Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1927/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı "alimentin azaldılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Quliyev X5 Sevda İsrail qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh1nə qarşı "alimentin azaldılması və borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15-oktyabr 1983-cü il təvəllüdlü X9 qarşı yaranmış aliment borcunun silinməsi, cavabdeh tərəfindən əsassız olaraq tutulan aliment ödənişin əmək pensiyasından 70% yox, 50% tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Cavabdeh2 cavabdeh qismində işə cəlb olunması və X8 aliment ödəməkdən azad edilməsi, bu mümkün olmadıqda isə X9 ikinci qrup əlilliyə görə təyin edilmiş aylıq pensiyanın 200 manat olması nəzərə alınaraq, ondan tutulmalı olan alimentin miqdarının qazancının ¼ hissəsi məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh1 cavabdehlər sırasından çıxarmış və X13 ilə cavabdeh X3 birgə nikahından doğulmuş xx xxxxxxxx 2014-cü il təvəllüdlü X1 üçün X7 cavabdeh X3 xeyrinə tutulan 154 manat sabit pul məbləğində aliment miqdarının dəyişdirilərək, onun 2-ci qrup əlilliyə görə təyin edilmiş aylıq 233,2 manat pensiyasının dörddə bir hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Nizami rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə X7 xx xxxxxxxx 2014-cü il tarixdə anadan olmuş X6 saxlanılması məqsədi ilə Cavabdeh2 xeyrinə 154 manat aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi tabeliyində Dövlət X15 Bakı şəhəri, Nəsimi rayon xidmət nümayəndəliyinin **********1 saylı xx xxxxxxx 2020-ci il tarixli arayışına əsasən X13 İİ qrup əlilliyə görə pensiyaçıdır və ayda 233,20 manat məbləğində pensiya alır.Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3373/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X15 Bakı şəhəri Nəsimi rayon Şöbəsinin **********0 saylı xx xxxx 2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, xx xxxx 2018-ci il tarixli icra sənədinə əsasən pensiyaçı X8 pensiyasından xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 1847,66 manat aliment tutularaq tələbkar X2 xeyrinə ödənilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 6966/2019 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh X4 qarşı “aliment ödənilməsi vəzifəsindən azad edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı iddia tələbi tam olaraq əssasızdır. Belə ki, iddiaçının oğlu ilə xx xxxxxxx 2013-cü il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuş və birgə nikahlarından xx xxxxxxxx 2014-cü il təvəllüdlü X10 doğulmuşdur. Xasiyyətlərinin düz gəlməməsi və münasibətlərinin kəskin pozulması səbəbindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(007)-262/2016 saylı qətnaməsi ilə aralarında bağlanmış nikahın pozulması, azyaşlı uşaqlarının onun himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Namiq Quliyevdən hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2016-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı azyaşlı uşağın təlabatının qarşılanmasında hədsiz az olduğundan iddia tələbinə əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Namiq Quliyevdən tutulmalı olan sabit pul məbləğində alimentin miqdarı artırılaraq 154 manat müəyyən edilmişdir. Azyaşlı uşaqlarının gündəlik dolanışığı və təminatı ilə qəti olaraq maraqlanmamış, daim müxtəlif bəhanələrlə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti də vaxtı-vaxtında ödəməkdən boyun qaçıran iddiaçının oğlunun hazırda 2000 manata yaxın bir məbləğdə aliment borcu ola-ala “aliment ödənilməsi vəzifəsindən azad edilməsi barədə” iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6966/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilərək, təmin edilməmişdir.Hər üsulla azyaşlı uşağının dolanışığı üçün müəyyən olunmuş alimenti ödəməkdən yayınmaq istəyini qətiyyətlə nümayiş etdirən iddiaçı Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qəbul edilməsindən də belə az bir müddətin keçdiyi bir vaxtda, oğlunun durumunda hər hansı bir əhəmiyyət kəsb edən dəyişikliyin baş vermədiyi halda, növbəti olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(006)-1629/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh X7 iddiaçı Cavabdeh2 xeyrinə tutulan alimentin artırılması, tərəflərin birgə nikahlarından xx xxxxxxxx 2014-cü il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2018-ci il tarixdən başlayaraq X7 hər ay 154 manat sabit pul məbləğində aliment Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)-3373/2018 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 312 №-li sərəncamından görünür ki, İddiaçı xx.xx.1983-cü il təvəllüdlü X8 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2020-ci il üçün yaşayış minumumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 82/2016 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 68.1 və 68.1.3-ci maddələrinə əsasən tələb uşağın doğulması ilə əlaqədar; çoxuşaqlı analara; tənha ata və ya anaya; pensiyaçılara, birinci dərəcə əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluğa görə; sağlamlığa vurulmuş ziyan nəticəsində zərər çəkmiş şəxslərə əlavə qidaya, protezləşdirməyə, sanatoriya-kurort müalicəsinə, habelə həmin şəxslərə qulluğa görə ödənilən məbləğlərə yönəldilə bilməz. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının oğlu X13 ilə Cavabdeh2 birgə nikahda olmuşlar və onların birgə nikahından xx xxxxxxxx 2014-cü il təvəllüdlü X13 adlı övladları anadan olmuşdur. Daha sonra tərəflər arasındakı nikah pozulmuş və uşaq ananın himayəsindədir. Məhkəmə qətnaməsi ilə X7 azyaşlı uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün 154 manat sabit pul məbləğində alimentin Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə xx.xx.1983-cü il təvəllüdlü X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və atası, eyni zamanda hazırki iş üzrə İddiaçı onun qəyyumu təyin edilmişdir. Hazırda iddiaçı oğlunun İİ qrup əlilliyə görə pensiyaçı olduğunu və ayda 233,20 manat məbləğində pensiya aldığını, hər iki oğlunun onun himayəsində olduğunu və uşaqlarının müalicəsinə maddi imkanı çatmadığını bildirərək, X7 cavabdeh X3 xeyrinə tutulan 154 manat sabit pul məbləğində aliment miqdarının dəyişdirilərək, onun 2-ci qrup əlilliyə görə təyin edilmiş aylıq 233,2 manat pensiyasının dörddə bir hissəsi həcmində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçıdan hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmiş, həmin vaxtdan sonra isə iddiaçı alimentin azaldılmasına səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, alimentin məbləğini 154 manat sabit pul məbləği şəklində müəyyən edən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qəbul edilən zaman da X13 ikinci qrup əlil olmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2020-ci il üçün yaşayış minumumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Ona görə də alimentin məbləğinin azaldılaraq 233,2 manat pensiyanın dörddə bir hissəsi həcmində (58 manat) müəyyən edilməsi uşağın mənafeyinə ziddir. Qeyd olunanları, icra qanunvericiliyinə əsasən yalnız birinci qrup əlillərə ödənilən pul məbləğlərinə tələbin yönəldilməsinə qadağa qoyulduğunu və cavabdehin himayəsində olan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı "alimentin azaldılması" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh2 qarşı "alimentin azaldılması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-1927/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1927/2020
12.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver