Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-193/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətin nümayəndələri X3 və X2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4maqla cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərişıq" ASC-nin X1 01 yanvar 2002-ci ildən - 01 yanvar 2023-cü ilə kimi işlədiyi iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" ASC-nin X1 1999-cu ildən sürücü işləmişdir. İşlədiyi xx.xx.2002-ci ildən - xx.xx.2023-cü ilə kimi olan dövrdə iş vaxtından artıq işləmişdir. Lakin iş vaxtından artıq vaxt ərzində görülən işin əmək haqqı iddiaçıya ödənilməmişdir. Həftəlik iş norması 40 saat və ona müvafiq olaraq aylıq iş norması 160- 170 saat müəyyən edilsə də iddiaçı təxminən hər ay 250 saat işləmişdir. Bununla da hər ay təxminən 70-80 saat iş vaxtından artıq işləsə də işlədiyi iş vaxtından artıq işlərin əmək haqqı iddiaçıya ödənilməmişdir. Bu hal iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Pozulmuş hüquqlarının bərpası üçün cavabdehə 23 yanvar 2023-cü il tarixində ərizə ilə müraciət etsə də müraciətinə bu günə kimi cavab verilməmişdir. İş vaxtından artıq vaxt ərzində görülən işin əmək haqqının ödənilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etmişdir. "xxxx" ASC- nin X1 xx.xx.2002-ci ildən - xx.xx.2023-cü ilə kimi olan minik avtomobili üçün yol vərəqələrində iddiaçının hər ay neçə saat işlədiyi öz əksini tapmışdır. Lakin həmin yol vərəqələrini cavabdehə iddiaçıya verməkdən imtina edir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmədən "xxxx" ASC-nin X1 01 yanvar 2002-ci ildən 01 yanvar 2023-cü ilə kimi işlədiyi iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, xx.xx.1999-cu il tarixdən xx.xx.2023-cü il tarixə qədər "xxxx" ASC-də işləmişdir. xx.xx.1999-cu il tarixdən 2002-ci il tarixə qədər hər hansı mübahisə olmamışdır. 2002-ci il tarixdən sonra sürücülərdən birini ixtisar edilmiş və o, 3 nəfərlə birlikdə işləmişdir. O vaxt iddiaçı bu məsələyə etirazını bildirmişdir. xx.xx.2023-cü il tarixdə işə çıxmadığını bildirərək onu işdən çıxarmışlar. Halbuki onu özləri işə buraxmırdılar. Bununla bağlı X5 müraciət etmişdir. Ona bankdan çıxarış götürməli olduğunu bildirmiş və o banka yaxınlaşaraq çıxarışı götürmüşdür. Həmin çıxarışla birlikdə DOST Mərkəzinə yaxınlaşaraq orada ərizə yazmışdır. Lakin ona cavab verməmişlər. xx.xx.2022-ci il tarixdə ona "xxxx" ASC-dən zəng edərək, 65 yaşdan yuxarı yaşı olduğuna görə gecə növbəsində işləyə bilməyəcəyini və təqaüdçü olduğuna görə işdən çıxmalı olduğunu bildirmişlər. Əmək kitabçası ondadır. İş saatı həftədə 48 saat və ya gün ərzində 24 saat olaraq işlədiyi də olmuşdur. İş saatı ümumi olaraq ay ərzində 240 saat olurdu. Aylıq 10 gün işləyirmiş. Ödəniş saat üzrə ödənilirdi və aylıq 189 saat üzrə ödəniş edilirdi. Yol vərəqəsində 240 saat verilirdi, lakin 51 saat üzrə ödəniş edilmirdi. xx.xx.2023-cü ildə işdən çıxmış və sonuncu ödəniş həmin tarixdə olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirdi ki, o, iddiaçının iş yoldaşıdır. Onunla 23 il birlikdə işləyib. Vəzifəsi növbətçi mexanik olub. Yol vərəqələri və səyahət göndərişini o yazırmış. Hazırda o, təqaüdçüdür. İddiaçı sürücü kimi işləmişdir. Bir maşın üzrə 3 nəfər sürücü işləyirdilər. Cavabdeh tərəfindən təqdim edilmiş yol vərəqələrini o, tərtib edilərək sürücülərə təqdim etmişdir. Yol vərəqəsini hər gün maşının çıxmasına görə vermişdir. İş saatı səhər 8:00-dan bağlayaraq 24 saat davam etmişdir. Yol vərəqəsində gün ərzində 24 saatlıq iş, 24 saatın 3 saatı istirahət yazılmışdır. Ay ərzində 189 saat, onun 161 saatı iş vaxtı digər 28 saatı isə istirahət üçün qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1999cu il tarixdən xx.xx.2023-cü il tarixə qədər "xxxx" ASC-də çalışmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli iddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış məktubdan görünür ki, o, "xxxx" ASC-nin X1 işlədiyi 2006-2023-cü illərdə iş vaxtının və iş vaxtından artıq işlənmiş saatların əmək haqqının ödənilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan AR ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçıya qeyd etdiyi məsələrlə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il xx/xx-01469 nömrəli əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, İddiaçı yanvar ayı üçün 391.93 manat əmək haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, İddiaçı fevral ayı üçün 144.45 manat əmək haqqı ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 2023-cü ilin yanvar ayının iş saatının istifadəsinin hesabatının tabelindən görünür ki, İddiaçı 8 gün işdə olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 2023-cü ilin fevral ayının iş saatının istifadəsinin hesabatının tabelindən görünür ki, İddiaçı 8 gün işdə olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 2023-cü ilin mart ayının iş saatının istifadəsinin hesabatının tabelindən görünür ki, İddiaçı mart ayında işdə olmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin 2023-cü ilin aprel ayının iş saatının istifadəsinin hesabatının tabelindən görünür ki, İddiaçı aprel ayında işdə olmamışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2021-ci ilin mart ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin mart ayında 264 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2021-ci ilin aprel ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin aprel ayında 240 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2021-ci ilin may ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin may ayında 240 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2021-ci ilin iyun ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin iyun ayında 240 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2021-ci ilin iyul ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin iyul ayında 240 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2021-ci ilin sentyabr ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin sentyabr ayında 240 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2021-ci ilin oktyabr ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin oktyabr ayında 240 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2021-ci ilin noyabr ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin noyabr ayında 240 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2022-ci ilin fevral ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin fevral ayında 240 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2022-ci ilin mart ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin mart ayında 240 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2022-ci ilin aprel ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin aprel ayında 240 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2022-ci ilin may ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin may ayında 240 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2022-ci ilin iyun ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin iyun ayında 240 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2022-ci ilin avqust ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin avqust ayında 504 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2022-ci ilin sentyabr ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin sentyabr ayında 600 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2022-ci ilin oktyabr ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin oktyabr ayında 624 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2022-ci ilin noyabr ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin noyabr ayında 600 saat çalışmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89.1-cu maddəsinə əsasən tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASCnin X1 1999-cu ildən sürücü işləmişdir. İşlədiyi xx.xx.2002-ci ildən - xx.xx.2023-cü ilə kimi olan dövrdə iş vaxtından artıq işləmişdir. Lakin iş vaxtından artıq vaxt ərzində görülən işin əmək haqqı iddiaçıya ödənilməmişdir. O, həftəlik iş normasının 40 saat və ona müvafiq olaraq aylıq iş norması 160-170 saat müəyyən edilsə də təxminən hər ay 250 saat işlədiyini bildirmişdir. Bununla da hər ay təxminən 70-80 saat iş vaxtından artıq işləsə də işlədiyi iş vaxtından artıq işlərin əmək haqqı iddiaçıya ödənilməmişdir. Bu hal iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində 2002-ci ildən 2023-cü ilə qədər işlədiyi dövr üçün iş vaxtından artıq vaxt ərzində görülən iş üçün əmək haqqı tələb etsə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərdən (yol vərəqələri və tabellər) görünür ki, iddiaçı yalnız 2021-2023-cü illərdə işlədiyi dövrlər üçün sübutlar təqdim etmişdir. 2021-ci ildə əvvəlki dövrlər üçün məhkəmə heç bir sənəd təqdim edilməmişdir. Belə ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iş materiallarında olan ödəniş cədvəllərindən görünür ki, 2023-cü ilin yanvar və fevral ayları üçün cavabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənilmişdir. 2023-cü ilin mart ayında işdə olmamış, aprel ayında isə xx.xx.2023-cü il xx/xx-01469 nömrəli əmrə əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin ötürülməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, cavabdeh ərizəsində qeyd etmişdir ki, İddiaçı Məhəmməd oğlu 2002-ci ildən xəbəri olduğu halda məhkəməyə 2023-cü ildə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, demək ki, cavabdeh ərizəsində həqiqətən də iddiaçıya iş vaxtından artıq görülmüş işlərə görə əmək haqqı ödənilmədiyini qeyd edir. Məhkəmə cavabdehin ərizəsini qismən əsaslı hesab edir. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan məhkəmə iddiaçının tələbini 19 iyun 2021-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi tarixə 14 aprel 2023-cü il tarixə qədər əsaslı hesab edir. Yuxarıda qeyd edildiyi kimi 2023-cü il üzrə iddiaçıya əmək haqqları ödənildiyindən iddia yalnız 2021 və 2022-ci illər üçün əməkhaqqının tutulması hissəsində təmin ediləcəkdir. Beləliklə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı 2021-ci ilin mart ayında 264, aprel, may, iyun, iyul, sentyabr, oktyabr, noyabr aylarında 240 saat, 2022-ci ilin fevral, mart, aprel, may, iyun aylarında 240 saat, avqust ayında 504 saat, sentyabr ayında 600 saat, oktyabr ayında 624 saat, noyabr ayında 600 saat çalışmışdır. Bununla da iddiaçının işçi kimi hüquqları pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinə əsasən həftəlik iş vaxtının norması 40 saatdan, aylıq 160 saatdan artıq ola bilməz. Lakin iddiaçı aylıq 240 saat və daha çox işləmiş və ona əlavə gördüyü işə görə əmək haqqı verilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Məhəmməd oğlunun iddia ərizəsi qismən təmin edilməli, ona cavabdeh tərəfindən iş vaxtından artıq işlədiyi hər saata ((264 - 160) + (12 x 240 – 12 x 160) + (504 - 160) + (2 x 600 – 2 x 160) + (624-160) = 2752 saata görə əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. İddiaçı Məhəmməd oğluna cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının iş vaxtından artıq işlədiyi hər saata, ümumilikdə ((264 - 160) + (12 x 240 – 12 x 160) + (504 - 160) + (2 x 600 – 2 x 160) + (624-160)) = 2752 saata görə əmək haqqı hesablanaraq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-193/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-193/2024
02.08.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver