Məhkəmə qərarları › İş №2(006)-1846/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1846/2024

29.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1846/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı Qulı̇ yev Hı̇ kmət Nurəddı̇ n oğlu, cavabdeh "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Qulı̇ yev Hı̇ kmət Nurəddı̇ n oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Qulı̇ yev Hı̇ kmət Nurəddı̇ n oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncüşəxs qismində cəlb edilməklə cavabdeh "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə ADY-yə işə qəbul olunmuşdur. Bir müddət QSC-də müxtəl vəzifələrdə çalışmışdır. 05 iyul 2023-cü il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. İşdən azad olunan zaman cavabdeh tərəfindən ona ödənilməli olan son haqq-hesab qanunvericiliyin tələblərinə zidd olaraq tam ödənilməmişdir. Belə ki, həmin müəssisədə çalışdığı 3 il 8 ay ərzində məzuniyyət günləri daxil olmaqla əmək haqqını iki hissədən ibarət olaraq almış - əmək müqaviləsinə müvafiq olan vəzifə maaşı və mükafat (qeyd edilən mükafat əmək müqaviləsində əks edilməsə də, birdəfəlik xarakter daşımayıb və işlədiyi dövr ərzində hər ay ödənilib). Son on iki ay ərzində orta aylıq əmək haqqı qanunvericiliyin tələblərinə uyğun olaraq vergi və DSMF-yə ödənişlər çıxılmadan qabaq 4384 manat təşkil edib (orta əmək haqqı haqqında arayış əlavə edilir). Bildirir ki, işdən azad olunan zaman istifadə olunmamış məzuniyyət günlərinin sayının 74.6 gün olduğunu nəzərə alaraq son haqq-hesab məbləği iyul ayında işdə olduğu 3 gün də nəzərə alınmaqla vergi və sosial tutulmalardan sonra 7801 manat olmalı olduğu halda, cəmi 4072 manat məbləğ hesabına köçürülmüş, nəticədə cavabdeh tərəfindən ona ödənilməli olan, lakin ödənilməmiş məbləğ 3729 manat təşkil etmişdir (bank çıxarışı əlavə edilir). Bildirir ki, cavabdeh tərəfindən ona mükafat şəklində ödənilən məbləğ daimi xarakterli və əməkhaqqı sisteminə daxil olmaqla hər ay əmək haqqı ilə birlikdə və əmək haqqının tərkibinə daxil olmaqla ödənilmişdir. İşlədiyi müddət ərzində hər ay əmək haqqının tərkibində ona ödənilən mükafatın işdən azad olunan zaman son haqq-hesab ödənilərkən nəzərə alınmaması cavabdeh tərəfindən qanunvericiliyin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, qanunvericiliyin tələbinə uyğun olaraq işçiyə ödənilməli olan əmək haqqı məbləği düzgün hesablanmadığı təqdirdə gecikdirilmiş hər gün üçün gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməlidir. İddiaçıya ödənilməli olan son haqq-hesabın düzgün hesablanıb ödənilməsini tələb etməyinə baxmayaraq cavabdeh bu tələbə əhəmiyyət verməmişdir. Hesab edir ki, iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə cavabdeh Azərbaycan Dəmir Yollar QSC ödənişin hər gecikdirilmiş gün üşün iddiaçıya 8388 manat məbləğində ödənc verilməlidir. Cavabdeh tərəfindən iddiaçıya hər ay ödənilən mükafat əmək haqqına həvəsləndirici xarakter daşıyan daimi əlavə hesab olunduğundan işdən azad olunan zaman istifadə olunmamış 74 gün məzuniyyətinə görə ona ödənilməli olan məbləğ hesablanarkən əmək haqqına daxil olan mükafat qismində həvəsləndirici xarakter daşıyan əlavələr də nəzərə alınmalı idi. Mübahisənin həlli istiqamətində tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə baxılması üçün müraciət edilmişdir. Cavabdeh Azərbaycan Dəmir Yolları QSC-nin sorğulanan məlumatları tam təqdim etmədiyindən son haqq hesabın düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə ödənilməmiş əmək haqqı vergi və sosial yığımlar çıxıldıqdan sonra ümumilikdə 3708 manat məbləğində olan borc və ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq -06 iyul 2023-cü il tarixdən faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin cavabdeh Azərbaycan Dəmir Yolları QSC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) qarşı “son haqq-hesabın tam ödənilməməsi və ödənişin gecikdirilmiş hər günü üçün ödəncin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə ödənilməmiş əmək haqqı vergi və sosial yığımlar çıxıldıqdan sonra ümumilikdə 3708 manat məbləğində olan borc və ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayara-06 iyul 2023-ci il tarixdən faktiki hesablaşma günü də olmaqla hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin cavabdeh ADY-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə ADY-yə işə qəbul olunmuşdur. Bir müddət QSC-də müxtəl vəzifələrdə çalışmışdır. 05 iyul 2023-cü il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. İşdən azad olunan zaman cavabdeh tərəfindən ona ödənilməli olan son haqq-hesab qanunvericiliyin tələblərinə zidd olaraq tam ödənilməmişdir. Belə ki, həmin müəssisədə çalışdığı 3 il 8 ay ərzində məzuniyyət günləri daxil olmaqla əmək haqqını iki hissədən ibarət olaraq almış - əmək müqaviləsinə müvafiq olan vəzifə maaşı və mükafat (qeyd edilən mükafat əmək müqaviləsində əks edilməsə də, birdəfəlik xarakter daşımayıb və işlədiyi dövr ərzində hər ay ödənilib). Son on iki ay ərzində orta aylıq əmək haqqı qanunvericiliyin tələblərinə uyğun olaraq vergi və DSMF-yə ödənişlər çıxılmadan qabaq 4384 manat təşkil edib (orta əmək haqqı haqqında arayış əlavə edilir). Bildirir ki, işdən azad olunan zaman istifadə olunmamış məzuniyyət günlərinin sayının 74.6 gün olduğunu nəzərə alaraq son haqqhesab məbləği iyul ayında işdə olduğu 3 gün də nəzərə alınmaqla vergi və sosial tutulmalardan sonra 7801 manat olmalı olduğu halda, cəmi 4072 manat məbləğ hesabına köçürülmüş, nəticədə cavabdeh tərəfindən ona ödənilməli olan lakin ödənilməmiş məbləğ 3729 manat təşkil etmişdir (bank çıxarışı əlavə edilir). Bildirir ki, iddianı qəbul etmirlər və hesab edirlər ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində əmək haqqının iki hissədən - əmək müqaviləsinə müvafiq olan vəzifə maaşı və mükafatdan ibarət olduğunu bildirmişdir. Bununla bağlı bildirirlər ki, iddiaçı ilə ADY arasında bağlanmış əmək müqaviləsində onun əmək haqqı qeyd olunmuş, iddiaçının qeyd etdiyi mükafat məbləği onun əmək müqaviləsində öz əksini tapmamışdır. Məlumat üçün bildirirlər ki, iddiaçının əmək haqqı kimi qeyd etdiyi mükafat məbləği hər ayın yekunları üzrə əmək funksiyalarının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqlənən işçilərə mükafat şəkilində verilir. Göründüyü kimi, əmək haqqına əlavə olaraq verilən məbləğ işçinin əmək haqqısı kimi deyil, yalnız mükafat şəkilində işçiyə verilir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı son haqq-hesab hesablanarkən ona ödənilmiş mükafat məbləği birdəfəlik xarakter daşıdığından son haqq-hesabın hesablanmasında həmin məbləğ düzgün olaraq nəzərə alınmamışdır. Göstərilənlərə əsasən hesab edirlər ki, İddiaçı son haqq-hesab hesablanarkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Qeyd olunanlara əsasən, İddiaçı cavabdeh ADY-yə qarşı “son haqq-hesabın tam ödənilməməsi və ödənişin gecikdirilmiş hər günü üçün ödəncin verilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçı Qulı̇ yev Hı̇ kmət Nurəddı̇ n oğlu iddia tələbini və iddia ərizəsində qeyd edilən xüsusatları müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, qarşı tərəf mükafatın birdəfəlik ödəmə olduğunu və məzuniyyət haqqı hesablanarkən onu nəzərə alınmadığına istinad etsə də, ona işdən çıxarkən son haqq-hesab zamanı 74 günlük məzuniyyət gününün 18 günü üçün mükafat daxil olunmaqla ödəniş etmişdir. O, əmək fəaliyyətinin son gününə kimi daimi olaraq mükafat almışdır. Hesab edir ki, bu birdəfəlik xarakter daşıyan ödəmə kimi hesab edilə bilməz. AR Nazirlər Kabinetinin 37 saylı qərarında qeyd edilir ki, birdəfəlik xarakter daşımayan mükafatlar orta əmək haqqı hesablanarkən nəzərə alınmalıdır. Onu da nəzərə çatdırmışdır ki, o, vəzifə maaşı və mükafat xaricində əlavə olaraq iki dəfə əlavə mükafat almışdır ki, onlar birdəfəlik xarakter daşıdığına görə orta əmək haqqının hesablanması zamanı onların nəzərə alınmasını iddia etmir. Lakin daimi aldığı mükafatlar birdəfəlik xarakter daşımamışdır. Əlavə olaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixdə “Paşa Həyat” Sığorat şirkəti, cavabdeh və onun arasında üçtərəfli müqavilə bağlanılıb. Həmin müqavilədə onun əmək haqqının müəyyən hissəsinə sığorta haqqının yönəldilməsi nəzərdə tutulmuşdur ki, orada bu məbləğ 2240 manat qeyd edilmişdir. Lakin həmin vaxt onun vəzifə maaşı isə 1100 manat təşkil etmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, cavabeh tərəf ona ödədiyi mükafatın daimi xarakter daşımasını və onun sığorta ödənişinə cəlb edilməsini faktiki olaraq qəbul etmişdir.

5. Məhkəmə iclasında cavabdeh "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək və tərəflərindən verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, qeyd etmişdir ki, iddiaçı öz ərizəsi əsasında işdən azad olunmuşdur. İddiaçı ilə onların arasında heç bir narazılıq, ona qarşı tərəflərindən heç bir qərəzli mövqe olmamışdır. Qeyd edir ki, iddiaçının əmək fəaliyyətinin qiymətləndirilməsi nəticəsində ona mükafatlar ödənilmişdir. Lakin həmin mükafatlar birdəfəlik xarakter daşımışdır. Belə ki, əgər işçi öz əmək fəaliyyətini lazımi qaydada icra edirsə, ona mükafat verilir, lakin bu belə deyilsə, ona mükafat verilməsi dayandırılır. Bununla bağlı hər ay idrə heyətinin iclası keçirilir, protokol tərtib olunur və qərar qəbul olunur. Həmçinin, mükafatla bağlı onunla aralarında bağlanmış əmək müqaviləsində də, kollektiv müqavilədə də heç bir bənd nəzərdə tutulmamışdır. Bundan başqa, AR Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilir ki, məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanarkən birdəfəlik xarakter daşıyan ödəmələr nəzərə alınmır. Ona görə də hesab edirlər ki, tərəflərindən heç bir hüquq pozuntusuna yol verilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Qulı̇ yev Hı̇ kmət Nurəddı̇ n oğlu xx.xx.2019-cu il tarixdə cavabdeh "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ ndə işə başlamış, 05 iyul 2023-cü il tarixdə isə öz ərizəsi ilə işdən azad olunmuşdur. İşlədiyi müddət ərzində iddiaçıya cavabdeh tərəfindən əmək haqqından əvvək mükafatlar verilmişdir. Hazırda iddiaçı işdən azad olunarkən cavabdeh tərəfindən ona ödənilməli olan son haqq-hesabın tam ödənilmədiyini iddia edərək, hazırda istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə ödənilməmiş əmək haqqı vergi və sosial yığımlar çıxıldıqdan sonra ümumilikdə 3708 manat məbləğində olan borc və ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq-06 iyul 2023-cü il tarixdən faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin cavabdeh "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ ndən tutularaq ona ödənilməsini tələb edir.

b) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Qulı̇ yev Hı̇ kmət Nurəddı̇ n oğlu xx.xx.2019-cu il tarixdə "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin Yükdaşımaları Departamentinin Resursların və maya dəyərinin planlaşdırılması şöbəsinin rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinə böyük mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir.

10. Mülki işin materiallarında olan ABB-dən bank çıxarışlarından görünür ki, iddiaçıya 2023-cü ilin iyul ayı üçün məzuniyyət pulu ödənilərkən ona verilən mükafat məbləği nəzərə alınmamışdır.

11. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, 350 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, mükafatların verilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır.

12. Mülki işin materiallarında olan X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-Q- 34927/23 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin araşdırılması məqsədilə "xxxx" QSC-nin ünvanına 3-17-5/2-28746/2023 saylı xx.xx.2023-cü il tarixli (SS658850268AZ) məktubla müraciət olunaraq iddiaçıya aid olan sənədlərin, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilmesi tələb oİunmuş, məktub xx.xx.2023-cü il tarixində müəssisəyə çatdırılsa da, lakin tələb olunan sənədlər tam təqdim edilməmişdir. Araşdırma zamanı "xxxx" QSC tərəfindən təqdim oİunmuş sənədlərdən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən iddiaçı ilə "xxxx" QSC-nin vəzifəli şəxsi arasında xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cu il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsaslanmaqla öz xahişi ilə xitam verildiyi məlum oİmuşdur. Eyni zamanda "xxxx" QSC tərəfindən təqdim olunmuş əmək müqaviləsində iddiaçının əmək haqqı məbləği 544.50 manat (beş yüz qirx dörd manat 50 qəpik) müəyyən edilsə də, əmək haqqı məbləğinə hər hansı əlavə və ya mükafatın müəyyən edilmədiyi məlum olmuşdur. Həmçinin, "xxxx" QSC tərəfindən son haqq-hesabın hesablanmasına və ödənilməsinə dair sənədlər təqdim olunmadığına görə son haqq-hesabın qanunvericiliyin tələblərinə uyğun hesablanıb ödənilməsinə münasibət bildirmək mümkün olmamışdır.

13. Mülki işin materiallarında olan X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-Q- 45865/23 nömrəli məktubundan görünür ki, iddiaçı müraciəti ilə əlaqədar Xidmətin Bakı şəhər İdarəsinə dəvət olunmuş və xx.xx.2023-cü il tarixində saat 15:00-da Xidmətin Bakı şəhər İdarəsinin rəhbər şəxsinin qəbulunda olmuşdur. iddiaçının müraciətinin araşdırılması məqsədilə "xxxx" QSC-nin ünvanına 3-17-5/2-Q-39119/3/2023 sayli xx.xx.2023-cu il tarixli (8S872003119AZ) məktubla müraciət olunaraq iddiaçıya aid olan sənədlərin, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilmesi tələb oİunmuş, məktub xx.xx.2023-cü il tarixində müəssisəyə çatdırılsa da, lakin tələb olunan sənədlər tam təqdim edilməmişdir. Həmçinin, iddiaçı rəhbər şəxsin qəbulunda olarkən ona ödənilən mükafatların birdəfəlik deyil, daimi xarakter daşıdığını və və hər ay ödənildiyini bildirmişdir. Bu səbəbdən də iddiaçıya hər ay ödənilən mükafatlarla bağlı əmrlərin surətinin təqdim olunması üçün "xxxx" QSC-nin ünvanına 3-17-5/2-Q-42277/4/2023 sayli xx.xx.2023-cu ii tarixli (SS872485169AZ) məktubla müraciət olunaraq iddiaçıya aid olan sənədlərin, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilmesi tələb oİunmuş, məktub xx.xx.2023-cü il tarixində müəssisəyə çatdırılsa da, lakin tələb olunan sənədlər tam təqdim edilməmişdir. Araşdırma zamanı "xxxx" QSC tərəfindən təqdim oİunmuş sənədlərdən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən iddiaçı ilə "xxxx" QSC-nin rəhbəri arasında xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək bağlanmış müddətli (4 il 1 gün) əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsaslanmaqla öz xahişi ilə xitam verildiyi sistemə daxil edilmiş elektron əmək müqaviləsində böyük mütəxəssis vəzifəsi üzrə tarif haqqının 1142 AZN məbləğində müəyyən edildiyi məlum olmuşdur. İddiaçının təqdim etdiyi bank hesabından çıxarışdan görünür ki, iddiaçının hesabına xx.xx.2023-cü il tarixində təyinatı son haqq-hesab olmaqla 2550,74 AZN vəsaitin, xx.xx.2023-cü il tarixində isə təyinatı iyul mükafat olmaqla 1522,11 AZN vəsaitin köçürüldüyü məlum olmuşdur. Həmçinin, "xxxx" QSC tərəfindən son haqqhesabın hesablanması cədvəli və hər ay ödənilən mükafatlarla bağlı əmrlər təqdim edilmədiyindən son haqq-hesabın əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqı məbləğinə uyğun hesablanıb-hesablanmamasını müəyyən etmək mümkün olmamışdır.

14. Mülki işin materiallarında olan Bakı 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli arayışınından görünür ki, cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

15. Mülki işin materiallarında olan “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrin surətindən görünür ki, Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinin böyük mütəxəssisi İddiaçı öz ərizəsi ilə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ləğv edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə müvafiq olaraq əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

17. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

18. Həmin Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı dedikdə, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu nəzərdə tutulur.

19. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

20. Eyni Məcəllənin 158-ci maddəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir.

21. Qeyd edilən qanunvericilik normalarına istinadən məhkəmə hesab edir ki, mükafat, bir qayda olaraq, işçinin tutduğu vəzifənin iyerarxiyası (rəhbər işçi olması səbəbi ilə) və fərdi keyfiyyətləri ilə bağlı ödənilmir. Mükafatın ödənilməsi bilavasitə işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmaqla onun əməyinin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə və maddi marağının artırılması məqsədilə həyata keçirilir.

22. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, bank çıxarışlarından da göründüyü kimi iddiaçı 2023-cü ilin iyul ayında əmək məzuniyyətinə çıxarkən ona ödənilən məzuniyyət pulunun daxilində ona ödənildiyini iddia etdiyi mükafat məbləği nəzərə alınmamış və bunu məhkəmə iclası zamanı hər iki tərəfdə etiraf etmişdir.

23. Həmçinin, məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən işçiyə əmək haqqından əlavə aylıq və ya illik mükafatın ödənilməsi əmək müqaviləsi və ya digər sənədlə rəsmiləşdirilməlidir. Lakin iddiaçının qeyd etdiyi mükafat məbləği onun əmək müqaviləsində öz əksini tapmamışdır. Həmçinin, iddiaçının iddia etdiyi daimi mükafatların verilməsini təsdiqləyən sənəd iş materiallarına əlavə olunmamışdır. Bundan əlavə isə işçi əvvəllər əmək məzuniyyətinə çıxarkən ona məzuniyyət haqqı ödənilərkən mükafatın nəzərə alınmaması, iddiaçının həmin müddət ərzindədə bununla bağlı işəgötürənə qarşı hər hansı pretenziya irəli sürmədiyini nəzərə alanda belə qənaətə gəlinir ki, qeyd edilən mükafatların birdəfəlik xarakter daşıdığını bir daha təsdiq edir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin siyahısına əsasən birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri nəzərə alınmayan ödənişlərdir.

25. Nəzərə alınmayan ödənişlərdə isə birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla) qeyd edilmişdir. Həmçinin həmin qərarda nəzərə alınan ödənişlərdə belə bir bənd qeyd edilmişmüəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar **, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar . (** Müəssisə, idarə və təşkilatlarda normativ hüquqi aktlarda, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat, xidmət illərinə görə mükafat və əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar digər mükafatlar əməyin ödənilməsi sistemləri ilə nəzərdə tutulmuş mükafatlar sayılır.) . Qeyd edilən bənddən də müəyyən edildir ki, daimi xarakter daşıması üçün bu hər hansı normativ hüquqi aktla, kollektiv müqavilələrlə, əmək müqaviləsi ilə rəsmiləşməli idi. Lakin mülki işin materiallarına əsasən belə bir rəsmiləşmə həyata keçirilməmiş, iddiaçı isə bunun əksini rəsmi sənədlərlə deyil yalnız öz yanaşmasına istinad etmişdir.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın" 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Nəzərə almaq lazımdır ki, hazırki mübahisə predmeti olan iddiaçının əmək münasibətləri üzrə mükafat almaq barədə "qanuni gözlənti”si (legitimate expectation) bütün hallarda mükafatın verilməsi vəzifəsinin əmək qanunvericiliyində cavabdehin vəzifəsi qismində təsbit edildiyi halda əsaslı ola bilər. Eyni zamanda, əmək müqaviləsinin iddiaçı tərəfindən mübahisələndirilmədiyi nəzərə alınmaqla vurğulanmalıdır ki, əmək müqaviləsinin imzaladığı tarixdən orada mükafatın verilməsinin nəzərdə tutulmamasının ona məlum olması buna dair formalaşa biləcək “qanuni gözlənti” ilə yanaşı “hüquqi gözlənti” ni də aradan qaldırır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iddaçı ilə bağlanmış əmək müqaviləsində mükafatın verilməsi nəzərdə tutulmadığından, bununla bağlı tərəflər arasında əlavə razılaşma olmadığından, habelə bununla bağlı hər hansı kollektiv saziş məhkəməyə təqdim edilmədiyindən cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyi yaranmır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hər bir işçisinə hər ay mükafat kimi sabit məbləğin ödənilməsinin bu ödənişlərin fərdi xarakter deyil, faktiki olaraq əmək haqqına əlavə kimi kütləvi şəkildə həyata keçirilməsi hissəsində bildirir ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 5-ci hissəsi ilə əmək haqqına əlavənin anlayışı təsbit edilmişdir. Həmin normaya əsasən əmək haqqına əlavə dedikdə, əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənc nəzərdə tutulur. İddiaçının tutduğu vəzifə əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərə aid olmadığından, habelə gördüyü işinin xarakteri Əmək Məcəlləsinin 160-163-cü və 166-cı maddələri ilə təsbit edilən hallar ilə bağlı olmadığından hazırki mübahisənin predmeti ilə əlaqələndirilə bilməz. Hazırki mübahisənin xüsusiyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinin predmetinə aid edilir. Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri tərəflərin hüquq bərabərliyi prinsipi əsasında nizama salınır. Sözügedən fərdi əmək mübahisəsi zəminində iddiaçı ona “mükafatın verilməsinin” qanuni və ya hüquqi zəruriliyinə əsaslandığı fakt və halları sübut edə bilməmişdir

27. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4- cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

28. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

29. Bu halda məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı düzgün hesablanmayan pul tələbinə dair iddiası təmin edilmədiyindən, iddia digər hissədə yəni “hər gecikdirilmiş gün üçün ödəncin verilməsi” hissəsində prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan iddiası bu hissədə də təmin edilə bilməz. 30 Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Qulı̇ yev Hı̇ kmət Nurəddı̇ n oğlunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə” dair iddiası rədd edilməlidir.

31. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Qulı̇ yev Hı̇ kmət Nurəddı̇ n oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "Azərbaycan Dəmı̇ r Yolları" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar