Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1951/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO «xxxx» KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit və ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO «xxxx» KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit və ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.03.2010-cu il tarixli ********** saylı kredit müqaviləsi və 03.03.2010-cu il tarixli ********** saylı ipoteka müqaviləsindən yaranan tələblər üzrə müddətin keçmiş hesab edilməsi, həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilməsi və müqavilələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onunla «xxxx» KB QSC arasında bağlanmış 28.11.2008ci il tarixli kredit müqaviləsi və 28.11.2008-ci il tarixli ipoteka müqaviləsindən yaranan tələblər üzrə müddətin keçmiş hesab edilməsi, həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilməsi və 28.11.2008-ci il tarixli kredit müqaviləsinin və 28.11.2008-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, onun 28.11.2008-ci il tarixli kredit və 28.11.2008-ci il tarixli ipoteka müqavilələri üzrə borcunun olmaması barədə LPO «xxxx» KB QSC-nin əməliyyat sistemində qeydin aparılması və bu barədə «xxxx» MMC-yə məlumat göndərilməsinin LPO «xxxx» KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onunla «xxxx» KB QSC arasında bağlanmış 05.12.2007ci il tarixli ********** saylı kredit müqaviləsi və 05.12.2007-ci il tarixli ********** saylı girov müqaviləsindən yaranan tələblər üzrə müddətin keçmiş hesab edilməsi, həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilməsi və müqavilələrin ləğv edilməsi, onun həmin müqavilələr üzrə borcunun olmaması barədə LPO «xxxx» KB QSC-nin əməliyyat sistemində qeydin aparılması və bu barədə «xxxx» MMC-yə məlumat göndərilməsinin LPO «xxxx» KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə «xxxx» KB QSC arasında kredit müqaviləsi və həmin müqavilənin təminatı olaraq 2006-cı il buraxılışlı, ** BD *** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz CL 500» markalı minik avtomobilinin girov qoyulmasına dair girov müqaviləsi bağlanmışdır. Daha sonra, bank əməkdaşı İddiaçı ilə əlaqə saxlayaraq qeyd edilən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün ipoteka predmeti olan həmin avtomobilə tutma yönəldiləcəyini bildirmiş və avtomobilin təhvil verilməsini xahiş etmişdir. «xxxx» KB QSC məktubla Bakı şəhəri Dövlət Notariat Kontoruna müraciət edərək, İddiaçı məxsus avtomobilə dair özündə qanunvericiliklə icazə verilmiş bütün əqdləri bağlamaq və geniş səlahiyyətləri ehtiva edən baş etibarnamənin bankın əməkdaşı X3 verilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı ƏN-İİ seriyalı 337600 saylı etibarnamə əsasında avtomobili X3 təhvil vermişdir. 10 ildən artıq müddət keçməsinə baxmayaraq «xxxx» KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı ilə əlaqə saxlayaraq onun banka kredit borcunun olduğunu bildirmiş və həmin borcun ödənilməsini tələb etmişdir. Kredit və ipoteka müqavilələrinin təsdiq edilmiş surətlərinin, habelə borc məbləği və digər sənədlərin «xxxx» KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tələb edilməsinə baxmayaraq, cavabdeh 24.12.2020-ci il tarixli məktubla həmin sənədləri təqdim etməkdən imtina etmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ilə «xxxx» KB QSC (ləğv prosesindədir) arasında bağlanmış 05 dekabr 2007-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən İddiaçı avtomobilin dəyərinin ödənilməsi məqsədi ilə «xxxx» KB QSC-dən 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 102.120 manat kredit almışdır. - Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün tərəflər arasında bağlanmış 05 dekabr 2007-ci il tarixdə ********** saylı girov müqaviləsinə əsasən 2006-cı il buraxılışlı, qara metal rəngli, WDD2163711A003652 ban nömrəli, «Mercedes Benz CL 500» markalı minik avtomobili bank qarşısında yüklü edilmişdir. - 22 oktyabr 2008-ci il tarixdə «xxxx» KB QSC aidiyyatı dövlət notariat kontoruna 05-4/5057 saylı məktub ünvanlayaraq, İddiaçı məxsus, ipoteka predmeti olan avtomobilə dair özündə qanunvericilikdə icazə verilmiş bütün əqdləri bağlamağı və geniş səlahiyyətləri ehtiva edən baş etibarnamənin X3 verilməsinə etiraz etmədiyini bildirmişdir. - 23 oktyabr 2008-ci il tarixdə İddiaçı aidiyyatı dövlət notariat kontorunda ipoteka predmeti olan avtomobilə dair X2 adına ƏN-İİ seriyalı 337600 saylı etibarnamə vermişdir. Etibarnamə 20 il müddətinə verilmişdir. - 03 may 2021-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, kredit müqaviləsinin müddəti 05 mart 2010-cu il tarixdə bitmişdir. İş materiallarından görünür ki, İddiaçı ilə «xxxx» KB QSC (ləğv prosesindədir) arasında avtomobilin dəyərinin ödənilməsi məqsədi ilə 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 102.120 manat kredit alınması məqsədi ilə 05 dekabr 2007-ci il tarixli ********** saylı kredit müqaviləsi bağlanmış, Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün tərəflər arasında 05 dekabr 2007-ci il tarixdə ********** saylı girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 2006-cı il buraxılışlı, qara metal rəngli, WDD2163711A003652 ban nömrəli, «Mercedes Benz CL 500» markalı minik avtomobili bank qarşısında yüklü edilmişdir. İş materiallarından görünür ki, tərəflər kredit və girov münasibətlərində olduğu dövrdə «xxxx» KB QSC İddiaçı məxsus, ipoteka predmeti olan avtomobilə dair özündə qanunvericilikdə icazə verilmiş bütün əqdləri bağlamağı və geniş səlahiyyətləri ehtiva edən baş etibarnamənin digər şəxsin adına verilməsinə razılıq vermiş və keçən müddət ərzində kreditor qanunla müəyyən edilmiş müddət ərzində borc alana qarşı tələb irəli sürməmişdir. Həmçinin işin araşdırılmış hallarından görünür ki, 10 ildən artıq müddət keçməsinə baxmayaraq «xxxx» KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı rəsmi qaydada deyil, digər formada əlaqə saxlayaraq banka kredit borcunun olduğunu bildirərək həmin borcun ödənilməsini tələb etmişdir. İddiaçının bununla bağlı kredit və ipoteka müqavilələrinin təsdiq edilmiş surətlərinin, habelə borc məbləği və digər sənədlərin «xxxx» KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tələb edilməsinə baxmayaraq, cavabdeh 24.12.2020-ci il tarixli məktubla həmin sənədləri təqdim etməkdən imtina etmişdir. Məhkəmə baxışı zamanı cavabdeh tərəf iddiaçıya qarşı kredit və girov müqaviləsi əsasında tələb irəli sürülməsinə dair heç sübut təqdim etməmiş, bunun edilməməsinin səbəblərinə isə tutarlı izah verməmişdir. Halbuki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. - 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. - 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. - 551.2, 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. - 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. - 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Məhkəmə hesab edir ki, sadalanan maddi hüquq normaları baxımından iddiaçı hazırkı iddiasında qeyd edilən kredit və girov müqaviləsi üzrə müddət keçməsini və tələblərin qüvvəsini itirməsinə dair irəli sürdüyü dəlillər əsaslıdır. Bu səbəbdən məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəlir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə «xxxx» KB QSC arasında bağlanmış 05.12.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi və 05.12.2007-ci il tarixli ********** saylı girov müqaviləsindən yaranan tələblər üzrə müddət keçmiş hesab edilməli, həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilməli və müqavilələr ləğv edilməli, İddiaçı həmin müqavilələr üzrə borcunun olmaması barədə LPO «xxxx» KB QSC-nin əməliyyat sistemində qeyd aparılmalı və bu barədə «xxxx» MMC-yə məlumat göndərilməsi LPO «xxxx» KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə «xxxx» KB QSC arasında bağlanmış 05.12.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi və 05.12.2007-ci il tarixli ********** saylı girov müqaviləsindən yaranan tələblər üzrə müddət keçmiş hesab edilsin. Həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilsin və müqavilələr ləğv edilsin. İddiaçı həmin müqavilələr üzrə borcunun olmaması barədə LPO «xxxx» KB QSCnin əməliyyat sistemində qeyd aparılsın və bu barədə «xxxx» MMC-yə məlumat göndərilməsi LPO «xxxx» KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1951/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1951/2021
17.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver