Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1747/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) Vəkil Kərim oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin ödənilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh maddi yardıma ehtiyacı olan xx.xx.2002-ci il təvəllüdlü X1 ali təhsil müddəti bitənədək onun saxlanması üçün hər bütün növ qazancının ¼ hissəsinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahat verərək ərizədə göstərilənləri bir daha təsdiq etdi və bildirdi ki, Nərimanov Rayon Məhkəməsinin 2-158/2004 saylı xx.xx.2004-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında xx.xx.1994-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında 1797 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi ləğv edilmiş, birgə nikahdan anadan olmuş xx.xx.2002-ci il təvəllüdlü X1 onun himayəsində qalması, Cavabdeh hər bütün növ qazancının ¼ hissəsinin xx.xx.2004-cü il tarixdən başlayaraq aliment kimi xx.xx.2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi qət edilmişdir. Hazırda xx.xx.2002-ci il təvəllüdlü X1 18 yaşı tamam olmaqla yetkinlik yaşına çatmışdır. xx.xx.2002-ci il təvəllüdlü X3 hazırda – 2020 – 2021-ci tədris ilində Türkiyə Respublikasının Orta Doğu Texnik Universitetində (ODTÜ) Fənn və Ədəbiyyat fakültəsində Fizika bölümü üzrə İ (birinci) kursda əyani təhsil alır. O, üçüncü qrup əlilidir. Həmçinin xx.xx.2002-ci il təvəllüdlü X3 hazırda – 2020 – 2021ci tədris ilində Türkiyə Respublikasının Orta Doğu Texnik Universitetində (ODTÜ) Fənn və Ədəbiyyat fakültəsində Fizika bölümü üzrə İ (birinci) kursda əyani təhsil almaqla qazanc əldə etmək imkanlarında məhrum olmuşdur. Odur ki, Cavabdeh maddi yardıma ehtiyacı olan xx.xx.2002-ci il təvəllüdlü X1 ali təhsil müddəti bitənədək onun saxlanması üçün hər bütün növ qazancının ¼ hissəsinin tutulması zəruridir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil Kərim oğlu iddianı qəbul etməyərək və iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, Nərimanov Rayon Məhkəməsinin 2-158/2004 saylı xx.xx.2004-cü il tarixli qətnaməsinə əsasən hazırki iş üzrə tərəflər arasında rəsmiləşdirilmiş nikah ləğv edilmiş, birgə nikahdan anadan olmuş xx.xx.2002-ci il təvəllüdlü X1 anası Ələkbərova Zivər Ağamösüm qızının himayəsində qalması, Cavabdeh hər bütün növ qazancının ¼ hissəsinin xx.xx.2004-cü il tarixdən başlayaraq aliment kimi xx.xx.2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Ələkbərova Zivər Ağamösüm qızına verilməsi qət edilmişdir. Cavabdehin həmin qətnamə ilə müəyyən olunmuş aliment öhdəliyi xx.xx.2002-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi onun tərəfindən tam icra edilmiş və hal-hazırda heç bir aliment borcu mövcud deyil. Qanunvericiliklə, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə valideynin yetkinlik yaşına çatmış övladlarla bağlı əlavə xərclərdə iştirakının əsasları və qaydası dəqiq müəyyən edilmişdir. Qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, valideynin yetkinlik yaşına çatmış sağlamlıq imkanları məhdud olmayan övladlara görə əlavə xərclərdə iştirakı vəzifə kimi deyil, hüquq kimi müəyyən olunmuşdur. Sonda cavabdehin nümayəndəsi (vəkili) Vəkil Kərim oğlu iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı Ağamövsüm qızının iddiası rədd edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx xxx 2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Ələkbərova (Bədəlova) Zivər Ağamösüm qızı arasında xx.xx.1994-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında 1797 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın ləğv edilməsi, xx.xx.2002-ci il təvəllüdlü Toğrul anası Ələkbərova Zivər Ağamösüm qızının himayəsində qalması, xx.xx.1970-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Nərimanov rayon Polis İdarəsinin Mühafizə idarəsində Bölmə komandiri işləyən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi ev 8, otaq 100 Azərbaycan Respublikası Daxili İşlər Nzirliyinin yataqxanasında yaşayan Cavabdeh hər bütöv növ qazancınız ¼ hissəsi xx.xx.2004-cü il tarixdən başlayaraq aliment kimi xx.xx.2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ələkbərova Zivər Ağamösüm qızına verilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı barəsində verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, İddiaçı 3-cü dərəcəli əlillik verilərək koksartros (bud-çanaq oynağının artrozu), sağ bud-çanaq oynağı tip İV displastik artrozuna görə total artroplastika (endopratezləşmə) əməl.s/vəz., oynaq kontrakturu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 81-ci maddəsinə görə, “alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur». Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, cavabdehin əlavə xərclərə cəlb olunması üçün Qanunla müəyyən edilmiş əsasların mövcudluğunu iddiaçı məhkəmə iclasında sübuta yetirə bilmədi. Halbu ki, həmin halları sübut etmə vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin ödənilməsi tələbi barədə” iddia ərizəsi rədd edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin ödənilməsi tələbi barədə” iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1747/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1747/2021
23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver