Məhkəmə qərarları › İş №2(006)-1799/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1799/2023

28.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1799/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, Cavabdehin Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26 iyul 2021-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Cavabdeh ilə rəsmi nikahlarından 16 iyun 2022-ci il tarixdə Firudin adlı oğulları anadan olmuşdur. Nikahları pozulmamışdır. Cavabdeh uşağı onun öhdəsinə qoyaraq getmişdir. Uşağın saxlanması üçün heç bir köməklik etmir. Lakin cavabdeh hazırda qazancının olmamasını əsas gətirir və ona köməklik etmir. Cavabdeh gəlirlərini gizləyir. Bu isə uşağın saxlanılmasında böyük problemlər yaradır. O, tək ana olaraq uşağın saxlanılmasında çətinlik çəkir. Bununla bağlı 11 saylı Mediasiya qurumuna müraciə etsə də, cavabdeh tərəf aliment üçün həmin quruma gəlməmişdir. Buna dair xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Hal-hazırda həm uşaq üçün həm də uşağın 3 yaşına çatanadək qulluğu üçün onun xeyrinə aliment tutulmalıdır. Göstərilənlərə əsasən 16 iyun 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay 223 manat aliment, uşaq 3 yaşına çatanadək qulluğa görə isə hər ay 150 manat məbləğində vəsait və həmçinin mediasiya üçün ödənilmiş 50 manat dövlət rüsumunun dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra İddiaçı müvəqqəti alimentin tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 220 manat məbləğində müvəqqəti alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, öz izahatında bildirmişdir ki, Cavabdeh ilə 26 iyul 2021-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 16 iyun 2022-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Cavabdehlə aralarında bağlanmış nikah pozulmamışdır. Cavabdeh birgə nikahdan doğulmuş övladının saxlanması üçün heç bir maddi yardım göstərmir. Hesab edir ki, cavabdeh bir ata kimi üzərinə düşən öhdəlikləri icra etməli, uşağın maddi ehtiyaclarının ödənilməsində iştirak etməlidir. O təkbaşına uşağın saxlanılmasında çətinlik çəkir. Uşaq körpə olduğundan işləyə bilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, öz izahatında bildirmişdir ki, 223 manat aylıq aliment və uşaq üç yaşına çatanadək aylıq əlavə olaraq 50 manat ödəyə bilər. İddia tələbinin qismən təmin olunmasını xahiş edir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib və məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Cavabdeh 220 manat məbləğində müvəqqəti aliment tutulmasını xahiş etmişdir.

8. İş materiallarında olan 4 saylı Bakı Asan Xidmət X7 tərəfindən 26 iyul 2021-ci il tarixində verilmiş AZ-İİ № 454642 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X5 nikahları 26 iyul 2021-ci il tarixində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1526 nömrə ilə qeyd edilmişdir.

9. İş materiallarında olan 1 saylı Bakı Asan Xidmət X7 tərəfindən 06 iyul 2022-ci il tarixində verilmiş AZ-İV № 760897 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16 iyun 2022-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

10. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə MŞB/11/2023-00310 saylı, 25 fevral 2023-cü il tarixli arayışdan görünür ki, X4 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmış, lakin iştirak etməmiş, yazılı şəkildə iştirak etməkdən imtina etmişdir.

11. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1799/2023 saylı qərardadı ilə hazırki mübahisə üzrə məhkəmə qətnaməsi çıxarılanadək X2 10 aprel 2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin rəsmi nikah münasibətlərindən 16 iyun 2022-ci il təvəllüdlü 1 övladları anadan olmuşdur, hazırda tərəflərin rəsmi nikah münasibətləri pozulmamış və uşaq ananın himayəsindədir. İddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən hər ay uşaq üçün 223 manat aliment, uşaq 3 yaşına çatanadək qulluğa görə isə hər ay 150 manat məbləğində vəsaitin tutulmasını xahiş edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1799/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 10 aprel 2023-cü il tarixdən başlayaraq xx.xx.2022ci il təvəllüdlü X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müvəqqəti alimentin tutulması qərara alınmışdır. Cavabdeh isə əmək haqqısının 457 manat olduğunu, həmçinin banka kredit borcunun olduğunu qeyd edərək, iddia tələbinin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 223 manat məbləğində alimentin tutulmasına etiraz etmir, lakin uşağın 3 yaşına çatanadək qulluğa görə isə banka olan kredit borcuna görə hər ay 150 manat məbləğində pulun ödənilməsini qismən qəbul edərək, hər ay 50 manat ödəyə biləcəyini bildirir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

14. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

16. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

18. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

19. Birləşmiş Millətlər Təşkilatının xx.xx.1989-cu ildə qəbul olunmuş “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində bütün tədbirlərdə uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə əsas diqqət yetirilir. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.

20. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

21. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

23. Məhkəmə belə hesab edir ki, aliment xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır.

24. Məhkəmə hesab edir ki, iddianın uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 223 manat məbləğində aliment tutulması hissəsində təmin edilməklə, iddiaçı X2 xx.xx.2023-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 223 manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir.

25. İş materiallarından göründüyü kimi, xx.xx.2022-ci il təvəllüdlü X4 hazırda 3 yaşına çatmamışdır.

26. Ailə Məcəlləsinin 84.1-ci və 84.2.2-ci maddələrinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini tələb etmək hüququna malikdir.

27. Məhkəmə, belə hesab edir ki, iddia digər hissədə qismən təmin olunmalı, iddiaçının qeyd edilən tələbinin hüquqi əsasının qanunvericilikdə birbaşa nəzərdə tutulduğunu, uşağın diqqətəlayiq mənafelərini və xüsusi qayğıya ehtiyacı olan yaş dövründə olduğunu nəzərə alaraq, uşaq 3 yaşına çatanadək ona qulluqla əlaqədar olaraq hər ay 150 manat alimentin cavabdeh X2 tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən təmin edilməlidir.

28. Belə ki, məhkəmə cavabdehin əmək haqqının kifayət qədər olmaması, cavabdehin özünün də maddi və əmlak mənafelərini, tərəflərin rəsmi nikah münasibətlərində olduqlarını nəzərə alaraq uşaq 3 yaşına çatanadək qulluqla əlaqədar olaraq hər ay 50 manat tutulması qənaətinə gəlmişdir.

29. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.

30. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.

31. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixindən hesablanmağa başlanılmalıdır.

32. Bundan əlavə, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, (223x12=2676-1000=1676 1676x1%=16.76+30=46.76) mediasiya mərhələsində isə 50 manat dövlət rüsumu ödənildiyi üçün cavabdehdən 46,76 manat məbləğində dövlət rüsumu tutulmasına zərurət qalmamışdır.

33. Məhkəmə hesab edir ki, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

34. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

35. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

36. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

37. Qeyd olunan Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

38. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 223 (iki yüz iyirmi üç) manat (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1799/2023 saylı, xx.xx.2023-cü il tarixli müvəqqəti alimentin tutulması barədə qərardadı nəzərə alınmaqla), habelə X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 (əlli) manat olmaqla, ümumilikdə 273 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ :

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 223 (iki yüz iyirmi üç) manat (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1799/2023 saylı, xx.xx.2023-cü il tarixli müvəqqəti alimentin tutulması barədə qərardadı nəzərə alınmaqla), habelə X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 (əlli) manat olmaqla, ümumilikdə 273 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar