Məhkəmə qərarları › İş №2(006)-1863/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1863/2025

19.08.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1863/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh2 qarşı əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh2 qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş son haqq-hesabın və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı xx.xx.1991-ci ildən Şirvanneft Neft və Qazçıxarma İdarəsində, xx.xx.1997-ci ildən “Şirvanneft” NQCİ-nin ləvğ olunmuş və onun bazasında yaradılmış “Şirvan OYL" BMMM-də, xx.xx.2009-cu ildə -"Şirvan OYL” BMMM-nin nəzdində yaradılmış “X2 Limited" şirkətində quyuların və əsaslı yeraltı təmiri sexində böyük operator vəziləsində işləmişdir. xx.xx.2019-cu ildən onun və onunla birlikdə işləyən 270 nəfərin Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilərək “X4 Limited" Şirkətinin nəzdində yaranmış “Shirvan Drilling Limited" Şirkətinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə ölkədə neft hasilatının azalması və dünya bazarında neftin qiymətinin aşağı salınmasını əsas gətirərək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri X1 322/K-X nömrəli əmri ilə Filialın ləvği barədə qərar verərək quyuların yeraltı təmiri üzrə böyük operatoru İddiaçı arasında bağlanmış Əmək müqaviiəsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a“ bəndinə əsasən xitam verilsə də, işəgötürən tərəfindən həmin Məcəllənin 77.3-cü maddəsinin tələbləri kobud surətdə pozularaq İddiaçı son haqqhesab ödənilməmişdir. Ərizəyə əlavə olunan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildən Yol İstismar sahəsində avtomobil çilingəri və xx.xx.1991-ci ildən yuxarıda adları çəkdiyi neft sənayesinin idarə və şirkətlərində işlənmiş və xx.xx.2020-ci il tarixdən işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a" bəndinə əsasən müəssisənin ləvği ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmişdir. Ərizəyə əlavə olunan işəgötürənin 18 May 2020-ci il tarixl8i. 322-K-X nömrəli əmrin surətindən görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı ləvğ olunduğuna görə Filial və quyuların Əsaslı və Yeraltı Təmiri sexinin Quyuların yeraltı təmiri üzrə böyük operatoru ( N 147) İddiaçı (“işçi”) arasında bağlanmış xx.xx.2019-cu il tarixli Əmək Müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə əsasən 18 May 2020-ci il tarixdən xitam verilmiş, işçinin iş günü 18 May 2020-ci il hesab edilmiş, maliyyə şöbəsinə tapşırılmışdır ki, işçinin Filialda işə başladığı tarixdən xx.xx.2020-ci il tarixədək iş dövrü üçün istifadə etmədiyi 18 (on səkkiz) məzuniyyət gününə görə işçiyə pul əvəzi, ödənilməmiş iş günləri üçün əmək haqqı və işçinin orta aylıq əmək haqqının bir misli həcmində işdənçıxrma müavinəti hesablansın və ödənilsin. Ərizəyə əlavə olunan Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının son haqq-hesabın ödənilməsi ilə bağlı müraciətlərinə xx.xx.2024-cü ii tarixli 376/07 nömrəli cavab məktubundan görünür ki, Şirkətin Filialı ilə əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın ödənilmədiyini iddia etdiyini "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasındakı hüquqi bağlılığ olmadığı üçün müraciəti Şirkətin filialında baxılması mümkün olmadığı təkrarən vurğulayır. Ərizəyə əlavə olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətının Bakı şəhər idarəsinin 25 İyun 2024-cü il tarixli. 3-17-5/2-A-402xx/xx/2024-cü nömrəli cavab məktubundan görünür ki, əvvəlki işinə bərpa olunmağına köməklik göstərilməsi ilə əlaqədar olaraq – "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının yeganə təsisçisi “Shirvan Drilling Limited Şirkəti tərəfindən Filialının ləğvi barədə qərar verildiyi və bununla əlaqədar. Azərbaycan Respublikasının 59-61-ci maddələrinin tələblərinə uyğun olaraq Filialın ləğvetmə proseduru başladığı, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə 18 May 2020-ci il tarixli 322/kx saylı əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə əsasən 18 May 2020-ci il tarixdən xitam verildiyi bildirilmiş onunla telefon əlaqəsi yaradılmış (***-***-**-**) orta aylıq əmək haqqının bir misli həcmində işdənçıxma müavinətininin və son haqq- hesabının ödənildiyini bildirir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında 2015-ci il 20 Oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətində qeyd eldiyini, məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. Ərizəyə əlavə olunmuş Əmək və Əhalinin Sosial Mütaliəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2- A-4292/2024 nömrəli cavab məktubundan görünür ki. müraciəti əsasında təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikas» Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq ona xx.xx.2023-cü il tarixində ümumi xəstəlik səbəbindən müdddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıcarılmasını xahiş etmişdir. Cavabdeh2 etirazı: İddiaçı Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və Cavabdeh2 qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Nəsimi rayon məhkəməsinə müraciət edilmişdir. Həmin iddiaçı tərəfindən irəli sürülən iddia əsassız olduğundan və qanunvericiliklə nəzərdə tutulmuş müddət keçirildiyinə görə verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli 296-cı maddəsinin şərh edilməsi Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: - Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı mübahisə üzrə iddiaçı tərəfindən yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə əsasən iddia müddəti ötürülmüşdür. Odur ki, yuxarıda göstərilənlərə əsasən İddiaçı tərəfindən irəli sürülmüş iddia əsassız olduğundan və qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini keçirdiyinə görə iddia ərizəsinin rədd edilməsinə dair qərar qəbul etməyinizi xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraza uyğun izahat verərək məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı əməliyyat xidmət şirkəti qismində fəaliyyət göstərir. Şirkət sadəcə neftin çıxarılması ilə məşğuldur və kommersiya təşkilatı kimi fəaliyyət göstərmir. Nə gəliri, nə də zərəri ola bilməz. İddiaçı 2009-cu ildən 2019-cu il 31 iyul tarixinə qədər əməliyyat şirkətində işləyib, daha sonra qazma işləri başqa şirkətə, podratçı şirkət olan "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına həvalə edilib. Əməliyyat şirkəti öz işçilərini işdən çıxarıb, həmin əsasla "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı qeyd edilən işçiləri öz yanına götürüb. İddiaçı bir müddət "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədikdən sonra o şirkət 2020-ci ildə bağlanmışdır. Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, ümumiyyətlə cavabdeh ola bilməz, çünki əmək müqaviləsinə artıq bağlanmış "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xitam verilmişdir. Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə heç bir hüquqi bağlılığı yoxdur və onun hüquqi varisi hesab edilmir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı: - xx.xx.2009-cu il tarixdə “X3 Limited”in Şirkətində Quyuların əsaslı və yeraltı təmir sexinə 4-cü dərəcə YAT operatoru vəzifəsinə işə qəbul edilmişdir. - xx.xx.2019-cu il tarixdə Başqa işə götürənlə Əmək Müqaviləsi bağlaması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Müqaviləsinin 69.3 maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilmişdir. -xx.xx.2019-cu il tarixdə “X6 Limited”in Şirkətinə Quyuların əsaslı və yeraltı təmir sexində quyuların yeraltı təmir sexi üzrə böyük operator vəzifəsinə işə qəbul edilmişdir. -xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə əsasən müəssisəsinin ləğvi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmişdir. “X3 Limited”in Şirkətinin İddiaçı ünvanladığı 376/07 saylı xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) və Azərbaycan Respublikasının Nazirlər Nabiııetinə ünvanlanmış ödənilməmiş son haqqhesabla bağlı müraciətlərə "X3 Lld" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında (bundan sonra Şirkətin Filialı) baxılmışdır. Eyni məzmunlu çoxsaylı müraciətlərə təkrarən cavab olaraq bildirilir ki, Şirkətin Filialı ilə əmək müqaviləsinə xitam verilərkən son haqqhesabın ödənilmədiyini iddia etdiyi “Shirvan Drilling Limited" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında heç bir hüquqi bağlılıq yoxdur. Bunu nəzərə alıb müraciətini Şirkətin Filialında baxılmasının mümkün olmadığı təkrarən vurğulayırlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-A-402xx/xx/2024 saylı məktubuna əsasən bundan əvvəl X5 Xidmətinə ünvanlanmış eyni məzmunlu müraciətlərə Xidmətin Bakı şəhər İdarəsində baxılmış və xx.xx.2020-ci i! tarixli **********6 nömrəli, xx.xx.2021-cü il tarixli **********9 nömrəli, xx.xx.2021-ci il tarixli **********4 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-5/2-A-16341/2/2024 nömrəli məktublarla cavablandırılmışdır. Təkrarən bildirilir ki, müraciətdə əvvəlki işə bərpa olunmağa köməklik göstərilməsi ilə əlaqədar olaraq "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının yeganə təsisçisi “Shirvan Driling Limited" Şirkəti tərəfindən Filialın ləğvi barədə qərar verildiyi və bununla əlaqədar, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59-61-ci maddələrinin tələblərinə uyğun olaraq Filialın ləğvetmə proseduru başladığı, bu səbəbdən bağlanmış əmək müqaviləsinə 18 may 2020-ci il tarixli 322/kx saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a" bəndinə əsasən 18 may 2020-ci il tarixdən xitam verildiyi bildirilmişdir. Onunla telefon əlaqəsi yaradılmış (***-***-**-**) orta aylıq əmək haqqının bir misli həcmində işdençıxma müavinətinin və son haqq hesabın ödənildiyini bildirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “a" bəndinə əsasən bu məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə emək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarına aid olduğundan işə qəbul edilməsilə bağlı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına müraciət etmək məqsədəuyğundur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. Bakı 01 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞS/MT045 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı əmək mübahisəsi ilə bağlı tələbinə dair xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasındakı rəhbəri Cavabdeh2 iştriak etməmişdir. İddiaçı 60 manat mediasiya xərcini ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsininin “a” bəndinə əsasən əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməasi əsaslarından biri müəssisənin ləğv edilməsidir. 77-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir; 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4- cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2009-cu il tarixdə “X3 Limited”in Şirkətində Quyuların əsaslı və yeraltı təmir sexinə 4-cü dərəcə YAT operatoru vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə başqa işə götürənlə Əmək Müqaviləsi bağlaması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Müqaviləsinin 69.3-cü maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə “X6 Limited”in Şirkətinə Quyuların əsaslı və yeraltı təmir sexində quyuların yeraltı təmir sexi üzrə böyük operator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə əsasən müəssisəsinin ləğvi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı ödənilməmiş son haqq-hesabın və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqının ödənilməsini xahiş edir. Cavabdehlərdən Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Nümayəndə iddiaçının 2009-cu ildən 2019-cu il 31 iyul tarixinə qədər həmin şirkətdə işlədiyini, iddiaçının əmək müqaviləsinə, artıq bağlanmış "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xitam verildiyini, Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə heç bir hüquqi bağlılığının olmadığını və və onun hüquqi varisi hesab edilmədiyini bildirərək, iddiaya cavab verməli olan şəxsin, təmsil etdiyi şirkətin olmadığını məhkəmənin nəzərinə çatdırmışdır. Digər Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil isə iddiaçı tərəfindən irəli sürülən iddianın, əsassız olduğundan və qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülməklə verildiyindən rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı tələb iddiaya cavab verməli olmayan şəxslərə qarşı qaldırılmışdır. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixədək Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işləmiş və sonuncu əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xitam verilmişdir. İddia ərizəsindən də görünür ki, iddiaçının hazırda son-haqq hesab və müavinətinin ödənilməsini tələb etdiyi müddət sonuncu əmək müqaviləsinə xitam verilməsindən irəli gəlir. Belə olan halda iddia X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına münasibətdə rədd edilməlidir. Digər cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbəri Cavabdeh2 münasibətdə isə qeyd olunur ki, iddiaçının tələbini yönəltdiyi həmin cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Cavabdeh2 iddiaçının işlədiyi dövrdə Filial rəhbəri olmuş və Filialın ləğv edilməsi ilə onun da səalhiyyətlərinə xitam verilmişdir. Beləliklə, "xxxx" Şirkətinin filialı ləğv olunduğundan, iddiaçının əmək müqaviləsinə xitam verilən vaxt şirkətin Azərbaycan Respublikasındakı Filialının rəhbəri olan Cavabdeh2 isə şirkətin öhdəlikləri ilə bağlı məsuliyyətli şəxs olmadığından ona qarşı hazırkı tələbin irəli sürülməsi yolverilən deyildir. İddiaçı isə Cavabdeh2 hazırki iddiaya cavab verməli olan şəxs olması barədə mötəbər sübutları təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə ona münasibətdə də iddianın rədd edilməsini məqsədəmüvafiq hesab edir. Mülki Məcəllənin 52-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 22 fevral 2024-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir. Vurğulanmalıdır ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. İddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilik pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həll edilməsi üçün 1 illik iddia müddəti müəyyən etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixdə, 1 illik müdət keçdikdən sonra mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İddiaçıya xx.xx.2025-ci il tarixdə mediasiya sessiasiyasında iştirak edilməməsi barədə arayış təqdim edildikdən sonra o, məhkəməyə müvafiq iddia ilə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə məhkəməyə müraciət olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh2 qarşı əmək haqqı tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh2 qarşı əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar