Məhkəmə qərarları › İş №2(006)-1814/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1814/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1814/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Atəşgah Həyat" Sığorta Şirkəti ASC-dən maksimum 1500 manat olmaqla sığorta məbləğinin 30%-i tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 16 yanvar 2019-cu il tarixdə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" nun xətti ilə yaşayış mənzilinin alınması üçün “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən 297/İK-SAB/2019 saylı kredit müqaviləsinə əsasən, 262 ay müddətinə, 8 faiz dərəcəsi ilə 144 000.000 manat məbləğində kredit vəsaiti götürmüşdür. Eyni zamanda onu bildirmişdir ki, 21 yanvar 2019cu il tarixdə onunla şirkət arasında MAP- 197523 şəhadətnamə nömrəli Həyat sığortası müqaviləsi bağlanmışdır. O, İddiaçı 06 noyabr 2020-ci ildə tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı yaralanmış, postkontuzion sindrom, üzvi dissosiativ pozuntu, dissosiativ (konversion) pozuntular, burun və burun ciblərinin digər dəqiqləşdirilmiş xəstəlikləri ikinciİi hipertenziya, qulaqlarda küy (subyektiv) diaqnozu ilə üçüncü dərəcəli əlillik almışdır. Ölüm halında sığorta məbləğinin 100%-i, sığorta olunan xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirilməsi ilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması halında; l-ci dərəcə əlillik üzrə- sığorta məbləğinin 80%-i; 2-ci dərəcəli əlillik üzrə sığorta məbləğinin 60%-i; 3-cü dərəcəli əlillik halında isə maksimum 1500 manat olmaqla sığorta məbləğinin 30%-i ödənməlidir. 13 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdir. Mərkəzi Bank müəyyən etmişdir ki, o, 10 aprel 2023-cü il tarixdə “Atəşgah Həyat" Sığorta Şirkəti ASC-yə ərizə ilə müraciət etmiş və 22 yanvar 2019-cu il tarixli MAP-197523 saylı sığorta müqaviləsinə 22 dekabr 2022-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq, qaytarılmalı sığorta haqqı təqdim etdiyi bank hesabına geri qaytarılmışdır. Həmçinin “Azərbaycan Beynəlxalq Bank" ASC pərakəndə biznes seqmenti üzrə” Səbail filalı qarşısında 16 yanvar 2019-cu il tarixli, 297İK- SA13/2019 saylı kredit müqaviləsinə əsasən heç bir öhdəliyi yoxdur. Araşdırma zamanı müəyyən olundu ki, o, İddiaçı 297İK-SAB/20İ9 saylı Kredit Müqaviləsinə əsasən MAP-197523 saylı Sığorta Şəhadətnaməsi üzrə sığortalanmışdır. Bildirilmişdir ki, “ABB" ASC tərəfindən 21 fevral 2023-cü il tarixli 27 saylı məktuba əsasən 297İK-SAB/20İ9 saylı İpoteka kredit müqaviləsi üzrə borcu tam olaraq silinmişdir, borc yoxdur, kredit müqaviləsi üzrə borc olmadığıdan MAP-197523 saylı müqavilənin Sığorta Məbləği sıfıra bərabərdir. Bununla yanaşı “fiziki şəxslərə təqdim edilən kredit müqaviləsi üzrə borclananm həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta qaydalarının” 13.6.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcun ödəniş qrafiki nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləği həcmində müəyyən edilmişdir. 3-cü dərəcəli əlil olaraq maksimum 1500 manat olmaqla sığorta məbləğinin 30%-i ona ödənilməlidir. Lakin ödənilməyib, Qarabağ qazisinin hüquqları pozulub. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh iş materiallarından da görünür ki, iddiaçı ilə Cavabdeh Sığorta Şirkəti arasında 21 yanvar 2019-cu il tarixli MAP-197523 saylı ipoteka kreditləri üzrə borcalanların həyat sığorta Şəhadətnaməsi bağlanmışdır. Sığorta müqaviləsi ilə sığorta məbləğinin azalan olması və növbəti aylar üçün ipoteka kredit müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilməsi razılaşdırılmışdır. Sığorta müqaviləsinin bağlanması zamanı rəhbər tutulmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 16.2-ci maddəsinə əsasən, Sığorta müqaviləsində bu Qaydaların 13.6.2-ci yarımbəndinə uyğun olaraq azalan sığorta məbləğinin nəzərdə tutulduğu halda sığorta ödənişi aşağıdakı kimi həyata keçirilir: 16.2.1.sığorta olunan öldüyü halda qalıq borc məbləğində; 16.2.2 sığorta olunanın əmək qabiliyyətini itirdiyi halda ona təyin edilən əllillik dərəcəsindən asılı olaraq qalıq borc məbləğinin sığorta müqaviləsində əvvəlcədən razılaşdırılmış hissəsində. Baxılan halda, sığorta ödənişinin ödənilməsinə dair müqavilə üzrə faydalanan şəxs olan "xxxx" ASC-dən müraciət daxil olduqdan sonra tərəfindən araşdırılma aparılmış və daha sonra bankın 27 saylı 21 fevral 2023-cü il tarixli məktubu ilə təsdiq olunmuşdur ki, iddiaçının ipoteka krediti üzrə heç bir borc öhdəliyi yoxdur. Məhkəmənin diqqətinə çatdırmaq istəmişdir ki, müqavilə üzrə sığorta məbləği azalan olub növbəti aylar üçün ipoteka kredit müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilir. Əgər qalıq borc 0 AZN olarsa müqavilə üzrə sığorta ödənişi 0-a bərabər olacaqdır. Nəticədə, ipoteka krediti üzrə borc sıfıra bərabər olduğu üçün MAP- 197523 saylı Sığorta müqaviləsi üzrə “Atəşgah Həyat" Sığorta Şirkətinin iddiaçı qarşısında hər hansı öhdəliyi mövcud olmamış və 01 mart 2023-cü il tarixli 0-H-2023-0101 saylı məktubla sığorta ödənişi verilməsindən imtina edilmişdir. Qeyd edilənlərdən əlavə isə, iddiaçı 10 aprel 2023-cü il tarixində cavabdehə müraciət edərək 22 dekabr 2022-ci il tarixdən sığorta Müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsasında Müqaviləyə 22 dekabr 2022-ci il tarixdən xitam verilərək 3034.35 AZN sığorta haqqı iddiaçıya qaytarılmışdır. Bu zaman isə, sığorta şirkəti hətta qanunvericiliklə müstəsna hal kimi tutulmalı olan inzibati xərcləri tutmamış, bütünlükdə 3034.35 AZN sığorta haqqı iddiaçıya qaytarmışdır. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəmişdir ki, əgər kredit müqaviləsi üzrə borc sıfıra bərabər olmasa və sığorta şirkəti tərəfindən iddiaçıya 1500 AZN sığorta ödənişi edilsə, bu birbaşa müqaviləyə xitam verilən zaman qaytarılan sığorta haqqının məbləğinin hesablanmasına, nəticədə məbləğə təsir edir. Belə ki, iddiaçıya sığorta ödənişi 1500 AZN verildiyi halda, sığortaçının xitam zamanı qaytarmalı olduğu məbləğ 1534.35 AZN sığorta ödənişi verilmədiyi halda qaytarmalı olduğu məbləğ 3034.35 AZN təşkil edir. Bir sözlə, hər iki halda da, iddiaçıya Müqavilə üzrə cəm olaraq 3034.35 AZN pul vəsaiti ödənilməli idi. Nəticədə isə, iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqları da təsdiq edir ki, sığortaçı iddiaçıya müqavilə üzrə cəm olaraq 3034,35 AZN pul vəsaiti ödənilmiş, öhdəlik tam icra edilmiş, müqaviləyə xitam verilmişdir. Daha sonra etiraza dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, 03 aprel 2024-cü il tarixli arayış əsasında, MAP-197523 saylı Sığorta müqaviləsi üzrə iddiaçıya ödənilmiş məbləğlər və onların hesablanma qaydası dəqiqləşdirildiyindən Cavabdeh Sığorta Şirkəti tərəfindən verilmiş Etiraza dəqiqləşdirmə verilməsi zərurəti vardır. Belə ki, 03 aprel 2024-cü il tarixli arayışda qeyd olunur ki, Sığorta Müqaviləsi üzrə aylıq sığorta haqqı 275.85 AZN, ilkin ödəniləcək sığorta haqqı 3310.20 AZN razılaşdırılmışdır. Bu zaman ilkin ödəniləcək sığorta haqqına 275.85 AZN birinci ayın sığorta haqqı, 3034.35 AZN isə Müqavilə üzrə 01 noyabr 2039-21 noyabr 2040-cı illər üçün əvvəlcədən alınmış sığorta haqqı daxildir. Müqaviləyə 22 dekabr 2022-ci il tarixdən xitam verilmiş, 01 noyabr 2039-21 noyabr 2040-cı illər üçün əvvəlcədən alınmış 3034.35 AZN sığorta haqqından 2117.82 AZN iddiaçının ödəməli olduğu sığorta haqqı çıxılmış, 916.53 AZN iddiaçıya ödənilmişdir. Belə ki, iddiaçı sığorta müqaviləsi üzrə müvafiq aylarda xitam tarixinədək, yəni cəmi 7 ay və 21 gün üzrə ödəməli olduğu sığorta haqqlarını ödəməmiş, nəticədə həmin müddətlər üzrə sığorta haqqı iddiaçının əvvəldən ödəmiş olduğu sığorta haqqı olan 3034.35 AZN-dən çıxılmışdır. Hesablama zamanı 7 ay üzrə ödənilməli olan sığorta haqqı məbləği 275.85*7=1930.95 AZN; 21 gün üçün isə 275.85/31*21=186.87 AZN (burada 31 -dekabr ayı üçün ümumi günlərin sayı, 21 - dekabr ayında xitam tarixinə gədər günlərin sayı) müəyyən edilmiş, cəmi 1930.95+186.87=2117.82 AZN Müqavilə üzrə sığortalının ödənilməli olduğu sığorta haqqı hesablanmışdır. Nəticədə, 3034.35 AZN iddiaçının əvvəldən ödəmiş olduğu sığorta haqqından 2117.82 AZN iddiaçının ödəməli olduğu sığorta haqqı çıxılmış, 916.53 AZN iddiaçıya ödənilmişdir. Daha sonra isə, iddiaçının müraciətlərini nəzərə olaraq müstəsna hal kimi sığorta şirkəti iddiaçının ödəməli olduğu 2117.82 AZN sığorta haqqını ona güzəşt etmiş, nəticədə 916.53 AZN-dən əlavə, 2117.82 AZN-ni də ona ödəmiş, bir sözlə isə, əvvəlcədən alınmış 3034.35 AZN sığorta haqqı iddiaçıya tam ödənilmişdir. Arayışda, həmçinin o da qeyd olunur ki, əgər kredit müqaviləsi üzrə borc sıfıra bərabər olmasa və sığorta şirkəti tərəfindən iddiaçıya 1500 AZN sığorta ödənişi edilsə, cəmi 2416.53 AZN (916.53 AZN və 1500 AZN birgə) iddiaçıya ödənilməlidi idi. Bir sözlə, 03 aprel 2024-cü il tarixli Arayışa əsasən onu deyə bilər ki, sığorta şirkəti tərəfindən iddiaçıya Müqaviləyə xitam verilən zaman 916.53 AZN ödənilməli olduğu halda, daha çox, yəni 3034.35 AZN (2117.82 AZN sığorta haqqı iddiaçıya güzəşt edilmişdir) ödənilmişdir. Həmçinin əgər iddiaçıya sığorta ödənişi 1500 AZN verilsəydi, cəmi 2416.53 AZN (916.53 və 1500 AZN birgə ) iddiaçıya ödənilməlidi idi. Odur ki, bütün hallarda sığorta şirkəti iddiaçıya artıq məbləğdə pul məbləği ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbin etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin əməliyyat departamenti tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X6 ünvanlanan məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli 297İK-SAB/2019 saylı ipoteka müqaviləsi əsasında müvafiq dövlət strukturu tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş ********** qeydiyyat №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ipoteka predmeti qismində çıxış edən, reyestr nömrəsi **********30-10301 olan ünvan 1 ünvanda yerləşən əmlak ipoteka saxlayana ipoteka qoyulmuş və dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq, bankın yuxarıda qeyd olunan ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmış və həmin hüququn həyata keçirilməsi üçün müvafiq bildiriş xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatının ləğv edilməsi barədə tərəflər qarşılıqlı razılığa gəldiyindən, xx.xx.2022-ci il tarixli 22-11573/22 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin əməliyyat departamenti tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X6 ünvanlanan məktubdan görünür ki, ipotekanın təmin etdiyi xx.xx.2019-cu il tarixli 297İK-SAB/2019 saylı kredit müqaviləsi üzrə bank qarşısında hər hansı öhdəlik qalmadığından, ipoteka kağızına xitam verilmiş və ipoteka kağızının dövlət qeydiyyatının ləğv edilməsi üçün xx.xx.2022-ci il tarixli 31-23588/2022 saylı müraciət məktubu ünvanlanmışdır. Odur ki, notariat kontorunun reyestrrində 4Ə-17 nömrə ilə qeydə alınmış, alqı-satqı və ipoteka müqaviləsi əsasında qeydiyyata alınmış ipotekanın dövlət qeydiyyatının ləğv etməsini imtina olunarsa bu barədə onlara rəsmi məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Səbail filialı tərəfindən Cavabdeh Sığorta Şirkətinin İdarə Heyətinə xx.xx.2022-ci il tarixdə ünvanlanan məktubdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli 297İK-SAB/2019 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 137982.3 manat məbləğində ümumi borc məbləği mövcuddur. Qeyd olunanları nəzərə alaraq müştəriyə sığorta təminatı ilə əlaqədar köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş arayışa əsasən İddiaçı xx.xx.2019-cu il tarixli 297İK-SAB/2019 saylı kredit müqaviləsi üzrə heç bir öhdəliyi yoxdur. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı fiziki şəxslərə təqdim edilən kredit müqaviləsi üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydalarının 4.4-cü maddəsində qeyd olunan sığorta riskləri üzrə sığortalanmışdır. Sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 144 000 manat təşkil edir. Növbəti aylar üçün ipoteka kredit müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilir. İlkin ödəniləcək sığorta haqqı və ödəniş tarixi 3310.2 manat-xx.xx.2019-cu il. Növbəti dövrlər üzrə sığorta haqqı 275.85 manat. Növbəti dövrlər üzrə ödəniləcək sığorta haqlarının ödəniş tarixi xx.xx.2019-cu il-xx.xx.2039-cu il. Sonuncu sığorta haqqı 275.85 manat. Ölüm halında sığorta məbləğinin 100 faizi sığorta ödənişi verilir. Sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirilməsi ilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması halında İ qrup əlillik üzrə sığorta məbləğinin 80 faizi, İİ qrup əlillik üzrə sığorta məbləğinin 60 faizi, İİİ qrup əlillik halında maksimum 1500 manat olmaqla sığorta məbləğinin 30 faizi sığorta ödənişi verilir. Sığorta olunanın xidməti vəzifəsinin icrası ilə bağlı hərbi əməliyyatlar, manevrlər və ya digər hərbi tədbirlər nəticəsində baş vermiş sığorta hadisəsinə (əmək qabiliyyətinin davamlı olaraq tam və ya qismən itirilməsi və ya ölümü) təminat verilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 071 saylı h/h tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, polkovnikleytenant İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan minaatan mərmisi partlayışı zamanı xəsarət almışdır. İş materiallarından görünür ki, İddiaçı üçüncü dərəcəli əlillik verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında İddiaçı fiziki şəxslərə təqdim edilən kredit müqaviləsi üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmasına dair müqavilə bağlanmışdır. Hazırda iddiaçı üçüncü qrup əlil olduğu üçün müqavilə üzrə şərtləndikləri kimi sığorta məbləğinin 30 faizini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya sığorta tələbini ünvanladığı halda sığorta ödənişi həyata keçirilir. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Sığorta Şirkəti ASC-dən 1500 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə işə baxılarkən çəkilən xərclərin tutulmasına dair aşağıdakıları qeyd edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər- iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, dövlət rüsumu, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Cavabdeh Sığorta Şirkəti ASC-dən 35 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən 1500 manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən 35 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar