Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1932/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Muradov Asim Kərim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 mart 2003-cü il təvəllüdlü X1 üçün hər ay 200 manat məbləğində alimentin Cavabdeh onun xeyrinə pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 14.02.2017-ci il tarixli, 2(005)- 332/2017 saylı Nərimanov rayon məhkəməsinin qətnaməsinə əsasən cavabdeh X6 ilə, aramızda olan nikah pozulmuşdur. Nikahdan 24 mart 2003-cü il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh uşağın saxlanması üçün heç bir köməklik etmir. 24 mart 2003-cü il təvəllüdlü X2 üçün hər ay 200 manat alimentin Cavabdeh mənim xeyrimə tutulmasını istəyir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh ilə 06.08.2013-cü il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsində qeydə (qeyd 492) alınmış nikahın pozulması, və birgə nikah müddətində əldə etdikləri “Kia Sorento” markalı ** VA *** dövlət qeydiyyat nişanlı maşının 24 mart 2003-cü il təvəllüdlü X4 mənafeyini nəzərə alaraq 2/3 hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələblərinə etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 03.02.2021-ci il tarixdə verilmiş 05-Q- 143/69 nömrəli nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı 06.08.2013-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 492 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Musayev, arvada Musayeva soyadı verilmişdir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 11.11.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 611643 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 24.03.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 18.02.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş kompüter uçot bazasından çıxarışdan görünür ki, “Kia Sorento” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil 25.12.2013-cü il tarixdən hazıradək Cavabdeh adında qeydiyyatdadır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər 06.08.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 24.03.2003-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salmış, lakin barışıq olmamış, iddiaçı nikahın pozulmasında təkid etmişdir. 24.03.2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatmışdır. “Kia Sorento” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin birgə nikahda olduqları müddətdə əldə olunduğu, 25.12.2013-cü il tarixdə mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyatdan keçdiyi işin mübahisələndirilməyən hallarına aiddir. İddiaçı uşağın onun yanında olmasına əsaslanaraq mübahisəli avtomobilin qeyri-bərabər paylarda bölünməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 19.1 və 20-ci maddələrinə əsasən AM-nin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə iddianın “nikahın pozulması” hissəsi ilə əlaqədar hesab edir ki, tərəflərin birgə yaşamaları və ailənin qorunub saxlanması qeyri-mümkün olduğuna görə onların arasında bağlanmış nikah pozulmalıdır. Məhkəmə iddianın “əmlakın bölgüsü” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci və 31.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir Bu Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəlləsinin 225ci maddələrinin tələblərindən göründüyü kimi əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Hazırki işin faktiki hallarından göründüyü kimi hər iki şərtin mövcudluğu işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır. Belə ki, qeyd edilən maddi hüquq normalarının müzakirə olunan mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı, cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməli və “Kia Sorento” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil ümumi birgə mülkiyyət hesab edilərək, tərəflər arasında bərabər hissədə (½ hissədə) paylara bölünməlidir. Belə ki, Ailə Məcəlləsinin 37.1 və 37.2-ci maddələrinə əsaslanaraq məhkəmə hesab edir ki, tərəflərin mübahisəli mənzilin üzərindəki payların qeyri-bərabər müəyyən edilməsi üçün əsaslar yoxdur və həmin paylar bərabər hesab edilməlidir. Çünki, qanunverici ümumi qayda olaraq ər-arvadın birgə əmlakdakı paylarının bərabər bölünəcəyini müəyyən edir. Bölgü zamanı uşaqların mənafeyinin nəzərə alınması isə payların qeyri-bərabər bölünməsinə təsir edən müstəsna hal kimi nəzərdə tutulmuşdur. Lakin məhkəmə qeyd edir ki, uşaqların ana ilə qalması özlüyündə müstəsna hal kimi qəbul edilə bilməz. Bunun üçün uşaqların mənafeyinə təsir göstərən halların nədən ibarət olduğu, ümumi əmlakın bölünməsinin həmin mənafe baxımından hansı əhəmiyyət daşıdığı göstərilərək sübutlarla təsdiq olunmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı ümumiyyətlə bu hallara əsaslanmamış və hər hansı sübut təqdim etməmiş, öz mövqeyini isə yalnız birgə nikahdan olan uşağın onun yanında qalması ilə əsaslandırmışdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkün olduğu üçün iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 06.08.2013-cü il tarixdə bağlanmış və Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 492 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, “Kia Sorento" minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil ümumi birgə mülkiyyət hesab edilərək, tərəflər arasında bərabər hissədə (hər birinin ½ hissədə) paylara bölünməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 06 avqust 2013-cü il tarixdə bağlanmış və Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 492 nömrə ilə qeyd edilmiş nikah pozulsun. “Kia Sorento" minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh ilə İddiaçı hər birinin ½ hissədə pay hüququ müəyyən edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1932/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1932/2021
01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver