Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1956/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı cavabdehlər Bank “xxxx” Azərbaycan ASC-yə və Cavabdeh2 qarşı “xəbərdarlıqlığın ləğv edilməsi və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdim: xx.xx.2021-ci il tarixdə İddiaçı cavabdehlər Bank “xxxx” Azərbaycan ASC-yə və Cavabdeh2 qarşı “xəbərdarlıqlığın ləğv edilməsi və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Bank “xxxx” Azərbaycan ASC-yə və Cavabdeh2 qarşı “xəbərdarlıqlığın ləğv edilməsi və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiadan imtina etdiyini, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi ona geri qaytarıla bilər. Hesab edirəm ki, İddiaçı cavabdehlər Bank “xxxx” Azərbaycan ASC-yə və Cavabdeh2 qarşı “xəbərdarlıqlığın ləğv edilməsi və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı cavabdehlər Bank “xxxx” Azərbaycan ASC-yə və Cavabdeh2 qarşı “xəbərdarlıqlığın ləğv edilməsi və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1956/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1956/2021
01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver