Məhkəmə qərarları › İş №2(006)-1963/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1963/2023

21.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1963/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit reyestrindən borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı onunla "xxxx" ASC arasında bağlanmış 253/14/PBA nömrəli xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X2 xx.xx.2014-cü il tarixdə "xxxx" ASC ilə 253/14/PBA nömrəli kredit müqaviləsi üzrə 4.000 məbləğində kredit götürmüşdür. O, da məbləğinin ödənilməsinə zamin olmuş və həmin bankla 253/14/PBA nömrəli xx.xx.2014cü il tarixdə zaminlik müqaviləsi bağlamışdır. Hazırda həmin zaminlik müqaviləsi üzrə zaminliyimə xitam verilməsini istəyir. Belə ki, borc müqaviləsinin müddəti xx.xx.2017-cü il tarixdə bitmiş, lakin borcluya qarşı heç iddia tələbi irəli sürülməmişdir. Buna görə də hesab etmişdir ki, həmin zaminlik müqaviləsinə xitam verilməlidir. "xxxx" ASC-nin lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatasının 21 iyul 2016-cı il tarixli qərarı ilə ləğv edilmişdir. Bu bankın hüquqi varisi Palatanın icazəsi ilə “Para" Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC yaradılmışdır. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli 253/14/PBA saylı zaminlik müqaviləsi üzrə borcunun Mərkəzləşdirilmiş Kredit Reyestrindən onun adından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Daha sonra Əmanətlərin Sığortalanması Fondu cavabdeh qismində cəlb edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə "xxxx" ASC-nin nümayəndəsi ərizə göndərməklə, iddianın təmin edilməməsini xahiş etmiş, həmçinin qeyd etmişdir ki, cavabdehlərə qarşı Mingəçevir rayon Məhkəməsində müvafiq iddia qaldırılsada sonradan əldə edilmiş razılığa əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit verən "xxxx" ASC-nin Azadlıq filialı ilə kredit alan X3 və zamin İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 253/14/PBA saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə borclu X1 kreditor tərəfindən illik 32 faizlə 18 ay müddətinə 4000 manatın verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan kredit verən "xxxx" ASC-nin Azadlıq filialı ilə kredit alan X3 və zamin İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 253/14/PBA saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə borclu X3 ilə kreditor "xxxx" ASC-nin Azadlıq filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 253/14/PBA saylı kredit müqaviləsi üzrə illik 32 faizlə 18 ay müddətinə 4000 manat kredit aldığı borc öhdəliklərinin icrasının təmin edilməsi haqqında bağlanmışdır. Borclunun kreditor qarşısında öhdəliyinin icra etməsi üçün məsuliyyəti zamin öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarında olan kreditor "xxxx" ASC ilə zamin İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə 18 ay müddətinə bağlanmış, müqavilənin müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə ona qarşı iddia irəli sürülməmişdir. Qeyd olunan hallar isə İddiaçı zaminliyə xitam verilməsi üçün əsasdır. Belə olduğu təqdirdə, hazırkı iş üzrə iddiaçının adının Mərkəzi Kredit Reyestrində borclu kimi qeyd olunması iddiaçının hüquqlarını pozur, həmin məlumatın MKR-də qalmasına hər hansı əsas və zərurət yoxdur. İddiaçı ləğv prosesində olan "xxxx" ASC qarşısında xx.xx.2014-cü il tarixli 253/14/PBA saylı kredit müqaviləsi üzrə icra edilməmiş öhdliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2014-cü il tarixli 253/14/PBA saylı kredit müqaviləsi üzrə İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə olan borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməli və İddiaçı borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli 253/14/PBA saylı kredit müqaviləsi üzrə İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə olan borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinsin və İddiaçı borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar