Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1787/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-3446/2020 saylı qərarı əsasında xx.xx.2015-ci il təvəllüdlü oğlu X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin edilmiş 170 manat sabit pul məbləğinin oğlunun nənəsi Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-3446/2020 saylı qərarı əsasında xx.xx.2015-ci il təvəllüdlü oğlu X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2020-ci il tarixdən 170 manat sabit pul məbləğinin X3 tutularaq ona verilməsi qət edilmişdir. X2 aliment məbləğinin ödənilməsindən imtina edir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən görülmüş müxtəlif icra tədbirləri heç bir nəticə verməmişdir. Beləlikə A.M.Əhmədovun 850 manat məbləğində borcu yaranmışdır. Borcu almaq üçün Ayaz İcra və Probasiya Şöbəsinə çağırılmış, lakin o, şöbəyə gəlməkdən imtina etmiş, onun olduğu yer icraçılar tərəfindən müəyyən edilməsi mümkün olmadığından Şəki şəhər Polis Şöbəsində Ayaz Əhmədovun barəsində xx.xx.2020-ci il tarixli 820553 nömrəli axtarış işi açılmış, xx.xx.2020-ci il tarixdə o, polis əməkdaşları tərəfindən Şəki rayon İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra elə həmin gün Şəki rayon Məhkəməsinə aparılmışdır. Şəki rayon Məhkəməsi X6 xx.xx.2020-ci il tarixli 3(075)- 624/2020 saylı qərarı ilə AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilib 10 gün müddətinə İnzibati həbs cəzası ilə cəzalandırmışdır. A.M.Əhmədov barəsində seçilmiş bu inzibati tədbirlərə baxmayaraq o, oğlu Muradın yetkinlik yaşına çatana qədər saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğini ödəməkdən qəsdən boyun qaçırır, soruşanda isə deyir ki, o, ona aliment ödəməyəcək. Ayaz Əhmədovun rəsmi gəlir yeri və adına heç bir daşınar və ya daşınmaz əmlak olmadığından onun barəsində başqa tədbir görmək mümkün olmur. Onun üçün də o, Azərbaycan Respublikasının Ailə Məcəlləsində təsbit olunmuş baba və nənənin nəvələrini saxlamaq vəzifəsini nəzərə alaraq, zəruri vəsaitə malik olan, yəni sabit pensiya alan Ayaz Məmmədovun anası Cavabdeh təyin olunmuş aliment məbləğini məhkəmə qaydasında tələb etmək qərarına gəlmişdir. Hesab edir ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən oğlu Əhmədov Muradın yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin edilmiş 170 manat məbləğin X3 alınması imkansızdır. O dəfələrlə ona bildirmişdir ki, ona aliment ödəməyəcək. Onun üçün də təyin olunmuş alimentin X4 anası Cavabdeh tutulması məqsədə uyğundur. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3446/2020 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, X3 xx.xx.2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(075)-624/2020 saylı qərarından görünür ki, X7 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 3446/2020 saylı icra sənədinin icrasından yayındığı üçün barəsində inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və məhkəmənin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsili bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. İşin məhkəmə baxışı zamanı araşdırılmış halları əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3446/2020 saylı qətnaməsinə əsasən X3 xx.xx.2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi qət edilmişdir. X7 isə alimenti ödəməkdən qərəzli şəkildə yayındığı üçün Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(075)- 624/2020 saylı qərarına əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırda iddiaçı aliment ödəmək öhdəliyi daşıyan X3 uşağın saxlanması üçün maddi yardım ala bilmədiyindən uşağın nənəsi olan Cavabdeh xx xxxxxx 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qaydasında aliment məbləğinin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, yetkinlik yaşına çatmayan şəxslər öz valideynləri tərəfindən saxlanmalıdırlar. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan uşaqlar saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə buna zəruri vəsaitə malik olan baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Lakin, iş materiallarından göründüyü kimi məhkəmə qətnaməsinə əsasən xx xxxxxx 2015-ci il təvəllüdlü X1 üçün aliment X3 iddiaçının xeyrinə tutulmaqdadır. Onun valideyn kimi uşağının əvvəlki təminat səviyyəsini saxlamaq üçün aliment ödəmək vəzifəsini layiqincə icra etməməsi, həmin vəzifəni icra etməkdən yayınması uşağın nənəsi olan cavabdehin üzərinə aliment ödəmək öhdəliyinin qoyulması üçün əsas deyildir. Məhkəmə bu qənaətə gəlməklə həmçinin onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəfindın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3446/2020 saylı qətnaməsinə əsasən verilmiş icra sənədinin lazımi icrasına nail olmaq üçün qanunvericilikdə nəzərdə tutulan bütün lazımi vasitələrdən (əməlində müvafiq tərkibin olduğu halda isə cinayət məsuliyyətinə cəlb edilməsi) istifadə edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı aliment ödəmək öhdəliyi daşıyan X3 maddi yardım ala bilmədiyini məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. O, həmçinin cavabdehin qeyd edilən məbləğdə alimenti ödəməyə maddi imkanının olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh oğluna qarşı “aliment” tələbinə dair iddiası rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “aliment” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1787/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1787/2021
18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver