Məhkəmə qərarları › İş №2(006)-1933/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1933/2023

12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1933/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi iddiaçı X1, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X5 Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2023-cü il tarixdən X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının dörddə bir hissəsi miqdarında aliment tutulması (əməkhaqqından tutularaq onun hesabına köçürülməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahları 2023-ci il tarixdə pozulmuş və bu barədə Nəsimi rayon qeydiyyat şöbəsi nikahın pozulması barədə şəhadətnamə vermişdir. Cavabdehlə birgə nikah münasibətindən bir uşaqları - X6 doğulmuşdur. Nikahları pozulan vaxtdan cavabdeh 200 azn maddi köməklik göstərsə də, bu məbləğ uşağın təlabatını qarşılamır. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul ediıməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etirazı olmadığını, iddianı qəbul etdiyini bildirmişdir. Həmçinin iddia tələbinin qəbul edilməsinə dair ərizə də məhkəməyə təqdim etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: AZ-İİ seriyalı 288245 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahı 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2191 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Mahmudova soyadı verilmişdir. AA serialı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4902/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 1 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə 2191 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı 443787 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. Nikah pozulandan sonra kişiyə Mahmudov, qadına Rüstəmli soyadı verilmişdir. Mediasiya təşkilatının bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər uşağın ananın himayəsində qalması, onun saxlanılması üçün Cavabdeh qazancının və gəlirlərinin ¼ hissəsində aliment ödənilməsi və.s tələblər üzrə razılığa gəlmişlər. İş materiallarında olan Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh iddianı qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarından göründüyü kimi, cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulmasına razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmiş, məhkəmə isə həmin ərizəni qəbul etmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq X4 ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı X4 ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar