Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1904/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği hər ay, hər uşaq üçün 220 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ödənilməyən beş il də nəzərə alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 29 noyabr 2008-ci il tarixində nikaha daxil olmuşdur. Nikahları Bakı şəhəri Nəsimi rayon qeydiyyat söbəsində 960 saylı akt qeydi ilə bağlanmışdır. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X5, X4 və X3 adlı üç övladı dünyaya gəlmişdir. Ailə qurduğu ilk vaxtlar münasibətləri normal olsa da sonradan cavabdehin ona qarşı laqeyidlik, hörmətsizlik və ailəyə uymayan hərəkətləri nəticəsində münasibətləri pozulmuşdur. Hal-hazırda ayrı yaşayırlar. Aralarında olan nikah əlaqələri artıq faktiki olaraq kəsilmişdir. Birgə nikahdan olan övladları onunla yaşayır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1479/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından aşağıdakılar müəyyən olunur: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-203/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü Nihadın, xx.xx.2010-cu il təvəllüdlü Hümbətin və xx.xx.2012-ci il təvəllüdlü Surəyyanın cavabdeh İddiaçı ilə qalmaları, ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, 55 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6764/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmuş, həmin hissədə iddia qismən təmin olunaraq, xx.xx.2007-ci il təvəllüdlü Nihadın, xx.xx.2010-cu il təvəllüdlü Hümbətin və xx.xx.2012-ci il təvəllüdlü Surəyyanın cavabdehdən alınaraq anaları Cavabdeh verilməsi, uşaqların saxlanması üçün hər ay hər uşağa 100 manat aliment, cəmi 300 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, alimentin tutulmasının uşaqların atadan alınaraq anaya verildiyi vaxtdan hesablanması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda göstərilən qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6764/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan məhkəmə aktlarından göründüyü kimi uşaqların hansı valideynin yanında qalmalı olması və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması məhkəmələr tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən uşaqlar üçün alimentin ödənilməsi hazırkı iş üzrə iddiaçıdan tutulmalı olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı alimentin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1904/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1904/2023
08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver