Məhkəmə qərarları › İş №2(006)-1786/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1786/2024

18.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1786/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Əzı̇ zova Aysel Qəhrəman qızının cavabdeh Əzı̇ zov Nı̇ zami Vahı̇ d oğluna qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əzı̇ zova Aysel Qəhrəman qızı cavabdeh Əzı̇ zov Nı̇ zami Vahı̇ d oğluna qarşı alimentin təyin edilməsi tələbinə dair xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Əzı̇ zova Aysel Qəhrəman qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehdən birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 705 (yeddi yüz beş) manat alimentin tutulması barədə və aliment tutulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X2 3-cü qrup əlilliyini nəzərə alıb icrasına baxılması üçün Nəsimi rayon İcra Şöbəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bakı şəhəri Nəsimi rayon məhkəməsinə ərizə ünvanlıyaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı Əzı̇ zova Aysel Qəhrəman qızı cavabdehin işləmədiyini və əlil olduğunu nəzərə alaraq hər ay ümumilikdə 300 manat pul məbləğində alimentin tutulmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh Əzı̇ zov Nı̇ zami Vahı̇ d oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia ərizəsini övladlarının saxlanılması üçün hər ay 705 manat aliment ödənilməsi hissəsində qəbul etmir. Hesab edir ki, 705 manat kifayət qədər yüksək məbləğdir və halhazırda işləmir. Həmin məbləği ödəməyə gücü çatmır. Özü də əlil olduğunu və 150 manat pensiya aldığını bildirir. İddia ərizəsini qismən qəbul edir və hər ay ümumilikdə 300 manat pul məbləğində alimentin ödəməyə gücü çatdığını bildirir və məhkəmədən iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qətnamə ilə iddiaçı Əzı̇ zova Aysel Qəhrəman qızı ilə cavabdeh Əzı̇ zov Nı̇ zami Vahı̇ d oğlu arasında Nəsimi rayon Qeydiyyat şöbəsində bağlanılmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 04№ ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 analarının yanında saxlanılması qət edilmişdir. 10 noyabr 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 437715 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Əzı̇ zov Nı̇ zami Vahı̇ d oğlu ilə Əzı̇ zova Aysel Qəhrəman qızı arasında nikah 27 oktyabr 2022-ci il tarixdə Nəsimi rayon Qeydiyyat şöbəsində 349 saylı akt qeydi ilə nikah pozulmuşdur. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı üç yetkinlik yaşına çatmamış uşaqları vardır. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinin tələblərinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə iddia tələbinin “uşağın saxlanılması üçün tutulmalı olan alimentin məbləğinə” münasibətdə qeyd edir ki, ailə münasibətlərindən irəli gələn məsələləri tənzimləyən qanunvericilik bu məsələni də xüsusi olaraq tənzimləyir. Qanunvericiliyin tələblərinə əsasən aliment valideynin aylıq qazancın (gəlirin) müəyyən hissəsi və yaxud sabit pul məbləğində tutula bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq üç uşağa görə hər ay ümumilikdə 300 manat pul məbləğində tutulmalıdır. Belə ki, tərəflərin alimentin məbləğinə dair (300 manat) razılığa gəldiklərini, habelə cavabdehin hal hazırda işləmədiyini və əlilliyə görə 150 manat pensiya aldığını nəzərə alır. Bundan başqa, uşağa baxmaq hər iki valideynin vəzifəsi və borcudur, uşağın maddi xərclərinin yalnız bir valideynin üzərinə qoyulması ədalətli deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq üç uşağa görə hər ay ümumilikdə 300 manat pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq üç uşağa görə hər ay ümumilikdə 300 manat pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar