə barışıq sazişi təqdim edərək, həmin barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etdi. Barışıq sazişinə əsasən, İddiaçı (şəxsiyyət vəsiqəsi AA******* FİN OZPWQSL 11.02.2020-ci ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh MMC (hüquqi ünvan AZ1095, ünvan 2mayəndəsi AR Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə aralarında aparılan danışıq nəticəsində razılığa gəldilər: Cavabdeh MMC iddiaçıya işlədiyi dövr ərzində hesablanmış, lakin ödənilməmiş 3503 (üç min beş yüz üç) manat borcu və əlavələrlə birlikdə cəmi 4000 (dörd min) manat ödəməyi, iddiaçı isə barışıq ərizəsi verərək Nəsimi Rayon Məhkəməsində iddia əsasında baxılan 2(006)-1722/2022 saylı işin xitam olunmasını məhkəmədən xahiş edir, saziş qeyd olunan şərtlə imzalanır ki, 10 gün ərzində cavabdeh göstərilən məbləği cavabdehin hesabına ödəməsə, o yenidən iddia ərizəsilə məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında İddiaçı yazılı ərizə təqdim edərək, əldə edilmiş barışıq əsasında “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki işə xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışması qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı ilə Cavabdeh MMC arasında 31 may 2022-ci il tarixdə bağlanılmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Cavabdeh MMC iddiaçıya işlədiyi dövr ərzində hesablanmış, lakin ödənilməmiş 3503 (üç min beş yüz üç) manat borcu və əlavələrlə birlikdə cəmi 4000 (dörd min) manat ödəməyi, iddiaçı isə barışıq ərizəsi verərək Nəsimi Rayon Məhkəməsində iddia əsasında baxılan 2(006)-1722/2022 saylı işin xitam olunmasını məhkəmədən xahiş edir, saziş qeyd olunan şərtlə imzalanır ki, 10 gün ərzində cavabdeh göstərilən məbləği cavabdehin hesabına ödəməsə, o yenidən iddia ərizəsilə məhkəməyə müraciət edə bilər. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbi barədə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1722/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1722/2022
31.05.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver