Məhkəmə qərarları › İş №2(006)-188/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-188/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-188/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 38 404 (otuz səkkiz min dörd yüz dörd) ABŞ dolları, faiz borcu üzrə 19.783,04 (on doqquz min yeddi yüz səksən üç ABŞ dolları 04 sent) ABŞ dolları olmaqla cəmi 58.187,04 (əlli səkkiz min bir yüz səksən yeddi ABŞ dolları 04 sent) ABŞ dolları məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" QSC-nin xeyrinə ödənilməsi; Cavabdeh mülkiyyətində olan **-SK-*** dövlət qeydiyyat nişanlı, “X11-minik” markalı (buraxılış ili 2011, ban-JTMDU09J7B4040394, rəngi-ağ) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılmasına, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub "xxxx" QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC ilə İddiaçı MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən "xxxx" QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 10İS saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə "xxxx" QSC arasında S-AVK-1531 saylı, 01.12.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə "xxxx" QSC tərəfindən borclu şəxs Cavabdeh dair sənədlər təhvil-təslim aktına əsasən “Aqrarkredif ’ QSC-yə verilmişdir. "xxxx" ASC-nin Suraxanı filialı ilə Cavabdeh arasında 25 sentyabr 2013-cü il tarixli, 1784 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 36 ay müddətinə 39.200,00 (otuz doqquz min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. 25.09.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-SK-*** dövlət qeydiyyat nişanlı, “X11-minik” markalı (buraxılış ili 2011, ban - JTMDU09J7B4040394, rəngi-ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X8 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 25 sentyabr 2013-cü il tarixli, AA seriyalı, 103115 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank avtomobil alınması üçün 39.200,00 (otuz doqquz min iki yüz) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.3, bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən başlanır. (5.4. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 aydır. (5.5. bənd) kreditn vəsaitinin istifadə müddəti 25 sentyabr 2016-cı il tarixində bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə hər gün illik 19 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borcu 38.404 (otuz səkkiz min dörd yüz dörd) ABŞ dolları, faiz borcu üzrə 19.783,04 (on doqquz min yeddi yüz səksən üç ABŞ dolları 04 sent) ABŞ dolları olmaqla cəmi 58.187,04 (əlli səkkiz min bir yüz səksən yeddi ABŞ dolları 04 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qanun qeyd edilən maddəsinə əsasən hesab edirlər ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir. İddiaçı MMC tərəfin əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" QSC Bank olmayan Kredit Təşkilatım Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6921/2019 saylı mülki işi üzrə iddiaçı qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iş üzrə mövcud olan ekspertiza rəyi ilə razı olmadığını, cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə pulun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, iş üzrə iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin (bundan sonra – MM) 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 269.1 və 269.2-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25.09.2013-cü il tarixli 1784 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank cavabdehə 36 ay müddətinə, illik 19% ödəmək şərti ilə 39.200 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə 0,1% cərimə ödəyir. "xxxx" ASC ilə (ipoteka qoyan) Cavabdeh arasında bağlanmış 25.09.2013-cü il tarixli 1784 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus «X11-minik” markalı (buraxılış ili 2011, ban - JTMDU09J7B4040394, rəngi-ağ) öhdəliklərin təminatı kimi bankın xeyrinə yüklü edilmişdir. Bu müqavilə 25.09.2013-cü il tarixli 1784 saylı kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İpoteka predmeti 56.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. 25.09.2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh tərəfindən 38768 USD məbləğində pul "xxxx" ASC-dən qəbul edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 25.09.2013-cü il tarixdə verilmiş AC seriyalı, 019502 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsiin surətindən görünür ki, **-SK-*** dövlət qeydiyyat nişanlı, “X11-minik” markalı avtomobilin sahibi Cavabdehdır. AA seriyalı 103115 nömrəli, 25.09.2013-cü il tarixli İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, **-SK-*** dövlət qeydiyyat nişanlı, “X11-minik” markalı avtomobil "xxxx" ASC-nin Suraxanı filialının xeyrinə yüklü edilmişdir. Müqavilənin qüvvədə olma müddəti 25.09.2016-cı il tarixədəkdir. 21.04.2017-ci il tarixli “Tələbetmə hüquqlarının güzəşt olunması”na dair müqaviləyə əlavə edilmiş 01.12.2017-ci il tarixli aktın surətindən görünür ki, Hüquq sahibi ("xxxx" ASC) borc alana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını Hüquq əldə edənə ("xxxx" QSC-yə) güzəşt etməyi, Hüquq əldə edən (“Aqrarkredit" QSC) isə qeyd edilən hüquqları qəbul etməyi öhdəsinə götürmüşlər. “Tələbetmə hüquqlarının ötürülməsi barədə” 07.03.2018-ci il tarixli bildirişdən görünür ki, tələbetmə hüquqlarının güzəşt olunmasına dair 21.04.2017-ci il tarixli müqaviləyə uyğun olaraq 25.09.2013-cü il tarixli 1784 nömrəli kredit müqaviləsi üzrə borc tələb etmək hüquqlarının ötürülməsi, “Aqrarkredit" QSC-nin kredit müqaviləsi üzrə kreditor olması və həmin müqaviləyə əsasən borcların həmin Bankın hesablaşma hesabına ödənilməsi barədə İddiaçı MMC tərəfindən cavabdehə bildirilmişdir. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasının DİN BDYPİ-yə ünvanlanmış 29.03.2018-ci il tarixli bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, "xxxx" ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında 25.09.2013-cü il tarixdə, 1784 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi "xxxx" ASC-nin Binəqədi filialı ilə Cavabdeh axasında 25.09.2013-cü il tarixdə, 1784 saylı “İpoteka müqaviləsi” bağlanmış 2011-ci il buraxılışlı, “X11” markalı 90-SK- 064 dövlət qeydiyyat nişanlı, JTMDU09J7B4040394 ban, ağ rəngli avtomobili "xxxx" ASC-nin Binəqədi filialı qarşısında ipoteka ilə yüklü edilmişdir. Hal-hazırda Cavabdeh Bank qarşısında bağlanmış 25.09.2013-cü il tarixdə, 1784 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyi yaranmışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, 10.03.2018-ci il tarixdə bildiriş ipotekaqoyana təqdim edilmişdir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü bəndinə əsasən “Bildirişin qeydiyyata alınmasına dair” ərizəni dövlət qeydiyyatına alıb bir nüsxəsinin onlara təqdim edilməsini xahiş etmişdir. 578610891 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək məqsədilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC-nin 19.03.2021-ci il tarixli, H/02-PLS saylı hesabatdan görünür ki, **- SK-*** dövlət qeydiyyat nişanlı “X11” minik markalı avtomaşının hazırda mövcud olan bazar və likvid qiyməti aşağıdakı kimi olmuşdur: Bazar qiyməti - 48 000 (qırx səkkiz min) manat, Likvid qiyməti - 38 000 (otuz səkkiz min) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4134 №-li, 24.02.2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları və 25 sentyabr 2013-cü il tarixli, 1784 N-li kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh kredit müqaviləsinin bitdiyi tarixə, yəni 25 sentyabr 2016-cı il tarixə "xxxx" ASCnə olan borcu ümumilikdə 56.246,79 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 38.408,28 ABŞ dolları, faiz borcu üzrə 17.838,51 ABŞ dolları. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3601/2018 saylı, 27.12.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, "xxxx" ASC ilə Cavabdeh qızma arasında bağlanmış 25 sentyabr 2013-cü il tarixli 1784 nömrəli kredit müqaviləsi üzrə 38.404 ABŞ dolları əsas borc, 17.838,51 ABŞ dolları faiz borcu, cəmi 56.242,51 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manatın Cavabdeh alınaraq "xxxx" QSC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş “X11 minik” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 56.242,51 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manatın "xxxx" QSC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 25.06.2019-cu il tarixli, 2(103)-8750/2019 saylı qərardaddan görünür ki, İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3601/2018 saylı 27 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı MMC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin prosesual hüquq normalarının pozulması ilə qəbul edildiyini müəyyən etmişdir. İş materiallarından göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25.09.2013-cü il tarixli, 1784 nömrəli kredit müqaviləsi və ona uyğun tərtib edilmiş kredit cədvəlinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 19% ödəmək şərti ilə 39.200 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. Hazırda «Aqrarkredit” QSC BOKT borcun cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etdiyi məbləğ əsas borc üzrə 38.404 ABŞ dolları, faiz borcu üzrə 19.783,04 ABŞ dolları, cəmi 58.187,04 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4134 №-li, 24.02.2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iddiaçının borcu 25 sentyabr 2016-cı il tarixə banka 38.408,28 ABŞ dolları əsas borc, 17.838,51 ABŞ dolları faiz olmaqla, cəmi 56.246,79 ABŞ dolları məbləğində hesablanmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Ekspert rəyi ilə cavabdehin faiz borcunun 19.783,04 ABŞ dolları deyil, 17.838,51 ABŞ dolları məbləğində müəyyən edildiyindən, ekspert rəyi ilə müəyyən olunan məbləğ cavabdehdən tutulmalıdır. Baxmayaraq ki, ekspert rəyi ilə müəyyən olunan əsas borc tələb olunan əsas borcdan yüksəkdir, məhkəmə irəli sürülmüş tələb həddində işə baxdığından hesab edir ki, cavabdehdən əsas borc iddiaçının tələb etdiyi, yəni 38.404 ABŞ dolları məbləğində tutulmalıdır. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25.09.2013-cü il tarixli, 1784 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus **-SK-*** dövlət qeydiyyat nişanlı, «X11-minik” markalı avtomobil öhdəliklərin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi “Girov müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə ilə qeydiyyat orqanında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndindən isə müəyyən olunur ki, avtomobillər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalara aiddir. Bu səbəbdən mübahisəyə 25.09.2013-cü il tarixli, 1784 nömrəli ipoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş “İpoteka haqqında” Qanunun müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 07.03.2018-ci il tarixli, 477 saylı bildiriş cavabdehə göndərilmiş və 29.03.2018-ci il tarixli, 577 saylı məktubla ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş qeydə alınmışdır. Məhkəmə, həmçinin cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərdən keçirib aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 375.2 və 377.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”. Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-nin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Beləliklə iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti 25.09.2016-cı il tarixdə bitsə də, «Aqrarkredit” QSC BOKTun adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC tərəfindən mübahisə predmeti olan kredit müqaviləsi üzrə müvafiq iddia ərizəsi məhkəməyə 2018-ci ildə müraciət edilmiş, lakin MMC-nin "xxxx" QSC BOKT-u təmsil etmək hüququ və BOKT-a məxsus tələb hüququ üzrə öz xeyrinə tələb hüququ olmadığından Bakı Apellyasiya Məhkəməsinin 25.06.2019-cu il tarixli, 2(103)-8750/2019 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3601/2018 saylı 27 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı MMC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" QSC BOKT-un Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə 01.11.2019-cu il tarixdə müraciət etdiyinə baxmayaraq tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25.09.2013-cü il tarixli, 1784 nömrəli kredit müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 38.404 ABŞ dolları, faiz borcu 17.838,51 ABŞ dolları, cəmi 56242,51 ABŞ dolları məbləğində kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı tutularaq iddiaçı "xxxx" QSC BOKT-un xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus **-SK-*** dövlət qeydiyyat nişanlı, “X11minik” markalı avtomobilə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalıdır. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsi ilə bağlı hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 38.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbini “satışdan əldə edilən vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda, qalıq məbləğin Cavabdeh ümumi qaydada tutulması” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Mülki Məcəllənin 319.6-cı maddəsinin tələblərinə uyğun oilaraq Cavabdeh "xxxx" QSC BOKT-un xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə xərci kimi iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunu və məhkəmə ekspertizasının tədqiqat dəyərini nəzərə alır. Belə ki, iddia tələbinin 97%-i təmin olunduğundan məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı Cavabdeh tutularaq Aqrarkredit” QSC BOKT-un xeyrinə, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 145 manatın 4 manatı iddiaçı "xxxx" QSC BOKT-dan, 141 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 38.404 ABŞ dolları, faiz borcu üzrə 17838,51 ABŞ dolları, cəmi 56242,51 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC BOKT-un xeyrinə ödənilsin. Tutma Cavabdeh məxsus **-SK-*** dövlət qeydiyyat nişanlı, “X11-minik” markalı (buraxılış ili 2011, ban - JTMDU09J7B4040394, rəngi-ağ) avtomobilə yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 38.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Satışdan əldə olunan vəsait hesabına Cavabdeh "xxxx" QSC BOKT-a olan kredit borcu ödənilsin. Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh qaytarılsın. İddia digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 145 manatın 4 manatı iddiaçı "xxxx" QSC BOKT-dan, 141 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar