Məhkəmə qərarları › İş №2(006)-1877/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1877/2025

13.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1877/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa və məcburi iş buraxma müddətinə orta aylıq əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-nin Yük Daşımaları Departamentinə qarşı «işə bərpa və məcburi iş buraxma müddətinə orta aylıq əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi stasionar və ambulator müalicədə olmasını nəzərə alaraq cavabdeh "xxxx" QSC-nin X7 tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdən Gəncə lokomotivlərinin istismarı deposunun təsərrüfat sahəsinin istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə o, Azərbaycan Dövlət Dəmir X10 Xidməti Gəncə Dəmir Yol Poliklinikasında tibbi müayinədən keçmiş və ona “kəskin böyrək sancısı” diaqnozu qoyularaq xx.xx.2024-cü il tarixdən müalicə təyin olunmuşdur. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada “sağ tərəfli çəp qasıq yırtığı” diaqnozu ilə əməliyyat olmuş və xx.xx.2024-cü il tarixə kimi stasionar müalicə almış, sonra isə o ev şəraitində ambulaor müalicədə olmuşdur. 3-4 dəfə xəstəxanaya gedib sarğılarını dəyişdirmiş və xx.xx.2024-cü il tarixdə o, xəstəxanadan “əmək qabiliyyətinin olmaması vərəqəsi” (büllleteni) alıb işə çıxmaq istəmiş, həmin vərəqədə xx.xx.2024-cü il tarixdə işə başlamalı olduğu qeyd edilmişdir, buna görə də o, işə buraxılmamış və ona bildirilmişdir ki, “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndə (bülletendə) göstərilən tarixlər düzgün yazılmamışdır. Bundan sonra o xəstəxanaya gedib xx.xx.2024-cü il tarixədək ambulator (ev şəraitində) müalicə olunmağı barədə qeyd etməyi xahiş etmiş, lakin xəstəxanada yalnız “əmək qabiliyyətinin olmaması vərəqəsində” (bülleten) “xəstəlik davam edir” sözləri əlavə edilib, “düzəliş etibarlıdır” sözləri yazılıb, əlavə möhür vurulmuşdur. Bundan sonra o yenidən həmin “əmək qabiliyyətinin olmaması vərəqəsini” (bülleteni) aparıb işə təqdim etmiş, lakin buna baxmayaraq yenə də o, işə buraxılmamış və xəstə olduğu günlərə ona əmək haqqı ödənilməmişdir. Hesab edir ki, Gəncə lokomotivlərinin istismarı deposu təsərrüfat sahədi “əmək qabiliyyətinin olmaması vərəqəsini” (bülleteni) götürməməkdə, onu işə buraxmamaqda və ona əmək haqqı yazmamaqda haqlı deyildir. Belə ki, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev şəraitində, ambulator müalicədə olmuş və dəfələrlə xəstəxanaya gedib sarğısını dəyişdirmişdir. Bunu şahidlər də təsdiq edə bilər. xx.xx.2024-cü il tarixdən o dəfələrlə “əmək qabiliyyətinin olmaması vərəqəsini” (bülleteni) Gəncə lokomotivlərinin istismarı deposu təsərrüfat sahəsinə təqdim edərək işə çıxmaq istəmiş, lakin Gəncə lokomotivlərinin istismarı deposu təsərrüfat sahəsi onun bülleten vərəqəsini götürməmiş və onu işə buraxmayaraq, xx.xx.2024-cü il tarixdə ona məktubla cavab verərək bildirmişlər ki, “xx.xx.2024-cü il tarixindən heç bir üzrlü səbəb bildirmədən işə gəlmirsiniz. Xahiş edirik, qısa müddət ərzində işə gəlməmə səbəbini bizə rəsmi surətdə bildirəsiniz. Əks təqdirdə Sizinlə bağlanmış əmək müqaviləsinə qanunvericiliyə müvafiq olaraq xitam veriləcək.” Halbuki o bülleteni təqdim edir, “sağ tərəfli çəp qasıq yırtığı” diaqnozu xəstəlikdən əməliyyat olmasını və ambulator müalicədə olmasını bildirir, buna baxmayaraq o, işə buraxılmır və həmin günlər üçün əmək haqqı hesablanmır. O, 3-cü qrup əlildir, qasıq yırtığı var, ona ağır iş olmaz, lakin buna baxmayaraq, ona Deponun baş mühəndisi Anar Camallı vaqondan yanğın söndürən balonları boşaltmağı tapşırmış və həmin balonları boşaltdıqdan sonra onun qasıq yırtığı şişmiş və o, xəstəxanaya düşmüşdür. Bu barədə o, dəfələrlə Gəncə lokomotivlərinin istismarı deposu təsərrüfat sahəsinə, cavabdehə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə şikayət etsə də, müsbət cavab verilməmiş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. O, şəhid ailəsinin üzvüdür, atası Yusif 1993-cü ildə İ-ci Qarabağ müharibəsində şəhid olmuşdur, o özü 3-cü qrup əlildir, evli və 3 azyaşlı uşaq atasıdır, ailəyə yeganə qazanc gətirən şəxsdir, ailə vəziyyətinin maddi durumu olduqca ağırdır. Hesab edir ki, "xxxx" QSC-nin X7 tərəfindən qanunsuz və əsassız olaraq işdən azad edilmişdir. Cavabdeh tərəfindən ona qanunsuz işdən çıxarıldığına görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur. Odur ki, o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Mülki işə baxıldığı dövrdə iddiaçının ərizəsi əsasında cavabdeh "xxxx" QSC-nin Yük Daşımaları Departamenti əsl cavabdeh "xxxx" QSC ilə əvəz edilmişdir. Cavabdeh "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanan etiraz ərizəsi ilə bildirilmişdir ki, İddiaçı cavabdeh olaraq ADY-nin X7nə qarşı iddia qaldırmışdır. X7 ayrıca hüquqi şəxs deyildir, onun ayrıca VÖEN-i yoxdur. Bu səbəbdən iş üzrə cavabdeh kimi çıxış edə bilməz. Bundan əlavə iddianı qəbul etmirlər. İddia tələbi əsassızdır və rədd olunmalıdır. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə ADY-nin xx.xx.2024-cü il tarixli əmri tam qanuni və əsaslıdır. Belə ki, xx.xx.2024-cü il tarixli akta əsasən məlum olur ki, İddiaçı dəfələrlə iş yerini özbaşına tərk etmiş, işə başlama vaxtından hər gün ən azı 1 saat gec gəlmiş və ona şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, davranışlarında heç bir müsbət irəliləyiş etməmişdir. Həmçinin akt tərtib olunan gün, yəni xx.xx.2024-cü il tarixdə saat 13:55-də ona zəng edilərək harada olduğunu soruşan zaman evdə olduğunu bildirmiş və onu depoya çağırmışlar. 20 dəqiqə keçdikdən sonra gələn iddiaçı verilən tapşırıqlardan boyun qaçırmış, özbaşına hərəkətlərinə davam edərək başqa bir yerə getmişdir. Sözügedən şəxsin bu davranışlarına baxaraq digər həmin vəzifədə çalışan şəxslər də (Quliyeva Rafiyə, Məlikova İlahə, Vəliyeva İlqamə) haqlı etirazlarını bildirmişlər. Həmçinin, xx.xx.2024-cü il tarixdə iddiaçının izahatı alınmış, o, izahatında da işdən kənar olduğunu qeyd etmişdir. Nəticədə ADY-nin X7nin Lokomotivlərin istismarı xidmətinin rəisi Afiq Nəzərovun xx.xx.2024-cü il tarixli 13-1-23/3-13-17310/2024 nömrəli əmrinə əsasən istehsalat sahəsini və xidməti otaqları yığışdıran İddiaçı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, iş yerini özbaşına tərk etdiyi və ona xx.xx.2024-cü il tarixdə istehsalat sahəsini təmizləmək göstərişi verilməsinə baxmayaraq, verilən tapşırığı yerinə yetirməkdən yayındığı üçün "xxxx" QSC-nin X5 6.7-ci bəndinin və 8.6.3-cü yarımbəndinin tələblərini pozmuşdur. Beləliklə, İddiaçı barəsində əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə, əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədiyinə yaxud keyfiyyətsiz yerinə yetirdiyinə görə töhmət elan olunmuşdur. Bundan əlavə, xx.xx.2024-c il tarixli akta əsasən məlum olur ki, deponun əməkdaşları imza edərək təsdiq edirlər ki, İddiaçı artıq bununla dəfələrlə işə başlama vaxtından hər gün ən az 1 saat gec gəlir, gəldikdən qısa bir müddət sonra isə icazə almadan, məlumat vermədən deponu özbaşına tərk edərək iş müddətinin bitməsinə bir qədər qalmış depoya gəlir. Ona dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq davranışlarında heç bir müsbət irəliləyiş etmir. xx.xx.2024-cü il tarixdə ona zəng edilərək harada olduğu soruşulan zaman evdə olduğunu bildirmiş və ona depoya gəlməsi tapşırılmışdır. Bundan sonra iddiaçı işə qayıtdıqda onun izahatı alınmış və izahatında qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 08:33-də depoya gəlmiş, 5-10 dəqiqə gözlədikdən sonra ailə vəziyyəti ilə əlaqədar işdən getmiş və 15:35-də depoya qayıtmışdır. Nəticədə ADY-nın X7nin Lokomotivlərinin istismarı xidmətinin rəisi Afiq Nəzərovun xx.xx.2024-cü il tarixli 13-1-23/3-13-23335/2024 nömrəli əmrinə əsasən istehsalat sahəsini və xidməti otaqları yığışdıran İddiaçı əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə, əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədiyinə yaxud keyfiyyətsiz yerinə yetirdiyinə, "xxxx" QSCnin X4 6.7-ci bəndinin və 8.6.3-cü yarımbəndinin tələblərini pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlara əsasən məlum olur ki, İddiaçı xx.xx.2024-cü il tarixindən heç bir üzrlü səbəb bildirmədən işə gəlməmişdir. Onun ünvanına xx.xx.2024-cü il tarixli 13-1- 23/2-1474/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 13-1-23/2-1690/2024 nömrəli məktublar göndərilərək qısa müddət ərzində işə gəlməmə səbəbini rəsmi surətdə bildirməsi, əks təqdirdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyə müvafiq olaraq xitam veriləcəyi bildirilsə də, bugünədək heç bir rəsmi cavab və ya sənəd təqdim etməmişdir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əlaqədar işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. ADY-nin X7nin X2 komitəsinin Rəyasət heyət iclasının xx.xx.2024-cü il tarixli 10 nömrəli protokoldan çıxarışa əsasən məlum olur ki, İddiaçı əmək funksiyasını kobud şəkildə pozduğu üçün AR ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməyib. Nəticədə ADY-nin Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinin rəisi Afiq Nəzərovun xx.xx.2024-cü il tarixli 13-1-23/3-10-32391/224 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024cü il tarixindən xitam verilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”-nın 1.2 və 1.3-cü bəndlərinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixində işə qəbul edilmişdir. Cəlb edildiyi işlər əmək funksiyaları daxilindədir. xx.xx.2024-cü il tarixli Həkimekspert Komissiyasının yekun rəyinə və xx.xx.2024-cü il tarixli icbari tibbi müayinə kartasına əsasən iddiaçı əmək fəaliyyətinə, peşəsinə yararlıdır. İşçilərin işə gəlib-getmələrinin davamiyyət jurnalına əsasən iddiaçı xx.xx.2024-cü il tarixindən sonra işdə olmadığı üçün davamiyyət jurnalına imza çəkməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə, əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədiyinə yaxud keyfiyyətsiz yerinə yetirdiyinə, barəsində töhmətlərdən nəticə çıxarmadığına görə işəgötürənin onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xiam verməsi tam qanuni və əsaslı olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmumuna uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi, əvvəlki məhkəmə iclasında təqdim etdiyi iddia tələbinə etiraz ərizəsini və iddia müddətinin tətbiq edilməsi barədə ərizəni müdafiə edərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən həmin maddənin 1-ci hissəsi istisna olmaqla qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı qabaqdan məhkəməyə müraciət müraciət edə bilər. İddia ərizəsinə əlavə olunmuş iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş, iddiaçı isə mediasiya təklifini xx.xx.2024-cü il tarixdə göndərmiş, ilkin mediasiya sessiyasının keçirilməməsi barədə arayışı xx.xx.2025-ci il tarixdə əldə etmiş, məhkəməyə isə xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarının pozulduğunu bildiyi halda 1 ay müddətində məhkəməyə müraciət etməmiş, müddəti 5 gün ötürmüşdür. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə orta aylıq əmək haqqının ödənilməsi tələbi”-nə dair iddia ərizəsi iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1/G saylı əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" QSC-nin YDD-nin manevr lokomotivlərinin istismarı xidmətinin Gəncə manevr lokomotivlərinin istismarı deposunda istehsalat sahəsini və xidməti otaqları yığışdıran işləmişdir. - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Gəncə lokomotivlərin istismarı deposunda istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində çalışan İddiaçı dəfələrlə iş yerini özbaşına tərk etmiş, işə başlama vaxtından hər gün ən azı 1 saat gec gəlmiş və ona şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, davranışlarında heç bir müsbət irəliləyiş etməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə saat 13:55-də ona zəng edilərək harda olduğu soruşulanda evdə olduğunu bildirmiş və çağırılması nəticəsində 20 dəqiqə sonra digər işçilərlə birlikdə Süleymanov tərəfindən göndərilmiş 523146 nömrəli teleqrama uyğun olaraq ADY QSC-nin bütün müəssisə və təşkilatlarında iməclik keçirilməsi məqsədilə depo növbətçilərinin binasını və istehsalat sahəsini təmizləməsi tapşırılsa da, o, verilən tapşırıqdan boyun qaçırmış, özbaşına hərəkətlərinə davam edərək başqa bir yerə getmişdir. Sözügedən şəxsin bu davranışlarına baxaraq digər həmin vəzifədə çalışan şəxslər də (Quliyeva Rafiyə, Məlikova İlahə, Vəliyeva İlqamə) haqlı etirazlarını bildirmişdirlər. - 29 iyul 2024-cü il tarixli aktdan görünür ki, Gəncə lokomotivlərin istismarı deposunda istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində çalışan İddiaçı dəfələrlə iş yerini özbaşına tərk etmiş, işə başlama vaxtından hər gün ən az 1 saat gec gəlmiş, gəldikdən qısa bir müddət sonra isə icazə almadan, məlumat vermədən deponu özbaşına tərk edərək iş müddətinin bitməsinə bir qədər qalmış depoya gəlirmiş. İddiaçı şifahi xəbərdarlıq edilməsinə, barəsində xx.xx.2024-cü il tarixli, 13-1-23/3-13-17310/2024 saylı sənəd ilə əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə, əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədiyinə, yaxud keyfiyyətsiz yerinə yetirdiyinə görə töhmət elan edilməsinə baxmayaraq, davranışlarında heç bir müsbət irəliləyiş etməmişdir. xx.xx.2024-cü il tarixdə mühəndis İslamzadə Fariz ilə birlikdə depo ərazisində İddiaçı axtarılsa da tapılmamışdır. Daha sonra saat 15:15-də ona zəng edərək harda olduğu soruşulanda evdə olduğunu bildirmiş, sonrasında depoya çağırılmış və 15.35-də depoya gələn İddiaçı saat 09:00-da işdən getmiş və bunu öz izahatı ilə təsdiq etmişdir. - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Gəncə lokomotivlərin istismarı deposunda istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixindən heç bir üzrlü səbəb bildirmədən işə gəlməmişdir. Onun ev ünvanına xx.xx.2024-cü il tarixdə, 13-123/2-1474/2024 saylı məktub göndərilərək qısa müddət ərzində işə gəlməmə səbəbini rəsmi sürətdə bildirməsi, əks təqdirdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyə müvafiq olaraq xiatm veriləcəyi bildirilsə də, bugünədək heç bir rəsmi cavab və ya sənəd təqdim edilməmişdir. - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Gəncə lokomotivlərin istismarı deposunda istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixindən heç bir üzrlü səbəb bildirmədən işə gəlməmişdir. İddiaçı ev ünvanına xx.xx.2024-cü il tarixli 13-1-3/2-1690/2024 saylı məktub göndərilərək qısa müddət ərzində işə gəlməmə səbəbini rəsmi surətdə bildirməsi, əks təqdirdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyə müvafiq olaraq xitam veriləcəyi bildirilsə də, bugünədək heç bir rəsmi cavab və ya sənəd təqdim etməmişdir. - SN seriyalı, ******* saylı Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “sağ tərəfli çəp qasıq yırtığı” diaqnozu qoyulmuş, stasionar rejimdə xx.xx.2024-xx.xx.2024cü il tarixlərdə müalicə almış, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024xx.xx.2024 tarixlərində işdən azad edilməsi nəzərdə tutularaq, xx.xx.2024-cü il işə başlamalı olduğu gün kimi müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli 13-1-23/3-10-32391/2024 saylı əmr ilə "xxxx" SC-nin X7nin lokomotivlərinin istismarı xidmətinin Gəncə lokomotivlərin istismarı deposunun təsərrüfat sahəsinin istehsalat sahəsini və xidməti otaqları yığışdıran X3 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. - Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli MŞG/1/MT007/2024-02576 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixə saat 15:00-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlmiş, cavabdehin nümayəndəsi isə həmin sessiyaya gəlməmişdir. - “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin 28 aprel 2025-ci il tarixli, 81-37/2- 522/2025 saylı “İddiaçı göstərilən tibbi xidmət” barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə A.Səhhət adına xəstəxananın cərrahiyyə şöbəsinə daxil olmuş, həkim-cərrah R.Q.Qasımovun baxışı və məsləhəti ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixə kimi “qasıq yırtığı” diaqnozu ilə zəruri tibbi müayinələr olunmuş, “yırtığın ləğvi, alloplastika” əməliyyatı icra olunmuşdur. R.Q.Qasımov izahatında İddiaçı xx.xx.2024cü il tarixdə 6 gün müddətinə ambulator nəzarət üçün evə buraxılmış, xx.xx.2024cü il tarixədək uzadılmış, xx.xx.2024-cü il tarixdə işə yazılmışdır. R.Q.Qasımov və G.Q.Vəliyeva izahatlarında İddiaçı təxminən 1 ay sonra, xx.xx.2024-cü il tarixdə müraciət etdiyini, ötən dövr işə çıxa bilmədiyini, müvəqqəti əmək qabiliyyəti olmama vərəqinin “xəstəlik davam edir” qeydi ilə başqa tibb müəssisəsində uzadılması üçün dəyişdirilməsini istədiyini bildirmişdir. Həmin müraciətlə bağlı İddiaçı başqa tibb müəssisəsində uzadılmasının mümkün olmaması barədə izahat verilmiş, ayrı-ayrı xəstəliklər üzrə müvəqqəti əmək qabiliyyəti olmama günlərinin müddətləri, müvəqqəti əmək qabiliyyəti olmama vərəqinin verilmə və uzadılması qaydaları barədə izahat verilmişdir. İddia tələbindən görünür ki, iddiaçı işdən azad edilməsini qanunsuz və əsasız hesab edərək, işdən çıxarıldığına görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının ödənilməsini tələb edir. İddiaçı iddia tələbində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin 4-cü bəndi ilə («ç») işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması adı ilə işdən azad olunmasının əsassızlığını onunla əsaslandırmışdır ki, o, əziyyət çəkdiyi xəstəlikdən əməliyyat olunaraq müəyyən dövrdə müalicə alaraq bu barədə “əmək qabiliyyətinin olmaması vərəqəsi”-ni (bülleteni) iş yerinə təqdim etsə də, Cəmiyyət tərəfindən işə buraxılmamış və xəstə olduğu dövr üçün ona haqq ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir - 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. - 70-ci maddəsinin 4-cü bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 83-cü maddəsinin İ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulmuş iddianın dayandıırlmasına səbəb olur. Məhkəmə qeyd edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. İddiaçı tələbində qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etməsini göstərsə də iddianın mahiyyətindən aydın olur ki, o, ilk əvvəl işə bərpa olunması üçün barəsində verilmiş əmrin qanuniliyini mübahisələndirir. Belə ki, əmrin qanuni olub-olmamasından asılı olaraq tələbin digər törəmə hissələrinin təmin olunub-olunmaması birbaşa asılıdır. Məhkəmə formalaşmış təcrübəyə əsasən ilk olaraq cavabdehin hazırki mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Belə ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Digər tərəfdən məhkəmə o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. İşin faktiki hallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən artıq qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Başqa sözlə iddia müddəti başa çatdıqdan 5 gün sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam veriləndən sonra o, mediasiya təklifini xx.xx.2024-cü il tarixdə göndərmiş, ilkin mediasiya sessiyasının keçirilməməsi barədə arayışı xx.xx.2025-ci il tarixdə əldə etmiş, məhkəməyə isə xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən bunun əsası barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən həmin əmrin məhkəmə qaydasında mübahisələndiriməsi ilə bağlı müddət axımının başlanması həmin hadisənin ertəsi günündən hesablanmalıdır. Bununla da bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüşdür. iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarının pozulduğunu bildiyi halda 1 ay müddətində məhkəməyə müraciət etməmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə də verilməmişdir. Cavabdeh isə əksinə məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmişdir. Beləliklə də məhkəmə bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edildiyi üçün hüquqi nəticə etibarı ilə “əmrin etibarsız hesab edilməsi” tələbinə mahiyyəti üzrə baxıla bilməz. Məhkəmə qeyd edir ki, iddia müddətinin buraxılması əsası ilə rədd edildiyindən iddia üzrə irəli sürülmüş “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələblərinin “əmrin etibarsız hesab edilməsi” tələbinə münasibətdə törəmə tələblərdir və onların təmin edilib-edilməməsi bilavasitə bu (əsas) tələbin təmin edilibedilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa və məcburi iş buraxma müddətinə orta aylıq əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa və məcburi iş buraxma müddətinə orta aylıq əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar