Məhkəmə qərarları › İş №2(006)-1856/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1856/2021

18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1856/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "əmlak tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "əmlak tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 3339 saylı rəsmi nikahları qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından övladları yoxdur. İddiaçı hazırda cavabdehlə faktiki olaraq ayrılmış və qeydiyyatda olduğu ata evində yaşayır. Artıq tərəflərin bir ailə kimi bir yerdə yaşamaqları qeyri-mümkündür. Ailə münasibətləri tamamilə pozulduğu üçün iddiaçı nikahın pozulması tələbinə dair Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş hazırda məhkəmə icraatındadır. Tərəflər ailəli olduqları müddətdə cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamışlar. Həmin ev digər cavabdeh olan Cavabdeh2 Ağasəlim qızına məxsusdur. Cavabdeh2 iddiaçının keçmiş qayınanasıdır. Yəni iddiaçı həmin evə gəlin köçmüş və onun bütün cehiz əmlakları həmin mənzilə yerləşdirilmişdir. İddiaçı cavabdehlə ilk əvvəl ayrılan zaman aralarında heç bir mübahisə olmamışdır. Belə ki, cavabdeh iddiaçını ata evinə gətirmiş və ailə üzvlərinin ad günü olduğu üçün ad gününü qeyd etdikdən sonra bir -iki gün qonaq kimi ata evində qalıb, keçmiş əri onu yaşadıqları evə aparmalı idi. Cavabdehin niyyəti isə başqa imiş. İddiaçını ata evinə birdəfəlik gətiribmiş. İddiaçıya məxsus cehiz əmlakları və ona toyunda hədiyyə alınmış qızıl-zinət əşyaları da cavabdehlə birlikdə yaşadığı evdə qalmışdır. Cavabdeh də iddiaçıya atdığı səs yazılarında qızılzinət əşyalarının onlarda qaldığını etiraf etmişdir. Cavabdeh iddiaçıya toyunda alınmış qızıl-zinət əşyalarını və cehiz əmlaklarını ona vermək niyyətində deyil. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsində yerləşən 1 saylı evdə olan 01 ədəd 5 qram üzük - 450 manat, sırğa 10 qram - 850 manat, boyunbağı 12 qram - 1000 manat, qolbaq - 650 manat, üzük (başqa formada) 5 qram - 450 manat, üzük (həri üzüyü) - 6 qram - 500 manat dəyərində olmaqla, cəmi 3 900 manat dəyərində qızıl-zinət əşyaları, cehiz əmlakları- mebel dəsti (taxt, tumba 02 ədəd, şkaf, termo, qab- qacaq yığan servant, stol və 06 ədəd stul, televizor altı, kamot, 02 ədəd yorğan və 01 ədəd döşək) - 4 000 manat dəyərində, 1 ədəd böyük və 02 ədəd balaca bagema vaza - 100 manat dəyərində, madonna çaynı servis (06 ədəd fincan, 06 ədəd nəlbəki, 06 ədəd balaca razetka, 06 ədəd boşqab, 01 ədəd bulud qab, 01 ədəd çaynik, 01 ədəd balaca çaynik, 01 ədəd şəkər qabı) - 400 manat dəyərində, bagema dolça və 06 ədəd bakalı - 250 manat dəyərində, sadə bagema dolça və 06 ədəd bakalı - 80 manat dəyərində, 6 ədəd bagema bakal - 50 manat dəyərində, bagema qrafin və 06 ədəd stəkanı ilə birlikdə - 100 manat dəyərində, 03 ədəd suvenir- 70 manat dəyərində, 01 ədəd böyük çaynik - 20 manat dəyərində, 01 ədəd balaca çaynik - 15 manat dəyərində, 01 ədəd sadə qənd qabı - 25 manat dəyərində, xrustal böyük ölçülü meyvə və balaca ölçülü meyvə qabı, 01 ədəd lotka formalı qab, 01 ədəd böyük və 02 ədəd balaca külqabı - 300 manat dəyərində, 01 ədəd bulud və 06 ədəd boşqab - 40 manat dəyərində, 6 ədəd sadə mürəbbə qabı -20 manat dəyərində, kababqabı şüşə - 15 manat dəyərində, 02 ədəd ləbləbi qabı - 30 manat dəyərində, 02 ədəd böyük ölçülü və 02 ədəd balaca ölçülü bulud formalı qablar, 01 ədəd sadə su qrafini, 06 ədəd bakalı - 120 manat dəyərində, 01 ədəd sini meyvə qabı - 30 manat dəyərində, 01ədəd saxsı bulud - 20 manat dəyərində, 6 ədəd dondurma qabı - 35 manat dəyərində, çini kofe servisi (06 ədəd fincan, 06 ədəd nəlbəki, 01 ədəd çaynik) - 150 manat dəyərində, mətbəx naboru -02 ədəd baq - 15 manat dəyərində, 02 ədəd padnos dəsti - 25 manat dəyərində, 01 ədəd balaca padnos - 10 manat dəyərində, şirəçəkən maşın - 150 manat dəyərində, mikser - 30 manat dəyərində, 01 ədəd süfrə - 40 manat dəyərində, 03 ədəd çüyün qazan dəsti - 70 manat dəyərində, 04 ədəd fərqli ölçüdə çüyün qazan dəsti - 90 manat dəyərində, 01 ədəd safran xalça və 02 ədəd balaca ölçülü xalça (yataq otağında) 300 manat dəyərində, 01ədəd tək xalça - 150 manat dəyərində, 01 ədəd böyük ölçülü çüyün tas - 30 manat dəyərində, 02 ədəd pərdə - 200 manat dəyərində, yataq otağına qurulmuş çilçıraq - 90 manat dəyərində, qonaq otağı üçün qurulmuş çilçıraq - 120 manat dəyərində, 01 ədəd gecə lampası - 60 manat dəyərində olmaqla, cəmi 7 190 manat, iddiaçıya aid geyimləri- sarı rəngli palto - 170 manat dəyərində, qara rəngli çəkmə - 65 manat dəyərində, əl çantası - 50 manat dəyərində (cəmi 285 manat dəyərində) cehiz əşyalarının, əşyalar aşkar edilməzsə, onların ümumi dəyəri 11405 manat pul məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağasəlim qızından iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, 2(006)- 1856/2021 saylı icra sənədi icra olunarkən ünvan 1 ünvanında icra sənədində qeyd olunan əşyalardan – qızıl-zinət əşyaları (cəmi 3900 manat), 1 ədəd çüyün tas (dəyəri 30 manat), 1 ədəd sarı rəngli palto (dəyəri 170 manat), 1 qara rəngli çəkmə (dəyəri 65 manat), 1 ədəd əl çantası (dəyəri 50 manat) aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər birgə nikaha daxil olaraq ailə qurmuşlar, bir müddət sonra ailə münasibətləri pozulmuş və ayrılmışlar. Hazırda iddiaçı ona məxsus qızıl-zinət və cehiz əşyalarını cavabdehdən tələb edir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə iclasında iddia ərizəsində göstərilən əmlakların (qızıl-zinət əşyaları (cəmi 3900 manat), 1 ədəd çüyün tas (dəyəri 30 manat), 1 ədəd sarı rəngli palto (dəyəri 170 manat), 1 qara rəngli çəkmə (dəyəri 65 manat), 1 ədəd əl çantası (dəyəri 50 manat) istisna olmaqla) cavabdehlərin mənzilində olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə, onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona məxsus qızıl-zinət əşyalarının (cəmi 3900 manat), 1 ədəd çüyün tasın (dəyəri 30 manat), 1 ədəd sarı rəngli paltonun (dəyəri 170 manat), 1 qara rəngli çəkmənin (dəyəri 65 manat), 1 ədəd əl çantasının (dəyəri 50 manat) cavabdehlərdə olmasını təsdiq edən hər-hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsində yerləşən 1 saylı evdə olan cehiz əmlakları- mebel dəsti (taxt, tumba 02 ədəd, şkaf, termo, qab- qacaq yığan servant, stol və 06 ədəd stul, televizor altı, kamot, 02 ədəd yorğan və 01 ədəd döşək) - 4 000 manat dəyərində, 1 ədəd böyük və 02 ədəd balaca bagema vaza - 100 manat dəyərində, madonna çay servisi (06 ədəd fincan, 06 ədəd nəlbəki, 06 ədəd balaca razetka, 06 ədəd boşqab, 01 ədəd bulud qab, 01 ədəd çaynik, 01 ədəd balaca çaynik, 01 ədəd şəkər qabı) - 400 manat dəyərində, bagema dolça və 06 ədəd bakalı - 250 manat dəyərində, sadə bagema dolça və 06 ədəd bakalı - 80 manat dəyərində, 6 ədəd bagema bakal - 50 manat dəyərində, bagema qrafin və 06 ədəd stəkanı ilə birlikdə - 100 manat dəyərində, 03 ədəd suvenir- 70 manat dəyərində, 01 ədəd böyük çaynik - 20 manat dəyərində, 01 ədəd balaca çaynik - 15 manat dəyərində, 01 ədəd sadə qənd qabı - 25 manat dəyərində, xrustal böyük ölçülü meyvə və balaca ölçülü meyvə qabı, 01 ədəd lotka formalı qab, 01 ədəd böyük və 02 ədəd balaca külqabı - 300 manat dəyərində, 01 ədəd bulud və 06 ədəd boşqab - 40 manat dəyərində, 6 ədəd sadə mürəbbə qabı -20 manat dəyərində, kababqabı şüşə - 15 manat dəyərində, 02 ədəd ləbləbi qabı - 30 manat dəyərində, 02 ədəd böyük ölçülü və 02 ədəd balaca ölçülü bulud formalı qablar, 01 ədəd sadə su qrafini, 06 ədəd bakalı - 120 manat dəyərində, 01 ədəd sini meyvə qabı - 30 manat dəyərində, 01ədəd saxsı bulud - 20 manat dəyərində, 6 ədəd dondurma qabı - 35 manat dəyərində, çini kofe servisi (06 ədəd fincan, 06 ədəd nəlbəki, 01 ədəd çaynik) - 150 manat dəyərində, mətbəx naboru -02 ədəd baq - 15 manat dəyərində, 02 ədəd padnos dəsti - 25 manat dəyərində, 01 ədəd balaca padnos - 10 manat dəyərində, şirəçəkən maşın - 150 manat dəyərində, mikser - 30 manat dəyərində, 01 ədəd süfrə - 40 manat dəyərində, 03 ədəd çüyün qazan dəsti - 70 manat dəyərində, 04 ədəd fərqli ölçüdə çüyün qazan dəsti - 90 manat dəyərində, 01 ədəd safran xalça və 02 ədəd balaca ölçülü xalça (yataq otağında) 300 manat dəyərində, 01ədəd tək xalça - 150 manat dəyərində, 02 ədəd pərdə - 200 manat dəyərində, yataq otağına qurulmuş çilçıraq - 90 manat dəyərində, qonaq otağı üçün qurulmuş çilçıraq - 120 manat dəyərində, 01 ədəd gecə lampası - 60 manat dəyərində olmaqla, cehiz əşyaları alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsində yerləşən 1 saylı evdə olan cehiz əmlakları- mebel dəsti (taxt, tumba 02 ədəd, şkaf, termo, qab- qacaq yığan servant, stol və 06 ədəd stul, televizor altı, kamot, 02 ədəd yorğan və 01 ədəd döşək) - 4 000 manat dəyərində, 1 ədəd böyük və 02 ədəd balaca bagema vaza - 100 manat dəyərində, madonna çay servisi (06 ədəd fincan, 06 ədəd nəlbəki, 06 ədəd balaca razetka, 06 ədəd boşqab, 01 ədəd bulud qab, 01 ədəd çaynik, 01 ədəd balaca çaynik, 01 ədəd şəkər qabı) - 400 manat dəyərində, bagema dolça və 06 ədəd bakalı - 250 manat dəyərində, sadə bagema dolça və 06 ədəd bakalı - 80 manat dəyərində, 6 ədəd bagema bakal - 50 manat dəyərində, bagema qrafin və 06 ədəd stəkanı ilə birlikdə - 100 manat dəyərində, 03 ədəd suvenir- 70 manat dəyərində, 01 ədəd böyük çaynik - 20 manat dəyərində, 01 ədəd balaca çaynik - 15 manat dəyərində, 01 ədəd sadə qənd qabı - 25 manat dəyərində, xrustal böyük ölçülü meyvə və balaca ölçülü meyvə qabı, 01 ədəd lotka formalı qab, 01 ədəd böyük və 02 ədəd balaca külqabı - 300 manat dəyərində, 01 ədəd bulud və 06 ədəd boşqab - 40 manat dəyərində, 6 ədəd sadə mürəbbə qabı -20 manat dəyərində, kababqabı şüşə - 15 manat dəyərində, 02 ədəd ləbləbi qabı -30 manat dəyərində, 02 ədəd böyük ölçülü və 02 ədəd balaca ölçülü bulud formalı qablar, 01 ədəd sadə su qrafini, 06 ədəd bakalı - 120 manat dəyərində, 01 ədəd sini meyvə qabı - 30 manat dəyərində, 01ədəd saxsı bulud - 20 manat dəyərində, 6 ədəd dondurma qabı - 35 manat dəyərində, çini kofe servisi (06 ədəd fincan, 06 ədəd nəlbəki, 01 ədəd çaynik) - 150 manat dəyərində, mətbəx naboru - 02 ədəd baq - 15 manat dəyərində, 02 ədəd padnos dəsti - 25 manat dəyərində, 01 ədəd balaca padnos - 10 manat dəyərində, şirəçəkən maşın - 150 manat dəyərində, mikser - 30 manat dəyərində, 01 ədəd süfrə - 40 manat dəyərində, 03 ədəd çüyün qazan dəsti - 70 manat dəyərində, 04 ədəd fərqli ölçüdə çüyün qazan dəsti - 90 manat dəyərində, 01 ədəd safran xalça və 02 ədəd balaca ölçülü xalça (yataq otağında) 300 manat dəyərində, 01ədəd tək xalça - 150 manat dəyərində, 02 ədəd pərdə - 200 manat dəyərində, yataq otağına qurulmuş çilçıraq - 90 manat dəyərində, qonaq otağı üçün qurulmuş çilçıraq - 120 manat dəyərində, 01 ədəd gecə lampası - 60 manat dəyərində olmaqla, cehiz əşyaları alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar