Məhkəmə qərarları › İş №2(006)-1954/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1954/2021

28.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1954/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "zaminlik müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “xxxx” KB ASC arasında 08.12.2012-ci il tarixdə bağlanmış 37Z/12 saylı zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2(060)- 10650/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X4 arasında bağlanmış 08.12.2012-ci il tarixli, 37-1/12SU saylı və 17.09.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqavilələri vaxtından əvvəl ləğv edilməsi, iddiaçı "xxxx" KB Cəmiyyətinin xeyrinə cavabdehlər X4 və İddiaçı qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 07.12.2012-ci il tarixli 37/12SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 08.12.2012-ci il tarixli 37-1/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği, əsas kredit borcu üzrə 13.421,71 ABŞ dolları, faiz borcu üzrə 3.121,92 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 17.043,63 ABŞ dolları, 17.09.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 13.050 ABŞ dolları, faiz borcu üzrə 1.968,55 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 15.318,55 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X1 mülkiyyətində olan Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362,18 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi, cavabdeh X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda, həmin mənzildə yaşayan şəxslərin mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən X4 tərəfindən apelyasiya şikayəti verilmişdir. X4 həmin qətnaməni apelyasiya instansiyasında mübahisələndirdiyi üçün o, apelyasiya şikayəti verməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2(105)-06/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2(060)-10650/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(102)-6916/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 25 iyun 2019cu il tarixli 2(105)-06/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin görünən odur ki, onun hüquqları pozulmaqda davam edir. Onunla cavabdeh "xxxx" KB ASC arasında 08.12.2012-ci il tarixdə 37Z/12 saylı zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda, X4 ilə "xxxx" KB ASC arasında 07.12.2012-ci il tarixli, 37/12SU saylı Əsas Kredit Müqaviləsi bağlanmışdır. Qeyd olunan Əsas Kredit Müqaviləsinin mühüm şərtləri 1.1-ci bənddə öz əksini tapmışdır. Belə ki, həmin bənddə göstərilmişdir ki, borcverən borcalana 45.000 (qırx beş min) manat məbləğində 60 ay müddətinə 07 dekabr 2017-ci il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir. Göründüyü kimi gələcəkdə bağlanılması nəzərdə tutulan əlavə kredit müqavilələri 07.12.2012-ci il tarixli, 37/12SU saylı Əsas Kredit Müqaviləsinin şərtləri çərçivəsində olmalı idi və zamin kimi o da məhz bu risklər üzrə zamin olmağa razılıq vermişdir. Lakin, X4 ilə "xxxx" KB ASC arasında bağlanmış 08.12.2012-ci il tarixli, 37- 1/12SU saylı Əlavə Kredit Müqaviləsinin 1.2-ci bəndinə görə bu müqavilə üzrə bank tərəfindən borcalana verilən kreditin məbləği 45.000 ABŞ dolları təşkil edir. Həmçinin, X4 ilə "xxxx" KB ASC arasında bağlanılmış 17.09.2014-cü il tarixli, 37-3/12SU saylı Əlavə Kredit Müqaviləsinin 1.2-ci bəndinə görə bu müqavilə üzrə bank tərəfindən borcalana verilən kreditin məbləği 15.000 ABŞ dolları təşkil edir. Bununla da bank borcalana ABŞ dolları ilə kredit verməklə 07.12.2012-ci il tarixli, 37/12SU saylı Əsas Kredit Müqaviləsinin mühüm şərti olan müqavilənin valyutasını dəyişməklə zaminin hüququnu pozmuş və onun razılığı olmadan öhdəliyin (Əsas Kredit Müqaviləsinin) şərtlərinə mühüm dəyişiklik edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iki kredit müqaviləsi olmuş, bir kredit müqaviləsi üzrə 36 ay müddətinə 45.000 ABŞ dolları, digər kredit müqaviləsi üzrə isə 30 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit verilmiş, iddiaçı da hər iki kredit müqaviləsi üzrə zamin olmuşdur. Həmin kredit müqavilələri üzrə yaranmış borc üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Qətnamə Bakı Apelyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmış, həmin qərardan verilmiş kassasiya şikayəti də Ali Məhkəmə tərəfindən təmin edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan «xxxx KB» ASC (bank) ilə İddiaçı (zamin) və X4 (borclu) arasında bağlanmış 08 dekabr 2012-ci il tarixli, 37Z/12 SU saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin İddiaçı «xxxx KB» ASC ilə X4 arasında bağlanmış 07 dekabr 2012-ci il tarixli 37/12SU saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(105)-06/2019 saylı qətnaməsinin surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X4 arasında bağlanmış 08.12.2012-ci il tarixli, 37-1/12SU saylı və 17.09.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi, iddiaçı "xxxx" KB Cəmiyyətinin xeyrinə cavabdehlər X4 və İddiaçı qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 07.12.2012-ci il tarixli 37/12SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 08.12.2012-ci il tarixli 37-1/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği, əsas kredit borcu üzrə 13.421,71 ABŞ dolları, faiz borcu üzrə 3.121,92 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 17.043,63 ABŞ dolları, 17.09.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 13.050 ABŞ dolları, faiz borcu üzrə 1.968,55 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 15.318,55 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X1 mülkiyyətində olan Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362,18 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi, cavabdeh X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda, həmin mənzildə yaşayan şəxslərin mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.11.2019-cu il tarixli, 2(102)-6916 saylı qərarının surətindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1 - zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2 - əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3 - kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4 - zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 ilə "xxxx" KB ASC arasında 07.12.2012-ci il tarixli, 37/12SU saylı Əsas Kredit Müqaviləsi bağlanmış və «xxxx KB» ASC (bank) ilə İddiaçı (zamin) və X4 (borclu) arasında bağlanmış 08 dekabr 2012-ci il tarixli, 37Z/12 SU saylı zaminlik müqaviləsinə əsasən, zamin İddiaçı «xxxx KB» ASC ilə X4 arasında bağlanmış 07 dekabr 2012-ci il tarixli 37/12SU saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. 17 sentyabr 2014-cü il tarixdə isə X4 ilə "xxxx" KB ASC arasında 37-3/12SU saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Həmçinin müəyyən edilmişdir ki, qeyd edilən müqavilələr üzrə yaranmış kredit borcu vaxtında və lazımi qaydada ödənilmədiyindən "xxxx" KB ASC borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X4 arasında bağlanmış 08.12.2012-ci il tarixli, 37-1/12SU saylı və 17.09.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi, iddiaçı "xxxx" KB Cəmiyyətinin xeyrinə cavabdehlər X4 və İddiaçı qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 07.12.2012-ci il tarixli 37/12SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 08.12.2012-ci il tarixli 37-1/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği, əsas kredit borcu üzrə 13.421,71 ABŞ dolları, faiz borcu üzrə 3.121,92 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 17.043,63 ABŞ dolları, 17.09.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 13.050 ABŞ dolları, faiz borcu üzrə 1.968,55 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 15.318,55 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X1 mülkiyyətində olan Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362,18 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi, cavabdeh X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda, həmin mənzildə yaşayan şəxslərin mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı onun razılığı olmadan zaminliklə təmin etdiyi öhdəliyinin dəyişdirildiyini və bu dəyişdirilmənin onun məsuliyyətinin artmasına səbəb olduğunu əsas gətirərək, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə istinad etməklə cavabdehlə aralarında bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış zaminlik müqaviləsinin 1.1-ci bəndində göstərilir ki, zamin 07 dekabr 2012-ci il tarixli 37/12SU saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyət daşımağı öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci bəndində isə göstərilir ki, kreditor tərəfindən 37/12SU saylı əsas kredit müqaviləsi üzrə borcluya 45000 manat məbləğində 60 ay müddətinə 07 dekabr 2017-ci il tarixədək əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər əlavə kredit müqavilələri ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, bankın borcluya, yəni X3 08 dekabr 2012-ci il tarixdə aralarında bağlanmış əlavə kredit müqaviləsi üzrə verdiyi kredit 45000 ABŞ dolları və 17.09.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə verdiyi kredit 15000 ABŞ dolları olmaqla, verilmiş kreditin ümumi məbləği 60000 ABŞ dolları təşkil etmiş, iddiaçının bu müqavilələr üzrə məsuliyyəti isə əsas kredit müqaviləsi üzrə 45000 manat həcmində razılaşdırılmışdır. Beləliklə, məhkəmə 08 dekabr 2012-ci il tarixli və 17 sentyabr 2014-cü il tarixli əlavə kredit müqavilələrinin bağlandıqları vaxt həmin dövrə olan ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsini (1 ABŞ dolları=0,7847 AZN) nəzərə alaraq belə qənaətə gəlir ki, ümumilikdə verilmiş 60000 ABŞ dolları üzrə zaminin məsuliyyətinin 45000 manat həcmində müəyyən edilməsi sonuncunun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "zaminlik müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "zaminlik müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar