Məhkəmə qərarları › İş №2(006)-1781/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1781/2024

10.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1781/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilənin ləğv edilməsi, öhdəliyə xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilələrin ləğv edilməsi və öhdəliyə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə Razılaşma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdehlər mülkiyyətində olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18,20 saylı mənzillər üzrə aşağıdakı öhdəlikləri öz üzərinə götürmüşdür: Cavabdeh yuxarıdakı mənzilləri gələcəkdə üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlaklar verməyi, mənzillər üzərində olan yüklülük aradan qaldırıldıqdan sonra isə yeni əvəzləşdirmə müqaviləsi bağlamağı. İddiaçı cavabdeh qarşısında onun mülkiyyətində olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18,20 saylı mənzillər üzrə aşağıdakı öhdəlikləri öz üzərinə götürmüşdür: Cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 24 ay müddətində söküntü başa çatdırıldıqdan sonra həmin əmlakı sahəsi 170 kv/metr olmaqla təmirli qeyri-yaşayış sahəsi kimi cavabdehlə əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək; Cavabdehin mülkiyyətində olan əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 24 ay müddətində vəsaitin ona 43200 manat olmaqla tam ödəmək; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18,20 daşınmaz əmlakın əvəzinə 226.0 kv/metr sagəsi olan 2 ədəd təmirli mənzili Cavabdeh2 ilə əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək; Cavabdeh2 mülkiyyətində olan əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1200 manat olmaqla 24 ay müddətində vəsaitin ona 28800 manat olmaqla tam ödəmək. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh mülkiyyətində olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18,20 saylı mənzilləri xx.xx.2019-cu il tarixədək iddiaçının faktiki sahibliyinə və xx.xx.2019-cu il tarixədək isə yüklülükdən, həbsdən, girovdan və s. azad şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. Bildirilir ki, cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla da iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də müqaviləyə xitam verilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış Razılaşma müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərə xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra İddiaçı icraatın birləşdirilməsinə dair ərizə təqdim etmiş, lakin Bakı şəhəti Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1781/2024 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş vəsatət (ərizə) rədd edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, hazırki mülki iş üzrə iddiaçının iddiası müqavilənin ləğv edilməsi və öhdəliklərə xitam verilməsi ilə bağlıdır ki, müqavilənin ləğvi ikitərəfli qaydada həyata keçirilə bilər. Onlar müqavilə üzrə üzərlərinə düşən öhdəliyi icra edərək mənzili onlara təhvil vermişlər. Onlar tərəfindən onlara bunun qarşılığında heç nə verilməyib. Hazırda gözləyirlər ki, iddiaçı tərəf yeni mənzili hazır edərək onlara təhvil verəcəkdir. Həmçinin, qarşı tərəf müqavilə üzrə onlara kirayə haqqı ödəməyi də öhdəsinə götürsə də, bugünə kimi bunu da icra etməmişlər. Bununla bağlı onların iddiası olmuş və təmin olunmuşdur. Həmçinin, qarşı tərəf müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırmış və iddia tələbi təmin edilməmişdir. Məhkəmə prosesi zamanı hətta qarşı tərəf sənədlər təqdim etmişdi ki, guya onlar mənzilləri təhvil vermişdir. Həmin məktubdan çıxış edərək hazırki iddianın əsassız olması qənaətinə gəlmək olar. Odur ki, bütün bu qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 6.Məhkəmə hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə cavabdehlərin nümayəndəsi və vəkilinin izahatını və çıxışını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehlər arasında xx.xx.2018-ci il tarixdə razılaşma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər üzərlərinə bir sıra öhdəlik götürmüşlər. Hazırda iddiaçı cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərini iddia edərək, xx.xx.2018-ci il tarixli razılaşma müqaviləsinin ləğv edilməsini, həmin müqavilə üzrə tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərə xitam verilməsini tələb edir. Cavabdeh tərəf isə müqavilə üzrə üzərlərinə düşən öhdəliyi yerinə yetirərək mənzilləri iddiaçıya təhvil verdiklərini, iddiaçı tərəfindən isə heç bir öhdəliyin yerinə yetirilmədiyini iddia edərək, iddia tələbinin rədd edilməsini tələb edir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli, 054 nömrəli Razılaşma müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 (birinci tərəflər) ilə İddiaçı MMC (ikinci tərəf) arasında müqavilə bağlanmış, həmin müqavilənin 1-ci bəndinə əsasən hazırki müqavilə ilə birinci tərəflər mülkiyyətlərinə olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18,20 saylı mənzillər üzrə aşağıdakı öhdəlikləri üzərlərinə götürürlər: a) mülkiyyətlərindəki mənzilləri gələcəkdə üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlaklar verməyi, mənzillər üzərində olan yüklülük aradan qaldırıldıqdan sonra isə yeni əvəzləşdirmə müqaviləsi bağlamağı; həmin müqavilə ilə ikinci tərəf birinci tərəf qarşısında onların mülkiyyətlərində olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18,20 saylı mənzillər üzrə aşağıdakı öhdəlikləri üzərlərinə götürürlər: a) Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 24 ay müddətində söküntü başa çatdırıldıqdan sonra həmin əmlakı sahəsi 170 kv/metr olmaqla təmirli qeyri-yaşayış sahəsi kimi Cavabdeh1 əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək; Cavabdeh1 mülkiyyətindəki əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 24 ay müddətində vəsaitin ona 43200 manat manatı birdəfəlik ödəmək; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18,20 daşınmaz əmlakın əvəzində 226.0 kv/metr sagəsi olan 2 ədəd təmirli mənzili Cavabdeh2 ilə əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək; Cavabdeh2 mülkiyyətində olan əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1200 manat olmaqla 24 ay müddətində vəsaitin ona 28800 manatı birdəfəlik ödəmək. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən birinci tərəflər hazırki müqavilə ilə mülkiyyətlərində olan, yəni müqavilənin predmeti olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18,20 saylı daşınmaz əmlakları xx.xx.2019-cu il tarixədək ikinci tərəfin faktiki sahibliyinə və xx.xx.2019-cu il tarixədək isə yüklülükdən, həbsdən, girovdan və s. azad şəkildə təhvil verməyi öhdələrinə götürürlər. 10.Mülki işin materiallarında olan xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli İddiaçı MMC tərəfindən cavabdehlərə ünvanlanan öhdəliyin icrasına dair pretenziya məktublarından görünür ki, 054 saylı, 21 dekabr 2018-ci il tarixli müqavilə üzrə götürülən öhdəliklərin 07 gün ərzində icra olunmasını, əks təqdirdə tərəflərindən bağlanmış müqaviləyə və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə hüquq mühafizə orqanına (məhkəmə) müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. 11.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, 52985612 nömrəli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 12.Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanan 19 sentyabr 2023cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospektində yerləşən 40 nömrəli evin, 18,20 nömrəli mənzili və X1 məxsus Nəsimi rayonu, Azadlıq prospekti 42 nömrəli evin 6/7 saylı mənzilin sökuntüsü zamanı mülkiyyətçilərə kompensasiya olaraq tərəflər arasında bağlanmış 054 saylı 21 dekabr 2018-ci il tarixli razılaşma müqaviləsinə əsasən tərəflərindən Cavabdeh1 Məhəmmədlı qızına məxsus 170 kv m olmaqla təmirli qeyri-yaşayış sahəsi və Cavabdeh2 isə 226 kv m sahəsi olan 2 ədəd təmırlı mənzil verilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 14.Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 15.Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 16.Hazırki iş üzrə İddiaçı MTK onunla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan müqavilə üzrə cavabdehlər tərəfindən üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsini iddia edir. Halbuki, bunu nə iddia ərizəsində əsaslandıra bilmiş, nə də ki iddiasını əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. 17.Məhkəmə bununla bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 18.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). 19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 20.Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 21.Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 22.İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 23.Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı iddia tələbini əsaslandıra biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən hazırki iş üzrə iddiaçı MTK-ya qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iddia qaldırılmış və onların iddiası təmin edilmişdir. Göründüyü kimi hazırki iş üzrə tərəflər arasında bağlanan 21 dekabr 2018-ci il tarixli müqavilə üzrə iddiaçının iddia etdiyi kimi cavabdehlərin yox, iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi aşkar edilmişdir. Eyni zamanda, məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı tərəf lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir məhkəmədə iclasında iddiasının müdafiəsi üçün iştirak etməmişdir. 24.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsas hissədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilə bilmədiyinə görə əsassız hesab edilməklə rədd edilməlidir. 25.Məhkəmə iddia tələbinin ikinci hissəsi olan müqavilə üzrə tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərə xitam verilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə, yəni müqavilənin ləğv edilməsi hissəsində əsassız hesab edilməklə rədd edildiyindən, digər hissədə də əsas tələblə bağlı olduğundan rədd edilməlidir. 26.Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən həmin iddia tələbinin qaldırılması üçün də ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 30.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 31.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 32.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilələrin ləğv edilməsi və öhdəliyə xitam verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar